Qısaca “Azərbaycana bağlılıq” (“Bound to Azerbaijan”) adlandırdığımız, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “ÇIRAQ” Humanitar və İnkişaf İctimai Birliyi QHT-ı tərəfindən həyata keçirilən Layihənin məqsədi yaradılmış yeni saytın ənənəvi sosial şəbəkələrlə əlaqəli işinin imkanlarından xarici ölkələrdə işləyən, təhsil alan vətəndaşlarımızın və soydaşlarımızın, Azərbaycanda yaşayanların qarşılıqlı olaraq öz fikirləri ilə bölüşməsinə, ailələrinin tarixini və hazırkı həyatını əks etdirən foto və video-materiallarla mübadiləsinə, tanışlıq və dostluq əlaqələrinin qurulmasına şərait yaratmaq, həyatın çətin məqamlarında ayrıca fərdlərə dəstək olaraq milli maraqlarımızı qorumaq, müxtəlif vasitələrlə milli-mənəvi dəyərlərimizi təbliğ etməkdir.
“Çıraq” Humanitar və İnkişaf İctimai Birliyi (QHT) 29 sentyabr 2006-cı ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Azərbaycan Respublikasının ərazisini əhatə edən bir qeyri – hökumət təşkilatı kimi qeydə alınmış və həmən tarixdən etibarən fəaliyyətə başlamışdır. İctimai Birliyin təsisçisi Nadir Həbib oğlu Cəfərovdur.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi qeyri-hökumət təşkilatlarının inkişafı, dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin, proqram və layihələrin mövzularının qiymətləndirilməsi və onlara dair rəy verilməsi, habelə qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir.