1991-ci ildə Azərbaycan Respublikası müstəqil dövlət quruculuğu yoluna qədəm qoydu. Öz tarixinin yeni səhifəsini açan respublikamız milli və ümumbəşəri dəyərlərə söykənən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq arzularını reallaşdımaq istiqamətində addımlar atmağa başladı.
Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu prosesi müstəqilliyin ilk günlərindən müxtəlif problemlərin və maneələrin aradan qaldırılması ilə müşayiət olunub. Respublikamız bu yolda totalitar sovet rejimindən miras qalmış ictimai-siyasi problemlərin ağır nəticələri, erməni separatizmi və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün vurduğu yaraları, kəskin daxili-siyasi qarşıdurma və vətəndaş müharibəsi təhlükəsini, dövlət çevrilişi cəhdlərini və digər ağır siyasi, sosial-iqtisadi problemləri və onların nəticələrini aradan qaldırmaq məcburiyyətində qaldı.
Xalqın geniş təbəqələrinin arzularını ifadə edən və onların qətiyyətli dəstəyinə söykənən ümummilli lider Heydər Əliyevin ardıcıl səyləri pozucu qüvvələrin Azərbaycanın ərazi bütövlüyünə və dövlət müstəqilliyinə qarşı yönəlmiş fəaliyyətinin qarşısını almağa imkan verdi. Respublikamız onun başı üzərini almış qanlı vətəndaş qarşıdurmasından və parçalanıb məhv olmaq təhlükəsindən xilas oldu.
Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Ümummilli Liderin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur.
Vətəndaş cəmiyyəti quruculuğunda siyasi plüralizmin, çoxpartiyalı sistemin daha da inkişafı xüsusi rol oynayır. Azərbaycanın müstəqil inkişaf tarixi siyasi plüralizmin getdikcə daha geniş təşəkkül tapması, yeni-yeni siyasi partiyaların tarix səhnəsinə qədəm qoyması və ölkəmizin ictimai-siyasi həyatında daha fəal rol oynamağa səy göstərməsi ilə səciyyələnir. Bu isə Azərbaycan dövlətinin bütün siyasi partiyaların fəaliyyəti üçün zəruri şərait yaratması nəticəsində mümkün olmuşdur.
Demokratik quruluşun, vətəndaş cəmiyyətinin formalaşması prosesinin ayrılmaz tərkib hissələrindən biri söz və vicdan azadlığının təmin olunmasından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyasında fikir, söz və vicdan azadlığına geniş təminat verilmişdir. Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir.
Ulu Öndərin “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 6 avqust 1998-ci il tarixli fərmanı kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım oldu. Heydər Əliyevin bu fərmanı ilə Nazirlər Kabineti yanında Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edilmiş, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşmüş hesab edilmişdir.
Həyatımızın digər sahələrində olduğu kimi elm və təhsil sahəsində də islahatlar məhz 1993-cü ilin ikinci yarısından sonra başlanmışdır.
Heydər Əliyevin tarixi qayıdışından sonra ölkədə hazırlanan və həyata keçirilən strateji xətt təhsil müəssisələrini normal fəaliyyət halına gətirməklə, təhsilin milli tərəqqimizin həqiqi, güclü amilinə çevrilməsi üçün bu sahədə geniş islahatlar proqramının işlənib hazırlanması və həyata keçirilməsi vəzifəsini irəli sürdü. Ümummilli Lider 1998-ci ilin martında “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası yaradılması haqqında” sərəncam imzaladı.
Ümumi təhsildəki ən ciddi yeniliklərdən biri müstəqilliyimizin yaşıdı olan yeni əlifbaya keçilməsi — latın qrafikalı əlifbanın tətbiqinin reallığa çevrilməsidir.
AMEA 1993-cü ildən Kiyev şəhərində təsis edilmiş Elmlər Akademiyasının Beynəlxalq Assosiasiyasının üzvüdür.
Ümummilli lider Heydər Əliyevin 15 may 2001-ci il tarixli fərmanı ilə Elmlər Akademiyasına Azərbaycan Milli Elmlər Akademiyası adı verilmiş və bununla da akademiyanın elmimizin inkişafında əldə etdiyi nailiyyətlər, Azərbaycan xalqının mədəni və mənəvi təşəkkülündə oynadığı rol, respublika ictimaiyyətində olan nüfuzu və akademik elmin ölkənin inkişafının əsas təminatçılarından olduğu fikri bir daha təsdiqlənmişdir.
Müstəqillik illərində Səhiyyə Nazirliyi sistemində də ardıcıl və məqsədyönlü iş görülmüş, islahatlar aparılmışdır. Bu işdə ilk əvvəl səhiyyənin hüquqi-nomativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılması daim diqqət mərkəzində olmuşdur.
Səhiyyədə aparılan islahatlar çərçivəsində əsas nailiyyətlərdən biri də özəl səhiyyə sisteminin tətbiq edilməsidir. Bu istiqamətdə hüquqi-normativ baza yaradılmış, “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir.
Azərbaycanın müstəqilliyinin bərpası suveren ölkənin beynəlxalq aləmə inteqrasiyasına, planetimizdə baş verən qlobal hadisələrə münasibət bildirməsinə, beynəlxalq təşkilatlarda təmsil olunmasına, həmin təşkilatların keçirdiyi mötəbər tədbirlərdə iştirakına real hüquqi əsaslar verdi. Azərbaycan bütün sahələrdə, o cümlədən də idmanda beynəlxalq arenaya çıxmağa imkan qazandı. İdmançılarımız dünya və Avropa çempionatlarında, beynəlxalq yarışlarda öz ölkələrinin bayrağı altında çıxış etməyə başladılar.
Fiziki və mənəvi cəhətdən sağlam nəsil hazırlanmasında, milli-vətənpərvərlik hisslərinin gücləndirilməsində, respublikamızın beynəlxalq miqyasda daha yaxşı tanınmasında və nüfuzunun yüksəlməsində mühüm rol oynayan bir sahənin — idmanın, bədən tərbiyəsinin və Olimpiya Hərəkatının tərəqqisində, möhtəşəm nailiyyətlərlə zənginləşməsində dövlətimizin xidmətləri əvəzsizdir.
Son illər Azərbaycanda gənclər siyasətinin və müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülmüş, uşaq və gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətinin təşkili, proqram və layihələrinin həyata keçirilməsi üçün şərait yaradılmış, bu sahədə hüquqi baza təkmilləşdirilmişdir.
Ölkəmizdə müxtəlif yönümlü siyasi partiyaların, ictimai təşkilatların azad fəaliyyəti, senzuranın aradan qaldırılması, yüzlərlə mətbuat orqanının azad nəşr olunması, özəl radio və televiziya kanallarının yayımlanması siyasi plüralizmin, azad fikrin, demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafının əyani təzahürüdür.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.
1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1965-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olmuşdur.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.
1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir.
Heydər Əliyev bir sıra beynəlxalq mükafatlara, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara layiq görülmüşdür. O, beş dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını almış, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunmuşdur.
Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır.
Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır.
O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb etmiş, dünya azərbaycanlılarının bu ümummilli liderinin heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılmışdır.
Azərbaycan xalqı milli dövlətçiliyinin dağılmaq təhlükəsi qarşısında qaldığını gördüyü və artıq ən ağır günlərini yaşadığı bir zamanda – 1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb etmiş və həmin vaxtdan taleyini yenə Heydər Əliyevə etibar etmişdir. Xalqının belə dar bir gündə qaldığını görüb onun təkidli dəvətini qəbul edən Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasətə qayıtmışdı. Xalq Heydər Əliyevin bu qayıdışını ümid və sevinclə qarşılamış, həmin günü isə Milli Qurtuluş günü kimi müstəqil Azərbaycanın tarixinə yazmışdır.
Heydər Əliyev birinci dəfə hakimiyyətə gələndə — 1960-cı illərin axırlarında da Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşanmışdı.
Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə də yenə özünün siyasi bacarığı gücünə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas edə bilmiş və cəmiyyətin məqsədini, qayəsini öz varlığında, özünün güclü şəxsiyyətində təzahür etdirərək, doğma xalqını yenidən vahid bir məfkurə ətrafında səfərbər edib onun qəlbində sabaha inam hissi yaratmağı bacarmışdı.
Bütün bu illər ərzində əsl rəhbər kimi məhz Heydər Əliyev Azərbaycan həqiqətlərini qətiyyətlə bütün dünyaya tanıda bilmişdir. Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirməyi bacarmışdır. Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi arxada qalmışdır.
Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Azərbaycan rəhbəri həmişə öz sözü, öz çəkisi, öz sanbalı ilə seçilmişdir. Ümumxalq məhəbbəti qazanan Heydər Əliyevin bitməz-tükənməz enerjisi xalqı yaradıcılıq uğurlarına ruhlandırmışdır.
Tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü minilliyə inamla qədəm qoymuşdur. Heydər Əliyev zəkası bütün sədləri yararaq və qarşıya çıxan heç bir çətinliyə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırmışdır.
Olduqca mürəkkəb bir dövrdə xalqın xidmətində dayandığını nümayiş etdirən Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini və edə bilməyəcəyini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri sırasında həmişəlik öz layiqli yerini tutmuşdur. Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı fırtınalı həyatı boyu hər zaman xalqını, vətənini düşünmüşdür. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Heydər Əliyev bir dövlət başçısı kimi Azərbaycanın ən çətin anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, ölkəsini bəlalardan qurtarmağı bacarmışdır.
Təbiətin ona bəxş etdiyi bir çox nadir keyfiyyətlər sayəsində Heydər Əliyev uzaqgörən şəxsiyyət kimi tarixi hadisələrin gedişini irəlicədən müəyyən edə bilir, milli tarix üçün olduqca böyük əhəmiyyət daşıyan qərarlar qəbul edilən zaman əsl vətənpərvər mövqeyi nümayiş etdirir, tam qətiyyətlə hərəkət etməyi bacarırdı. Şəxsiyyətindəki qətiyyət onun geniş auditoriya qarşısında çıxışlar edərkən çox vaxt elə bədahətən söylədiyi fikirlərdə də parlaq əksini tapmışdır. Sarsılmaz məntiq üzərində qurularaq qeyri-adi dərəcədə böyük təsir gücünə malik məruzə və nitqləri Heydər Əliyevin fəlsəfi və siyasi dünyagörüşündəki dərinliyin və genişliyin açıq ifadəsidir.
Azərbaycan dövlətinin başçısı, Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyevin çoxəsrlik dövlətçiliyimiz tarixində müstəsna yeri vardır. Heydər Əliyevin fəaliyyəti öz əhəmiyyəti baxımından Azərbaycanın hüdudlarından çox-çox kənarlara çıxır. Müasir dövrdə nəinki Azərbaycanda, hətta bütün postsovet məkanında, eləcə də dünya miqyasında gedən prosesləri Heydər Əliyevin şəxsiyyətindən və fəaliyyətindən kənarda təsəvvür etmək mümkün deyildi.
Müasir Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, siyasi şüurun, siyasi həyatın son otuz ildən artıq bir dövrünü əhatə edən zaman kəsiyi böyük siyasət xadimi kimi tanınan və dərin zəkaya, ensiklopedik biliyə, geniş dünyagörüşünə malik olan tarixi şəxsiyyətin — Heydər Əliyevin adı, əməli fəaliyyəti ilə, gerçəkləşdirdiyi konkret işlərlə bağlıdır. Bu mürəkkəb proseslər isə onun həm əməli fəaliyyətində, həm də fəlsəfi məfkurəsində — milli dirçəliş fəlsəfəsində öz əksini tapmışdır.
Heydər Əliyev zəmanəmizin böyük filosofu və mütəfəkkiri idi. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyən etmiş, milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan ziyalısını son yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçmişdir.
Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunmuşdur. Bu dövrün isə Azərbaycanın gələcək tarixi taleyi baxımından başlıca məzmunu azərbaycançılıqdır.
Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu, əslində, 1969-cu ildən – məhz onun hakimiyyətə gəlişindən sonra başlamışdır. Bu mənada azərbaycançılığın ən parlaq səhifələri də elə həmin illərdən etibarən yazılmışdır. Heydər Əliyev o dövrdə mövcud olan ideologiyanın qəlibləri çərçivəsində və bu ideologiyaya, əlbəttə, aşkarda daban-dabana zidd olmayan formada olsa belə, alt qatda ona müxalif qalaraq, Azərbaycanda milli ruhun tamamən sıxışdırılmasına nəinki yol verməmiş, əksinə, onu yüksəltmək yolunda bütün imkanlardan maksimum dərəcədə istifadə etməyi bacarmışdır.
Bu baxımdan Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul edilir. Tarixi məhz bu dövrdən etibarən başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqamətini də məhz xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil etmişdir. Onun respublikaya rəhbərlik etməyə başladığı ilk günlərdən Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin müntəzəm surətdə qeyd olunması bir ənənə halını almış, bu isə Azərbaycan xalqının ümummilli problemləri ilə sıx bağlı olub milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdı.
Heydər Əliyevin 1969-82-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə görülən işlər milli özünüdərk duyğularını ideoloji sistemin keçmiş buxovlarından xilas edərək, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi təməl prinsiplər əsasında milli ruhun hədsiz yüksəlişini təmin etmiş, xalqımızın qəlbində illərdən bəri sıxılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin yaratmışdı.
SSRİ-nin əyalətlərindən biri kimi baxıldığından 1960-cı illərin sonlarına doğru sosial-iqtisadi həyatın bütün sahələrinin gerilədiyi, mənfi meyllərin güclənərək getdikcə daha dərin kök saldığı, hakimiyyət uğrunda gizli rəqabətin artdığı və eybəcər şəkillər aldığı, bütün bunların isə xalqın milli-mənəvi birliyinə ziyan vurduğu Azərbaycanda hakimiyyətə gələn yeni rəhbərin birinci işi respublikada iqtisadi potensialın dağılmasının, ictimai-siyasi həyatda yaranmış tənəzzülün xalqın mənəvi-psixoloji vəziyyətinə mənfi təsir göstərə bilməsinin qarşısını almaqdan ibarət oldu. Respublikada kosmopolit bir əhvali-ruhiyyə hökm sürdüyündən milli kadrların hazırlanması, milli dilin inkişaf etdirilməsi və istifadə olunması, dövlət idarəetmə strukturlarında çalışan məmurların azərbaycanlı olmasına diqqət yetirilməsi istiqamətində nəinki ciddi addım atılmır, hətta bu yöndə edilə bilən təşəbbüslərin qarşısı alınırdı ki, belə bir hal da, heç şübhəsiz, milli şüura malik olan, milli düşüncə ilə yaşayan və milli mentalitetin daşıyıcısı sayılan kadrların yetişməsinə çox ciddi maneələr törədirdi.
İqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuş respublikada yaranmış bu ağır vəziyyətdən çıxış yolu tapılmalı, onun iqtisadi inkişafını təmin etmək üçün prinsipial cəhətdən yeni konseptual səviyyədə yanaşma yolları işlənib hazırlanmalı, iqtisadiyyatda köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıqda və iqtisadi həvəsləndirmədə yeni üsullar tətbiq olunmalı idi. Heydər Əliyev əmin idi ki, millətin siyasi müstəqilliyinin özülünü onun iqtisadi cəhətdən azadlığı şərtləndirir.
O illərdə milli ideyanın qıtlığı üzündən baş alıb gedən, həm iqtisadi, həm mədəni tənəzzülə aparan mənfi hallar Heydər Əliyevin hakimiyyətə gəlişi ilə aradan qaldırıldı. Onun yorulmaz fəaliyyətinin nəticəsidir ki, 1970-1985-ci illər baş verən dəyişikliklərin miqyasına görə, ictimai və iqtisadi sahədəki dərin islahatların səciyyəsinə və xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsinə görə Azərbaycanın quruculuq salnaməsində, sözün həqiqi mənasında, ən parlaq səhifələr təşkil etmişdir.
İndiki dövrdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi və dünya iqtisadiyyatına daha dərin bir şəkildə inteqrasiyası prosesi hələ 1970-1980-ci illərdə Heydər Əliyev tərəfindən təməli qoyulmuş potensiala əsaslanır.
Heydər Əliyevin dövlətçilik strateji proqramında azərbaycançılıq məfkurəsi ilə bağlı diqqəti bir də məhz belə bir cəhət çəkir ki, burada mənəvi, bədii, estetik intibah iqtisadiyyatda, sənaye, tikinti və təsərrüfatdakı böyük nailiyyətlərlə, güzərandakı elliklə yaxşılaşma və kütləvi ruh yüksəkliyi ilə birləşərək vahid axarda gerçəkləşmişdir.
70-ci illərdən başlayaraq iqtisadi potensialın yaratdığı bu yüksəliş Azərbaycanı özünün iqtisadi inkişafının növbəti mərhələsi kimi tarixən zəruri azadlıq mübarizəsinə də daxilən hazırlamışdır. 80-ci illərin sonu – 90-cı illərin əvvəlində müstəqillik hərəkatının geniş vüsət alması Heydər Əliyev dövründəki həmin iqtisadi yüksəliş və ona paralel olaraq tarixi fürsətdən dərhal bəhrələnməyə hazır milli mübarizlik ruhunun təşəkkül tapması sayəsində mümkün olmuşdur.
Totalitar sistemin elm və mədəniyyət xadimlərinə, ziyalılara qarşı ağır təzyiqləri, təqib və təhdidləri Sovetlər İttifaqının bir çox başqa respublikalarında özünü aşkar hiss etdirdiyi halda, qorxmaz, cəsur, möhkəm iradə sahibi olması sayəsində Heydər Əliyev Azərbaycanda yaradıcı insanlar üçün sərbəst düşünmək və düşündüyünü tam ifadə edə bilmək, alt qatda isə milli-mənəvi ideala, Azərbaycanın dövlətçilik tarixində suverenliyi, müstəqilliyi təmin edən dəyərlərə aparan yolları tapmaq imkanı verən bir şərait yaratmışdı.
Məhz həmin illər ərzində Bakıda ən böyük abadlıq işləri görülmüş, müasir Azərbaycan memarlığının əsərləri sayılan və respublikanın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan bir sıra memarlıq ansamblı, inzibati mərkəz, saray, institut, nəşriyyat, tədris korpusu, kompleks və özünün görkəmi ilə şəhərə rövnəq verən neçə-neçə digər bina tikilib istifadəyə verilmişdir. Məhz Heydər Əliyevin təşəbbüsü sayəsində çox sayda memarlıq abidəsinin bərpası mümkün olmuşdur. O, Azərbaycan xalqının tarixi keçmişində, mənəvi mədəniyyəti tarixində iz qoymuş böyük şəxsiyyətlərin abidəyə çevrilməsinin xalqın milli varlığına, milli duyğularının güclənməsinə son dərəcə müsbət təsir edəcəyini çox gözəl bilirdi. Heydər Əliyevin mədəniyyətimizə, tariximizə dərin ehtiram nümayiş etdirərək göstərdiyi qayğı sayəsində Bakının ən görkəmli yerlərində xalqımızın milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəlləri ucaldılmış, böyük tarixi şəxsiyyətlərin hər biri üçün bir mədəniyyət mərkəzinə çevrilən ev-muzeyləri yaradılmışdır.
Heydər Əliyevin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlardan biri də azərbaycanlılardan ibarət gənclərimizi gələcəyin müstəqil ölkəsi üçün gərəkli ixtisaslara yiyələnməkdən ötrü keçmiş Sovetlər İttifaqının nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi dəyərli təhsil ənənəsinin əsasını qoyması idi. Bu yolla Azərbaycanımızın elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinin təbliği də həyata keçirilirdi.
Heydər Əliyevin başçılığı ilə 1969-82-ci illərdə Azərbaycandakı intibahı şərtləndirən amillərdən biri respublikada təhsilin inkişafına xüsusi diqqət yetirilməsi, gəncliyin ana dilində təhsilinə üstünlük verilməsi olmuşdur. Milli hərbçi kadrların hazırlanması da xalqın müstəqil gələcəyini görən Heydər Əliyevdən ötrü xüsusilə böyük əhəmiyyətli məsələ idi.
Heydər Əliyevin gələcəyin müstəqil Azərbaycanını nəzərdə tutaraq, milli məfkurənin yüksəlişi və xalqın milli dövlətçilik arzularının daha da güclənməsi üçün dövlət quruculuğu sahəsində gördüyü mühüm işlərdən biri SSRİ-nin xarici siyasəti çərçivəsində də olsa, Azərbaycanın xarici aləmlə elmi-texniki, iqtisadi və mədəni əlaqələrinin genişləndirilməsi üçün göstərdiyi maksimum səylərdir. Bu məqsədlə Bakıda ittifaq və beynəlxalq əhəmiyyətli tədbirlər təşkil olunduğu kimi, SSRİ respublikaları və sosialist düşərgəsi ölkələrində, eləcə də digər xarici ölkələrdə Azərbaycan mədəniyyəti və incəsənəti günləri keçirilirdi ki, bütün bunlar son nəticədə Azərbaycanın xarici ölkələrlə və orada yaşayan azərbaycanlılarla əlaqələrinin qurulması üçün zəmin yaradır, azərbaycanlıların özünəməxsus tarixi, mədəni ənənələri olan xalq olaraq tanınmasını, Bakının isə həmin dövrdə dünya miqyasında tanınan bir elm və mədəniyyət mərkəzinə çevrilməsini təmin edirdi.
Bu, həmin dövr idi ki, hətta Moskvada, Sankt-Peterburqda çıxan jurnallarda işıq üzü görə bilməyən yazılar fəal vətəndaşlıq nümunəsi olan əsərlər kimi dövrün Bakı mətbuatında dərc oluna bilir, şəxsən Heydər Əliyev səviyyəsində hər cür hücumdan və qəsdlərdən qorunurdu. Həmin illərdə mədəniyyət və incəsənət nümayəndələrinin tarixi keçmişimiz, eləcə də bugünümüzlə bağlı qadağa qoyulmadan milli ruhlu əsərlər yarada bilmələri üçün münbit şəraitin təmin olunması gənc qələm sahiblərinə xüsusi qayğı və diqqətlə yanaşılması ilə əlaqəlidir.
Hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyevin gələcəyə hesablanaraq milli dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında Azərbaycan dili ayrıca diqqət mərkəzində idi. Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmağa yönəlmiş fəaliyyətinin bəhrəsidir ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Dövr baxımından sözün əsl mənasında qəhrəmanlığa bərabər belə bir addım məhz gələcəyin müstəqil yeni Azərbaycanı naminə atılmışdı. Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi, demək olar ki, bütün böyük klassiklərin ittifaq miqyasında yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin ümumittifaq miqyasda ön mövqelərə çıxması, elmi, ədəbi, mədəni abidələrin planlı tədqiqi və nəşri – bütün bunlar Heydər Əliyevin gələcək milli dövlətçiliyimizin ideya təməlində dayanan siyasətinin əməli nəticələridir.
Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur.
Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdu ki, bunlar da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratmışdı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanmışdır. Məhz buna görə də ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdı ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyası təşkil edirdi. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur. Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur.
Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır.
Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlamışdır.
Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.
Heydər Əliyevin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilmişdir. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir. Onun dünya təcrübəsinin bütün nailiyyətlərini, sivil beynəlxalq normaları özündə tam əks etdirən sülhsevər xarici siyasətinin əsasında isə, ilk növbədə, milli müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə yanaşılması, bütün mübahisəli məsələlərin sülh və danışıqlar yolu ilə həll edilməsi, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaradılması, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətlərin aradan qaldırılması prinsipləri dayanırdı.
Heydər Əliyev 1992-ci ildən başlayaraq türkdilli dövlətlər arasında iqtisadi, siyasi, ədəbi-mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində də gərgin fəaliyyət göstərmişdir. O, bütün türk dünyasının ən nüfuzlu şəxsiyyəti kimi şöhrət qazanmışdır.
Heydər Əliyev Azərbaycanın təbii sərvətlərindən, əlverişli coğrafi-strateji mövqeyinin üstünlüklərindən ölkənin milli mənafelərinə uyğun şəkildə istifadə edilməsinə yönəldilmiş irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində son dərəcə gərgin və səmərəli fəaliyyət göstərmişdir. Onun böyük siyasi iradəsi və müdrik uzaqgörənliyi sayəsində əhəmiyyətli beynəlxalq müqavilələrə imza atılmış və onların həyata keçirilməsinə başlanmışdır. Heydər Əliyevin təşəbbüsü ilə böyük siyasi məna kəsb edən bir sıra dünya miqyaslı iqtisadi proqramların həyata keçirilməsində Azərbaycan aparıcı rol oynamışdır. Böyük bir coğrafi məkanda region qüvvələrinin birləşməsində də Heydər Əliyevin danılmaz xidmətləri olmuşdur.
Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində Heydər Əliyevin müstəsna xidmətləri vardır. O, dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən – müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim və əzmlə səy göstərmiş, bu istiqamətdə son dərəcə qiymətli qərarlar qəbul etmişdir.
Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır.
Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Heydər Əliyev eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinə təkan vermişdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaratmışdır.
Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.
Heydər Əliyevin fəth etdiyi ən böyük zirvə xalqın qəlbidir
Heydər Əliyev ömrünün 81-ci ilində dünyasını dəyişdi. Millət və dövlətə xidmətə həsr olunmuş mənalı bir ömür başa çatdı. Bu, mürəkkəb, enişli və yoxuşlu, fərəhli anları ilə yanaşı, uğursuzluq zolaqlarından da xali olmayan illər olub. Heydər Əliyevin keçdiyi ömür yoluna nəzər salıb çox məqamları vurğulamaq mümkündür.
Heydər Əliyevin zəngin ictimai-siyasi ömür yolunun zirvələrini xronikal qaydada birər-birər xatırlamaq olar. Amma bunların hamısını etməklə biz onsuz da bəlli olan fikir və mülahizələri təkrarlamış olardıq. Heydər Əliyevin ömür yolu, onun şəxsi keyfiyyətləri bütün məziyyətləri ilə yetərincə məlumdur. Çünki Heydər Əliyev hər zaman Azərbaycan xalqına bağlı olub və onun ömür yolu elə Azərbaycan tarixinin bir hissəsidir. Əgər söhbət Heydər Əliyevin siyasi portretindən gedirsə, bircə tezislə məhdudlaşmaq kifayət edər. Heydər Əliyev ən mürəkkəb, ziddiyyətli tarixi proseslərin gərdişindən bacarıqla baş çıxaran, ən çətin vəziyyətdə də təmkinini itirməyən və dünyadakı geosiyasi dəyişiklikləri realistcəsinə qiymətləndirib mənsub olduğu xalqın, ölkəsinin çıxarlarını praqmatik ağılla və dəqiq hesablayan bir lider idi.
Bu, çoxsaylı dövlət başçılarının, beynəlxalq siyasətin ən böyük simalarının, fikir və mülahizələri ilə dünyanın hesablaşdığı politoloqların gəldiyi yekdil və dəqiq qənaətdir. Zənnimizcə, bu qənaətin əlavə şərhə, izahata ehtiyacı yoxdur. Hələ 34 il öncə Heydər Əliyevin sovet Azərbaycanının partiya təşkilatının rəhbəri seçilməsi də, sözsüz ki, onun liderlik keyfiyyətlərinə, təşkilatçılıq bacarığına və şəxsi-intellektual imkanlarına o vaxtkı mərkəz, Kreml tərəfindən verilən yüksək qiymətin göstəricisi idi. Lakin burada bir məqamı vurğulamaq vacibdir. Heydər Əliyev bu qiymət və etimadın müqabilində, sadəcə, Moskvanın təlimat və göstərişlərini həyata keçirən adi partiya funksionerinə çevrilmədi. Hərçənd, Kreml “mətbəxindən” bütün müttəfiq respublikalara ünvanlanan instruksiya məhz bu cür siyasi idarəçilik və texnologiyanı nəzərdə tuturdu. Heydər Əliyev sovet idarəçiliyinin şablonlaşmış texnologiyasını Azərbaycanın (müttəfiq respublika statusunun bəlli çərçivələri içində olsa da) rifahı, onun gələcəyi və strateji maraqlarına transformasiya etməyi bacaran bir lider oldu.
