Bağlıyıq Azərbaycana

“Azərbaycana bağlıyıq” (“Bound to Azerbaijan”) adlı beş dildə fəaliyyət göstərən saytın hazırlanması və Azərbaycan həqiqətlərinin beynəlxalq arenada təbliği” layihəsinin təqdimatı

Oktyabr 31, 2022
28 oktyabr 2022-ci il tarixində “Çıraq Humanitar İnkişaf və İctimai Birliyi” “Azərbaycana bağlıyıq” (“Bound to Azerbaijan”) adlı beş dildə fəaliyyət göstərən saytın hazırlanması və Azərbaycan həqiqətlərinin beynəlxalq arenada təbliği” layihəsinin təqdimatını keçirmişdir.
Qeyd edək ki, adıçəkilən layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilmişdir.
Layihənin icra müddəti 01.09.2022 – 01.11.2022 tarixlərini əhatə etmişdir.
Layihə çərçivəsində işlər Azərbaycan Respublikası ərazisində həyata keçirilib. Lakin layihənin əhatə dairəsi beynəlxalq auditoriya olmuşdur.
“ÇIRAQ” HİİB-nin “Azərbaycana bağlıyıq” (“Bound to Azerbaijan”) saytında artıq aktiv olan Azərbaycan və ingilisdilli səhifələri ilə yanaşı fransız, alman və rusdilli səhifələrin yaradılması, saytın məzmununun və auditoriyasının genişləndirilməsi və fəallığının transmilli sosial şəbəkələrin müvafiq səhifələri ilə əlaqədə həmin dillərdə təmin edilməsi yolu ilə milli-mənəvi dəyərlərimizin Avropa ölkələrində, ABŞ-da və Kanadada Azərbaycanın milli maraqlarının xarici ölkələrdə, beynəlxalq platformalarda müdafiəsinə və təşviqinə nail olmaqdır.
Layihənin hədəfi xaricdə daimi və ya müvəqqəti yaşayan, işləyən, tədris alan vətəndaşlarımız və soydaşlarımız olsa da, xaricdə yaşayanlarla mədəni-mənəvi, insani əlaqələr sayəsində Azərbaycanda yaşayanlar da faydalananlar sırasındadır, saytda ingilis, fransız, alman və rusdilli səhifələrin olması sayəsində bir çox ölkələrin həmin dillləri bilən vətəndaşları da. Saytın və ənənəvi sosial şəbəkənin onunla əlaqəli səhifəsinin Azərbaycanın milli maraqlarının xarici ölkələrdə, beynəlxalq platformalarda müdafiəsi və təşviqinə dair materialları ilə tanış olan dünyanın başqa ölkələrində yaşayan insanlar Azərbaycanın milli-mədəni varlığı haqqında əlavə, çox maraqlı məlumatlar almış olacaq, onların ölkəmizə olan marağı daha da artacaq.
Posted in Tədbirlər