Azərbaycanın bugününə nəzər salsaq, qeyd-şərtsiz iddia edə bilərik ki, Heydər Əliyev müstəqil Azərbaycanın gələcəyini 20-30 il öncədən görən lider olub. Heydər Əliyevin rəhbərlik etdiyi sovet Azərbaycanında əldə edilən iqtisadi nailiyyətlər, təməli atılan nəhəng layihələr, bu layihələrin bugünkü müstəqil Azərbaycan üçün strateji önəmi barədə çox danışmaq olar. Amma mən bircə faktı qeyd etməklə kifayətlənmək istərdim. Heydər Əliyev 30 il öncə sovet rejiminin ən güclü vaxtlarında Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq bir məktəbin yaradılmasına nail olub. O məktəb ki, Azərbaycanda milli ordu quruculuğunun əsas tədris ocaqlarından birinə çevrildi. 30 il öncə həmin məktəbin müdavimləri olanlar indi Azərbaycan Silahlı Qüvvələrinin komandirləri, generallarıdır. Əlbəttə, indi bəziləri 1973-cü ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılmasını bir zavod, fabrik tikintisi qədər adi qərar hesab edə bilərlər. Amma bu qərarı vermək üçün həqiqətən böyük iradə, cəsarət və uzaqgörənlik lazım idi.
Təkcə bir məqamı xatırlamaq yetər ki, o vaxtlar SSRİ hökumətinin, Kommunist Partiyasının elan olunmamış qərarına görə, ali hərbi məktəblər, əsasən, Rusiya, Ukrayna və Belorusiyada fəaliyyət göstərirdi. “Bunları görəndə, düşünürdüm, yaxşı, biz Sovetlər İttifaqının bərabər hüquqlu müttəfiq respublikasıyıq, böyük səlahiyyətlərimiz var. Biz nə üçün ordudan təcrid olunuruq? Və nəticədə bu məktəbi yarada bildik… Bu məktəbi yaradanda heç vaxt ağlıma gətirə bilməzdim ki, 30 ildən sonra mən yenə də bu məktəblə bir yerdə onun yubileyini keçirəcəyəm. Ancaq bu şərəf mənə qismət olub və mən özümü xoşbəxt hesab edirəm” – Heydər Əliyev bu sözləri 2003-cü il aprelin 21-də, “Respublika” sarayında Naxçıvanski adına məktəbin yubileyində çıxış edərkən bəyan etmişdi. Bəli, həmin məşum gün. Heydər Əliyev 30 il öncə təməlini atdığı bu məktəbin yubiley təntənəsində iştirak etməkdən böyük iftixar hissi keçirirdi. Onun bu iftixara, fərəhə tam haqqı vardı. Çünki Heydər Əliyevin 30 il öncə atdığı cəsarətli addımın müstəqil Azərbaycan dövlətçiliyi üçün nə qədər tarixi əhəmiyyət daşıdığını tarix özü sübut etmişdi… Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə tarix tərəfindən adekvat qiymətini alan (və alacaq) neçə-neçə belə cəsarətli addımlar atıb. Heydər Əliyevin 20 il, 30 il öncə atdığı uzaqgörən addımların Azərbaycanın gələcək inkişafına nə qədər dəqiq hesablandığını bizlər sonralar, Azərbaycan müstəqillik qazanandan sonra gördük və dərk etdik. Azərbaycanın zəngin iqtisadi potensialı, intellektual sərvəti üçün əsaslı baza məhz o illərdə yaranırdı. Heydər Əliyev sovet idarəçilik prinsiplərindən və iqtisadi sistemindən maksimum istifadə edərək Azərbaycanın, hətta ittifaq dövlətinin tərkibində belə, güclü və qüdrətli olmasını təmin etməyə çalışırdı.
Heydər Əliyev realist siyasətçi idi. Onun siyasi və idarəçilik prinsiplərinə romantizm və xülyaçılıq yad idi. Qəbul etdiyi qərarlar ilk baxışdan qeyri-populyar görünə bilərdi (məsələn, 1994-cü ildə atəşkəsin əldə edilməsi), lakin bu, son nəticədə düzgün və bütün reallıqları nəzərə alan ən optimal qərar olurdu. Heydər Əliyev xalqa fantastik və populist vədlər vermir, əksinə, real vəziyyəti və cari şəraitdə əldə edilə biləcək nəticələri açıqlayırdı. Heydər Əliyevin opponentlərinin ona ünvanladıqları iradlar daha çox Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı idi. Bəziləri Heydər Əliyevi qeyri-effektiv siyasətdə, güzəşt və kompromislərə meylli olmaqda ittiham edirdilər. Və bu ittihamın müəllifləri o kəslər idi ki, effektli siyasət dedikdə hay-küy, meydançılıq və asıb-kəsmə ilə danışmağı nəzərdə tuturdular. Heydər Əliyev isə populizmdən hər zaman uzaq olub. Populistlərdən fərqli olaraq o mürəkkəbliyi hamıya bəlli olan bu problemin çözülməsi üçün ardıcıl və aramsız siyasət aparıb. Bu siyəsət kəmhövsələ qafaları qane etməyə bilərdi. Amma onun ilk addımından uğura hesablandığı və həmin uğurun da mütləq gerçəkləşəcəyi kimsədə şübhə doğurmasın.
…Adətən, böyük şəxsiyyətlərə obyektiv qiymət verərkən onların yaşadıqları dövrün imkanları ilə müqayisədə nələri edə bildikləri əsas götürülür. Bu baxımdan Heydər Əliyevin həm Azərbaycana rəhbərlik etdiyi və həm də bu missiyadan kənarda olduğu dövrlərə qiymət verərkən birmənalı olaraq deyə bilərik ki, o, zamanın və şəraitin verdiyi imkanlardan öz xalqının maraqları və yüksəlişi naminə maksimum istifadə edib. Azərbaycanda Heydər Əliyev siyasəti, onun dövlətçilik xətti davam edəcək. Çünki bu siyasət Azərbaycanın gələcək tərəqqisinin təminatı baxımından lazımdır. Heydər Əliyev siyasəti tarazlı siyasətdir, cəmiyyətin bütün təbəqələrinin mənafelərini ifadə edir, cəmiyyətdə ahəngdarlıq yaradır, vətəndaşların hüquq və azadlıqlarını, onların milli-dövlətçilik mənafelərini, açıq cəmiyyətin ali dəyərlərini müdafiə edir. Orta statistik azərbaycanlı Heydər Əliyevin simasında ümummilli liderə məxsus bütün keyfiyyətləri — rasionalizm və müdriklik, qətiyyət, siyasi uzaqgörənlik, realizm və novatorluğu görürdü.
Ən önəmlisi isə odur ki, Heydər Əliyev siyasəti bugünlə, indi ilə yekunlaşan, bitən deyil. Bu siyasəti həmin uğurla gələcəkdə də davam etdirə biləcək gənc lider, sınanmış dövlət komandası və aydın strategiya var.
Siyasətdə müdriklik, həyatda praqmatizm məktəbi, dövlət idarəçiliyində ustalıq — bu böyük siyasətin ana xəttini təşkil edir. Azərbaycan siyasətçiləri içərisində heç kimə bu qədər siyasət Olimpinin zirvəsində qalmaq və Vətəninə, xalqına xidmət etmək və heç kəsə ürəklərdə sağlığında özünə heykəl ucaltmaq da nəsib olmayıb.
Heydər Əliyev özü şəxsiyyət kimi tarixi hadisədir. Tarix şəxsiyyəti yaradır, bu cür şəxsiyyətlər isə tarixi. O həmişə lider olub. O, imperiya dövründə də lider idi, istiqlalımız dövründə də liderdir, onu o dövrdə də tərif, mədhiyyə, tənqid atəşinə tutublar, indi də, bunlar heç nəyi dəyişməyib, dəyişməyən amalı, əqidəsi və mənəviyyatı imkan verməyib.
Otuz ildən artıqdır ki, Heydər Əliyev cənabları sənin, mənim, onun – Azərbaycan xalqının gözü qarşısında dahiləşib, əbədiləşib, zirvələşib. Heydər Əliyevin ən böyük fəxri, qüruru onun yaratdıqları, gördüyü işlərlə doğma xalqının qəlbini fəth etməsi idi. Bu fəthiylə o, xalqının qəlbində əbədi yaşayacaq – bugünkü nəslin də, sabahkı nəslin də.
Bu gözəl insanın ömür salnaməsini dönə-dönə səhifələmək, oxumaq, öyrənmək və oxuya-oxuya, öyrənə-öyrənə sevərək təbliğ etmək lazımdır, çünki Heydər Əliyevin ömrü elə yaşadığımız Azərbaycanın tarixidir.
… O, ömrünün 81-ci ilində — müdriklik, ağsaqqallıq zirvəsində bizi tərk etdi. Amma o, cismən bizdən ayrılıb. Heydər Əliyev öz ideyaları, hələ başa çatdıra bilmədiyi işlərlə, Azərbaycanın 10, 20, 50, 100 il sonrakı gələcəyini görən böyük planları, arzuları ilə daima bizimlə olacaq. O hər zaman zirvədə olacaq. Heydər Əliyevi bu zirvəyə xalq, onun etimadı və inamı yüksəldib. Onun fəth etdiyi ən böyük zirvə xalqın qəlbidir. Həmin zirvədən Azərbaycanın dünəni və bugünü ilə yanaşı, gələcəyi, rifahlı sabahı da aydın görünür. Yetər ki, hər birimiz Azərbaycanın sabahını düşünərək həmin zirvənin işığında addımlamağı bacaraq…
ÜMUMİ MƏLUMAT
Demokratik inkişaf yolu seçən bütün sivil dövlətlərdə olduğu kimi ölkəmizdə də vətəndaş cəmiyyəti quruculuğu özünəməxsus tarixi inkişaf yolu keçmişdir. İctimai sektorun inkişafı üçün zəruri hesab olunan məqsəd və hədəflər, prioritetlər davamlı şəkildə aparılmış geniş müzakirələr nəticəsində müəyyən edilərək daha da zənginləşdirilmiş və bu sahədə beynəlxalq təcrübə diqqətlə öyrənilmişdir.
1997-ci ildə Azərbaycan və BMT-nin İnkişaf Proqramı arasında QHT sektorunun təsisi və inkişaf etdirilməsi sahəsində əməkdaşlıq başlanılıb. 1999-cu ildə Azərbaycan Milli QHT Forumunun qurulması ilə bu işlər daha da stimullaşdı. 2000-ci ildə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanun qəbul olundu. Bu qanun MDB məkanında QHT-lərin fəaliyyətini tənzimləyən ilk qanun olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2007-ci il tarixli 2288 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının qəbulu ölkədə QHT sektorunun inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur. Bu sənədin qəbulu QHT sektorunun inkişafı üçün institusional və hüquqi cəhətdən daha əlverişli zəmin yaratmışdır. Konsepsiyada QHT-lərə dövlət dəstəyinin prinsip və formaları, həmçinin QHT-lərə dövlət dəstəyinin prioritet sahələri və bu dəstəyin təmin olunmasının əsas vasitələri nəzərdə tutulmuşdur. Həmin əsas vasitələr qanunvericilik bazasının, dövlət orqanları və vətəndaş cəmiyyəti institutlarının əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsindən ibarətdir.
Konsepsiyada qarşıya qoyulan məqsəd və vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 13 dekabr 2007-ci il tarixli 674 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılmış və Əsasnaməsi təsdiq olunmuşdur. Ölkədə QHT-lərin inkişafı məqsədilə bu istiqamətdə zəruri tədbirlərin görülməsi üçün Şuranın Əsasnaməsində konkret hüquq və vəzifələr, həmçinin funksiyalar müəyyən olunmuşdur.
Şuranın fəaliyyətə başlaması ilə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarına ixtisaslaşmış dövlət dəstəyinin həyata keçirilməsi sahəsində yeni idarəetmə modeli meydana gəlmişdir. Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasından və Şuranın fəaliyyətinə dair Əsasnamədən irəli gələn və davamlı olaraq həyata keçirilən dövlət siyasəti nəticəsində bu gün ictimai həyatın bütün sahələrində QHT-lərin aktivliyi, o cümlədən onların dövlət qurumları ilə əsas tərəfdaş qismində faydalı əməkdaşlıq münasibətləri müşahidə olunmaqdadır. QHT-lər ictimai həyatın ən müxtəlif sahələri üzrə qəbul olunmuş dövlət proqram və strategiyalarında əsas tərəfdaş qurumlar kimi dövlət və cəmiyyət qarşısında həlli vacib hesab olunan milli, regional və məhəlli xarakterli ictimai vəzifələrin həyata keçirilməsində aktiv iştirak edir, o cümlədən çoxsaylı ictimai problemlərin həllində töhfələr verir.
Eyni zamanda hesab olunur ki, vətəndaş cəmiyyəti institutlarının aparıcı istiqamətini təşkil edən QHT-lərin inkişafı ilə bağlı qarşıda ciddi vəzifələr dayanır və bu istiqamətdə davamlı olaraq zəruri işlər aparılır. Əsas məqsədimiz ölkədə QHT-lərin yüksək potensiala və dayanıqlı əsaslara malik olmasından, o cümlədən dövlət və cəmiyyət həyatında aktiv fəaliyyət göstərməsi üçün dəstəyin həyata keçirilməsindən ibarətdir.
Hal-hazırda Azərbaycan respublikasında vətəndaş cəmiyyətinin möhkəmlənməsi üçün ciddi addımlar atılır. Təsadüfi deyil ki, ölkədə qeyri-hökumət təşkilatlarının sayı durmadan artır. Məsələn, 2001-ci ildə qeydiyyatdan keçmiş QHT-lərin sayı 21 idisə, hazırda onların sayı 3 mindən çoxdur.
Qeyri-Hökumət Təşkilatları (QHT) qeyri kommersiya məqsədli təşkilatlardır. Qeyri-Hökumət Təşkilatları cəmiyyətdə fərqli və müstəqil rola malikdirlər. Qeyri-Hökumət Təşkilatları (QHT) əsasən qrantlar vasitəsi ilə maliyyələşirlər.
QHT-lər İctimai Birliklər və Fondlara bölünür.
İctimai Birlik- ictimai əhəmiyyəti olan konkret mənfəətsiz məqsədləri həyata keçirmək məqsədi ilə fərdi şəxslər tərəfindən yaradılan qurumlardır. Gənclər Təşkilatları, Hərəkatlar bu qəbildən olan təşkilatlardır.
Fondlar-Əsasən yardım və hansısa layihələri maliyyələşdirmək məqsədi ilə yaradılır.
HEYDƏR ƏLİYEV FONDU
Zəngin dünyəvi dəyərə malik maddi və mənəvi irsimiz Azərbaycanın tarixi sərvəti, bəşəri irsə verdiyi ən böyük töhfəsidir. Şərqlə Qərb arasında keçid rolunu oynayan, sivilizasiyalararası dialoq mərkəzinə çevrilən Azərbaycan mədəni-mənəvi dəyərlərinin tanıdılması, Azərbaycan gerçəkliklərinin dünyəvi qiymətləndirilməsi istiqamətində yorulmaz fəaliyyət Heydər Əliyev Fondu tərəfindən reallaşmaqdadır.
Heydər Əliyev Fondu tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılmışdır. Fond ulu öndər Heydər Əliyevin xatirəsinə 2004-cü il 10 may tarixində təsis olunmuşdur. Xalqın milli-mənəvi dəyərlərini, tarixi kimliyini, milli özünəməxsusluğunu qoruyub saxlayan, həmçinin gələcək nəsillərə də ötürməyi bacaran ulu öndər Heydər Əliyev daim elmin, təhsilin, milli-mənəvi dəyərlərin böyük hamisi və qoruyucusu olmuşdur. Heydər Əliyev Fondu məqsədyönlü fəaliyyəti ilə hər zaman bu amala sadiqliyini nümayiş etdirmişdir. Əldə olunan çoxşaxəli uğurlarımızda Fondun prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyevanın rolu danılmazdır.
“Qarabağ xanəndələri” adlı musiqi albomunun, “Qarabağ həqiqətləri” bukletlər toplusunun, “Müharibə və tarixi mədəniyyət abidələrimiz”, Parisdə ingilis dilində “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması”, “Muğam haqqında əlyazmalar toplusu”, “Qarabağ xanəndələri” musiqi albomunun və s. nəşri Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz guşələrindən biri kimi dünya ictimaiyyətinə çatdırılmasında mühüm vasitə olmuşdur. Fondun dəstəyi ilə Xocalı soyqırımı hər il dünyanın 100-dən artıq nöqtəsində qeyd olunur. Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməktaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən fəaliyyətə başlamış “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası erməni cinayətlərinin dünya miqyasında ifşası üçün əlverişli mühit formalaşdırmışdır.
Uşaqlara və ahıllara göstərilən nəvaziş, inşa olunan çoxsaylı məktəblər, səhiyyə ocaqları, musiqi liseyləri, uşaq evləri, talasemiya və diabetdən əziyyət çəkən uşaqlara xüsusi qayğı Fondun reallaşdırdığı fəaliyyətin ayrılmaz qoludur. Uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək, insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım etmək Fondun qarşıya qoyduğu əsas məqsədlərdəndir. Uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün yaşayış binalarının tikilməsi, dini müəssisə və icmaların bərpası, uşaq bağçalarının tikilməsi, yaxud bərpası, uşaq əyləncə mərkəzlərinin yaradılması və s. görülən tədbirlər sosial fəaliyyətin mahiyyətini təşkil edir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Kor və zəif görən uşaqların informasiya kommunikasiya texnologiyalarına çıxışının təmin olunması” kimi layihələr alternativi olmayan xeyirxahlıq, humanistlikdir.
“Təhsilə dəstək” layihəsi çərçivəsində 2004-cü ildən başlayaraq yeni dərs ilinin əvvəlində qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və dərs ləvazimatının paylanması isə artıq ənənəyə çevrilmişdir.
Fond tərəfindən 2005-ci ildən etibarən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaq, cəmiyyətin müxtəlif təbəqələrinin, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirərək ümumi işin xeyrinə yönəltməkdir. Fondun “Təhsilə dəstək” layihəsi yalnız Azərbaycan hüdudlarıyla çərçivələnməmişdir. Belə ki, Fondun dəstəyilə Gürcüstan, Misir, Rumıniya, Rusiya Federasiyası, Pakistan və Hollandiyada bir sıra məktəblər yenidən qurulmuş və əsaslı təmir olunmuşdur. Pakistanın Müzəffərabad şəhəri Rara ərazisində zəlzələdən sonra dağılmış qızlar üçün yeni orta məktəb binasının inşası ən uğurlu və önəmli layihələrdəndir.
2017-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi uğurla icra olunmuşdur. 2016-cı il aprel döyüşləri zamanı yaralanmış və protezləşməyə ehtiyacı olan hər bir əsgər və zabit layihə çərçivəsində yüksək texnologiyalı protezlərlə təmin edilmişdi.
Heydər Əliyev Fondu təhsil, mədəniyyət, maarif, elm, texnologiyalar, ekologiya və idman sahələrində müxtəlif layihələrə dəstək verməklə, həm ölkə çərçivəsində, həm də beynəlxalq səviyyədə fəaliyyət göstərir.
Xarici ölkələrdə də sosial layihələr həyata keçirən Fond Haitidə, İranda, Türkiyədə, Pakistanda zəlzələnin, Rumıniyada təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına yardım etmişdir. 2011-ci ilin sentyabrında Fransa Prezidenti Nikola Sarkozinin dəstəyi və Fransa Terror Qurbanları Assosiasiyası, eləcə də Beynəlxalq Terror Qurbanları Təşkilatının təşəbbüsü ilə Parisdə terrorizm qurbanlarına həsr olunmuş 7-ci Beynəlxalq Konqresin keçirilməsinə maliyyə yardımı edilmişdir. 2012-ci ilin fevralında Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yenidən qurulmuş “Dostluq parkı”, 2013-cü ildə “Görmə qabiliyyəti məhdud olan uşaqlar və gənclər üçün mərkəz”, 2013-cü ildə Rusiyanın Volqoqrad şəhərində “Volqoqrad-Bakı Dostluq Parkı”, 2012-ci ilin sentyabrında Həştərxanda Rusiya-Azərbaycan Dostluq Körpüsü, 2018-ci ildə “Azərbaycan Biznes Mərkəzi” istifadəyə verilmişdir.
Heydər Əliyev Fondunun dünya mədəni irsinin bərpasına yönələn xeyriyyəçilik fəaliyyəti Almaniyada Berlin qəsri, Versalda qədim abidələr, Fransada aşağı Normandiyadakı kilsə və Luvr muzeyi, müqəddəs Marçellinio və Pietro qədim əlyazmaları və katakombaları, Vatikanda San Sebastian katakombaları, İtaliyada Kapitoli muzeyində filosoflar zalı, Bolqarıstanda Trapezitsa muzeyi və digər bu kimi bir çox ölkələri əhatə edib.
Heydər Əliyev Fondunun layihələri qlobal xarakteri və keyfiyyətinə görə beynəlxalq səviyyədə də müdafiə olunur. Bütün bunlar isə zəmanəmizin qürur doğuran reallığıdır. BMT, İslam Əməkdaşlığı Təşkilatı, YUNESKO, İSESKO və onlarca mötəbər qurumun nümayəndələri də Heydər Əliyev Fondunun həyata keçirdiyi böyük layihələri daim yüksək qiymətləndirmişlər. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 2004-cü ildə YUNESKO-nun, 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri adına, 2007-ci ildə “Qızıl ürək” və Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondunun mükafatlarına, “Əsrlərin xeyriyyəçiləri” Beynəlxalq Fondunun Yaqut Xaç ordeninə, 2010-cu ildə Fransanın “Fəxri Legion” ordeninə, YUNESKO-nun “Qızıl Motsart” medalına, 2011-ci ildə Krans Montana Forumunun qızıl medalına layiq görülmüşdür.
Heydər Əliyev Fondunun həyata keçirdiyi bu layihələr xeyirxahlıq və humanistlik, mənəvi zənginlik baxımından da fərqlənir. Məqsəd isə müxtəlif mədəniyyətlər arasında kəsişən nöqtələri tapıb qloballaşan dünyada sülh şəraitində birgə yaşayışı təmin etməkdir. Azərbaycan müxtəlif mədəniyyətlərin, dinlərin, dəyərlərin, Qərb və Şərq təsirlərinin qovşağı kimi birgə yaşayışa əyani sübutdur.
Ümummilli Liderin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan, xalqımızın gələcəyi naminə bir sıra əhəmiyyətli layihələri inamla həyata keçirən Heydər Əliyev Fondu milyonların ümid, pənah yerinə çevrilmiş, qarşıya qoyduğu vəzifələri lazımınca yerinə yetirmək iqtidarında olduğunu sübut etmişdir. Məhz Fondun misilsiz xidmətləri nəticəsində Azərbaycan həqiqətləri bu gün dünya ölkələrində yayımlanır, ölkəmizin siyasi, ictimai, mədəni mənzərəsi yüksək səviyyədə təbliğ edilir.
IDEA İCTİMAİ BİRLİYİ
Ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həll edilməsi davamlı inkişaf üçün vacib amillərdən biridir. Azərbaycan Respublikası ekoloji sağlamlığın təmini, gələcək nəsillərə təmiz ekoloji mühitin ötürülməsi məqsədilə müvafiq addımlar atır. Azərbaycanın mövcud təbii-coğrafi şəraiti, zəngin təbii ehtiyatları ekoloji təhlükəsizliyinin daim diqqət mərkəzində olmasını tələb edir.
“Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın icrası ilə əlaqədar bir sıra layihələr uğurla icra olunmuşdur.
Azərbaycan qlobal ekoloji problemlərin həllində aktiv iştirak etməklə, regional və beynəlxalq səviyyədə geniş fəaliyyət göstərir. Son zamanlar ekoloji problemlərin həllinə həsr olunmuş müşavirələrin, yerli və beynəlxalq konfransların keçirilməsi bu sahənin dövlətin prioritet məqsədləri sırasına daxil edilməsinin əyani sübutudur. Ölkəmizin iqtisadi potensialı artdıqca ekoloji məsələlərin həllinə də diqqət artırılır, ekoloji vəziyyətin yaxşılaşdırılması istqamətində əhəmiyyətli addımlar atılır. Beynəxalq konvensiyaların ratifikasiyası, beynəlxalq sahədə əməkdaşlığın genişlənməsi, eyni zamanda, milli səviyyədə qanunların qəbulu və həyata keçirilməsi sübutedici faktorlardır. Azərbaycan ekoloji cəhətdən gərgin regionda yerləşdiyi üçün ekoloji qayğı daim diqqət mərkəzindədir. 2010-cu ildə bu məqsədlə “Ekologiya ili” elan olunmuş, bu il ərzində respublikada ekoloji durumun vəziyyəti, gənc nəslin maarifləndirilməsi istiqamətində çoxşaxəli fəaliyyət həyata keçirilmişdir.
Cənubi Qafqazda Vəhşi Təbiətin Bərpası və Reabilitasiya Mərkəzi ilk olaraq Azərbaycanda yaradılıb. O cümlədən, respublikamız Xəzəryanı dövlətlər arasında yeganə ölkədir ki, dənizin və onun akvatoriyasının çirklənmədən təmizlənməsi üzrə kompleks tədbirlər həyata keçirir. Dünyada mövcud olan 11 iqlim tipindən 9-na ölkəmizdə rast gəlmək mümkündür. Azərbaycan cənubda subtropik ağaclarına və meyvələrinə, şimalda isə alp buzlaqlarına görə məşhurdur. Bu, Qafqazdakı vəhşi təbiətin flora və faunasının zəngin biomüxtəlifliyini təmin edən əsas amildir.
Son zamanlar ətraf-mühitin mühafizəsi istiqamətində IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin fəaliyyəti danılmazdır. Təşkilat 2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamışdır. Təşkilatın əsas məqsədi ətraf mühit məsələləri və fəaliyyətlər barədə ictimai maarifləndirmə, gənclərlə əməkdaşlıq, ətraf mühit problemləri sahəsində təhsil və onlar üçün düzgün realizə üsullarını tapmaqdır. Burada diqqətçəkən məsələ ondan ibarətdir ki, hər bir layihə gənc nəslin təşəbbüsü, iştirakı və rəhbərliyi ilə gerçəkləşir. Təşkilatın missiyası gənclərin regional və beynəlxalq səviyyədə real və virtual cəmiyyətlərinin yaradılması, ətraf mühitin qorunması ilə bağlı açıq dialoqlar vasitəsilə həmin cəmiyyətin inkişaf etdirilməsi, yerlərdə ekoloji maarifləndirmə işlərini həyata keçirmək üçün bu cəmiyyətin hər bir üzvünün lider kimi yetişməsini təmin etməkdir.
Qısa müddət ərzində təşkilat ölkə daxilində, həmçinin xaricdəki fəaliyyəti ilə uğurlara imza atır, həyata keçirdiyi müxtəlif layihələr və tədbirlərlə ekoloji şüurun formalaşmasına, ekoloji təhsilin artırılmasına xidmət edir. Belə ki, gənc ekoloqlar və adi tələbələr üçün ağacəkmə fəaliyyətləri, o cümlədən 5 qitə və 90 ölkədən 1200 iştirakçının qatıldığı “Yer Kürəsi uşaqların gözü ilə” uşaqlar üçün beynəlxalq fotomüsabiqə, “Hər kağızı bir yarpağa dəyişək” layihəsi 1-ci Azərbaycan Ətraf Mühit Forumu və digər müxtəlif layihələr birliyin əldə etdiyi nailiyyətlərdəndir. Həmçinin, 2011-ci ildə Qəbələdə baş tutan konfrans və 2012-ci ildə UNEP-in əməkdaşlığı ilə reallaşdırılan “Yaşıl həftə” konfranslar silsiləsi kimi beynəlxalq mütəxəssislərin iştirak etdiyi çoxsaylı konfrans və görüşlər beynəlxalq əməkdaşlığın genişləndirilməsi, dünyanın müxtəlif ölkələrindən olan gənc ekoloqların şəbəkələşməsini təmin etmişdir.
IDEA İctimai Birliyinin təşəbbüsü ilə 2014-cü il mayın 7-də ilk dəfə olaraq Qafqazın biomüxtəlifliyi üzrə Beynəlxalq Sammit keçirilib və tədbir çərçivəsində regionda bəbirlərin mühafizəsi məsələsi geniş müzakirə edilib.
2015-ci il ildə IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri adına layiq görülmüşdür.
2017-ci ilin oktyabrın 16-da Bakıda IDEA İctimai Birliyi, Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı – FAO-nun birgə təşkilatçılığı ilə Ümumdünya Ərzaq Gününə həsr olunan tədbir keçirilib.
Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayından başlayaraq “Meyvə ağaclarının əkilməsi” üzrə layihəyə start verilib. Layihə çərçivəsində bölgələrdə meyvə bağları salınaraq, aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin təmənnasız istifadəsinə verilir.
Ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılması məqsədilə “Bizim həyət” layihəsi də uğurla icra edilir.
IDEA-nın təşəbbüsü ilə 2018-ci ilin aprel ayından başlayaraq “Yaşıllıqları bərpa edək” layihəsi çərçivəsində Abşeron və Bakı şəhərinin torpaq və iqlim şəraitinə uyğun ağacların əkilməsi planlaşdırılır.
Hal-hazırda IDEA ictimai birliyinin təşəbbüsü ilə respublikada 5 milyondan çox ağac əkilmişdir. O cümlədən ağacların kəsilməsinin qarşısının alınması tədbirləri, sahibsiz heyvanlar üçün sığınacağın təşkili, ekoloji tədbirlər və müsabiqələrin keçirilməsi, sənaye və məişət tullantılarının azaldılması istiqamətində layihələr həyata keçirilir.
AZƏRBAYCAN MİLLİ OLİMPİYA KOMİTƏSİ
Azərbaycan Milli Olimpiya Komitəsi 1992-ci ildə təsis edilmişdir. Komitə 1993-cü ildə Beynəlxalq Olimpiya Komitəsinə üzv qəbul edilmişdir.
Azərbaycan Olimpiya Hərakatını şərti olaraq üç dövrə bölmək mümkündür:
1) SSRİ yığma komandası tərkibində Olimpiya Oyunlarında iştirak (1952-1992);
2) Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında Müstəqil Dövlətlər Birliyinin yığma komandasının tərkibində Olimpiya oyunlarında iştirak (1992);
3) Azərbaycanın müstəqil dövlət kimi Olimpiya Hərakatına qoşulması (1992-ci ildən sonrakı dövr).
1996-cı ildə Azərbaycanın müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatıldı. Azərbaycan Atlantada 23 idmançı ilə təmsil olundu, bir gümüş medal qazanıldı.
Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətinin birinci beşilliyində görülmüş, ümumiyyətlə, lazımi səviyyədə qurulmamışdı və qənaətbəxş sayıla bilməzdi. İşdə əsaslı dönüş yaratmaq tələb olunurdu. Milli Olimpiya Komitəsinin 1997-ci ilin 31 iyulunda keçirilmiş növbəti Baş Məclisi komitənin yeni idarə heyətini müəyyənləşdirdi. İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Komitənin fəaliyyət istiqamətləri müəyyənləşdirildi.
MOK-un prezidenti İlham Əliyev komitənin fəaliyyətində müsbət istiqamətdə əsaslı dönüş yarada bilmiş, ölkəmizdə Olimpiya Hərəkatının sürətli inkişafına təkan vermiş və onun Beynəlxalq Olimpiya Oyunlarının Hərəkatına fəal qoşulmasını təmin etmişdir. Azərbaycan MOK-u ölkəmizdə Olimpiya Hərəkatının və idmanının inkişafı ilə bağlı məqsədyönlü, ardıcıl fəaliyyət göstərərək, qısa müddət ərzində uğurlu göstəricilər əldə etmişdir. Sidney şəhərində keçirilən XXVII Yay Olimpiya Oyunlarına idmançılarıçılarımızı yüksək səviyyədə hazırlamaq və rəsmi beynəlxalq yarışlarda iştirakını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 20 yanvar 1998-ci il tarixli sərəncamı MOK-un daha məqsədyonlü iş aparması üçün geniş imkanlar açdı. Oyunlara hazırlıq işlərinin vaxtında və dövlət səviyyəsində aparılması nəticəsində Azərbaycan İdmançılarından 31 nəfəri 10 idman növü üzrə XXVII Yay Olimpiya Oyunlarında iştirak etdi (2000).
Avstraliyanın Sidney şəhərində keçirilən XXVII Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları 2 qızıl və 1 bürünc medal qazandılar. 199 ölkənin iştirak etdiyi Sidney Olimpiadasında Azərbaycanın 34-cü, Avropa ölkələri arasında isə 23-cü yeri tutması idmançılarımızın böyük qələbəsi idi.
Azərbaycan idmançılarının XXVIII Yay Olimpiya Oyunlarına hazırlığının daha yüksək səviyyədə, mütəşəkkil formada təşkil və təmin edilməsinə Azərbaycan Respblikasınının Prezidenti İlham Əliyevin imzaladığı “XXVIII Yay Olimpiya Oyunlarına hazırlıq haqqında” sərəncamı əsas zəmin yaratmış oldu (05.06.2003). Afina şəhərində keçirilən XXVIII Yay Olimpiya Oyunlarına hazırlığa başlamış 130 idmançıdan 38 nəfəri oyunlarda iştirak etmək şərəfinə nail ola bilmişdir. Respublikamız XXVIII Yay Olimpiya Oyunlarında idmanın 12 növü üzrə 38 idmançı ilə təmsil olundu. XXVII Sidney Olimpiya Oyunları ilə müqayisədə bu oyunlarda ölkəmiz 3 yeni idman növü – bədii gimnastika, taekvondo, qılıncoynatma və daha çox idmançı ilə yarışılara qatılmışdı.
XXVIII Yay Olimpiya Oyunlarında Azərbaycanın milli olimpiya komandası 1 qızıl və 4 bürünc medal qazanaraq 202 iştirakçı dövlət arasında medalların sayına görə 37-ci, əyarına görə 50-ci yeri tuta bilmişdir.
Pekin şəhərində keçirilən XXIX Yay Olimpiya Oyunlarında Azərbaycanın milli olimpiya komandası müxtəlif idman növlərində 44 idmançı ilə təmsil olunurdu. Bu yarışda təmsilçilərimiz digər Olimpiya oyunlarından həm idmançıların, həm də qazanılan medalların sayına görə fərqlənirdi. Komandamız Olimpiya oyunlarında ilk dəfə olaraq, hər üç əyarda medallar qazandılar. Maraqlıdır ki, atletlərimiz ilk dəfə olimpiadanın atçılıq yarışlarında və bədii gimnastika üzrə qrup hərəkətlərində qüvvələrini sınadılar. Bundan əlavə, Pekin-2008 qadın güləşçilərimizin mübarizə aparacağı ilk olimpiada kimi tarixə düşdü. XXIX Yay Olimpiya oyunlarında Azərbaycan yığması 7 medalla (1 qızıl, 2 gümüş, 4 bürünc) 204 ölkə arasında medalların sayına görə 27-ci, medalların əyarına görə isə 39-cu yeri tutdu.
Londonda keçirilmiş XXX Yay Olimpiya Oyunlarında Azərbaycanın milli olimpiya komandasının 53 üzvü idmanın 16 növündə təmsil olunurdu. Velosiped, avarçəkmə, qadın boksu, idman gimnastikası yarışlarında idmançılarımız ilk dəfə qüvvələrini sınayırdılar. XXX Yay Olimpiya Oyunlarında 204 ölkədən 10 957 idmançı iştirak edirdi. Azərbaycan Olimpiya yığması 2 qızıl, 2 gümüş və 6 bürünc medalla ümumi hesabda 30-cu pillədə qərarlaşdı. XXXI Yay Olimpiya Oyunlarında Azərbaycanın milli olimpiya komandasının 56 üzvü idmanın 17 növündə 57 lisenziya ilə təmsil olunurdu. Triatlon, kamandan oxatma, kanoe slalom, trek velosipedi yarışlarında idmançılarımız ilk dəfə qüvvələrini sınayırdılar.
2016-cı ildə Rio-de-Janeyroda keçirilmiş XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan Olimpiya yığması 1 qızıl, 7 gümüş və 10 bürünc medalla ümumi hesabda 206 dövlət arasında medal sayına görə 15-ci, medal əyarına görə isə 39-cu pillədə qərarlaşıb.
2015-ci ildə Azərbaycanda I Avropa Oyunları keçirildi. Yarışlarda Avropanın 50 ölkəsinin 10 000 idmançısı mübarizə aparıb. Yarışlarda Bakının 11, Mingəçevirin isə 1 idman qurğusundan istifadə olunub. 2015 Avropa Oyunlarının təqviminə 30 idman növü daxil edildi. Onlardan 24-ü Olimpiya, 6-sı isə qeyri-Olimpiya idman növüdür. Yarışlarda idmançılar 253 dəst medal uğrunda yarışıb. Yarışlara 289 idmançı ilə qatılan Azərbaycan 21 qızıl, 15 gümüş və 20 bürünc, ümumilikdə 56 medal qazanaraq yarış cədvəlində medalların sayına və əyarına görə isə 2-ci yeri tutub.
2017-ci ildə Ölkəmiz daha bir mötəbər idman yarışına IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib.
2012-ci ilin oktyabr ayında İslam Həmrəyliyi İdman Federasiyasının Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçirilən 18-ci iclası zamanıAzərbaycan Milli Olimpiya Komitəsi İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün öz namizədliyini irəli sürmüşdü. 2013-cü ildə İHİF-in Ciddə şəhərində keçirilən 8-ci Hesabat-seçki Baş Assambleyasında Azərbaycanın ev sahibliyi etməsi təsdiq olunmuşdur.
2017-ci ilin 12-22 may tarixlərində Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan yığması 142 idmançı ilə 9 idman növündə təmsil olundu. Azərbaycan idmançıları IV İslam Həmrəyliyi Oyunlarında ümumilikdə 162 medal (75 qızıl, 50 gümüş və 37 bürünc) qazanmaqla medalların əyarına görə 1-ci yeri tutub.
Hazırda dünya birliyinin layiqli üzvünə çevrilmiş Azərbaycan Respublikası həm də beynəlxalq idman ölkəsi kimi tanınır.
Ötən illər ərzində istər ölkəmizdə, istərsə də beynəlxalq arenalarda keçirilmiş mötəbər yarışlarda Azərbaycan idmançıları layiqincə çıxış edərək mükafatçılar sırasında yer tutmuşlar. Bu da Azərbaycanın beynəlxalq nüfuzunun bir qədər də artmasına səbəb olmuşdur. Məhz bunun nəticəsidir ki, son zamanlar dünyanın mötəbər idman təşkilatları bir sıra yarışların keçirilməsini Azərbaycana həvalə edirlər.
Azərbaycanda idmanın inkişafına göstərilən qayğı və diqqət nəticəsində paytaxt Bakıda, eləcə də ölkənin ayrı-ayrı regionlarında olimpiya kompleksləri və çoxsaylı idman qurğuları tikilib istifadəyə verilmişdir. Azərbaycan Respublikasında idmanın inkişafı ildən-ilə geniş vüsət alır. Ölkəmizdə idmana qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Hazırda Azərbaycanda 40-dan artıq Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Bundan əlavə, 68 min tamaşaçı tutumuna malik olan Bakı Olimpiya Stadionu, Bakı “Su İdman Sarayı”, Bakı Avropa Oyunları Parkı, Heydər Əliyev adına İdman Konsert Kompleksi, Respublika Olimpiya Mərkəzi, Bakı Atıcılıq Mərkəzi, Respublika Velotreki, T.Bəhramov adına Respublika Stadionu, Bakı Kristal Zalı, Velopark, Bakı Tennis Akademiyası, Milli Gimnastika Arenası, Paralimpiya İdman Kompleksi, Bakı İdman Sarayı, Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzi kimi idman qurğuları ölkəmizdə idmanın inkişafına yaxşı imkanlar yaradır.
“REGİONAL İNKİŞAF” İCTİMAİ BİRLİYİ
“Regional İnkişaf” İctimai Birliyi (RİİB) Heydər Əliyev Fondunun təşəbbüsü ilə 12 fevral 2016-cı il tarixdə təsis olunub.
RİİB-in fəaliyyəti bütün respublika ərazisini əhatə edir və bölgələr üzrə regional mərkəzləri var.
Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) İctimai Birliyin üzvü ola bilər.
“Regional İnkişaf” İctimai Birliyin əsəs məqsədi cəmiyyətin sosial, iqtisadi və mədəni inkişafına töhfə verməkdən ibarətdir.
İctimai Birlik məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:
- Regionlarda əhalinin elm, təhsil, səhiyyə, idman, turizm, ekologiya, sosial təminat, mədəniyyət, incəsənət, sahibkarlığın inkişafı və digər sahələrdə mövcud problemlərinin öyrənilməsi və onların həlli istiqamətində vətəndaşlarla dövlət və bələdiyyə orqanları arasında qarşılıqlı dialoqun və əməkdaşlığın qurulmasına, mövcud əlaqələrin genişləndirilməsinə və informasiya axınının təmin olunmasına köməklik göstərmək;
- İctimai nəzarət mexanizminin gücləndirilməsi istiqamətində fəaliyyət göstərmək;
- Regional dövlət proqramlarının icrasında aidiyyəti dövlət qurumlarının işinə dəstək vermək;
- İnsanların qanunvericilik aktları ilə müəyyən edilmiş hüquq və azadlıqlarından istifadə edilməsi üçün lazımi şəraitin yaradılmasına dəstək vermək;
- Regionlarda istedadlı, xüsusi qabiliyyətli insanların aşkara çıxarılması və onların davamlı inkişafının təmin edilməsi istiqamətində tədbirlər görmək;
- Regionlarda ətraf mühitin mühafizəsi, eləcə də ekoloji şüurun, mədəniyyətin formalaşması və möhkəmləndirilməsi sahəsində təkliflər hazırlamaq, bu istiqamətdə aidiyyəti qurumlarla birlikdə tədbirlər həyata keçirmək;
- Regionlarda valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan, eləcə də sağlamlıq imkanları məhdud olan gənclərin dünyagörüşlərinin və praktiki biliklərinin artırılması, təhsil almaq imkanlarının yaxşılaşdırılması, cəmiyyətə aktiv inteqrasiyasının təmin edilməsi işinə dəstək vermək;
- Regionlarda etnik-mədəni müxtəlifliyin, multikultural, tolerant mühitin qorunması və inkişafının təşviq edilməsi sahəsində təkliflər vermək;
- Aidiyyəti qurumlarla birlikdə regionlarda sahibkarlığın və turizmin inkişafına xidmət edən məqsədli proqramların hazırlanması işində iştirak etmək və onların həyata keçirilməsinə dəstək vermək;
- Regionlarda aidiyyəti qurumlarla birlikdə ərazi və dövlət məşğulluq proqramlarının hazırlanması və həyata keçirilməsi işində iştirak etmək, təkliflər hazırlamaq;
- Regionlarda əhalinin həyat səviyyəsini öyrənmək, təhlil etmək və qiymətləndirmək, habelə əhalinin həyat səviyyəsinin yüksəldilməsini təmin edən tədbirlərin hazırlanması və həyata keçirilməsi işinə dəstək vermək;
- Regionlarda gənclərin milli-mənəvi dəyərlərə, ənənələrə, tarixi keçmişinə bağlı ruhda böyüməsi, eləcə də ölkəmiz və dünya mədəniyyəti haqqında bilik və məlumatların artırılması istiqamətində tədbirlər görmək;
- Regionalarda güclü insan kapitalının formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərmək;
- Regionlarda əhalinin maarifləndirilməsi istiqamətində müstəqil olaraq və ya dövlət qurumları, bələdiyyələr və ictimai təşkilatlar ilə birlikdə tədbirlər həyata keçirir;
- Fəaliyyət sahəsində beynəlxalq təşkilatlar və xarici dövlətlərin analoji qurumları ilə əməkdaşlıq etmək;
- Humanitar, kommersiya və qeyri-kommersiya təşkilatları, kütləvi informasiya vasitələri, dövlət və bələdiyyə orqanları, qeyri-hökümət təşkilatları, yerli və xarici təhsil müəssisələri və digər təşkilatlarla əməkdaşlıq etmək;
- Zəruri hallarda qanunvericlik aktlarının təkmilləşdirilməsi təşəbbüsü ilə çıxış etmək;
- Qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.
“Regional İnkişaf” İctimai Birliyi qarşıya qoyulmuş vəzifələrin icrasında könüllülərlə işin təşkili, onların potensiallarından, təşəbbüslərindən vətəndaş cəmiyyəti quruculuğunda, regionların sosial-iqtisadi inkişafında səmərəli istifadəyə xüsusi əhəmiyyət verir. Region sakinləri ilə keçirilən bütün görüşlərdə hər kəs, xüsusən də gənclər İctimai Birliyin işində yaxından iştirak etməyə dəvət olunur.
Könüllülərin İctimai Birliyin reallaşdırdığı yerli layihələrdə, respublika miqyaslı tədbirlərdə fəal iştirakı təmin olunub.
Könüllülərlə işin səmərəliliyini artırmaq, eyni zamanda onların fərdi inkişafına dəstək vermək məqsədi ilə RİİB 3 aylıq dövrü əhatə edən davamlı “Könüllülük proqramı” layihəsini həyata keçirir.
Milli-mənəvi, dövlətçilik, vətənpərvərlik və müasirlik dəyərlərinə sadiq RİİB könüllüləri regionlarda vətəndaşların müxtəlif sahələrdəki problemlərinin həllində yaxından iştirak edir, eləcə də dövlət tərəfindən regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən islahatlara dəstək verirlər.
27 Oktyabr 2017-ci il tarixində “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birinci konfransı keçirilib.
“Regional İnkişaf” İctimai Birliyinin Dağlıq Şirvan, Quba-Xaçmaz, Lənkəran, Aran 1, Aran 2, Şəki-Zaqatala, Gəncə-Qazax, Yuxarı Qarabağ regional mərkəzləri fəaliyyət göstərir.
SİYASİ PARTİYALAR
Bütün müasir siyasi sistemlər kimi Azərbaycanın siyasi sisteminə də çoxpartiyalılıq, plyuralizm xasdır. Siyasi partiyalar qanunverici və yerli özünüidarəetmə orqanlarında təmsil olunmaq vasitəsi ilə dövlət hakimiyyətinin həyata keçirilməsində iştirak etmək imkanı qazanır.
Azərbaycan Respublikası vətəndaşlarının siyasi partiya və ya müxtəlif ictimai birliklərdə fəaliyyəti ilə bağlı hüquqları Konstitusiyanın 58-ci maddəsində təsbit olunmuşdur.
Azərbaycan Respublikası Konstitusiyasından çıxarış:
Maddə 58. Birləşmək hüququ
I. Hər kəsin başqaları ilə birləşmək hüququ vardır.
II. Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə
daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir.
III. Heç kəs hər hansı birliyə daxil olmağa və onun üzvlüyündə qalmağa məcbur edilə bilməz.
IV. Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır.
Konstitusiyanı və qanunları pozan birliklərin fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər.
Hal-hazırda Azərbaycan Respublikasında hakim partiya olan Yeni Azərbaycan Partiyası öz sıralarında 700 000 dən artıq vətəndaşı birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır.
Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firəvan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.
Hazırda Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış 56 siyasi partiya fəaliyyət göstərir.
Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış siyasi partiyalar haqqında məlumat
Sıra sayı | Siyasi partiyanın adı | Qeydiyyat tarixi | Hüquqi ünvanı |
1. | Azərbaycan Milli İstiqlal Partiyası | 17.07.1992 | Bakı şəhəri, Azadlıq prospekti 4 |
2. | Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası | 24.07.1992 | Bakı şəhəri, Naxçıvan küçəsi 1, mənzil 23 |
3. | “Ana Vətən” Partiyası | 11.08.1992 | Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 3 |
4. | Milli Demokrat İdrak Partiyası | 11.08.1992 | Bakı şəhəri 4-cü m/r, Tağızadə küçəsi 68, mənzil 40 |
5. | Vətəndaş Həmrəyliyi Partiyası | 03.11.1992 | Bakı şəhəri, Ə.Əlizadə küçəsi, 9 |
6. | Müsavat Partiyası | 08.12.1992 | Bakı ş., Binəqədi r., Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə, 2 saylı Evtikmə Kombinatının binası |
7. | “Birlik” Partiyası | 18.12.1992 | Bakı şəhəri, S.Rüstəmov küçəsi 35, mənzil 53 |
8. | Yeni Azərbaycan Partiyası | 18.12.1992 | Bakı şəhəri, Bülbül prospekti 13 |
9. | Vahid Azərbaycan Milli Birlik Partiyası | 13.01.1993 | Bakı şəhəri, Ə.Topçubaşov küçəsi, 62/11 |
10. | Vahid Azərbaycan Partiyası | 13.01.1993 | Bakı şəhəri, R.Bağırov küçəsi 28, mənzil 16 |
11. | Demokratik Azərbaycan Dünyası Partiyası | 10.02.1993 | Bakı şəhəri, Rəfiyev küçəsi 25 |
12. | Müstəqil Azərbaycan Partiyası | 10.02.1993 | Bakı şəhəri, A.Abbaszadə küçəsi, 17 |
13. | Milli Qurtuluş Partiyası | 03.03.1993 | Bakı şəhəri, Naxçıvanski küçəsi 58, mənzil 25 |
14. | Azərbaycan Ümid Partiyası | 05.05.1993 | Bakı şəhəri, Nərimanov rayonu, İ.Xəlilov küçəsi, 1929-cu məhəllə |
15. | “Qorqud” Partiyası | 10.11.1993 | Bakı şəhəri, İnqlab küçəsi 1, mənzil 214 |
16. | Azərbaycan Kommunist Partiyası | 02.03.1994 | Bakı şəhəri, Xosrov Ruzbeh küçəsi 44/46, mənzil 27 |
17. | Azərbaycan Milli Dövlətçilik Partiyası | 12.10.1994 | Bakı şəhəri, H.Zərdabi küçəsi, 88a |
18. | Azərbaycan Vətənpərvərlər Partiyası | 12.10.1994 | Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 153, 28 May döngəsi |
19. | Azərbaycan Naminə Alyans Partiyası | 22.06.1995 | Bakı şəhəri, Ə.Ələkbərov küçəsi, 93 |
20. | Azərbaycan Demokratik Maarifçilik Partiyası | 04.08.1995 | Bakı şəhəri, Q.Məmmədov küçəsi 3/20, 105 |
21. | Azərbaycan Sosial Rifah Partiyası | 04.08.1995 | Bakı şəhəri, Təbriz küçəsi 92 |
22. | Azərbaycan Liberal Partiyası | 14.08.1995 | Bakı şəhəri, 370001, H.Hacıyev küçəsi, 1/15 |
23. | Azərbaycan Sosial Demokrat Partiyası | 01.09.1995 | Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200 |
24. | Azərbaycan Xalq Cəbhəsi Partiyası | 01.09.1995 | Bakı şəhəri, Xaqani küçəsi 33 |
25. | Sosial Ədalət Partiyası | 11.12.1998 | Bakı şəhəri, Y.Məmmədəliyev küçəsi 9, mənzil 13/15 |
26. | Milli Konqres Partiyası | 11.12.1998 | Bakı şəhəri, Nizami küçəsi 48, mənzil 10 |
27. | Vəhdət Partiyası | 11.12.1998 | Bakı şəhəri, Z.Əliyeva küçəsi 23, mənzil 52/54 |
28. | Azərbaycan Respublikaçılar Partiyası | 09.07.1999 | Bakı şəhəri,Təbriz küçəsi, 86 |
29. | Azərbaycan Xalq Partiyası | 09.07.1999 | Bakı şəhəri, Naxçıvan küçəsi 27, mənzil 47 |
30. | Azərbaycan Liberal Demokrat Partiyası | 09.07.1999 | Bakı şəhəri, Əzim Əzimzadə küçəsi, ev 4 |
31. | Azərbaycan Demokrat Partiyası | 03.02.2000 | Bakı şəhəri, 370008, Əliəşrəf Əlizadə küçəsi, 13 |
32. | “Azərbaycan Mübarizləri” Partiyası | 27.05.2000 | Bakı şəhəri, Rəsul Rza küçəsi 20, 12 |
33. | “Ədalət” Partiyası | 08.05.2002 | Bakı şəhəri, C.Hacıbəyli küçəsi, 2 |
34. | “Milli Vəhdət” Partiyası | 08.05.2002 | Bakı şəhəri, B.Səfəroğlu küçəsi 195 |
35. | Müasir Musavat Partiyası | 08.05.2002 | Bakı şəhəri, 8-ci m/r, ev 23a, mənzil 71 |
36. | Azərbaycan Azad Respublikaçılar Partiyası | 08.05.2002 | Bakı şəhəri, H.Əliyev küçəsi 15, mənzil 68 |
37. | Böyük Quruluş Partiyası | 12.08.2005 | Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə küçəsi, 4 |
38. | Azadlıq Partiyası | 12.08.2005 | Bakı şəhəri, Mətbuat prospekti, 24 |
39. | Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası | 12.08.2005 | Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 65, mənzil 5 |
40. | Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası | 12.08.2005 | Bakı şəhəri, 12-ci Aşırım küçəsi, 70a |
41. | Azərbaycan Tərəqqi Partiyası | 12.08.2005 | Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi 113/117, mənzil 61 |
42. | Böyük Azərbaycan Partiyası | 12.08.2005 | Bakı şəhəri, Ş.Mustafayev küçəsi, 27/121 |
43. | Azərbaycan Təkamül Partiyası | 12.08.2005 | Bakı şəhəri, M.Hadi küçəsi 65, mənzil 112 |
44. | Vətəndaş Birliyi Partiyası | 12.08.2005 | Bakı şəhəri, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 89v, ev 29 |
45. | Klassik Xalq Cəbhəsi Partiyası | 31.01.2007 | Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi 18 |
46. | Vətəndaş və İnkişaf Partiyası | 10.08.2007 | Bakı şəhəri, Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsi, 69 |
47. | Azərbaycan Milli Demokrat Partiyası | 24.12.2008 | Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbarov küçəsi, ev 10 |
48. | Aydınlar Partiyası | 19.11.2009 | Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 70, mənzil 188 |
49. | Milli Dirçəliş Hərəkatı Partiyası | 31.05.2011 | Bakı şəhəri, Nərimanov rayonu, Məmmədzadə küçəsi 5/7 |
50. | Yeni Zaman Partiyası | 16.04.2020 | |
51. | Azad Demokratlar Partiyası | 16.04.2020 | |
52. | Cümhuriyyət Xalq Partiyası | 07.05.2020 | |
53. | Müstəqil Xalq Partiyası | 07.05.2020 | |
54. | Ağ Partiyası | 07.05.2020 | |
55. | Milli Cəbhə Partiyası | 31.08.2020 | |
56. | Respublikaçı Alternativ Partiyası | 31.08.2020 | Bakı şəhəri, İsmayıl Qutqaşınlı 97 |
AZƏRBAYCANDA KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ
Bu gün Azərbaycanda müasir dünya standartlarına cavab verən müstəqil kütləvi informasiya vasitələri (KİV) formalaşmaqdadır. Kütləvi informasiya vasitələrinin kəmiyyətinə görə, Azərbaycan Respublikası MDB və Şərqi Avropa ölkələri arasında lider mövqelərdən birini tutur. Azərbaycanda 5000-dən çox KİV müvafiq dövlət orqanında uçota götürülmüş və ya qeydiyyatdan keçmişdir. Təsis edilən KİV-lər müxtəlif siyasi, ictimai mövqeli təşkilatlara, özəl qurumlara və fiziki şəxslərə məxsusdur. Ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzet nəşr olunur. 80-dən artıq elmi-praktiki, ictimai-siyasi, sosial-iqtisadi məsələləri, uşaq və qadın problemlərini işıqlandıran və əyləncə xarakterli jurnal çıxır. Azərbaycanda 20-yə yaxın informasiya agentliyi ölkədə və dünyada baş verən hadisələrlə bağlı müntəzəm və çeşidli məlumat yayır. Azərbaycanın ilk informasiya agentliyi, 1920-ci il martın 1-də yaradılan AZƏRTAC-dır. Bölgələrdə 100-ə yaxın qəzet və jurnal nəşr olunur.
1998-ci ildən sonra Azərbaycanda yeni özəl televiziya və radio kanalları açılmış, son illər kabel televiziyasının miqyası genişlənmişdir. Hazırda Azərbaycanda 11 ümumrespublika, 4 peyk və 17 kabel televiziyası, 8 regional və 12 radio fəaliyyət göstərir. 2005-ci ildə Azərbaycan Dövlət Televiziyasının bazasında “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Elə həmin il ikinci dövlət kanalının bazasında İctimai Televiziya və Radio Yayımları Şirkəti təsis edilmiş və fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli qərarına əsasən ölkə ərazisində rəqəmsal yayımın tətbiqinə başlanmışdır. 2014-cü il ərzində Azərbaycanda rəqəmsal yayıma keçid başa çatdırılmışdır.
Azərbaycanda 50-dən artıq jurnalist təşkilatı qeydiyyatdan keçmiş, 30-a yaxın təşkilat söz və məlumat azadlığının inkişaf etdirilməsi, mətbuatın iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin hüquqlarının müdafiəsi, KİV-lərin informasiya əldə etmək imkanlarının genişləndirilməsi, cəmiyyətlə KİV arasında münasibətlərin tənzimlənməsi və digər məsələlərlə aktiv məşğul olur. Ölkədə mətbuat yayımı həyata keçirən müstəqil kommersiya şirkətlərinin sayı artmışdır. Hazırda 20-dən çox mətbuat yayımı firması paytaxt və bölgələrdə geniş fəaliyyət göstərir.
Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı internetin imkanlarının genişlənməsinə şərait yaratmış və ölkədə müasir internet şəbəkəsi formalaşmışdır. Azərbaycan Prezidenti 17 fevral 2003-cü il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının İnkişafı Naminə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”sını təsdiq etmiş və bununla da qarşıdan gələn dövrdə informasiya-kommunikasiya texnologiyalarının inkişaf istiqamətləri müəyyən olunmuşdur. Strategiya çərçivəsində “Elektron Azərbaycan — 2005-2008-ci illər” və “Elektron Azərbaycan – 2010-2012-ci illər” dövlət proqramları qəbul olunmuş və icra edilmişdir. Ümumdünya İqtisadi Forumunun hesabatına görə, hazırda ölkə üzrə internet istifadəçilərinin sayı əhalinin 80%-ni təşkil edir. İnternet provayderinin sayı 40-a çatmışdır.
Etnik və dini azlıqların KİV-dən sərbəst faydalanmalarına heç bir məhdudiyyət qoyulmamışdır. Etnik azlıqların dillərində qəzetlər dərc edilir və ya xaricdən gətirilir.
Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığı demokratik nailiyyətlərin mühüm tərkib hissəsidir. Azərbaycan hökuməti bundan sonra da demokratiyanın inkişaf etdirilməsi sahəsində üzərinə düşən vəzifələri yerinə yetirmək əzmindədir.
Milli qanunvericilik
Dövlət “dördüncü hakimiyyət” adlandırılan KİV-in sərbəst inkişafı üçün hər cür şərait yaratmışdır. Hüquqi və etik normalara hörmət edən jurnalist araşdırmaları, faktların və fikirlərin dərc edilməsi üçün qeyri-məhdud imkanlar yaradılmışdır. 1998-ci ildə Ümummilli Liderin Sərəncamı ilə senzura ləğv edilmişdir. İfadə, söz və informasiya azadlığı Azərbaycanda həyata keçirilən daxili siyasətin əsas tərkib hissəsidir və dövlət tərəfindən ardıcıl qaydada bu sahəyə mümkün dəstək göstərilir.
Azərbaycan Respublikasının Konstitusiyası, 1998-ci ildə qəbul olunmuş “Məlumat Azadlığı haqqında” Qanun, 1999-cu ildə qəbul edilmiş və sonrakı illər ərzində beynəlxalq təşkilatlarla aparılan məsləhətləşmələr nəticəsində təkminləşdirilmiş “Kütləvi informasiya vasitələri haqqında” Qanun, eyni zamanda 2005-ci ildə qəbul olunmuş “İnformasiyanın əldə edilməsi haqqında” Qanun ölkəmizdə söz və mətbuat azadlığı, jurnalistlərin fəaliyyətinin müstəqilliyini tamamilə təmin edirlər.
Teleradio yayımı sahəsində əhəmiyyətli qanunvericilik tədbirləri görülmüşdür. “Televiziya və radio yayımı haqqında” qanun 2002-ci ilin iyun ayında qəbul edilmiş və həmin ilin oktyabr ayında qüvvəyə minmişdir. 5 oktyabr 2002-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Avropa Şurası standartlarına tam uyğun olan Milli Televiziya və Radio Şurasının yaradılması haqqında fərman imzalamışdır. Şura 2003-cü ilin yanvarında təsis edilmişdir.
İfadə və informasiya azadlığının təmin edilməsi istiqamətində növbəti mühüm addım 2003-cü il mart ayının 15-də Azərbaycan jurnalistlərinin ilk konqresində Mətbuat Şurasının yaradılması olmuşdur.Bu orqan müstəqil surətdə, dövlətin heç bir müdaxiləsi olmadan jurnalistlərin özləri tərəfindən yaradılmışdır. Müstəqil orqan olan Mətbuat Şurasının əsas funksiyası KİV ilə fərdlər, həmçinin KİV ilə özəl şirkətlər arasında mübahisələrin məhkəməyə qədər həll etməkdən ibarətdir. Şura həmçinin qəzetlərin monitorinqi və özünün hazırlayıb qəbul etdiyi jurnalist etikası kodeksinin müddəalarının həyata keçirilməsi funksiyalarını yerinə yetirir.
KİV-in müstəqilliyini inkişaf etdirmək məqsədilə 2008-ci il avqustun 31-də Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq olunması haqqında Sərəncam imzalamışdır. 2009-cu ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılmışdır. Eyni zamanda 2010-cu il iyunun 22-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsi haqqında” fərman imzalanmışdır.
Dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqi üçün Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Sənəddə İnformasiya əldə edilməsinin asanlaşdırılması, dövlət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumat verməsi, normativ hüquqi aktların vahid elektron bazasının fəaliyyətinin təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi, elektron xidmətlərin təkmilləşdirilməsi və s. nəzərdə tutulmuşdur.
Son illər ərzində diffamasiyanın cinayət tərkibli əməllər sırasından çıxarılması və “Diffamasiya haqqında qanun”un qəbul edilməsi istiqamətində müəyyən tədbirlər həyata keçirilmişdir. 2009-cu ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin diffamasiya ilə bağlı 147 (böhtan) və 148-ci (təhqir) maddələrinə moratorium qoyulmuşdur. 2011-ci il mayın 11-də ATƏT-in keçmiş Bakı Ofisi (2014-cü ilin yanvar ayından yeni mandata uyğun olaraq ATƏT-in Baklıda Layihə Əlaqələndiricisi) və Mətbuat Şurası tərəfindən keçirilmiş “Diffamasiyanın dekriminallaşdırılması” adlı konfransı olmuşdur. Ölkəmizdə diffamasiya haqqında qanun layihəsinin hazırlanmasında Venesiya Komissiyası tərəfindən yardımın göstərilməsi istənilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2014-cü il fevralın 21-də keçirilmiş Plenumu böhtana görə cinayət məsuliyyətinə istisna hallarda müraciət edilməsi və bununla bağlı qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Milli Məclisinə təklif verilməsi ilə bağlı qərar qəbul etmişdir.
Prezident İlham Əliyev 12 yanvar 2021-ci ildə “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilib.
ÜMUMİ MƏLUMAT
Azərbaycan Milli Elmlər Akademiyası 1945-ci ildə yaradılmışdır. Bu dövr ərzində Elmlər Akademiyası nəhəng bir təşkilata, fundamental tədqiqatların əsas mərkəzinə çevrilmişdir. Akademiyanın yaranması əsrlərdən bəri Azərbaycanda elmi təfəkkürün formalaşmasının təbii nəticəsi olmuşdur. Maddi mədəniyyət abidələri və bir çox elmi mənbələr göstərir ki, hələ qədim Azərbaycanda riyaziyyat, astronomiya, tibb, fəlsəfə və başqa elmlər yüksək səviyyədə inkişaf etmişdir.
60 il ərzində Akademiyada əldə edilmiş elmi nəticələr, çoxsaylı ixtiralar, hazırlanmış yüksəkixtisaslı kadrlar bu gün müstəqil Azərbaycan Respublikasının demokratik və hüquqi dövlət kimi formalaşmasında həlledici rol oynamışdır.
Hazırda AMEA-nın 6 bölməsi var: fizika-riyaziyyat və texnika elmləri (Fizika İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu, İdarəetmə Sistemləri İnstitutu, Radiasiya Problemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Biofizika İnstitutu); kimya elmləri (Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu, Polimer Materialları İnstitutu); Yer elmləri (Geologiya və Geofizika İnstitutu, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, Neft və Qaz İnstitutu, Respublika Seysmoloji Xidmət Mərkəzi); biologiya və tibb elmləri (Botanika İnstitutu, Zoologiya İnstitutu, Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu, Mikrobiologiya İnstitutu, Mərkəzi Nəbatat Bağı, Dendrologiya İnstitutu, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Genetik Ehtiyatlar İnstitutu); humanitar elmlər (Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Folklor İnstitutu, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Hüseyn Cavidin Ev Muzeyi), ictimai elmlər bölməsi (Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu, İqtisadiyyat İnstitutu, Fəlsəfə İnstitutu, Hüquq və İnsan Haqları İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyi, Elm Tarixi İnstitutu, Qafqazşünaslıq İnstitutu, Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu). AMEA-da 2 regional bölmə və 2 regional elmi mərkəz fəaliyyət göstərir: Naxçıvan Elmi Bölməsi (Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu, Əlyazmalar Fondu, Batabat Astrofizika Rəsədxanası), Gəncə Bölməsi (Nizami Gəncəvi Mərkəzi, Humanitar Tədqiqatlar İnstitutu, Diyarşünaslıq İnstitutu, Bioresurslar İnstitutu, Ekologiya və Təbii Ehtiyatlar İnstitutu, Aqrar Problemlər İnstitutu, Nəbatat Bağı); Şəki Regional Elmi Mərkəzi və Lənkəran Regional Elmi Mərkəzi.
Bundan əlavə, AMEA Rəyasət Heyətinin nəzdində bir sıra qurumlar fəaliyyət göstərir: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Mərkəzi Elmi Kitabxana, Təbiət Tarixi Muzeyi, “Kibernetika” Elmi İstehsalat Birliyi, “Elm” Nəşriyyatı, Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası, Azad Həmkarlar İttifaqı, Veteranlar Şurası, Gənc Alim və Mütəxəssislər Şurası, Alimlər Evi, “Nafta” Elmi İstehsalat Birliyi, “Aşqar” Elmi İstehsalat Birliyi, Fənlərarası Analitik Mərkəz və “AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə Azərbaycan Ensiklopediyası AMEA tabeçiliyinə verilmiş və 5 may 2004-cü il tarixli digər sərəncamına əsasən “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi yaradılmışdır.
Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında 10 minə yaxın əməkdaş, o cümlədən 4939 nəfər elmi işçi, 664 elmlər doktoru, 2026 nəfər fəlsəfə doktoru çalışır. Akademiyanın 73 həqiqi üzvü və 114 müxbir üzvü var.
ÜMUMİ MƏLUMAT
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik ̶ Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.
Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci ildə verilmiş qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.
1940-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Əmək Ehtiyatları İdarəsi yaradılıb və texniki-peşə təhsili müəssisələri həmin idarənin tabeliyinə daxil edilib. Hökumətin qərarı ilə həmin idarə əsasında 1959-cu ildə yaradılan Dövlət Texniki Peşə Təhsili Komitəsi 1988-ci ilədək fəaliyyət göstərib. Eyni zamanda Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə 1959-cu ildə Ali və Orta İxtisas Təhsili Komitəsi (1964-cü ildə Ali və Orta İxtisas Təhsili Nazirliyinə çevrilib) yaradılıb. Respublikanın ali və orta ixtisas məktəbləri bu qurumun tabeliyinə verilib və Ali və Orta İxtisas Təhsili Nazirliyi 1988-ci ilədək fəaliyyət göstərib. Ümumiyyətlə, 1959-cu ildən 1988-ci ilədək Azərbaycanda təhsillə bağlı 2 nazirlik və bir komitə (Xalq Maarifi Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi, Dövlət Texniki Peşə Təhsili Komitəsi) fəaliyyət göstərib.
1988-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə hər üç nazirlik ləğv edilərək onların bazasında Xalq Təhsili Nazirliyi yaradılıb və nazirliyin strukturu təsdiq olunub. Ulu öndər Heydər Əliyevin 3 sentyabr 1993-cü il tarixli sərəncamı ilə Xalq Təhsili Nazirliyinin adı dəyişdirilərək Təhsil Nazirliyi adlandırılıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 1 mart 2005-ci il tarixli fərmanı ilə Nazirliyin Əsasnaməsi təsdiq edilib.
19 iyun 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti “Təhsil haqqında” Qanunun tətbiq edilməsi barədə Fərman imzalayıb.
2007-2015-ci illərdə Azərbaycan gənclərinin dünyanın müxtəlif ölkələrində, ən nüfuzlu universitetlərində, müxtəlif ixtisaslar üzrə, təhsilin bakalavr, magistr, doktorantura pillələri üzrə təhsil almasını təmin edən Dövlət Proqramı qəbul edildi.
Azərbaycan Respublikasında təhsil sistemi aşağıdakı quruluşda müəyyən olunmuşdur:
Məktəbəqədər tərbiyə
- Ümumi təhsil:
- İbtidai təhsil;
- Əsas təhsil;
- Orta təhsil.
Peşə-ixtisas təhsili:
- Texniki peşə təhsili;
- Orta ixtisas təhsili;
- Ali ixtisas təhsili.
Diplomdan sonrakı hazırlıq (stajkeçmə, ordinatura və s.);
- Magistratura;
- Doktorantura;
- Məktəbdənkənar təlim və tərbiyə;
- Sərbəst təhsil;
- İxtisasartırma və kadrların yenidən hazırlığı.
AZƏRBAYCAN RESPUBLİKASININ ALİ TƏHSİL OCAQLARI
Dövlət ali təhsil müəssisələri
Bakı Dövlət Universiteti
Ünvan: Bakı ş., Z.Xəlilov küç. 23
Website: bsu.edu.az
Qazax filialı
Ünvan: Qazax ş., Heydər Əliyev prospekti 150
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Ünvan: Bakı ş., Azadlıq prospekti 16/21
Website: asoiu.edu.az/az
Azərbaycan Tibb Universiteti
Ünvan: Bakı ş., Bakıxanov küç. 23
Website: amu.edu.az
Azərbaycan Texniki Universiteti
Ünvan: Bakı ş., Hüseyn Cavid prospekti 25
Website: aztu.edu.az/azp/
Azərbaycan Dövlət İqtisad Universiteti
Ünvan: Əsas bina, Bakı ş., İstiqlaliyyət küç. 6
II tədris binası: Bakı ş., Həsən Əliyev küç. 135
III tədris binası: Bakı ş., Murtuza Muxtarov küç. 194
IV tədris binası: Bakı ş., Abbas Səhhət küç. 45 A
Website: unec.edu.az
Dərbənd filialı
Ünvan: Rusiya Federasiyası, Dərbənd ş., S.Stalski 26
Zaqatala filialı
Ünvan: Zaqatala ş., Q.Kərimov küç. 4
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Ünvan: Bakı ş., Ü.Hacıbəyov küç. 34
Website: adpu.edu.az/az
Ağcabədi filialı
Ünvan: Üzeyir Hacıbəyli küç. 210
Cəlilabad filialı
Ünvan: Cəlilabad ş., M.Hüseyn küç. 20
Quba filialı
Ünvan: Quba ş., Fətəli xan küç. 4
Şamaxı filialı
Ünvan: Şamaxı ş., Şəhriyar qəs., Azadlıq küç.1
Şəki filialı
Ünvan: Şəki ş., M. Rəsulzadə prospekti 305
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Ünvan: Bakı ş., A.Sultanova küç. 5
Website: azmiu.edu.az
Bakı Slavyan Universiteti
Ünvan: Bakı ş., S.Rüstəm küç. 33.
Website: bsu-uni.edu.az
Azərbaycan Dillər Universiteti
Ünvan: Bakı ş., R.Behbudov küç. 134
Website: adu.edu.az
Bakı Mühəndislik Universiteti
Ünvan: Xırdalan ş.,Həsən Əliyev küç., 120
Website: beu.edu.az/az
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası
Ünvan: Bakı ş., Ş.Bədəlbəyli küç. 98
Website: musicacademy.edu.az
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Ünvan: Bakı ş., İnşaatçılar prospekti 39
Website: admiu.edu.az
Sumqayıt Dövlət Universiteti
Ünvan: Sumqayıt ş., 43-cü məhəllə
Website: sdu.edu.az/az
Lənkəran Dövlət Universiteti
Ünvan: Lənkəran ş., General Həzi Aslanov xiyabanı 50
Website: lsu.edu.az
Gəncə Dövlət Universiteti
Ünvan: Gəncə ş., Şah İsmayıl Xətai prospekti 187
Website: gdu.edu.az
Azərbaycan Texnologiya Universiteti
Ünvan: Gəncə ş., Şah İsmayıl Xətai prospekti 103
Website: uteca.edu.az
Mingəçevir Dövlət Universiteti
Ünvan: Mingəçevir ş., D.Əliyeva küç. 21
Website: mdu.edu.az
Naxçıvan Dövlət Universiteti
Ünvan: Bakı ş., Z.Xəlilov küç. 23
Website: ndu.edu.az
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
Ünvan: Bakı ş., H.Əliyev prospekti 26
Website: azra.edu.az/az
Azərbaycan Milli Konservatoriyası
Ünvan: Bakı ş., Yasamal rayonu Ələsgər Ələkbərov 7
Website: conservatory.edu.az
Naxçıvan Müəllimlər İnstitutu
Ünvan: Naxçıvan MR, Naxçıvan ş., Heydər Əliyev prospekti 1
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
Ünvan: Bakı ş., Fətəli xan Xoyski prospekti, 98
Website: sport.edu.az
Azərbaycan Dövlət Aqrar Universiteti
Ünvan: Gəncə ş., Atatürk prospekti 450
Website: adau.edu.az
Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası
Ünvan: Bakı ş., Səbail rayonu, Lermontov küç. 74
Website: dia.edu.az
Azərbaycan Dövlət Dəniz Akademiyası
Ünvan: Bakı ş., Zərifə Əliyeva küç. 18
Website: adda.edu.az
Milli Aviasiya Akademiyası
Ünvan: Bakı ş., Binə qəs., Aviaşəhərcik
Website: naa.az
“ADA” Universiteti
Ünvan: Bakı ş., Əhməd Ağaoğlu küç. 11
Website: ada.edu.az
Bakı Ali Neft Məktəbi
Ünvan: Bakı ş., Xocalı prospekti 30
Website: bhos.edu.az
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı
Ünvan: Bakı ş., H.Cavid prospekti, 133
Bakı ş., Binəqədi rayonu, Xocahəsən qəs., Universitet küç. 1
Website: msu.az
İ.M Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı
Ünvan: Bakı ş.,Hüseyn Cavid prospekti 131
Website: mma.edu.az
Bakı Xoreoqrafiya Akademiyası
Ünvan: Bakı ş., Rəşid Behbudov 75
Website: bxa.edu.az
XÜSUSİ TƏYİNATLI ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
Ünvan: Bakı ş., Xətai rayonu, Naximov küç.
Website: aahm.mod.gov.az
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası
Ünvan: Bakı ş., Parlament prospekti 14
Website: akademiya.dtx.gov.az
Daxili İşlər Nazirliyinin Polis Akademiyası
Ünvan: Bakı ş., Şüvəlan qəs., Almaz İldırım küç. 3
Website: pa.edu.az
Azərbaycan Respublikası DİN Daxili Qoşunlarının Ali Hərbi Məktəbi
Ünvan: Bakı ş., Q.Musabəyov küç. 4
Website: m.dq.mia.gov.az
Fövqəladə Hallar Nazirliyinin Akademiyası
Ünvan: Bakı ş., M.Müşfiq küç., 501-ci məhəllə
Website: akademiya.fhn.gov.az
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası
Ünvan: Bakı ş., Sabunçu rayonu, Maştağa qəs.,
Zabrat-Maştağa şossesi, sol kənar, 2
Website: ascca.gov.az
ÖZƏL ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ
Qərbi Kaspi Universiteti
Ünvan: Əsas bina: Bakı ş., İstiqlaliyyət küç. 27
Dizayn və Memarlıq Məktəbi: Nazim Hacıyev küç. 6
Yüksək texnologiyalar və innovativ mühəndislik məktəbi, Biznes Məktəbi və İqtisadiyyat Məktəbi: Əhməd Rəcəbli küç. 3
Website: wcu.edu.az
Azərbaycan Universiteti
Ünvan: Bakı ş., Nəsimi rayonu, Ceyhun Hacıbəyli küç. 71
Website: au.edu.az
Xəzər Universiteti
Ünvan: Bakı ş., Məhsəti küç. 41
Website: khazar.org/az
Odlar Yurdu Universiteti
Ünvan: Bakı ş., Koroğlu Rəhimov küç. 13
Website: www.oyu.edu.az
Bakı Avrasiya Universiteti
Ünvan: Bakı ş., Ak. Həsən Əliyev küç. 135 A
Website: baau.edu.az
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası
Ünvan: Bakı ş., Azadlıq prospekti 181
Website: aesma.edu.az
Naxçıvan Özəl Universiteti
Ünvan: Naxçıvan MR, Babək məhəlləsi 1
Website: nu.edu.az
Bakı Biznes Universiteti
Ünvan: Bakı ş., H. Zərdabi küç. 88a
Website: bbu.edu.az
Azərbaycan Kooperasiya Universiteti
Ünvan: Bakı ş., N.Nərimanov küç. 93
Bakı İslam Universiteti
Ünvan: Bakı ş., M.Fətəli küç.
AZƏRBAYCANDA SƏHİYYƏ
Respublikamızın sosial-iqtisadi inkişafı cəmiyyət həyatının bütün sahələrində olduğu kimi səhiyyə sistemində də öz müsbət nəticələrini vermişdir. Müasir dövrümüzdə səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və digər irimiqyaslı tədbirlər həyata keçirilib. Bütün bu uğurlar səhiyyənin dünya standartları üzrə inkişafına, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaradan amillərdir.
Ölkədə səhiyyə sahəsində aparılan islahatlar, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqlarına əsasən, tikilib istifadəyə verilən, yenidən qurulan tibb ocaqları Azərbaycan səhiyyəsinin inkişafının bu gün ən yüksək səviyyədə davam etdiyini göstərir. Müxtəlif aspektlərdən səhiyyədə aparılan uğurlu islahatlar əhalinin sağlamlığının təminatına, onun tam şəkildə dünya standartları səviyyəsində qurulmasına istiqamətlənib. Azərbaycanda müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş 700-ə yaxın səhiyyə müəssisəsinin əhalinin istifadəsinə verilməsi insan sağlamlığına ayrılan diqqətin bariz nümunəsidir. Bu gün ölkəmizdə “Talassemiya” Mərkəzi, Milli Onkologiya Mərkəzinin Uşaq Klinikası, Respublika Uroloji Klinik Xəstəxanası, ən son texnologiyalarla təchiz olunmuş diaqnostika mərkəzləri və s. əhaliyə lazımi xidmət edir. Hər növ müasir tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş xəstəxanalar dünya standartlarına uyğunlaşdırılıb. Yeni istifadəyə verilən, təmir və bərpa olunan səhiyyə ocaqlarına dünyanın inkişaf etmiş ölkələri olan Almaniya və İsveçrə kimi ölkələrdən avadanlıqlar gətirilir.
Hazırda ölkəmizdə 33 minədək həkim, 54 minə qədər tibb işçisi əhalinin sağlamlığı keşiyində dayanır.
Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yenilənməsi daim diqqət mərkəzindədir. Ölkə rəhbərliyinin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin ildən-ilə artırılması tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə xidmətin səviyyəsinin yüksəlməsinə imkan yaradır.
Səhiyyə sahəsində bir sıra dövlət proqramlarının reallaşdırılmasında respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Belə ki, Fond diabetli, talassemiyalı xəstələrə qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunması işinin yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atıb.
Bu gün bütün dünyanı bürüyən koronavirus pandemiyası dövründə virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibbi avadanlıqlar və ləvazimatlar ölkəyə gətirilib. Testlərin aparılması üçün ölkədə çoxsaylı laboratoriya fəaliyyət göstərir. Koronavirus pandemiyası dövründə Azərbaycan səhiyyə sisteminin dayanıqlılığı, həkimlərimizin bacarığı və fədakarlığı bir daha isbatlandı.
Pandemiya dövründə Azərbaycandan 30-dan çox xarici ölkəyə maliyyə və humanitar yardım göstərilib, eyni zamanda, beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verilib.
Eyni zamanda Azərbaycana COVİD-19-a qarşı ən etibarlı vaksinlər gətirilib və əhalinin ödənişsiz əsaslarla peyvəndlənməsi işləri aparılır.
Hazırda ölkədə tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün, həmin xidmətlərə əhalinin əlçatanlığını təmin etmək məqsədi ilə İcbari tibbi sığortanın tətbiqi həyata keçirilir. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs yaradılmışdır.
İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi məqsədi ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs yaradılmışdır.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən yaradılmışdır. Fərmanın icrası məqsədilə 12 aprel tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısının təsdiq edilməsi barədə Qərar qəbul edib. Qərar 2020-ci ilin yanvarın 1-də qüvvəyə minib.
TƏBİB-in əsas vəzifəsi icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsini və bu sahədə nəzarəti həyata keçirməkdir.
TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. TƏBİB əhalinin sağlamlığının qorunması sahəsində əhali üçün əlverişli şərtlər yaradacaq, tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdıracaq. Tibb müəssisələrində tibbi xidmətlərin keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılmasına nəzarət edəcək.
1 yanvar 2020-ci ildən icbari tibbi sığortanın ölkə ərazisində mərhələli tətbiqinə başlanılıb.
İcbari tibbi sığorta çərçivəsində vətəndaşlar aşağıdakı xidmətləri əldə edə bilərlər:
Təcili və təxirəsalınmaz tibbi yardım (o cümlədən ambulans xidməti);
İlkin səhiyyə (ailə həkimi) xidməti;
Ambulator şəraitdə müayinə və müalicə;
Stasionar müalicə;
Funksional-diaqnostik müayinələr;
Fizioterapevtik xidmətlər;
Laborator müayinələr;
Hamiləlik və doğuş xidməti;
Təcili vaksinasiyalar;
Uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiya;
Cərrahi əməliyyatlar (o cümlədən dəyəri yüksək olan həyati vacib açıq və qapalı ürək-damar əməliyyatları).
İDMANIN TARİXİ
Azərbaycan idmanının inkişafı uzaq keçmişdən başlanır. Cəmiyyətin inkişafına əsaslı təsir göstərən bir sıra kəşflər məhz daş dövründə olmuşdur. Bu kəşflər sırasında ox və kamanın ixtira edilməsi buna əyani sübutdur.
Hələ eramızdan iki min il əvvəl Azərbaycanda tunc alətlərin işləndiyi vaxtlarda (tunc dövrü) insanların müxtəlif fiziki hərəkətlərini əks etdirən yazılara, rəqslərə rast gəlirik. Qobustan qayaları üstündə həkk olunmuş çoxlu rəsmlər, cizgilər ov səhnələrini, heyvan fiqurlarını, insanların rəqs və digər fiziki hərəkətlərini təsvir edir.
XII əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi hələ 800 il bundan əvvəl yazmış olduğu məşhur poemalarında Azərbaycan xalqının qəhrəman oğullarının şücaətini, xüsusən pəhləvanların məharətini təsvir etmişdir. Qədim Şərqin yazılı və şifahi xalq yaradıcılığı ilə bağlı olan mədəniyyət abidələrində fiziki hərəkətlər haqqında xeyli məlumatlar verilir.
1900-cu ilin əvvəllərində Bakıda gimnastika, üzgüçülük, atletika, ağır atletika, futbol idman növləri inkişaf etməyə başlayır. 1910-cu ildə Bakı gimnaziyasının müəllimi V.Qricbovski tərəfindən üzgüçülük məktəbi yaradılmışdı. Bu qəbildən Bakı gimnaziyasının müəllimi Leonid Romançenkonun həyatı diqqətəlayiqdir. 1912-ci ildə Bakı gimnaziyasının müəllimi Leonid Romançenko 24 saat 20 dəqiqə ərzində Xəzər dənizində 48 km məsafəyə üzmüşdür. Bu o dövr açıq dəniz marafonçusu üçün görülməmiş nəticə idi. Bununla L.Romançenko əvvəlki rekordçu La Manşı keçən ingilis Burqisin rekordunu kölgədə qoydu. Lakin 1917-ci ilə qədər bu nəticələr tək-tək idmançılara məxsus idi və bu həvəskar idmançılara öz ustalıqlarını artırmağa heç kim köməklik göstərmirdi. Bu hadisədən sonra Bakı üzgüçülük məktəbində məşğul olanların sayı 200-dən çox olmuşdur. 1920-ci ildə Respublikamızda “Sokol”, “Unita”, “Avtomotor”, “Vodnik”, “Reçnik” və başqa cəmiyyətlər (bu cəmiyyətlər inqilabdan sonra bədən tərbiyəsi birliyinə çevrildi) fəaliyyət göstərirdi. 1921-ci ildən başlayaraq müxtəlif idman növləri üzrə şəhərlərarası yarışlar keçirildi. Bədən tərbiyəsi və idman işlərinə Azərbaycan həmkarlar ittifaqları xüsusi qayğı göstərməyə başladı (1922). Bakıda ilk dəfə olaraq bədən tərbiyəsi müəllimləri hazırlayan məktəb açıldı (1923). Azərbaycanda boks (1920), futbol (1921), ağırqaldırma (1925), yunan-Roma (1924), sərbəst güləş (1928) üzrə ilk Respublika çempionatı keçirilmişdir. 1936-cı ilin mayında SSRİ Xalq Komissarları Soveti könüllü idman cəmiyyətləri yaradılması haqqında qərar qəbul etdi. ÜİHİMŞ qərarı əsasında 1936-cı ildə həmkarlar ittifaqlarının könüllü idman cəmiyyətləri yaradıldı. 1936-cı ildə Azərbaycan LKGİ MK-ın qərarı ilə ayrı-ayrı idman cəmiyyətləri yanında uşaq idman məktəbləri yaradıldı. Respublikada 8 uşaq idman məktəbi (1941), 15 könüllü idman cəmiyyəti (1958) fəaliyyət göstərirdi. Hazırda Respublikamızda 14 idman cəmiyyəti fəaliyyət göstərir.
Azərbaycan Olimpiya Hərəkatı (OH) tarixini şərti olaraq üç dövrə bölmək olar. Azərbaycan idmançılarının SSRİ yığma komandası tərkibində Olimpiya oyunlarında iştirak etdiyi dövr (1952- 1988), Müstəqil Dövlətlər Birliyi (MDB) yığma komandası tərkibində iştirak etdiyi dövr (1988-1992) və Azərbaycan müstəqil dövlət kimi Beynəlxalq Olimpiya Hərəkatına (BOH) qoşulduğu dövr (1992). Azərbaycan idmançıları SSRİ Olimpiya komandasının tərkibində Olimpiya Oyunlarının 9-da 46 idmançı ilə çıxış edərək 10 qızıl, 11 gümüş və 7 bürünc medal qazanmışlar. Sərbəst güləşçi R. Məmmədyarovun 1952-ci il Helsinki Olimpiadasında qazandığı gümüş medal Azərbaycan idmançılarının Olimpiya Oyunlarında ilk uğuru kimi qiymətləndirilməlidir. Sonrakı olimpiadalarda Y.Konovalov, A. Kornelyuk (atletika), İ.Rıskal, V.Lantratova (voleybol) V.Mineyev (müasir beşnövçülük), A.İbrahimov (sərbəst güləş), R. Şabanova, L. Şubina, L. Savkina (həndbol), İ.Məmmədov, B.Koretski (qılıncoynatma), İ. Ponamaryov (futbol) və başqalarının uğurlu çıxışları Azərbaycan idmançılarının nüfuzunu daha da artırdı. 1992-ci il Barselona Olimpiadasında Azərbaycan Müstəqil Dövlətlər Birliyinin (MDB) yığma komandasında cəmi 5 nəfər idmançı ilə təmsil olunsa da, idmançılarımızdan ikisi N.Hüseynov (cüdo), V. Belinki (gimnast) yüksək nəticələr göstərərək Olimpiya çempionu adına layiq görülmüşdülər. 1992-ci ildə MOK-un yaradılması və onun BOK tərəfindən tanınması ilə ölkəmizin Olimpiya Hərəkatında (OH) yeni bir dövr başlayır. Artıq Azərbaycan müstəqil bir dövlət kimi Beynəlxalq Olimpiya Hərəkatına (BOH) qoşularaq, öz idman potensialını tam nümayiş etdirmək imkanı əldə etdi. Azərbaycan ilk dəfə olaraq 1996-cı il Atlanta Olimpiadasında 23 nəfərdən ibarət öz milli Olimpiya komandası ilə müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağı altında çıxış etdi. 197 ölkənin iştirak etdiyi bu oyunlarda gənc Azərbaycan Respublikasının 61-ci yeri tutması idmanımızın uğuru sayıla bilər. Sərbəst üsulla güləşən N. Abdullayevin həmin yarışlarda qazandığı gümüş medal isə Azərbaycan Milli Olimpiya komandasının Olimpiya oyunlarında qazandığı ilk medaldır.
MOK-un prezidenti İlham Əliyev komitənin fəaliyyətində müsbət istiqamətdə əsaslı dönüş yarada bilmiş, ölkəmizdə Olimpiya Hərəkatının sürətli inkişafına təkan vermiş və onun Beynəlxalq Olimpiya Oyunlarının Hərəkatına fəal qoşulmasını təmin etmişdir. Azərbaycan MOK-u ölkəmizdə Olimpiya Hərəkatının və idmanının inkişafı ilə bağlı məqsədyönlü, ardıcıl fəaliyyət göstərərək, qısa müddət ərzində uğurlu göstəricilər əldə etmişdir. Sidney şəhərində keçirilən XXVII Yay Olimpiya Oyunlarına idmançılarıçılarımızı yüksək səviyyədə hazırlamaq və rəsmi beynəlxalq yarışlarda iştirakını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 20 yanvar 1998-ci il tarixli sərəncamı MOK-un daha məqsədyönlü iş aparması üçün geniş imkanlar açdı. Oyunlara hazırlıq işlərinin vaxtında və dövlət səviyyəsində aparılması nəticəsində Azərbaycan idmançılarından 31 nəfəri 10 idman növü üzrə XXVII Yay Olimpiya Oyunlarında iştirak etdi (2000).
Avstraliyanın Sidney şəhərində keçirilən XXVIII YOO-da Azərbaycan idmançıları yüksək nəticələr göstərdilər (15.09.2000). Z. Meftahəddinova (stend atıcılığı) və N. Abdullayev (sərbəst güləş) qızıl, V.Ələkbərov (boks) bürünc medal qazandılar. 199 ölkənin iştirak etdiyi Sidney Olimpiadasında Azərbaycanın 34-cü, Avropa ölkələri arasında isə 23-cü yeri tutması idmançılarımızın böyük qələbəsi idi. Azərbaycan idmançılarının XXVIII Yay Olimpiya Oyunlarına hazırlığının daha yüksək səviyyədə, mütəşəkkil formada təşkil və təmin edilməsinə Azərbaycan Respublikasınının Prezidenti İlham Əliyevin imzaladığı “XXVIII Yay Olimpiya Oyunlarına hazırlıq haqqında” sərəncamı əsas zəmin yaratmış oldu (05.06.2003). XXVIII Yay Olimpiya Oyunlarına hazırlığa başlamış 130 idmançıdan 38 nəfəri oyunlarda iştirak etmək şərəfinə nail ola bilmişdir. Onlardan 36 nəfəri lisenziya, 2 nəfəri isə üzgüçülük idman növü üzrə beynəlxalq federasiyanın qərarı ilə xüsusi buraxışla (vayld-kart) oyunlarda iştirak etmək hüququ qazanmışlar. Respublikamız XXVIII Yay Olimpiya Oyunlarında idmanın 12 növü üzrə 38 idmançı ilə təmsil olundu. XXVII Sidney Olimpiya Oyunları ilə müqayisədə bu oyunlarda ölkəmiz 3 yeni idman növü – bədii gimnastika, taekvondo, qılıncoynatma və daha çox idmançı ilə yarışılara qatılmışdı.
XXVIII Yay Olimpiya Oyunlarında Azərbaycanın milli olimpiya komandası 1 qızıl və 4 bürünc medal qazanaraq 202 iştirakçı dövlət arasında medalların sayına görə 37-ci, keyfiyyətinə görə 50-ci yeri tuta bilmişdir. Bu nailiyyətlərin əldə olunmasında komandamızın üzvlərindən F. Mansurovun (yunan-Roma) qızıl, İ.Aşumovanın (güllə), Z.Meftahətdinovanın (stend), A.Məmmədovun, F.Aslanovun (boks) bürünc medalları xüsusi rol oynadı. XXIX Yay Olimpiya Oyunlarında Azərbaycanın milli olimpiya komandası 12 – güləş (sərbəst güləş (7), yunan-Roma güləşi (6) və qadın güləşi (3)), taekvondo (1), gimnastika (qrup hərəkətləri üzrə komanda 6, fərdi yarışlarda 2), boks (2), atıcılıq (1), atçılıq (1), üzgüçülük (2), cüdo (6), atletika (2) və ağırlıqqaldırma (5) idman növlərində 44 idmançı ilə təmsil olunurdu. Bu yarışda təmsilçilərimiz digər Olimpiya oyunlarından həm idmançıların, həm də qazanılan medalların sayına görə fərqlənirdi. Komandamız Olimpiya oyunlarında ilk dəfə olaraq, hər üç əyarda medallar qazandılar. Maraqlıdır ki, atletlərimiz ilk dəfə olimpiadanın atçılıq yarışlarında və bədii gimnastika üzrə qrup hərəkətlərində qüvvələrini sınadılar. Bundan əlavə, Pekin-2008 qadın güləşçilərimizin mübarizə aparacağı ilk olimpiada kimi tarixə düşdü. XXIX Yay Olimpiya oyunlarında Azərbaycan yığması 7 medalla (1 qızıl, 2 gümüş, 4 bürünc) 204 ölkə arasında medalların sayına görə 27-ci, medalların əyarına görə isə 39-cu yeri tutdu. XXX Yay Olimpiya Oyunlarında Azərbaycanın milli olimpiya komandasının 53 üzvü idmanın 16 növündə təmsil olunurdu. Velosiped, avarçəkmə, qadın boksu, idman gimnastikası yarışlarında idmançılarımız ilk dəfə qüvvələrini sınayırdılar. XXX Yay Olimpiya Oyunlarında 204 ölkədən 10 957 idmançı iştirak edirdi. Azərbaycan Olimpiya yığması 2 qızıl, 2 gümüş və 6 bürünc medalla ümumi hesabda 30-cu pillədə qərarlaşıb. XXXI Yay Olimpiya Oyunlarında Azərbaycanın milli olimpiya komandasının 56 üzvü idmanın 17 növündə 57 lisenziya ilə təmsil olunurdu. Triatlon, kamandan oxatma, kanoe slalom, trek velosipedi yarışlarında idmançılarımız ilk dəfə qüvvələrini sınayırdılar. XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan Olimpiya yığması 1 qızıl, 7 gümüş və 10 bürünc medalla ümumi hesabda 206 dövlət arasında medal sayına görə 15-ci, medal əyarına görə isə 39-cu pillədə qərarlaşıb.
XV-XXXI Yay Olimpiya Oyunlarında (1952-2012) 295 idmançımız iştirak edib. Hazırda Azərbaycanda 43 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Azərbaycanı dünyada tanıdan, uzun müddət müzakirələri səngiməyən ən əhəmiyyətli beynəlxalq yarışlardan biri 2015-ci ildə ev sahibliyi etdiyimiz Avropa Oyunları idi. Bu tarixdə ilk dəfə keçirilən idman yarışıdır və Avropanın 50 ölkəsinin 10 000 idmançısı 30 idman növündə mübarizə aparıb. 17 gün davam edən yarışlar 28 iyun tarixində Bakı Olimpiya Stadionunda yekunlaşıb. Yarışlarda qeyri-rəsmi medal cədvəlində ilk sıranı isə Rusiya Federasiyasının idmançıları tutub.
Bundan sonra Azərbaycan 2016-cı ildə Bakı şəhərində yeni “Formula 1® Grand-prix” tədbirini keçirmək barədə müqaviləni imzalayaraq, bu böyük idman tədbirinə ev sahibliyini də üzərinə götürdü. 2023-cü ilə qədər hər il “Formula 1” yarışlarının ölkəmizdə keçirilməsi nəzərdə tutulub.
2017-ci ildə daha bir böyük turniri paytaxtımızda izlədik. İslam Həmrəyliyi Oyunları çoxmillətli, multi-idman turniri idi.
Müstəqillik qazandıqdan sonra Azərbaycan idmançılarının Avropa, dünya çempionatları və kubok yarışlarında qazandıqları medal sayı artmaqda davam edir ki, buna da əsas səbəb dövlətin idmana göstərdiyi diqqət və qayğıdır.
İDMAN KOMPLEKSLƏRİ
T.Bəhramov adına Respublika Stadionu
Tofiq Bəhramov adına Respublika Stadionu 1951-ci il sentyabrın 16-da istifadəyə verilib.
Arenanın ümumi sahəsi 20 hektardır. Stadionun əsas futbol meydançasının ölçüləri 105×72 metrdir. Meydançanın ətrafında salınmış 8 zolaqdan ibarət atletika cığırının uzunluğu 400 metrdir. Stadionda bir neçə köməkçi zallar da mövcuddur. Buraya eni 25, uzunluğu 50 metr olan güləş zalı, eləcə də boks zalı (25 m x 10 m), 2 ayrı futzal zalı, 1 açıq havada mini-futbol meydançası daxildir.
2012-ci il avqustun 16-da Tofiq Bəhramov adına Respublika Stadionu əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Oturacaqların sayı 31 min 200-ə çatdırılıb. Stadionun ön giriş hissəsində bilet satışı binası inşa edilib. Burada eyni vaxtda 50 nəfərin keçə biləcəyi turniket keçid sistemi quraşdırılıb. Stadionun ön fasadında uzunluğu 30 metr olan elektron monitor quraşdırılıb.
İlk vaxtlar İ.Stalinin və V.İ.Leninin adını daşımış stadiona 1993-cü ildən dünyaca məşhur futbol hakimi Tofiq Bəhramovun adı verilib.
Bakı İdman Sarayı
Dənizkənarı Milli parkda yerləşən Bakı İdman Sarayı 1974-cü ildə inşa edilib. 2015-ci ildə müasir tələblərə uyğun yenidən qurulub. Birinci Avropa Oyunlarının badminton və stolüstü yarışları burada keçirilib. Tamaşaçı yerlərinin sayının artırılması üçün zalda əlavə olaraq ikitərəfli tribuna inşa edilib. Zalda oturacaqların sayı təmirdən əvvəl 1100 idisə, yenidənqurmadan sonra bu rəqəm 1736-ya çatdırılıb. Əsas idman zalında döşəməyə xüsusi taxta örtük salınıb. Məhdud fiziki imkanlı tamaşaçıların və paralimpiyaçıların binanın bütün sahələrindən tam istifadə edə bilmələri nəzərə alınaraq, daxildə 6 lift şaxtası inşa edilib və müasir liftlər quraşdırılıb. Bakı İdman Sarayında idmançılar və tamaşaçılar üçün kafe də fəaliyyət göstərir. Bundan başqa, burada püşkatma mətbuat zalı, VIP otaqlar və digər yardımçı otaqlar da yüksək standartlara uyğundur.
Respublika Velotreki
Bakı şəhərində veolsiped treki 1980-ci ildə istifadəyə verilib. Bakı metrosunun “20 yanvar” stansiyası yaxınlığında yerləşən velotrek son illərdə yenidən qurulub. Trekin beton örtüyünün perimetri 333 metr 33 santimetr olmaqla, ümumi ərazisi 13 hektardır.
Hazırda ən müasir standartlara cavab verən bu idman qurğusunda velosiped trekindən başqa, mini-futbol meydançası, BMX velosipedçilərinin hazırlanması üçün “Pamp park”, velosiped mağazası və digər xidmət sahələri var.
Velotrekin ümumi sahəsi 4620 m2 olan inzibati binasında kiçik otel, məşqçilər üçün mənzillər və velosipedçilər üçün təlimat otaqları yerləşir.
Respublika Olimpiya Mərkəzi
Respublika Olimpiya Mərkəzi Bakı şəhərinin mərkəzi hissəsində — Nərimanov rayonunda, metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşir. Mərkəz bir tərəfdən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə, digər tərəfdən də Milli Olimpiya Komitəsi ilə əhatə olunub. 1982-ci ildən istifadədədir. Lakin 2007-ci ildə tam təmir olunaraq yenidən qurulub.
Ümumi ərazisi 0,22 hektar olan mərkəzin yüngül atletika manejinin uzunluğu 96 metr, eni isə 30 metrdir. Manejin ətrafında 6 qaçış zolağı olan yeni cığırlar (3 dairəvi və 3 düz) quraşdırılıb. Dairəvi zolaqlar müvafiq olaraq 200, 207 və 217 metrdir. Düz qaçış zolaqlarının uzunluğu 100 metrdir.
Manej həmçinin baryerlər, şüvüllə və hündürlüyə tullanma üçün müasir avadanlıqlarla təchiz olunub. Mərkəzin hava təmizləmə və işıqlandırma sistemləri yeni quraşdırılıb və müasir standartlara cavab verir.
Heydər Əliyev adına İdman Konsert Kompleksi
Heydər Əliyev adına İdman — Konsert Kompleksi Azərbaycanda ən böyük qapalı idman mərkəzlərindən biridir. Bu idman qurğusu həm də paytaxt Bakının ən gözəl memarlıq incilərindən hesab olunur. 1976-cı ildə — Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə tikilib.
Ümumi ərazisi 6,1 hektar olan kompleksin tikili sahəsi 3,5 hektardır. Bu nəhəng idman qurğusunun əsas zalının ölçüləri 70×40 metr, ümumi sahəsi 2800 kvadratmetr, tribunaların tamaşaçı tutumu 7800 nəfərdir.
Burada, həmçinin, hər birinin sahəsi 650 kvadratmetr (37×17) olan gimnastika və trenajor zalları, eləcə də, 1600 kvadratmetrlik basketbol (35×45 metr) zalı var. Kompleksdə buz üzərində hokkey və fiqurlu konkisürmə zalları da mövcuddur.
2015-ci ildə yenidən qurulan kompleksin baş meydanında 16 idman növü üzrə yarışlar, eləcə də müxtəlif sərgilər, konsert, sirk tamaşaları, kütləvi forumlar keçirmək mümkündür.
Bakı Olimpiya İdman Kompleksi
Bakı Olimpiya İdman Kompleksi ölkədə istifadəyə verilən bu tipli ilk idman qurğusudur. 2000-ci il oktyabrın 21-də Azərbaycanın ulu öndəri Heydər Əliyevin xeyir-duası ilə qapılarını idmançıların üzünə açan kompleksin açılış mərasimində Beynəlxalq Olimpiya Komitəsinin indiki prezidenti cənab Jak Roqq da iştirak edib.
Kompleks əsasən 2 zaldan ibarətdir. 560 nəfər tamaşaçı tutumuna malik böyük zal, əsasən komanda idman növləri üçün nəzərdə tutulub. 430 nəfərlik tribunası olan ikinci zalda isə təkbətək idman növləri üçün şərait yaradılıb. Hazırda kompleksdə bədii gimnastika və voleybol idman növləri inkişaf etdirilir.
Maştağa Olimpiya İdman Kompleksi
Maştağa Olimpiya İdman Kompleksi istıfadəyə 2001-ci il dekabrın 29-da verilib. Bakının Sabunçu rayonu ərazisində yerləşən bu kompleks əsasən şəhərkənarı gənclərin bədən tərbiyəsi və idmanla məşğul olması üçün nəzərdə tutulub. Lakin burada bir çox idman növləri üzrə respublika miqyaslı yarışların təşkili adi hal alıb.
Kompleks gözəl memarlıq üslubunda inşa edilib. Tamaşaçı tutumu 600 nəfər olan zalda həndbol, futzal, voleybol kimi komanda idman növləri ilə yanaşı, güləş, cüdo, ağırlıqqaldırma, karate və s. kimi fərdi idman növləri ilə məşğul olmaq mümkündür. İdman mərkəzinin ətrafında gözəl yaşıllıq zolağı salınıb. Həyətində tennis kortu, yüngül atletika cığırı və voleybol meydançası var.
Hazırda Maştağa Olimpiya-İdman Kompleksində cüdo, kikboksinq və karate bölmələri fəaliyyət göstərir.
Paralimpiya İdman Kompleksi
Paralimpiya İdman Kompleksi 2008-ci il avqustun 28-də istifadəyə verilib. Sumqayıt şəhərində yerləşən kompleksdə respublika və beynəlxalq səviyyəli yarışların keçirilməsi, təlim-məşq toplanışlarının təşkili üçün hər cür şərait yaradılıb. Kompleksin ümumi ərazisi 2,25 hektardır. Kompleksə müasir avadanlıqla təchiz olunmuş 130 nəfərlik akt salonu, trenajor, əl oyunları, böyük və kiçik atıcılıq zalları, açıq futbol və voleybol meydançaları, qapalı üzgüçülük hovuzu daxildir. Burada əlillərin sərbəst hərəkəti üçün lazımi şərait yaradılıb, müasir tipli liftlər quraşdırılıb. Kompleksin qapalı hovuzunun uzunluğu 25, eni 10 metrdir.
Əsas idman salonu cüdo, güləş və əl oyunlarının keçirilməsi üçün nəzərdə tutulub və burada quraşdırılmış xüsusi havalandırma sistemi havanın daim təmiz və normada saxlanılmasına imkan verir. 32 metr uzunluğu, 24 metr eni olan salonda 210 tamaşaçı yarışları izləyə bilər. Kompleksin atıcılıq tirləri də var. 25×12 metr və 10×12 metr ölçülü tirlərdə beynəlxalq yarışlara hazırlaşan idmançıların məşq keçmələri üçün bütün şərait yaradılıb. Tirlərin hər birində eyni vaxtda 8 atıcı məşq edə bilər. Kompleks Azərbaycanın üçüncü ən böyük şəhəri olan Sumqayıtda yerləşir.
Bakı Tennis Akademiyası
Bakı Tennis Akademiyası 2009-cu il mayın 5-də istifadəyə verilib və Azərbaycanda bu tipdə inşa edilmiş ilk idman qurğusudur. 8-ci mikrorayonda yerləşən akademiyanın ümumi ərazisi 2,7 hektardır.
Mərkəzi kort da daxil olmaqla, kompleksin 4070 kvadratmetrlik sahəsində idmanın bu növü ilə məşğul olmaq üçün hər cür şərait yaradılıb. Uzunluğu 126, eni 36 metr olan və 407 nəfər tamaşaçı tutan qapalı zalda müasir tələblərə cavab verən şərait vardır. Kortların hər birinin sahəsi, beynəlxalq standartlara uyğun olaraq, 670 kvadratmetrə bərabərdir.
İlin bütün fəsillərində yerli və beynəlxalq yarış və məşqlərin keçirilməsi üçün müasir tələblərə cavab verən istilik və havalandırma sistemi quraşdırılıb.
Bakı Tennis Akademiyasının ərazisində idman hovuzu və məşq zalı da istifadəyə verilib. Bundan başqa, ümumi sahəsi 2510 kvadratmetr olan, 3 min tamaşaçı tutan mərkəzi universal stadion inşa olunub. Stadionda tennislə yanaşı, voleybol, mini-futbol, basketbol, həndbol, çimərlik voleybolu, güləş, boks və idmanın digər növləri üzrə ən mötəbər çempionatlar və turnirlər keçirmək mümkündür.
“Sərhədçi” İdman Olimpiya Mərkəzi
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nəzdində olan “Sərhədçi” İdman Olimpiya Mərkəzi 2009-cu il avqustun 31-də istifadəyə verilib. Bakının Xətai rayonunda yerləşən Mərkəz 3 hektar ərazidə inşa olunub və tikintinin ümumi sahəsi 37.300 kvadratmetrə bərabərdir. Tikintisinə 2007-ci ildə başlanan və qısa müddətdə başa çatdırılan bu idman qurğusu üçmərtəbəli universal zaldan, idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün 2 açıq meydançadan, üzgüçülük hovuzundan, avtomobil dayanacağından, yardımçı binalardan və mehmanxanadan ibarətdir.
Mərkəzdəki universal zal xüsusi layihə əsasında inşa olunub. Burada bənzəri olmayan metal konstruksiyadan ibarət dayaqsız örtük tətbiq olunub. Bu günbəzin diametri 53 metr, çəkisi 360 tondur. Onun öz çəkisi ilə birlikdə yükgötürmə qabiliyyəti 900 tona çatır. Almaniya avadanlığı quraşdırılmış günbəz vasitəsilə bu zala avtomatik olaraq təbii hava da verilir. Günbəzdə yerləşdirilmiş pəncərələr istənilən vaxt avtomatik qaydada açılir və bura təmiz hava daxil olur.
“Sərhədçi” İdman Olimpiya Mərkəzində 2500 nəfər tamaşaçı tutumu olan universal zalla yanaşı, birinci mərtəbədə hovuz, fitness salonu, idmanın ağır atletika, bədii gimnastika, müxtəlif döyüş növləri üzrə məşq zalları, məşqçilər üçün otaqlar, sauna, anbarlar və camaşırxana var.
Burada keçirilən beynəlxalq yarışları 2500 tamaşaçı izləyə bilir.
Beşmərtəbəli mehmanxanada mebel və digər məişət avadanlığı ilə təmin olunmuş 32 otaq var. Burada kafe-restoran da fəaliyyət göstərir. İdmançıların təlim-məşq prosesindən və müxtəlif səviyyəli yarışlardan sonra istirahəti üçün də burada hər cür şərait yaradılıb. Üzgüçülük hovuzunda quraşdırılmış xüsusi qurğular suyun temperaturunun sabit saxlanmasına nəzarət edir. Eyni zamanda, hovuzdakı suyun daim yenilənməsi üçün müvafiq qurğular da quraşdırılıb. Mərkəzdə inşa olunmuş stadionun meydançası yüksək keyfiyyətli süni örtüklə örtülüb. Stadionun tamaşaçı tutumu 1850 nəfərdir.
Mərkəzin xidmətlərindən sərhədçilərlə yanaşı, “Sərhədçi” idman klubuna üzv olan adi vətəndaşlar da istifadə edirlər. Burada eyni vaxtda 32 idman növü ilə məşğul olmaq mümkündür.
Hövsan Olimpiya İdman Kompleksi
Hövsan Olimpiya İdman Kompleksi 2009-cu il oktyabrın 15-də istifadəyə verilib. Ərazisi 4,5 hektar olan kompleksin üçmərtəbəli əsas binasının ümumi sahəsi 19 min kvadratmetrdir. Binanın böyük idman zalının ölçülüsü 47.5×41.20 m. Burada yarışları izləyəcək tamaşaçılar üçün 1730 oturacaq quraşdırılıb. Ölçüsü (25×12 m) olan üzgüçülük hovuzunun 122 tamaşaçı oturacağı vardır.
Kiçik idman zalı idmanın güləş, boks və digər döyüş növləri üçün nəzərdə tutulub və burada 200 tamaşaçı yeri quraşdırılıb. Bunlardan başqa, əsas binada idmançıların soyunub-geyinməsi, şərhçi və məşqçi otaqları və digər xidməti otaqlar vardır. Kompleksdəki oyun zallarında həm mini-futbol, basketbol, voleybol, həm də gimnastika, boks, güləş üzrə beynəlxalq səviyyəli yarışlar keçirmək mümkündür. Binanın ikinci mərtəbəsində məşq zalları, inzibati otaqlar vardır. Üçüncü mərtəbədə isə idmançıların istirahəti üçün otaqlar inşa olunub.
Açıq havada 100 tamaşaçı yeri olan oxatma zalı (130x40m), tennis kortu(44x22m), mini futbol (44x22m), basketbol və voleybol meydançaları (44x22m) vardır. Güllə atıcılığı üzrə qapalı tir (45×13.5m) də inşa olunub.
Bakı Olimpiya Stadionu
Bakı Olimpiya Stadionunun təməli 2011-ci ildə qoyulub və 2015-ci il martın 18-də istifadəyə verilib. Təxminən 50 hektar ərazidə tikilən, hündürlüyü 62 metr olan stadion 6 mərtəbədən ibarətdir. Stadionun sahəsinə 4, tribunalara isə 26 qapıdan giriş var. 68 min tamaşaçı tutumu olan stadiona olimpiya normativlərinə əsasən, insanların daha çox piyada və ictimai nəqliyyatla gəlməsi nəzərdə tutulub ki, bunun üçün də ərazidə 3100 yerlik avtomobil parkı inşa edilib.
Bu nəhəng idman qurğusu müasir memarlıq üslubu, xüsusi gözəlliyi və funksional baxımdan əlverişliliyi ilə seçilir. Beynəlxalq standartlara tam cavab verən stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılıb. Əsas və köməkçi stadionlardan, həmçinin mexaniki binadan ibarət olan stadionda əlil tamaşaçılar, VVIP, VIP, CIP və media bölmələri mövcüddur. Birinci Avropa Oyunlarının təntənəli açılış və bağlanış mərasimləri, eləcə də, atletika yarışları məhz bu stadionda təşkil olunub.
Bakı Kristal Zalı
2012-ci il mayın 7-də istifadəyə verilmiş Bakı Kristal Zalı bir çox hallarda idman qurğusu kimi istifadə olunur. Bu nəhəng qurğu Xəzər dənizinin Bakı buxtasında, Dövlət Bayrağı Meydanı ətrafında yerləşir.
Burada avtomobil idmanı üzrə “V1 Challenge Azerbaijan” yarışının təqdimat şousu, birinci Avropa Oyunlarının voleybol, boks, karate, taekvondo və qılıncoynatma yarışları, dünya şahmat olimpiadası, qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışları və eləcə də bir sıra, ölkə miqyaslı yarışlar keçirilib. IV İslam Həmrəylik Oyunlarının bəzi yarışları üçün məhz 3 hissədən ibarət olan Bakı Kristal Zalı seçilib.
25 min nəfərlik tamaşaçı yeri olan kompleks orijinal arxitekturası ilə fərqlənir və paytaxtın memarlıq quruluşuna xüsusi yaraşıq verir. 2012-ci ilin may ayında avroviziya mahnı müsabiqəsi məhz burada keçirilib.
Milli Gimnastika Arenası
Bakı şəhərində Milli Gimnastika Arenası 2014-cü il aprelin 16-da istifadəyə verilib. Arena Bakının Heydər Əliyev magistralında, metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşir. Bu magistral Heydər Əliyev adına Beynəlxalq Hava Limanını şəhərlə birləşdirən və şəhərə giriş-çıxış üçün əsas yoldur.
Kompleksin fasadı xüsusi formada işlənib. Əsasən, gimnastika yarışları üçün nəzərdə tutulan arenanın əhəmiyyətini artıran mühüm amillərdən biri də buranın digər idman tədbirlərinin və yarışlarının da keçirilməsi üçün uyğunlaşdırılmasıdır.
Gimnastika zalı əsas yarış və köməkçi məşq hissələrindən ibarətdir. Yarışların miqyasından asılı olaraq, arenanın əsas hissəsində oturacaq yerlərinin sayını 5 mindən 9 minə qədər artırmaq mümkündür. Dünya standartlarına uyğun inşa olunan kompleksdə mətbuat mərkəzi, ilk tibbi yardım məntəqəsi, xoreoqrafiya, trenajor zalları, dopinq nəzarəti, inzibati otaqlar, mağazalar, kafelər və digər yardımçı sahələr yerləşir. Dünyanın ən yaxşı gimnastika komplekslərindən biri olan bu idman qurğusunun öz oteli də var.
Bakı Atıcılıq Mərkəzi
Bakı Atıcılıq Mərkəzi 2015-ci il martın 9da istifadəyə verilib. Bu mərkəz Avropada ən böyük atıcılıq komplekslərindən biridir və paytaxtın Biləcəri qəsəbəsində yerləşir. Mərkəzin funksional zonalarının sahəsi 123 min kvadratmetrdən artıqdır. Binada müxtəlif funksional sahələr, o cümlədən kafe, VIP gözləmə və istirahət, idarəetmə, tədris, dopinq yoxlama, silah saxlama, 55 yerlik 2 konfrans və mətbuat zalları, tibb məntəqəsi, fitnes zalı var. Güllə atıcılığı sahəsində 10, 25, 50 və 300 metr məsafə üzrə yarışlar keçirmək mümkündür. On metrlik məsafəyə qapalı atış tirində 80 idmançının eyni vaxtda yarışmasına imkan verən atış xətti quraşdırılıb. İyirmi beş metrlik məsafəyə yarımqapalı atış tirində 50 idmançı eyni vaxtda yarışa bilər. Burada 346 oturacaq quraşdırılıb. Əlli metrlik məsafəyə yarımqapalı atış tirinin xətti isə eyni vaxtda 80 idmançıya bacarığını sınamağa imkan verir. Üç yüz metrlik məsafəyə yarımqapalı atış tirində də yarışların yüksək səviyyədə təşkili üçün hərtərəfli imkanlar var. Burada, eyni vaxtda 40 idmançı gücünü sınaya bilər. Final yarışlarının keçirilməsi üçün nəzərdə tutulan 10, 25 və 50 metr məsafəyə atış üzrə qapalı tirlərdə eyni vaxtda 15 idmançının mübarizə aparması mümkündür.
Stend atıcılığı sahəsində 5 atış meydançası inşa edilib. Bu meydançalarda səngər atış hərəkətləri üçün 75 hədəftullayıcı avadanlıq quraşdırılıb. Dairəvi atış hərəkətləri üçün inşa edilmiş 5 qüllədə isə 10 hədəftullayıcı avadanlıq var. Mərkəzin dörd mərtəbə və terrasdan ibarət mehmanxana binası da var.
Bakı “Su İdman Sarayı”
Paytaxtın Bayıl qəsəbəsində, Bakı Bulvarının yeni salınan hissəsində yerləşən Su İdmanı Sarayı 2015ci il aprelin 20də istifadəyə verilib. 6 hektarlıq ərazidə yerləşən bu idman mərkəzinin ümumi sahəsi 72 min kvadratmetrdir və Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir. Sarayda üç hovuz inşa edilib. Uzunluğu 50, eni 25, dərinliyi isə 2,5 metr olan əsas hovuz su idmanının müxtəlif növləri üzrə yerli və beynəlxalq yarışlar üçün nəzərdə tutulub. Əsas zaldakı hündürlükdən suya tullanma hovuzunun uzunluğu 25 metrdir. Burada hündürlüyü 1, 3, 5, 7,5 və 10 metr olan beş pilləli suya tullanma platforması inşa edilib. Su İdmanı Sarayının ikinci zalında məşqlər üçün inşa edilmiş üzgüçülük hovuzunun uzunluğu 51, eni 20 metrdir. Su İdmanı Sarayında yarışları eyni vaxtda 6 mindən çox tamaşaçı izləyə bilər. Bundan əlavə, sarayda 150 yerlik restoran, VVIP, VIP, əlil tamaşaçılar və media bölmələri inşa olunub. Binada üzgüçülər üçün xüsusi məşq platformaları və avadanlığı quraşdırılan fitnes akrobatika, ağır atletika zalları mövcuddur. Dam örtüyünün bir hissəsində “SKY LIGHT” xüsusi panoram şüşə panellərindən istifadə edilib. Bu şüşə panelləri, eyni zamanda, günəş enerjisini elektrik enerjisinə çevirmək funksiyasına malikdir.
Bakı Avropa Oyunları Parkı
Avropa Oyunları Parkı 2015ci il mayın 13də istifadəyə verilib. Bu idman parkı su polosu, çimərlik voleybolu, çimərlik futbolu və basketbol yarışları üçün nəzərdə tutulub. Park üç idman qurğusundan və dörd funksional zonadan ibarətdir. Qurğunun ümumi ərazisi 18 hektardır, tikintialtı sahə isə 70 min kvadratmetrə yaxındır.
Avropa Oyunları Parkında yerləşən su polosu yarışları kompleksindəki funksional otaqlar ən yüksək standartlar səviyyəsindədir. Burada iclas və məlumat otaqları, kafe və VIP sahələr də mövcuddur. Kompleksdə beynəlxalq tələblər səviyyəsində 1836 və 560 tamaşaçı yeri olan iki üzgüçülük hovuzu inşa edilib. Burada tənzimləyici su hovuzu da yaradılıb. Su polosu yarışları kompleksi ilə çimərlik voleybolu və çimərlik futbolu yarışları kompleksi arasında iki mərtəbəli funksional keçid inşa olunub.
Avropa Oyunları Parkının basketbol kompleksi də beynəlxalq standartlara uyğun qurulub. Burada basketbolun 3×3 növü ilə məşğul olmaq üçün əlverişli şərait var. Final yarışları üçün nəzərdə tutulan, eni 11, uzunluğu 15 metr olan meydançada 2008 nəfərlik tribuna quraşdırılıb. Bundan başqa, kompleksdəki üç meydança da idmançıların ixtiyarına verilib. Onların hər biri 376 tamaşaçı tutumuna malikdir. Parkın çimərlik voleybolu və çimərlik futbolu yarışları kompleksində idmanın bu növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb. Kompleksdə final yarışları üçün 2931 tamaşaçı tutumu olan meydança, hər biri 302 tamaşaçı yerinə malik üç adi və iki məşq meydançası var.
Velopark
Velopark 2015-ci il mayın 13-də istifadəyə verilib. 2014-2015-ci illərdə 40 hektarlıq ərazidə genişmiqyaslı abadlıq işləri aparılıb, minlərlə ağac əkilib, yarışlar üçün 4 velosiped marşurutu, o cümlədən dağ velosiped idmanı üçün yollar salınıb. Ümumi sahəsi 30 hektardan çox olan Veloparkın ərazisində yerləşən BMX veloparkında Birinci Avropa Oyunlarının müvafiq yarışı keçirilib. Sahəsi 28 min kvadratmetr olan BMX veloparkında yarışların keçirilməsi üçün maneəli meydança qurulub ki, onunda sahəsi 6700 kvadratmetrdir. Həm yarış iştirakçıları həm də azarkeşlər üçün hər cür şəraitin yaradıldığı veloparkda 1197 nəfərlik tamaşaçı yeri yaradılıb. Veloparkın ərazisində tikilən ikimərtəbəli ofis binasında qeydiyyat mərkəzi, iş, dopinq nəzarət, dopinq analizgötürmə otaqları, 25 yerlik iclas zalı və digər yardımçı otaqlar yaradılıb. Ofis binasinın damında xüsusi örtüklü start meydançası, idmançıların hazırlaşması üçün 20 çadır quraşdırılıb.
Naxçıvan Olimpiya İdman Kompleksi
2002-ci il iyunun 15-dən fəaliyyət göstərən Naxçıvan Olimpiya İdman Kompleksi ölkə paytaxtından kənarda istifadəyə verilmiş ilk böyük idman qurğusudur. Kompleksin açılış mərasimində, bu torpaqda göz açıb, dünyaca məşhur dövlət xadiminə qədər yol keçmiş, Azərbaycanın müstəqillyinin əbədi məşəl kimi milli qürurumuza çevrilməsinin təminatçısı olmuş Heydər Əliyev də iştirak edib.
Təkcə növlərin inkişaf etdirilməsi deyil, burada həm də böyük yarışların keçirilməsi üçün müvafiq şərait var. 4600 kv.m. sahədə inşa olunmuş kompleksdə 13 inzibati və yardımçı, həmçinin 4 soyunub geyinmə otağı, 4 duş kabinəsi və 1 kafe buna misaldır. Kompleks 2007-ci və 2010-cu illərdə əsaslı təmir olunmaqla bir qədər də modernləşərək yenidən idmançıların istifadəsinə verilib.
Kompleks hər biri 378 tamaşaçı tutumu olan 2 idman zalında komanda və təkmübarizlik idman növlərinin həm inkişaf etdirilməsi üçün uyğun bütün şərait var. Hazırda burada voleybol, basketbol və futzal kimi növlər populyarlaşıb. Digər zalda isə boks, karate-do, sərbəst güləş, kikboksinq və stolüstü tennis həvəskarlarının məşğələləri keçirilir.
Şəki Olimpiya İdman Kompleksi
Regionun ən böyük idman mərkəzlərindən biri olan Şəki Olimpiya İdman Kompleksi 2002-ci il noyabrın 9-da ulu öndər Heydər Əliyevin xeyir-duası ilə istifadəyə verilib.
O vaxtdan başlayaraq bu kompleksdə bir çox idman yarışları, təlim məşqləri və digər ictimai-sosial tədbirlər keçirilib. Son dövrlərdə isə ərazisi bir qədər də genişləndirilmiş kompleks aparılan yenidənqurma işləri nəticəsində müasir standartlar səviyyəsinə çatdırılıb.
Yenidənqurma işlərinə 2008-ci ildən başlanılıb. Sahəsi 8 min kvadratmetr olan kompleksdə 2,2 min kvadratmetrlik böyük idman zalı yaradılıb. Kiçik idman zalının sahəsi isə 1800 kvadratmetrdir. İdman zalları burada irimiqyaslı beynəlxalq və yerli əhəmiyyətli yarışların keçirilməsinə tam imkan verir. İdman və sağlamlıq üçün bütün infrastrukturun yaradıldığı Olimpiya Kompleksində hər biri 800 kvadratmetr olmaqla hovuz və SPA mərkəzi, 240 kvadratmetr sahədə isə trenajor zalı yaradılıb və zəruri idman avadanlığı quraşdırılıb.
Yenidənqurma işləri nəticəsində kompleksin ərazisində 1400 kvadratmetr sahəni əhatə edən akvapark yaradılıb. Bütün əyləncə növlərinin olduğu bu kompleksdə restoran və boulinq zalı da vardır.
Konfrans zalının, internet klubun da yaradıldığı Şəki Olimpiya İdman Kompleksinin tərkibinə 1500 kvadratmetr sahəsi olan otel bölməsi də daxildir. Kompleksin ərazisində 8 min kvadratmetr sahəsi olan futbol meydançası da yaradılıb. Ərazidəki 27 kottecdə idmançıların istirahəti üçün bütün imkanlar vardır. Otel də daxil olmaqla bu kotteclər Şəkidə təşkil olunan yarışlarda iştirak etməyə gələn idmançıların qalması və istirahətini təmin edə bilər. Kompleksdə uşaqların da idman növləri ilə məşğul olmaları üçün bütün şərait var. Burada balacalar üçün 380 kvadratmetrlik uşaq əyləncə binası da tikilib.
Bərdə Olimpiya İdman Kompleksi
Bərdə Olimpiya İdman Kompleksi 2003-cü il oktyabrın 7-də istifadəyə verilib.
Ümumi sahəsi 3,8 hektar olan Kompleksin əsas binasında idman sarayı (ölçüləri 50x30m, tamaşa tutumu 548 nəfər), acıq tipli mini futbol (ölçüləri 40x22m) və voleybol meydançaları (ölçüləri 40x22m, tamaşa tutumu 192 nəfər), tennis kortu (ölçüləri 40x22m, tamaşa tutumu 192 nəfər) və qaçış zolağı yerləşir.
Kompleksin əsas binasının 1-ci mərtəbəsində 4 məşqçı, 2 qeyinib-soyunma, 1 gözətçi, 1 qarderob otağı, 4 sanitariya qovşağı və 10 duş kabinələri yerləşir; 2-ci mərtəbəsində 2 inzibati otaq, bufet və sanitariya qovşağı yerləşir; 3-cü mərtəbəsində 2 inzibati otaq yerləşir.
Bundan əlavə Kompleksin ərazisində 2004-cü ildə üzgüçülük hovuzu (ölçüləri 25x12m, tamaşaçı tutumu 144 nəfər) tikilib istifadəyə verilib. Binanın 1-ci mərtəbəsində 3 qeynmə-soyunma otağı, 10 duş kabinəsi və 3 sanitariya qovşağı yerləşir; 2-ci mərtəbəsində 3 inzibati, 1 məşqçi, 1 tibb, 1 massaj otaqları, bufet və sanitariya qovşağı yerləşir.
Lənkəran Olimpiya İdman Kompleksi
Lənkəran Olimpiya İdman Kompleksi 2003-cü il oktyabrın 9-da istifadəyə verilib. Ümumi sahəsi 9,2 hektar olan Kompleksin ərazisində tribunaya malik böyük futbol meydançası (ölçüsü 100x68m, tamaşaçı tutumu 2240 nəfər), təbii örtüklü kiçik futbol meydançası (ölçüsü 20x40m), futbol meydançası (ölçüsü 20x40m, geyinib-soyunma otağı var), süni örtüklü kort (ölçüsü 20x40m), tennis kortu (tamaşaçı tutumu 180 nəfər, geyinib-soyunma və duş otaqları vardır), voleybol meydançası (geyinib-soyunma və duş otaqları, tamaşaçı tutumu 180 nəfər) yerləşir.
Kompleksin əsas binasının 1-ci mərtəbəsində idman oyunları üçün nəzərdə tutulan zal ( ölçüsü 20x40m, tamaşaçı tutumu 783 nəfər, geyinib-soyunma və duş otaqları vardır), inzibatçı, növbətçi, təsərrüfat və xadimə otaqları, sanitar qovşağı yerləşir; 2-ci mərtəbəsində trenajor zalı (geyinib-soyunma otağı var), sanitariya qovşağı yerləşir; 3-cü mərtəbəsində rəhbər işçilərin otaqları, taekvondo zalı və sanitariya qovşağı yerləşir.
Quba Olimpiya İdman Kompleksi
Quba Olimpiya İdman Kompleksi 2003-cü il oktyabrın 11-də istifadəyə verilib. 16 hekatarlıq ərazidə yerləşən böyük istirahət və idman ocağı həm də geniş imkanları ilə seçilir. Burada futbol, mini-futbol, basketbol, voleybol kimi komanda idman növlərinin inkişaf etdirilməsi üçün hər bir şərait var.
Kompleksdə otel otaqları ilə yanaşı, 2 mərtəbəli kotteclər, geniş mənzillər, həmçinin 200-nəfərlik konfrans salonu da var. Ərazidəki 5 zaldan böyüyü 2000 tamaşaçı tutur. 2 kiçik zaldan biri trenajorlar, digəri isə boks meydançası ilə təchiz olunub. Köməkçi zaldan isə güləşçilər faydalana bilirlər. Kompleksdə bir çox idman yarışını da təşkil etmək üçün hər bir şərait var. 10 soyunub geyinmə, tibb məntəqəsi, komutator, mühafizə otagı, operator, texniki şöbə kimi otaqlar xidmətin səviyyəsini artırmağa kömək edir.
5100 tamaşaçı tutumu olan futbol meydançası da bu idman növününü tələblərinə uyğun bütün şəraitlə təchiz olunub. 50 metrlik üzgüçülük hovuzu da həm məşq, həm də yarışların keçirilməsinə tam yararlıdır. Burada 10 cığırlı üzmə zolağı, 1010 nəfərlik 3 tamaşaçı tribunası var. Burada 3-mərtəbəli 24 otaqlı (11 otaq 2-nəfərlik, 9-u 3-nəfərlik, 4-ü 4-nəfərlik olmaqla) mehmanxana, habelə 24 birmərtəbəli, 6 ikimərtəbəli kottec, 2 apartament yüksək səviyyəli xidməti ilə seçilir.
Şamaxı Olimpiya İdman Kompleksi
Şamaxı Olimpiya İdman Kompleksi 2005-ci il aprelin 26-da tikilib istifadəyə verilib. Ümumi sahəsi 3,5 ha olan Kompleksin əsas binasında 1 idman (ölçüləri 50x30x9m, tamaşaçı tutumu 725 nəfər) və 2 trenajor zalları fəaliyyət göstərir. Bunlardan əlavə Kompleksin əsas binasında 2 qarderob, 2 soyunub-geyinmə (duş kabinələri), 2 ehtiyat komanda, 2 məşqçi-müəllim, 1 həkim, 1 hakim, direkor, inzibati işçilər üçün nəzərdə tutulan və 2 köməkçi otaqlar, 3 anbar yerləşir.
Kompleksdə açıq tipli futbol, basketbol (28x18m, tamaşaçı tutumu 180 nəfər), voleybol (24x11m, tamaşaçı tutumu 192 nəfər) meydançaları, tennis kortu, qaçış zolağı, qum meydançası (6×4), üzgüçülük hovuzu (25×12,5m, tamaşaçı tutumu 144 nəfər) fəaliyyət göstərir. Kompleksin ərazisində 15 birmərtəbəli kottec (12 birotaqlı, 3 ikiotaqlı) və yeməkxana yerləşir. Kompleksin 2 duşxanası, su və yanacaq anbarları, qazanxana və camaşırxana mövcuddur.
Kompleksdə 5 idman növü üzrə qruplar fəaliyyət göstərir: üzgüçülük, ağır atletika, sərbəst güləş, futbol, taekvondo. Bu bölmələrdə 5 məşqçi-müəllim müqavilə əsasında çalışır. Kompleksin 11 ştat vahidi var.
Zaqatala Olimpiya İdman Kompleksi
Zaqatala şəhərində Olimpiya İdman Kompleksi 2006-cı il aprelin 12-də istifadəyə verilib. Kompleksin birinci korpusunda inzibati bina, ikinci korpusunda 25 metrlik üzgüçülük hovuzu və 130 tamaşaçı tutan idman salonu, üçüncü korpusda isə 350 tamaşaçı yeri olan böyük idman salonu yerləşir. Məşq salonları, yeməkxana və xidmət otaqları da var. Kompleksin qarşısında 3500 tamaşaçı yeri olan beynəlxalq standartlara uyğun yeni stadionun tikintilib istifadəyə verilib.
Gələcəkdə idman kompleksinin ərazisində 3 mərtəbəli mehmanxana binasının və tennis kortlarının tikintisi də nəzərdə tutulur.
Masallı Olimpiya İdman Kompleksi
Masallı Olimpiya İdman Kompleksi 2007-ci il aprelin 9-da istifadəyə verilib. Kompleksə idman oyunları, güləş, boks, ağır atletika və gimnastika salonları, örtülü üzgüçülük hovuzu, süni örtüklü voleybol və basketbol meydançaları, iki tennis kortu, mini-futbol meydançası daxildir. Olimpiya
kompleksində avtomobil dayanacaqları və digər xidmət obyektləri də tikilmiş, idmançılar üçün hər cür şərait yaradılmışdır. Dördulduzlu mehmanxana səviyyəsində ondan kottecləri və 60 nəfərlik yeməkxanası var.
Kompleksdə 700-dən çox tamaşaçı yeri olan böyük salonda bütün əl oyunları, mini-futbol, güləş və digər idman növləri üzrə beynəlxalq səviyyəli yarışlar keçirmək mümkündür. Uzunluğu 25 metr olan üzgüçülük hovuzu Avropa ölkələri layihəsi əsasında inşa olunmuşdur və beynəlxalq standartlara uyğundur. Kompleksin ərazisinin ümumi sahəsi 3,5 hektardır. Kompleksin 3 mərtəbəli binasının ümumi sahəsi 6 min 230 kvadratmetrdir.
Kompleksin ikinci mərtəbəsində gimnastika və boks, üçüncü mərtəbəsində isə güləş, trenajor salonları yerləşir. Kompleksə açıq səma altında müasir standartlara cavab verən otüstü hokkey stadionu daxildir. Sahəsi 6,3 min kvadratmetr olan stadionun 210 nəfər tamaşaçı tutan tribunası var.
Qazax Olimpiya İdman Kompleksi
Qazax Olimpiya İdman Kompleksi 2007-ci il mayın 30-da istifadəyə verilib. Ümumi sahəsi 15,5 ha olan Kompleksin əsas binasında əl oyunları zalı (ölçüləri 61,5×46,5m, tamaşaçı tutumu 1010 nəfər, 2 qeyinib-soyunma, 2 həkim, 2 hakim otaqları, 2 duşxana, 2 sanitar qovşağı), gimnastika (ölçüləri 17,6×13,1×3,5m, tatami, gimnastika top və alətlər, 2 trenajor, 2 qeyinib-soyunma otağı, 2 duşxana, 2 sanitar qovşağı vardır), güləş (ölçüləri 17,6×13,1×3,5m, trenajor, ştanqa, qantel, 1 məşqçi, 1 qeyinib-soyunma otaqları, 1 duşxana və 1 sanitariya qovçağı vardır), trenajor (ölçüləri 17,8×13,1×3,5m, 22 ədəd trenajor, 1 resepşin, 1 məşqçi, 1 qeyinib-soyunma otaqları, duşxana və 1 sanitar qovşağı vardır) və boks zalları (ölçüləri 17,2×15,4×3,5m, 1 boks rinqi, 6 qruşa, trenajot alətlər, 1 məşqçi, 1 qeyinib-soyunma otaqları, duşxana və sanitariya qovşağı vardır) yerləşir.
Bunlardan əlavə ərazidə üzgüçülük kompleksi (hovuzun ölçüləri 25x15x2,2m, tamaşaçı tutumu 160 nəfər, 1 resepşin, 3 məşqçi, 2 qeyinib-soyunma, 1 həkim otaqları, 2 duşxana, 2 xlor vannası, 2 sanitar qovşağı vardır), açıq tipli futbol (ölçüləri 50x25m, tamaşaçı tutumu 252 nəfər) və tennis kortu (ölçüləri 36x36m, tamaşaçı tutumu 96 nəfər) yerləşir.
Ağdam Olimpiya İdman Kompleksi
Ağdam rayonunun Quzanlı qəsəbəsində inşa olunmuş Ağdam Olimpiya İdman Kompleksi 2008-ci il yanvarın 17-də istifadəyə verilib. Üç hektar ərazisi olan kompleksin ikimərtəbəli binasında 500 yerlik tribunaları olan idman zalı (20×40 m), habelə kiçik idman salonu, trenajor zalı, məşq salonları inşa edilmişdir. Kompleksin ərazisində beynəlxalq standartlara uyğun, 2 min yerlik tribunaları olan təbii ot örtüklü futbol stadionu (75×115 m), voleybol və basketbol meydançaları mövcuddur. Ağdam Olimpiya İdman Kompleksinin ərazisində 10 otaqlı, 30 yataq yeri olan mehmanxana da vardır.
Salyan Olimpiya İdman Kompleksi
Salyan Olimpiya İdman Kompleksi 2008-ci il sentyabrın 7-də istifadəyə verilib. 10 hektar ərazidə yerləşən və müasir tələblərə cavab verən idman kompleksində 2 min tamaşaçı yeri olan futbol stadionu, 264 yerlik mini futbol meydançası, tennis kortu, basketbol, voleybol meydançaları, üzgüçülük hovuzu, boks, güləş və əl oyunları salonları da vardır. Kompleksdə yüngül atletika, akrobatika və bədii gimnastika ilə də məşğul olmaq üçün hər cür şərait yaradılmışdır.
Ərazidəki üçmərtəbəli beşulduzlu mehmanxanada bar, restoran, inzibati mərkəz və böyük konfrans salonu yerləşir. Kompleksin ətrafında kotteclər də tikilmişdir.
Qusar Olimpiya İdman Kompleksi
Qusar şəhərində Olimpiya İdman Kompleksi 2008-ci il sentyabrın 27-də istifadəyə verilib.
Şəhərin ən mənzərəli yerində, meşə kənarında tikilmiş bu kompleks 14 hektar ərazidə yerləşir və əsas korpusunun ümumi sahəsi 5 min kvadratmetrdir. Bu korpusda universal 1530 və 450 yerlik tribunaları olan iki idman salonu, 25 metrlik üzgüçülük hovuzu, stolüstü oyunlar üçün otaqlar, trenajor salonu, yeməkxana, yardımçı otaqlar yerləşir. Üzgüçülük hovuzunda isə yarışları 316 nəfər izləyə bilər.
Üçmərtəbəli üç idman korpusu, daxili istirahət parkı və istirahət məkanı yerləşir:
1-ci korpusda boks (rinq və hər cür şəraiti ilə), güləş, trenajor, aerobika və bilyard zalları fəaliyyət göstərir.
2-ci korpusda əl oyunları zalı (voleybol, həndbol, futzal, basketbol, doyuş və s. idman növlərinin yarış və məşqlərin keçirilməsi üçün hər cür şəraiti var, tamaşaçı tutumu 1531 nəfər) yerləşir.
3-cü korpusda üzgüçülük hovuzu (ölçüləri 25x15m, tamaşaçı tutumu 316 nəfər) fəaliyyət göstərir.
Kompleksin istirahət məkanında açıq tipli hovuz, 7 bağ çardağı, 40 ədəd 1 və 2 ailəli hər cür şəraiti olan kotteclər yerləşir.
Oğuz Olimpiya İdman Kompleksi
Oğuz Olimpiya İdman Kompleksi 2008-ci il sentyabrın 20-də istifadəyə verilib. 4,5 hektar ərazidə yerləşən kompleksin əsas korpusuna 408 tamaşaçı yerlik tribunaları olan universal idman zalı (60×40 m), trenajor zalı, 100 yerlik konfrans salonları, restoran-bar, habelə inzibati otaqlar daxildir. Digər korpusda 25×12 m ölçülü üzgüçülük hovuzu vardır. Kompleksin ərazisində 1728 yerlik tribunaları olan və beynəlxalq standartlara cavab verən futbol stadionu (60×110 m), voleybol, basketbol meydançaları, tennis kortu tikilmişdir. İdmançıların qalması və istirahəti üçün hər birində 6 yataq yeri olan 5 kottec tikilmişdir. Stadiona Türkiyədən gətirilmiş süni örtük döşənmişdir.
İdman qurğusunun nasos stansiyası, transformatoru, qazanxanası, hər birinin tutumu 400 kubmetr olan 2 ehtiyat su anbarı, yanğından mühafizə məntəqəsi də vardır.
Sabirabad Olimpiya İdman Kompleksi
Sabirabad Olimpiya İdman Kompleksi 2008-ci il sentyabrın 26-da istifadəyə verilib.
Ümumi sahəsi 6,4 hektar olan kompleksin əsas korpusunda tamaşaçı tutumu 600 nəfər olan idman zalı, 2 trenajor zalı, 4 inzibati, 2 texniki, 1 həkim otaqları və kafe fəaliyyət göstərir. Bundan əlavə 150 tamaşaçı yerlik
üzgüçülük zalı (25×11.5 m) mövcuddur.
Kompleksin ərazisində 28 yerli, 14 otaqlı mehmanxana və hər biri 4 nəfərlik 3 kottec inşa edilib. Üzgüçülük kompleksində hovuz (tamaşaçı tutumu 196 nəfər), trenajor zalı, 4 inzibati, 2 texniki, 1 həkim otaqları və kafe fəaliyyət göstərir. Əsas idman zalının ölçüsü 40m x60 m, tamaşaçı tutumu 432 nəfər üçün nəzərdə tutulub. Trenajor zalının ölçüsü isə 13m x 9m-dir. Sabirabad Olimpiya İdman Kompleksinin ərazisində açıq tipli afalt örtüklü voleybol (21×12 m) və mini futbol meydançası (28×16 m), həmçinin qaçış zolağı mövcuddur.
Kompleksdə mini-futbol, voleybol, basketbol, üzgüçülük, stolüstü tennis, güləş və atletika idman növlərinin inkişafı üçün hər bir şərait yaradılıb. Sərbəst güləş, boks, mini-futbol, sambo, karate, trenajor, üzgüçülük, stolüstü tennis bölmələri fəaliyyət göstərir.
Biləsuvar Olimpiya İdman Kompleksi
Biləsuvar Olimpiya İdman Kompleksi 2008-ci il oktyabrın 7-də istifadəyə verilib.
6,5 hektar ərazidə yerləşən Kompleksə 910 tamaşaçı tutan tribunaları olan əsas idman zalı (50×20 m), 25×12.5m ölçülü metrlik üzgüçülük hovuzu mövcuddur. Kompleksə müasir idman avadanlığı quraşdırılmış kiçik və böyük trenajor zalları, məşq zalları, şahmat otağı, stolüstü tennis salonu və yardımçı otaqlar daxildir. Kompleksin yüz nəfərlik yeməkxanası var. Biləsuvar Olimpiya İdman Kompleksinin ərazisində 46 yataq yerlik, 23 otaqlı mehmanxana, habelə ikimərtəbəli iki kottec də tikilib. Hər kottecdə 3 yataq yeri var.
Müasir standartlara cavab verən kompleksdə respublika və beynəlxalq səviyyəli yarışların keçirilməsi üçün lazımi şərait var.
Şəmkir Olimpiya İdman Kompleksi
Şəmkir Olimpiya İdman Kompleksi 2009-cu il mayın 25-də istifadəyə verilib. Kompleksin ərazisi 9 hektar, əsas korpusu isə üçmərtəbəlidir. Əsas korpusda həndbol, futzal, voleybol, basketbol oyunlarının keçirilməsi üçün əsas zal yerləşir. 700 tamaşaçı tutan zalda (45×22 m) elektron tablo quraşdırılıb. Burada digər idman növləri üçün də meydançalar var. Qapalı üzgüçülük hovuzu xüsusi antimikrob örtüklə, süzgəc və xlor vannası ilə təchiz edilib. Əsas binada idman zallarından başqa, trenajor zalı (12×6 m), stolüstü oyunlar üçün nəzərdə tutulan bölmələr, yeməkxana və digər yardımçı otaqlar yerləşir. Kompleksin ərazisində 2 tennis kortu, 2 voleybol və 1 basketbol meydançası vardır.
Kompleksə idman oyunları, güləş, boks, ağır atletika və gimnastika salonları, 30 yerlik mehmanxana və 73 yerlik yeməkxana mövcuddur. Kompleksin ərazisində 2 min tamaşaçı yeri olan futbol stadionu (110×70 m), avtomobil dayanacağı və birmərtəbəli kotteclər daxildir. Müasir standartlara uyğun inşa olunmuş Şəmkir Olimpiya İdman Kompleksində yerli və beynəlxalq yarışların keçirilməsi, idmançıların fiziki hazırlıqları üçün bütün şərait yaradılmışdır.
Şərur Olimpiya İdman Kompleksi
Şərur şəhərində Olimpiya İdman Kompleksi 2009-cu il avqustun 3-də istifadəyə verilib.
Kompleksin ümumi ərazisi 9 hektardır, 4 hektar sahədə yaşıllaşdırma işləri aparılmışdır. Binanın sahəsi 12.086 kvadratmetrdir. Buraya mehmanxana, idman kompleksi, 142 tamaşaçı yeri olan üzgüçülük hovuzu daxildir. Bundan əlavə, kompleksdə 2400 tamaşaçı yeri olan süni örtüklü stadion, tennis kortları, mini futbol, basketbol və voleybol meydançaları vardır. Üçmərtəbəli, 60 nəfərlik mehmanxanada hər cür rahatlığı olan 30 otaq, iclas zalı, 68 nəfərlik yeməkxana fəaliyyət göstərir. İkimərtəbəli idman kompleksindəki oyun zalında həm mini futbol, həm də boks, güləş, basketbol yarışları keçirmək mümkündür. Kompleksdə iki trenajor zalı da var.
Kompleksin ərazisində 2400 tamaşaçı yeri olan süni örtüklü stadion da inşa olunub.
İsmayıllı Olimpiya İdman Kompleksi
İsmayıllı Olimpiya İdman Kompleksi 2009-cu il oktyabrın 29-da istifadəyə verilib. Ümumi sahəsi 7,5 hektar, tikinti sahəsi isə 12 min kvadratmetr olan kompleksin əsas binası iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə müxtəlif yarışların və məşqlərin keçirilməsi üçün 500 tamaşaçı yeri olan idman zalı(50×30 m), məşqçi, həkim otaqları və digər otaqlar var.
İkinci mərtəbədə trenajor və cüdo zalları, habelə ən müasir avadanlıqla təchiz olunmuş konfrans zalı, yeməkxana, inzibati və digər yardımçı otaqlar yerləşir.
Kompleksin həyətində 940 yerlik süni örtüklü futbol meydançası, 184 yerlik üzgüçülük hovuzu, 2 tennis kortu, ikimərtəbəli 4 kottec, basketbol (31×17 m) və voleybol (25×13 m) meydançaları, sahəsi 3 min kvadratmetr olan 500 yerlik avtomobil dayanacağı inşa olunub.
FİFA standartlarına cavab verən stadionun süni örtüyü ən müasir tələblərə uyğundur. Ən güclü yağışlar zamanı belə bu qurğuda su gölməçələri yaranmır. Burada quraşdırılan xüsusi drenaj sistemi yağış sularını dərhal kənarlaşdırır. Stadion və yüngül atletlər üçün meydançanın ümumi sahəsi 13 min kvadratmetrdən çoxdur. Kompleksə su burada qazılan 2 artezian quyusundan götürülür.
Şağan Olimpiya İdman Kompleksi
Şağan Olimpiya İdman Kompleksi 2009-cu il dekabrın 25-də istifadəyə verilib. Bakı şəhərinin Şağan qəsəbəsində yerləşən kompleks 3,25 hektar ərazidə inşa edilib. Əsas korpus ikimərtəbəlidir. Korpusun birinci mərtəbəsində universal idman, güləş və trenajor zalları, hakimlər otağı, soyunub-geyinmə və digər xidmət otaqları yerləşir.
Kompleksin universal idman zalında (36.9×54.2 m) idmanın futbol, həndbol, voleybol, basketbol növləri ilə məşğul olmaq və yarışlar keçirmək şərait var və bu zaldakı tribunada 630 oturacaq quraşdırılıb.
İdmanın güləş, boks və digər döyüş növləri üçün nəzərdə tutulmuş zalda(36×36 m) isə 615 tamaşaçı yeri quraşdırılıb. Kompleksdəki zallarda həm mini-futbol, basketbol, voleybol, həm də gimnastika, boks, güləş üzrə beynəlxalq səviyyəli yarışlar keçirmək də mümkündür.
Binanın ikinci mərtəbəsində yeməkxana, konfrans zalı, həkim otağı və digər xidmət bölmələri fəaliyyət göstərir.
Qapalı üzgüçülük hovuzunun yerləşdiyi korpusda uzunluğu 25, eni isə 12,5 metr olan hovuzun ətrafında 132 oturacaq quraşdırılıb. Korpusun inzibati hissəsi ikimərtəbəlidir. İkinci mərtəbədə məşqçi və şərhçi otaqları, şahmat otağı, həmçinin yarışları izləmək üçün lojalar vardır.
Kompleksin ərazisində inşa olunmuş ikimərtəbəli mehmanxana 25 nəfər üçün nəzərdə tutulub. Burada 12 standart və bir lüks otaq vardır.
Açıq havada tennis kortları, mini futbol və voleybol meydançaları yaradılıb.
Kompleksin ərazisində 1132 tamaşaçı yeri olan süni örtüklü stadionda (105×68 m) idmançılar, məşqçilər və xidmət heyəti üçün hər cür şəraiti olan pavilyon vardır.
Ağdaş Olimpiya İdman Kompleksi
Ağdaş Olimpiya İdman Kompleksi 12 fevral 2010-cu il tarixində fəaliyyətə başlamışdır.
Kompleks 1 universal idman zalı və 4 artırma-köməkçi hissədən ibarətdir. İdman zalı 1020 tamaşaçı yerlikdir (zalın ölçüsü 55 x 40 m). 1 N-li artırma hissədə bufet, qonaq otağı, lociya VİP, 2 əd. kiçik lociya və s. mövcuddur. 2 və 3 N-li artırma hissədə bilyard, güləş və stolüstü tennis zalları, ağır atletika trenajor zalı, həmçinin taekvando idman zalı mövcuddur.
Üzgüçülük hovuzunun ölçüsü 25 x 12.5 m olub, 96 nəfərlik tamaşaçılar üçün nəzərdə tutulmuş oturma yerləri vardır. Həmçinin 2 ədəd trenajor zalı, yeməkxana, həkim otağı və s. mövcuddur.
Ağdaş Olimpiya İdman Kompleksinin ərazisində 2 mərtəbəli 3 ədəd 4 yerlik Kottec istifadəyə verilmişdir. Kotteclərə və yaşıllıq sahəsinə keçid üçün körpü də vardır.
Ağdaş Olimpiya İdman Kompleksinin tərkibində 260 tamaşaçı yerlik süni örtüklü futbol meydançası (60×40 m) da mövcuddur. Stadionda həmçinin uzununa tullanma yeri (çuxuru) da vardır. Süni örtüklü tennis kortu (36×17 m), voleybol (24×15 m) və basketbol (33×20 m) meydançaları da istifadəyə verilmişdir.
Göyçay Olimpiya İdman Kompleksi
Göyçay Olimpiya İdman Kompleksi 2010-cu il fevralın 12-də istifadəyə verilib. İdman zalının ölçüsü 51x36m olub, 608 nəfərlik tamaşaçı tutumu var. Müasir avadanlıqla təchiz edilmiş trenajor zalı va mövcuddur.
Kompleksdə stolüstü tennis və bilyard zalları, habelə konfrans zalı yerləşir. Üzgüçülük hovuzunun inzibati binası da müasir standartlara cavab verir. Hovuzun ölçüsü 25×12.5 m. Üzgüçülük hovuzunda yarışların gedişini 252 tamaşaçı izləyə bilər. Burada sauna və digər yardımçı otaqlar da vardır. İkinci mərtəbədə isə istirahət otağı, həkim və məşqçi otaqları yaradılıb. Kompleksdə tennis (18×36 m) kortu, mini-futbol, basketbol (18×36 m), voleybol (18×28 m) və digər idman növləri üzrə meydançalar və eləcə də futbol stadionu inşa edilib. Stadion (100×50 m) 270 nəfər tamaşaçı üçün nəzərdə tutulub. İdmançıların istirahəti üçün ən müasir standartlara cavab verən 56 yerlik, 23 otaqlı mehmanxana və iki ikimərtəbəli kottec tikilib. Hər kottecdə 5 yataq yeri var.
Balakən Olimpiya İdman Kompleksi
Balakən Olimpiya İdman Kompleksi 2010-cu il iyulun 8-də istifadəyə verilib. Ümumi ərazisi 5 hektar, tikinti sahəsi 8900 kvadratmetrdir. Buraya futbol stadionu, basketbol, voleybol, mini futbol və tennis meydançaları, üzgüçülük hovuzu, əl oyunları zalı, habelə stolüstü oyunlar və trenajor zalları, kotteclər daxildir.
Kompleksin ikimərtəbəli əsas binasında 680 nəfər tamaşaçı yeri olan idman zalı (46×32 m) yerləşir. Komplekdə həmçinin, əl oyunları, şahmat, dama, trenajor, stolüstü oyunlar, bilyard və Şərq əlbəyaxa döyüş növləri zalları, kafe, beşzolaqlı hovuz yerləşir. Elektron lövhə ilə təmin olunmuş üzgüçülük hovuzu (25×12,5 m) “Ekostar” sistemli su qızdırıcıları ilə təchiz olunub. Burada, həmçinin həkim və məşqçi, yuyunma və soyunub-geyinmə otaqları, sauna da vardır. Bina mərkəzi havalandırma sistemi ilə təchiz edilib.
Kompleksin ərazisində 930 tamaşaçı yeri olan süni örtüklü stadion (105×68 m), mini-futbol, voleybol (20×24 m) və basketbol meydançaları (20×24 m), böyük tennis kortu var. Elektron lövhə quraşdırılmış stadionun uzunluğu 400 metr olan qaçış zolağı da vardır.
Ərazinin işıqlandırma sistemi sayəsində burada gecə saatlarında da idmanla məşğul olmaq üçün geniş imkanlar vardır.
Kompleksə gələn idmançıların, qonaqların qalması və istirahəti üçün burada hər cür şəraiti olan 34 yataq yerli 6 kottec tikilib.
Balakən Olimpiya-İdman Kompleksinin qazanxanası, 500 tonluq su hovuzu vardır.
“Kür” Olimpiya Tədris-İdman Mərkəzi
“Kür” Olimpiya Tədris-İdman Mərkəzi 2010-cu il oktyabrın 14-də istifadəyə verilib.
Ümumi sahəsi 7,2 hektar olan “Kür” Olimpiya Tədris-İdman Mərkəzi Avropada, o cümlədən MDB məkanında bənzəri olmayan avarçəkmə bazasıdır.
Layihəyə əsasən kompleksə inzibati bina, 7 zolaqlı üzgüçülük hovuzu, gəmini xatırladan altımərtəbəli, 250 yerlik dördulduzlu mehmanxanası var.Bunlardan ikisi ölçüləri 104 kvadratmetr və 92 kvadratmetr olan lüks otaqlardır. Bundan başqa Mərkazdə bir ədəd 2 mərtəbəli kottec var ki, bunun da 1-ci mərtəbəsində 2, 2-ci mərtəbəsində isə 4 otaq var.
İnzibati bina 2 mərtəbəlidir.
İdman zalının (ölçüsü 57.6 x 45.6 metr) tamaşaçı tutumu 500 nəfər, üzgüçülük kompleksinin (ölçüsü 50 x 21.06 metr) tamaşaçı tutumu isə 280 nəfərdir.
Bundan başqa Mərkəzdə avarçəkmə klubu, kotteclər, 2 ədəd tennis kortu (36×18 metr), trenajor zalı var.qayıqların saxlanması üçün anqar (ölçüsü 51.5 x 32 metr) var. Dörd mərtəbədən və terrasdan ibarət binada müşahidə zalı, jurnalistlər və hakimlər üçün otaqlar, kafe-bar və digər yardımçı otaqlar mövcuddur.
Füzuli Olimpiya İdman Kompleksi
Füzuli Olimpiya İdman Kompleksi 2010-cu il noyabrın 12-də istifadəyə verilib. Tikintisinə 2009-cu ilin fevralında başlanmış kompleks 5 hektar sahəni əhatə edir.
Tamaşaçılar üçün nəzərdə tutulmuş 494 oturma yerlik zalın ölçüsü 52×24 m. Komlpeksdə 6×13 m ölçüdə trenajor zalı da mövcuddur. Olimpiya İdman Kompleksinə, həmçinin soyunub-geyinmə otaqları, duşxana, sauna və masaj otaqları, tibb məntəqəsi, bufet, inzibati otaqlar və yataq otaqları daxildir.
Kompleksdə 10 otaqlı və 30 yataq yerli mehmanxana da mövcuddur. Mehmanxanada şərait və xidmətlər yüksək standartlara cavab verir.
Füzuli Olimpiya İdman Kompleksində 1860 tamaşaçı yerilik 78x110m ölçülü stadion istifadəyə verilmişdir. Stadion təbii ot örtüyü ilə təmin edilmişdir.
Füzuli Olimpiya İdman Kompleksinin ərazisində 18×29 m ölçülü açıq voleybol və 18×9 m ölçülü açıq basketbol meydançaları istifadəyə verilmişdir.
Tovuz Olimpiya İdman Kompleksi
Tovuzda Olimpiya İdman Kompleksi 2011-ci il fevralın 9-da istifadəyə verilib.
Kompleksin təməli 2007-ci il mayın 30-da Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuşdu.
Gənclər və İdman Nazirliyinin sifarişi əsasında tikilmiş, Tovuz şəhərinin girəcəyində — Tovuzçayın sol sahilində 7 hektar sahədə yerləşən kompleks 3 korpusdan ibarətdir. Kompleksin birinci korpusunda üzgüçülük hovuzu (25×12.5 m) və yeməkxana yerləşir. İkinci korpus 34 ədəd ikiyerlik və bir VIP nömrəsi olan beşmərtəbəli mehmanxanadan ibarətdir. Üçüncü korpusda isə 814 tamaşaçı yeri olan əsas idman zalı (24.4×42.5 m) yerləşir. Bundan başqa, idman kompleksində məşq zalları, mini futbol (21.4×34.9 m), voleybol (8.9×18 m), basketbol (16.4×22.96 m), həndbol (21.4×34.9 m) meydançaları, kiçik idman zalı (17.6×23.5 m), trenajor zalı və köməkçi otaqlar da vardır. Kompleksin ərazisində açıq futbol stadionu (104×68 m), açıq voleybol (24×15 m) və basketbol (28×16 m)meydançaları, həmçinin açıq tennis kortu (40×20 m) da mövcuddur.
İmişli Olimpiya İdman Kompleksi
İmişli şəhərinin mərkəzində yerləşən olimpiya idman kompleksi 2011-ci il mayın 5-də istifadəyə verilib. Tikinti sahəsi 12 min kvadratmetr olan əsas bina iki mərtəbəlidir və 5 hissədən ibarətdir. Birinci mərtəbədə idmanın boks (17×25 m) və güləş (17×25 m) növləri üçün nəzərdə tutulmuş geniş zallar var. Zallar bütün lazımi idman avadanlıqları ilə təchiz olunub.
Üzgüçülük hovuzunun uzunluğu 25, eni isə 12,5 metrdir. Burada xüsusi nəmalma qurğusu, hovuzun ətrafında isə 160 oturacaq quraşdırılıb.
Binanın ikinci mərtəbəsində trenajor zalı, şahmat otağı və inzibati otaqlar var.
Universal idman zalının uzunluğu 47.4 m, eni 24.3 metrdir. Burada yarışları izləyən tamaşaçılar üçün 822 oturacaq quraşdırılıb. Zalda həm mini futbol, basketbol, voleybol, həm də gimnastika, boks, güləş üzrə beynəlxalq səviyyəli yarışlar keçirmək üçün hər cür şərait yaradılıb.
60 nəfərlik konfrans zalı ikinci mərtəbədə yerləşir.
Kompleksin həyətində futbol (68×46 m), basketbol (36×18 m) və voleybol (36×18 m) meydançaları da inşa edilib.
Kompleksin 14 otaqdan ibarət mehmanxanası 32 yerlikdir. Burada həm idmançılar, həm də qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb. Mehmanxana xüsusi havalandırma sistemi ilə təchiz olunub.
Kompleksin yeməkxanasından eyni vaxtda 100 nəfər istifadə edə bilər.
Ümumi ərazisi 5 hektar olan kompleksin həyətində 11 min kvadratmetrlik sahədə abadlıq və yaşıllaşdırma işləri aparılıb, ağac və gül kolları əkilib. İdman qurğusu qazanxana, transformator yarımstansiyası, su anbarı, artezian quyuları ilə təmin olunub, mühafizə və yanğınsöndürmə sistemi quraşdırılıb. Kompleksə ayrıca qaz, işıq, su-kanalizasiya xətləri çəkilib.
Qəbələ Olimpiya İdman Kompleksi
Qəbələ Olimpiya İdman Kompleksi 2011-ci il noyabrın 17-də istifadəyə verilib.
Şəhərin mərkəzində yerləşən kompleksin tikintisinə 2007-ci ildə başlanılmışdı. Bu nəhəng idman qurğusunun inşası üçün 4,3 hektar torpaq sahəsi ayrılıb. Əsas binanın tikinti sahəsi 9 min kvadratmetrdir.
İkimərtəbəli kompleksdə 744 nəfərlik idman zalı (48×24 m), 79 nəfər tamaşaçı tutumu olan üzgüçülük hovuzu (25×12.5 m), trenajor zalları, yeməkxana, məşq zalları və kotteclər yaradılıb. Kompleks Qəbələdə idmanın müxtəlif sahələrinin müasir standartlar səviyyəsində inkişaf etdirilməsi üçün lazımi avadanlıqla təchiz olunub.
Burada idmançıların asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait vardır. Bunun üçün kompleksin ikinci mərtəbəsində bilyard və tennis masaları quraşdırılıb.
İdman zalında mini-futbol, basketbol, voleybol, gimnastika, boks, güləş növləri üzrə beynəlxalq səviyyəli turnirlərin keçiriləcəyi zalda yarışları izləyəcək tamaşaçılar üçün 744 oturacaq quraşdırılıb. Burada qadın və kişilər üçün ayrı-ayrılıqda trenajor zalları yaradılıb. Zallar müasir avadanlıqla təchiz olunub.
Süni örtüklü açıq stadion (104×68 m) 1409 tamaşaçı tutumuna malikdir. Bundan başqa, burada mini futbol (40×20 m), tennis kortu (40×20 m), basketbol (36×19 m) və voleybol (36×19 m) meydançaları vardır.
Kompleksin ərazisində hər cür şəraiti olan ikimərtəbəli üç kottec də inşa olunub. Hər kottecdə 8 yataq yeri var. Burada həm idmançılar, həm də qonaqlar istirahət edə biləcəklər.
Sumqayıt Olimpiya İdman Kompleksi
Sumqayıt Olimpiya İdman Kompleksi 2011-ci il dekabrın 19-da istifadəyə verilib.
Bu kompleks Azərbaycan Prezidentinin göstərişinə əsasən, Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa edilib. Kompleksin tikintisi üçün şəhərin 7-ci mikrorayonu ərazisində üç hektar torpaq sahəsi ayrılmışdır. İnşasına 2007-ci ildə başlanılan kompleks üç hissədən ibarətdir.
Kompleksdəki trenajor və ağır atletika zallarında, həmçinin tir otağında gənclərin idmanın bu növləri ilə məşğul olmaları üçün ən müasir avadanlıq quraşdırılıb. Kompleksdəki kinozalda isə müxtəlif treninqlərin və digər tədbirlərin keçirilməsi mümkündür. Burada müxtəlif səviyyəli yarışların keçirilməsinə imkan verən müasir üzgüçülük zalı (25×12.5 m) da inşa olunub.
Kompleksin ağır atletika, hovuz və idman zallarının hər biri üçün soyunub-geyinmə, duş, sauna kabinəsi, masaj otaqları və digər texniki otaqlar yaradılıb. Baş plana əsasən, idman qurğusunun ərazisində uzunluğu 70.2m, eni 51 metr olan süni örtüklü futbol stadionu yaradılıb. Burada, həmçinin uzunluğu 110 metr olan qaçış zolağı, açıq basketbol (40×17.5 m), voleybol (15.2×35.2 m), tennis (40×17.5 m) meydançaları inşa edilib.
Kompleksin ərazisində geniş abadlıq işləri həyata keçirilib, yaşıllıq sahələri salınıb.
Sumqayıt Olimpiya İdman Kompleksi ərazisində inşa edilmiş üçmərtəbəli mehmanxana 42 nəfərlikdir. Buradakı 17 iki nəfərlik, 7 bir nəfərlik və bir lyuks otaq müasir tələblərə tam cavab verir.
Ümumi ölçüsü 51×21 m olan 804 yerlik universal idman zalı burada irimiqyaslı beynəlxalq və yerli əhəmiyyətli yarışların keçirilməsinə tam imkan verir.
Uzunluğu 47,6, eni isə 23,3 metr olan zalda basketbol, voleybol və digər idman növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb. Kompleksin ikinci mərtəbəsində stolüstü tennis və bilyard stolları da mövcuddur.
Astara Olimpiya İdman Kompleksi
Astara Olimpiya İdman Kompleksi 2012-ci il martın 13-də istifadəyə verilib.
Ərazisi 5 hektar olan kompleksin tikintisinə 2006-cı ildə başlanıb, inşaat işləri yüksək səviyyədə aparılıb.
Kompleksin 936 nəfərlik böyük idman zalında (50×30 m) mini futbol, voleybol, basketbol, tennis yarışları keçirmək üçün hər cür şərait vardır. Məşq zalları, eləcə də 172 tamaşaçı yeri olan üzgüçülük hovuzu (25×12.5 m) da beynəlxalq standartlara cavab verir.
Kompleksin daxilində yaradılan qonaq otağında və konfrans zalında müxtəlif tədbirlər keçirmək mümkündür.
Kompleksin ərazisində inşa olunan ikimərtəbəli 4 kottecdə eyni vaxtda 40 nəfər qala bilər. Hər kottecdə 10 yataq yeri var.
Kompleksin ərazisində 65×46 m ölçüdə açıq futbol meydançası var. Meydança ətrafı qaçış zolağı da var. Ərazidə həmçinin, açıq voleybol (16×35.2 m) və basketbol (40×17.5 m) meydançaları mövcuddur.
Cəlilabad Olimpiya İdman Kompleksi
Cəlilabad Olimpiya İdman Kompleksi 2012-ci il iyulun 31-də istifadəyə verilib.
Ən müasir standartlara cavab verən bu idman qurğusunun ərazisi 5.36 hektardır. 724 nəfər tamaşaçı tutumu olan universal idman zalında (45×48 m) mini-futbol, basketbol, voleybol, güləş, cüdo, taekvondo və idmanın digər növləri üzrə yarışların yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb.
İkinci mərtəbə də genişliyi və müasirliyi ilə diqqəti cəlb edir. Burada müxtəlif iş otaqları və idman salonları yerləşir. Burada quraşdırılmış pnevmatik tirdə atıcılıq növü üzrə idmançıların hazırlığı aparılır. İkinci mərtəbədə geniş trenajor salonu da fəaliyyət göstərir. İdmanın on yeddi növü üzrə müxtəlif avadanlığın quraşdırıldığı kompleksdə arzu edənlər bilyard və stolüstü tennislə də məşğul ola bilərlər. Şahmat otağında eyni vaxtda 10 nəfərə bu qədim oyunun sirləri öyrədilir. Divarda quraşdırılan lövhə vasitəsilə gənclərə şahmatın incəlikləri tədris olunur.
Cüdo zalı və eləcə də, beşzolaqlı üzgüçülük hovuzu da ən müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25, eni 12,5 metrdir. İstər üzgüçülər, istərsə də idmanın digər növləri ilə məşğul olanlar üçün ən müasir standartlara cavab verən soyunub-geyinmə otaqları, duş və sauna yaradılıb.
Kompleksin nəzdində süni örtüklü futbol meydançası (104×68 m) yaradılıb. Futbol meydançasının tribunalarında 900 tamaşaçı yeri vardır. Meydançanın kənarında 5×110 metr ölçüdə iki qaçış zolağı yaradılıb. Futbol meydançasından başqa, ərazidə tennis kortu (36×18 m), basketbol (36×18 m) və voleybol (27×18 m) meydançaları da vardır.
Kompleksin ərazisində 48 nəfərlik, 24 otaqlı üçmərtəbəli mehmanxana inşa edilib. Birinci mərtəbədə 42 nəfərlik konfrans zalı, 65 nəfərlik yeməkxana, ikinci və üçüncü mərtəbələrin hər birində bir lüks və 11 standart otaq var.
Qobustan Olimpiya İdman Kompleksi
Qobustan İdman Kompleksi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa edilmiş, 1 may 2013-cü il tarixindən fəaliyyətə başlamışdır.
İdman Kompleksinin binası — tamaşaçı oturacağı yerlərinin sayı 900 nəfər olçüsü 50×24 metr olan Universal idman zalı, Trenajor zalı, 2 ədəd idmançılar üçün soyunub-geyinmə, duş və sanitar qovşaqları, məşqçilər otağı, tibb məntəqəsi, tamaşaçılar üçün qarderob, tamaşaçılar üçün 2 ədəd sanitar qovşaq, və s. otaqlardan ibarətdir.
Kompleksin ərazisində 66×34 metr ölçüdə süni örtüklü futbol meydançası, 26×18 metr ölçüdə basketbol meydançası, 26×18 metr ölçüdə voleybol meydançası inşa edilmişdir. Kompleksin ərazisində istirahət meydançası da yaradılmışdır.
Şirvan Olimpiya İdman Kompleksi
Şirvan Olimpiya İdman Kompleksinin tikintisinə Gənclər və İdman Nazirliyinin sifarişi əsasında başlanılmış, 1 iyul 2013-cü ildə fəaliyyətə verilmişdir.
Əsas bina 5 Blokdan ibarətdir:
A Bloku Üzgüçülük zalı hissəsi — hovuzun ölçüsü 50x24m, tamaşaçı oturacaq yerlərinin sayı 372 nəfərlik. I mərtəbədə həkim otağı, məşqçi otağı, 2 ədəd soyunub-geyinmə otağı, sanitar qovşaq, duş qəbulu otaqları vardır. II mərtəbədə Trenajor zalı, məşqçi otağı,direktor otağı, qəbul otağı, administrativ otaqlar və digər köməkçi otaqlar vardır.
B Bloku Güləş, Cüdo və Boks zalı hissəsi (48x36m) Güləş zalının ölçüsü 30x20m ( 2 tatami döşəkli), tamaşaçı oturacaq yerlərinin sayı 222 nəfərlik. I mərtəbədə foye, qeydiyyat otağı, təlimatçı otağı, pressa otağı, 3 ədəd həkim otağı, sauna, masaj otağı vardır. II mərtəbədə Cüdö zalı (12×24) və Boks zalı (19×20), məşqçi otağı, tədris otağı və bu zallar üçün soyunub-geyinmə otağı, sanitar qovşaq, duş qəbulu otaqları vardır.
C Bloku. Universal idman zalın ölçüsü 48×40 metr, tamaşaçı oturacaq yerlərinin sayı 780 nəfərlik. Burada foye, tamaşaçılar üçün sanitar qovşaq, texniki otaqlar yerləşir.
D Bloku 3 mərtəbəli Mehmanxana hissəsi — burada 14 ədəd 2 nəfərlik, 2 ədəd 3 nəfərlik, 4 ədəd lüks yaşayış otaqları, 64 yerlik restoran, mətbəx, camaşırxana, qeydiyyat (reception), administrator otağı vardır.
E bloku. Burada 50 nəfərlik Konfrans zalı, bilyard zalı, kafe-bar, yemək paylama otağı və s. köməkçi sahələr yerləşir.
Futbol stadionu 105×65 metr ölçülüdür. Eyni zamanda stadionda 1260 tamaşaçı oturacağı yerlik tribuna inşa edilmiş və tribunaaltı soyunub-geyinmə, duş, sanitar qovşaqlar yaradılmış, müasir işıqlandırma sistemi və elktron tablo quraşdırılmışdır. Stadionda ölçüsü 120×7,6 metr olan süni örtüklü uzunluğa qaçma zolağı yaradılmışdır. Bundan əlavə 40×20 metr ölçüdə, süni örtüklü böyük tennis idmanı və mini futbol meydançası üçün nəzərdə tutulmuş idman meydançası inşa edilmişdir.
Xaçmaz Olimpiya İdman Kompleksi
Xaçmaz Olimpiya İdman Kompleksi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa edilmiş, 19 iyul 2013-cü ildə istifadəyə verilmişdir.
İdman Kompleksinin binası 3 Blokdan ibarətdir.
A blokunun birinci mərtəbəsində universal idman zalı yerləşir. Zalın ölçüsü 48×22 metr, tamaşaçı tutumu 749 nəfərdir. İkinci mərtəbədə isə iki döşəkli güləş zalı yerləşir.
B blokunda xidməti otaqlarla yanaşı, birinci mərtəbədə 50 nəfərlik yeməkxana, II mərtəbədə 50 nəfərlik konfrans zalı və bilyard sahəsi yerləşir.
C blokunda üzgüçülük zalı iki hissədən ibarətdir. Böyüklər üçün üzgüçülük hovuzunun ölçüsü (25×12.5 m), xüsusi olaraq uşaqlar üçün inşa edilmiş hovuzun ölşüsü isə 8.75×6 metrdir. İkinci mərtəbədə trenajor zalı və köməkçi otaqlar yerləşir.
6 hektar ərazisi olan kompleksin həyətində stadion, mini-futbol, basketbol meydançaları inşa edilib. Stadionda (90×66 metr ölçülü) təbii ot örtüklü meydançanın ətrafında atletika yarışları üçün epidem örtüklü 6 zolaqlı qaçış yolu, 3 ədəd uzunluğa tullanma cığırı mövcuddur. Stadionda üstüörtülü 1300 tamaşaçı tutumu olan tribuna, müasir işıqlandırma sistemi və elektron tablo quraşdırılıb. Bundan əlavə, stadionun yanında 44×22 metr ölçüdə, 8 mm-lik süni örtüklü mini futbol meydançası inşa edilib və işıqlandırma sistemi ilə təchiz olunub.
Azərbaycanda Skate Park ilk dəfə məhz Xaçmaz Olimpiya İdman Kompleksində fəaliyyət göstərir. Kompleksdə iki nəfərlik 18 və ikiotaqlı 3 lüks nömrənin olduğu mehmanxana da vardır. Mehmanxanada idmançıların və qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb. Kompleksin ərazisində 4 ədəd 2 mərtəbəli standart və 1 ədəd 2 mərtəbəli lüks kottec inşa edilib. Standart kotteclərdə 1 qonaq otağı və 3 ədəd 2 nəfərlik yataq otağı, lüks kottecdə 1 qonaq otağı, 2 ədəd yataq otağı, mətbəx, qarderob otağı, 2 ədəd sanitar qovşaq və duş otaqları vardır. Kotteclərin ümumi tutumu 28 nəfərdir.
Qax Olimpiya İdman Kompleksi
Qax Olimpiya İdman Kompleksi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa edilmiş, 16 avqust 2013-cü ildə istifadəyə verilmişdir.
Universal idman zalı (zalın ölçüsü 53×30 metr) 496 nəfərlik tamaşaçı üçün nəzərdə tutulub. Burada idmançılar üçün 2 ədəd soyunub-geyinmə otağı, sanitar qovşaq, duş qəbulu otaqları, məşqçi otaqları var. Kompleksdə üzgüçülük zalı mövcuddur. Üzgüçülük hovuzunun ölçüsü 25×12,5 metr, tamaşaçılar üçün oturacaq yerlərinin sayı 288-dir. Burada idmançılar üçün 2 ədəd soyunub-geyinmə otağı, sanitar qovşaq, duş qəbulu otaqları və məşqçi otağı var.
Qax Olimpiya İdman Kompleksinin 18 yataq yerli 9 otaqlı mehmanxanası vardır. Həmçinin, Kompleksin ərazisində 5 ədəd 2 mərtəbəli kotteclər inşa edilmişdir. Hər bir kottec binası 4 nömrədən ibarətdir.Hər bir nömrədə 2 çarpayılı 1 yataq otağı, 1 qonaq otağı və sanitar qovşaq (duş ilə birgə) vardır. Ümumilikdə 5 kottec 40 nəfərə üçün nəzərdə tutulmuşdur.
Kompleksin ərazisində süni ot örtüklü 938 nəfərlik stadion (105×70 metr ölçülü) inşa edilmişdir.
Bundan əlavə ərazidə süni örtüklü Basketbol meydançası (18×36 m), Voleybol meydançası (15×24 m), Tennis meydançası (18×30 m) inşa edilmiş işıqlandırma sistemi ilə təchiz olunmuşdur.
Saatlı Olimpiya İdman Kompleksi
Saatlı Olimpiya İdman Kompleksi 2013-cü il avqustun 29-da istifadəyə verilib.
Kompleksin ümumi ərazisi 6 hektardır. Ümumi sahəsi 3340 kvadratmetr olan universal idman zalında 432 oturacaq var. Eyni zamanda, 400 tamaşaçı yarışları lojalardan izləyə bilər. Burada idmançılar üçün iki soyunub-geyinmə, məşqçi və digər yardımçı otaqlar var. İnzibati hissənin birinci mərtəbəsində geniş vestibül, informasiya mərkəzi, məlumat-qeydiyyat hissəsi, istirahət otağı yerləşir. İkinci mərtəbədə trenajor zalı, kafe, müdiriyyət və işçi otaqları, konfrans zalı və güləş zalı var. Kompleksə 900 yerlik açıq stadion, tennis kortu, basketbol meydançası da daxildir.
Müasir standartlara uyğun inşa edilmiş üzgüçülük zalının tamaşaçı tutumu 200 nəfərdir. Kompleksin ərazisində ikimərtəbəli beş kottec inşa edilib. Hər kottec dörd nömrədən ibarətdir.
Göygöl Olimpiya İdman Kompleksi
Göygöl İdman Kompleksi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa edilmiş, 21 yanvar 2014-cü ildə fəaliyyətə başlamışdır.
İdman Kompleksinin binası 3 Blokdan ibarətdir. Binanın giriş hissəsində sahəsi 450 m2 olan foye, 50 nəfərlik kafe yerləşir.
A Bloku – I mərtəbə: 2 döşəkli Güləş zalı (27×21 m), Trenajor zalı (19.8×6 m) və sahəsi 164 m2 olan terrassa yerləşir. II mərtəbə: Boks zalı (19.8×10.5 m),Konfrans zalı var.
B Bloku – Üzgüçülük zalında hovuzun ölçüsü 25×12.5 metr, tamaşaçı oturacağı yerlərinin sayı 102 nəfərlik, 2 ədəd soyunub-geyinmə otağı, 2 ədəd sauna və s.
C Bloku – Universal idman zalı (50×36 m), tamaşaçı oturacağı yerlərinin sayı 800 nəfərlik, VİP tribuna yerləşir. Bundan başqa, I və II mərtəbələrdə 17 ədəd 2 nəfərlik idmançılar üçün yataq otaqları (cəmi 34 nəfərlik) və 2 ədəd tamaşaçılar üçün sanitar qovşaqlar vardır.
Kompleksin ərazisində 5 ədəd 2 mərtəbəli Kottec binaları inşa edilmişdir. Kotteclərdə 1 qonaq otağı və 4 ədəd 2 nəfərlik yataq otaqları var. Hər bir kottecdə 8 nəfər yerləşməklə Kotteclər üzrə yerləşmə sayı 40 nəfərdir. Göygöl İdman Kompleksinin ərazisində 34 yataq yerli 17 otaqlı mehmanxana da inşa edilmişdir. Futbol stadionu — 105×68 metr ölçülü, süni ot örtüklü meydança, stadionun ətrafında yüngül atletika yarışları üçün epidem örtüklü 6 zolaqlı100 metrlik qaçış zolağı, uzunluğa tullanma cığırı inşa edilmişdir. Eyni zamanda stadionda üstüörtülü 1300 tamaşaçı oturacağı yerlik tribuna inşa edilmiş, elektron tablo quraşdırılmışdır. Bundan əlavə, ərazidə 40×24 metr ölçüdə mini futbol meydançası və 18×9 metr ölçüdə süni örtüklü Voleybol meydançası inşa edilmiş, meydançaların ətrafı 6 metr hündürlükdə metal-məsaməli hasara alınmış və işıqlandırma sistemi ilə təchiz olunmuşdur.
GƏNCLƏR SİYASƏTİ
XX əsrin 90-cı illərində pərakəndə şəkildə fəaliyyət göstərən Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq məqsədilə ümummilli lider Heydər Əliyev qəti addımlar atdı. 1994-cü il 26 iyun Gənclər, İdman və Turizm Nazirliyinin (indiki Gənclər və İdman Nazirliyi) yaradılması, 1996-cı il fevralın 2-si ilk Azərbaycan Gənclər forumunun keçirilməsi, 2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Qanunun qəbul edilməsi buna ən gözəl nümunədir.
Yeni nəslin inkişafının əsas vasitəsi — gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsi, ümumiyyətlə, ölkədə dövlət gənclər siyasətinin həyata keçirilməsi məsələləri bunun üçün əsas cavabdeh dövlət qurumu olan Gənclər və İdman Nazirliyinə tapşırılmışdır. Gənclər siyasətinin əsas istiqamətləri “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilir. Buraya gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, gənclərin sağlamlığının qorunması və fiziki inkişafı, onların məşğulluğunun təmin edilməsi, gənc ailələrə və gənclər təşkilatlarına dövlət yardımının göstərilməsi məsələləri daxildir.
Ulu Öndər tərəfindən başladılan həmin siyasət İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci ildə imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər) məqsədinə uyğun olaraq icra olunmuş və qarşıya qoyulan vəzifələr yüksək səviyyədə həyata keçirilmişdir. 2007-ci il Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi məqsədi ilə “Gənclər ili” elan olunub.
Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006-cı il tarixli 359 saylı fərmanı ilə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin əsasında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, 2011-ci il dekabrın 19-da verilmiş sərəncamı ilə “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu” yaradılmışdır.
Dövlət başçımız tərəfindən “Azərbaycan gəncləri 2017-2021-ci illər” Dövlət Proqramının təsdiq olunması barədə imzalanmış Sərəncam gənclərlə bağlı üçüncü Dövlət Proqramıdır.
Dövlət Proqramının müvafiq bəndinə əsasən, sənədin əhatə etdiyi dövrdə hər il ölkənin bir rayon və ya şəhərinin “Gənclər Paytaxtı” elan edilməsi nəzərdə tutulub. Bu münasibətlə onlayn səsvermədə iştirak edən gənclər Naxçıvan şəhərinə daha çox səs veriblər, bununla da qədimliyin və müasirliyin harmoniyasında yenidən qurulan bu möhtəşəm şəhəri 2018-ci ildə “Gənclər paytaxtı” olmağa layiq ən ideal məkan hesab etdiklərini nümayiş etdiriblər.
7 mart 2018-ci ildə Prezident İlham Əliyev Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əsasında “Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxs yaradılıb və bu qurumun Nizamnaməsi təsdiq edilib. Təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidentinə, Nazirlər Kabinetinə və Fondun özünə həvalə olunub.
AZƏRBAYCAN GƏNCLƏRİNİN FORUMLARI
2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. Forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev şəxsən iştirak edib.
1 Fevral 1997-ci il tarixdə forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev “2 fevral – Azərbaycan gənclər gününün elan edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral Azərbaycanda Gənclər günü kimi təntənəli şəkildə qeyd olunur.
II forum 1999-cu ildə Bakı şəhərində keçirilib. Forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iştirak edib.
III forum 13 oktyabr 2003-cü ildə Bakı şəhərində keçirilib.
IV forum 2005-ci ildə Bakı şəhərində keçirilib.
V forum 03 oktyabr 2008-ci il Bakı şəhərində keçirilib.
VI forum 25 oktyabr 2011-ci il Bakı şəhərində keçirilib.
VII forum 2-3 iyun 2014-cu il Bakı şəhərində keçirilib.
VIII forum 16 noyabr 2018-ci il Bakı şəhərində keçirilib.
GƏNCLƏR TƏŞKİLATLARI
Gənclər və İdman Nazirliyi bütün uşaq və gənclər təşkilatları ilə sıx əlaqə qurmuş, onların fəaliyyətinin məqsədəyönlü istiqamətə yönəldilməsi, proqram və layihələrin maliyyələşdirilməsi sahəsində xeyli iş görmüşdür. Hazırda 300-dən artıq gənclər təşkilatı Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır.
Dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı qərarların qəbulu prosesində gənclərin qeyri-hökumət təşkilatlarının (ictimai birliklər və fondlar) iştirakını təmin etmək məqsədilə 1994-cü ildən Gənclər və İdman Nazirliyinin yanında məşvərətçi statusla Gənclərlə iş üzrə İctimai Şura fəaliyyət göstərir. Son dövrlərdə gənclər təşkilatları artıq mərkəzdən çıxaraq daha cox regionlarda fəaliyyət göstərməyə üstünlük verirlər. Belə ki, Gəncə, Mingəçevir, Sumqayıt, Şəki, Biləsuvar, Samux, İsmayıllı, Şirvan, Hacıqabul, Lənkəran, Bərdə, Abşeron, Qazax, Zaqatala, Qobustan, Göyçay, Quba, Saatlı, Qusar, Masallı, Astara, Zərdab, Göygöl, Ucar, Beyləqanda yeni təşkilatlar yaranmış və əksəriyyəti dövlət qeydiyyatına alınmışdır.
Hazırda 35-dən artıq beynəlxalq platformada gənclər təşkilatları Azərbaycanı təmsil edir. Müqayisə üçün qeyd edək ki, beynəlxalq platformlarda təmsil olunma son 10 ildə 2 dəfə artıb. Azərbaycanlı gənclərin qələbə sorağının dünyanın bütün qitələrindən eşidilməsi dövlətimizin dünya birliyinə inteqrasiyasının məntiqi nəticəsidir. Respublikanın gənclər təşkilatları BMT, Avropa Şurası, İƏT, GUAM, MDB və digər beynəlxalq təşkilatlarla əlaqə yaradır, birgə layihələr həyata keçirirlər. Bütün bunlar intellektual Azərbaycan gəncliyinin formalaşmasını sübut edir.
AZƏRBAYCANIN TURİZM SİYASƏTİ
Azərbaycan Şərqlə Qərbin qovşağında yerləşən, Böyük İpək Yolunun əsas tarixi məntəqəsi və əsrlərdən bəri dünyanın hər yerindən gələn səyyah və tacirlər üçün açıq olan bir ölkədir. İpəklə, şirniyyatla, qızılla və mirvari ilə yüklənmiş karvanlar buradan keçərək Avropa və Şərq ölkələrinə gedib-gəlirdi.
Məşhur ingilis səyyahı və taciri Entoni Cekson (XVI əsr), “3 dəniz arxasına səyahət” edən rus səyyahı Afanasi Nikitin (XV əsr), XIX əsrin məşhur yazıçı-səyyahı Aleksandr Düma və b. görkəmli şəxsiyyətlər Azərbaycanda olublar.
Təəccüblü deyil ki, Azərbaycanın zəngin tarixi, mədəni və təbii irsi dünyanın bir çox yerlərindən olan turistləri cəlb edərək bu ölkəyə gətirir. İlıq Xəzər dənizi, yumşaq iqlim və toxunulmaz təbiət çimərlik, aktiv və ovçuluq turizmlərinin əsasını təşkil edir.
Azərbaycan kimi gözəl təbiəti, təbii sərvətləri olan hər hansı bir ölkədə turizmin inkişafı labüddür. Ölkə baxımlı yerləri ilə, dünya kurortlarından geri qalmayan yüksək səviyyəli kurortları ilə zəngindir. Son zamanlarda ölkənin dörd bir yanında möhtəşəm otellər inşa edilir: Qusarda altı oteli fəaliyyət göstərən “Şahdağ” xizək mərkəzi; Qəbələdə ikinci xizək kurortu; Qubada gözəl “Quba Palace” oteli və s.
Azərbaycan heyrətamiz ölkədir. Buranın hər şeyi — təbiəti və mədəniyyəti, tarixi və memarlığı, adət və ənənələri qeyri-adidir. Naxçıvanda, Kəlbəcərdə, Lənkəranda və Babadağda yerin altından qaynar su çıxır, Suraxanıda od məbədi Atəşgah mövcuddur, bundan başqa bir sıra görməli yerləri var.
Sağlamlığını bərpa etmək və möhkəmləndirmək istəyən hər kəs Azərbaycanın çoxsaylı sağlamlıq ocaqlarına müraciət edir. Cənub bölgəsinin qeyri-adi iqlimi sayəsində Lənkəranda və ətraf ərazilərdə çoxsaylı şəfa ocaqları mövcuddur. Dünyaca məşhur olan Naftalan kurortu özünəməxsus bioloji keyfiyyətli müalicə üsullarına malikdir. Naftalan şəfaverici gücə malik olan, dünyada tayı-bərabəri olmayan xüsusi növ neft yatağının çıxdığı yerdir. Bütün bu amillər Azərbaycanda müalicə turizminin yaranması və inkişafına təkan verən göstəricilərdir.
Təkrarsız memarlıq, ibtidai mədəniyyət, çoxçeşidli milli mətbəx nümunələri dünyanın hər yerindən olan turistləri bu məkana cəlb edir.
Azərbaycan xalqının ənənəvi musiqi janrı hesab edilən muğam isə YUNESKO-nun qeyri-mədəni irs siyahısına salınaraq yeni turizm cərəyanı olan muğam turizm turlarını yaradıb.
Yay vaxtı isə Azərbaycanda ekoloji turlar — təbii qoruqlarını gəzmək və ovçuluq marşrutları çox yayılıb. Bunları asanlıqla etnoqrafik turlarla birləşdirmək olar. Qubanın qədim kəndi Xınalıq, İsmayıllıda yerləşən orta əsrin misgərlik ənənələrini özündə yaşadan Lahıca səyahət də çox maraqlıdır.
Ölkənin paytaxtı Bakıda olan turistlər mütləq tarixi-memarlıq qoruğu — içərisində Şirvanşahlar sarayı və YUNESKO-nun dünya irsi siyahısına salınan “Qız qalası” olan İçərişəhərə düşmək istəyirlər.
Azərbaycan artıq regionda turizm mərkəzinə çevrilib. Ölkədə hər il böyük ümumxalq sərgisi — “Turizm və Səyahət” AİTF keçirilir ki, bu da dünyanın hər yerindən yüzlərlə insanın bir araya gəlməsinə şərait yaradır.
2018-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Dövlət Turizm Agentliyi yaradılıb. Dövlət Turizm Agentliyi turizm sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərir.
Azərbaycanın paytaxtında yerləşən ən məşhur otellər şəbəkəsi bunlardır: Four Seasons Hotel Baku, Hyatt Regency, JW Marriott Absheron Baku Hotel, Grand Hotel Europe, Fairmont Baku, İntercontinental, Pullman Baku, Hilton Baku.
Azərbaycanın əyalətlərində də otellər, istirahət yerləri, əyləncə və idman mərkəzləri fəaliyyət göstərir ki, bunlardan Shahdag Mountain Resort, “Qafqaz Riverside”, “Şamaxı Palace Sharadil”, “Chınar Hotel Naftalan”, “Rixos Quba Azerbaijan”, Marxal Resort, “Qalaalti”, Naxçıvanda Duzdağ otelini qeyd etmək olar. Bundan əlavə Şahdağ və Tufandağ qış-yay turizm kompleksləri, Naxçıvanda Ağbulaq Xizək Mərkəzi, 50-yə yaxın olimpiya-idman kompleksləri və vacib infrastruktura malik olan obyektlər il boyu turistlərin ixtiyarındadır.
Hazırda İşğaldan azad edilmiş ərazilərdə turizmin inkişafı strategiyası hazırlanır. Yaxın zamanda Qarabağ və Şərqi Zəngəzur bölgəsi yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq və Azərbaycanın əsas turizm mərkəzinə çevriləcək.
VİZA ALINMASI QAYDALARI
Giriş qaydaları
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ölkəyə giriş viza rejimi ilə tənzimlənir. Gəliş ölkəsinə görə, xarici vətəndaşların viza alması üçün müxtəlif imtiyaz və məhdudiyyətlər mövcuddur:
– vizasız giriş rejimi;
– gəlişdə viza almaq;
– elektron viza almaq (e-viza);
– səfirlikdə viza almaq.
Vizasız giriş rejimi
Vətəndaşların Azərbaycan ərazisinə 90 günədək vizasız giriş hüququ olan bir sıra ölkələr var. Bura aşağıdakı ölkələr daxildir:
Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Özbəkistan, Ukrayna, Tacikistan.
Gəlişdə viza almaq
Viza verilməsini asanlaşdırmaq və sürətləndirmək üçün bəzi dövlətlərin vətəndaşları Azərbaycanın hava limanlarına gəlişdə viza ala bilərlər. Azərbaycana bu viza 30 günə qədər ölkədə qalmağa imkan verəcək. Bu siyahıda aşağıdakı ölkələr var:
Malayziya, Oman, Yaponiya, Çin, Qatar, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri.
Elektron viza (E-VİSA)
Həmçinin, Xarici İşlər Nazirliyi elektron poçtla viza əldə etmək imkanını təqdim etdi. Siz rəsmi veb saytdan əldə edilə bilən formanı dolduraraq viza ala bilərsiniz. Elektron viza qeydiyyatı 1 gündən 3 günə qədər davam edir. Viza ödənişi VISA və MasterCard ödəniş sistemləri vasitəsilə qəbul edilir. ASAN viza 81 ölkənin vətəndaşlarına şamil edilir: Amerika Birləşmiş Ştatları, Albaniya, Almaniya, Andorra, Argentina, Avstraliya, Avstriya, Belçika, BƏƏ, Bəhreyn, Bolqarıstan, Bosniya və Herseqovina, İngiltərə, Braziliya, Bruney, Cənubi Afrika, Çexiya, Çili, Çin, Danimarka, Estoniya, Əlcəzair, Finlandiya, Fransa, Hindistan, Xorvatiya, İndoneziya, İordaniya, İran, İrlandiya, İslandiya, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kanada, Kipr, Cənubi Koreya, Kosta Rika, Kuba, Küveyt, Qatar, Qvatemala, Latviya, Litva, Lixtenşteyn, Lüksemburq, Macarıstan, Makedoniya, Malayziya, Malta, Meksika, Mərakeş, Monako, Çernoqoriya, Monqolustan, Nepal, Hollandiya, Norveç, Oman, Pakistan, Panama, Polşa, Portuqaliya, Rumıniya, San Marino, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Slovakiya, Sloveniya, Şri-Lanka, Tayland, Türkiyə, Türkmənistan, Vatikan, Vyetnam, Yaponiya, Yeni Zelandiya və Yunanıstan.
e-Viza 3 (üç) iş günü ərzində verilir.
e-Viza müraciətləri birnəfərlik, ailə (ən az 2, ən çox 10 nəfər) və qrup (ən az 10, ən çox 300 nəfər) olmaqla edilə bilər.
e-Viza alınması üçün zəruri olan məlumatlar bilavasitə sistemə daxil edilir.
e-Vizanın rəsmiləşdirilməsinə görə müəyyən olunmuş rüsum sistem vasitəsilə elektron qaydada ödənilir.
e-Viza üçün dövlət rüsumu 20 ABŞ dolları təşkil edir. Bu rüsum viza müraciətinə baxılması üçün tələb olunur və heç bir halda geri qaytarılmır.
Elektron viza müraciətlərinin emal edilməsi məqsədilə 3 ABŞ dollar məbləğində xidmət haqqı tutulur. Bu məbləğ elektron viza üçün 20 (iyirmi) ABŞ dolları məbləğində dövlət rüsumundan əlavə ödənilir.
Ödəmə əməliyyatlarının ancaq Visa və Mastercard üzərindən aparılması mümkündür.
Səfirlikdən viza almaq
Əgər maraqlandığınız ölkə yuxarıda göstərilən siyahılardan birinə aid deyilsə, viza Azərbaycan səfirliyinə müraciət etməklə əldə oluna bilər. Ölkənizdə Azərbaycan səfirliyi olmasa, ən yaxın ölkədə Azərbaycan səfirliyinə müraciət etməlisiniz.
Azərbaycana vizanın aşağıdakı növləri mövcuddur: turist, transit, təhsil, biznes, humanitar, işgüzar və Azərbaycana qonaq vizaları daxildir. Vizanın növündən asılı olaraq zəruri sənədləri və viza verilməsi şərtlərini dəyişir, lakin əsas sənəd Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi vasitəsilə göndərilməlidir.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olma müddəti vizada göstərilən ölkədə qalma müddəti ilə müəyyən edilir. Viza əsasında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Respublikasında müvəqqəti olma müddəti doxsan (90) gündən artıq olmamalıdır. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvafiq on (10) gün ərzində (həftə sonları və bayram günləri istisna olmaqla) yaşayış www.mia.gov.az. qeydiyyatı üçün Daxili İşlər Nazirliyinin müvafiq orqanlarına müraciət edə bilərlər.
Müvəqqəti olaraq ölkədə qalma( vizalı və ya vizasız qaydalara əsasən) əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müddətinin uzadılması üçün Azərbaycanda qalma müddəti bitənədək yeddi (7) iş günündən gec olmayaraq Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərlər.
Diqqət: əgər pasportun və ya şəxsiyyət vəsiqəsinin qüvvədə olma müddətinə 3 aydan az qalmışsa, viza verilə bilməz.
MEHMANXANALAR VƏ İSTİRAHƏT ZONALARI
1.Sheraton Baku Hotel Hava Limanı
Bakı, Heydər Əliyev Beynəlxalq Aeroportu
Mərkəzədək məsafə — 16,8 km
Rahat yaşayış üçün lazım olan hər şey ilə təchiz olunmuş səliqə-səhmanlı otaqlar təklif olunur. Burada sizi rahat mebel, yastı ekranlı televizor gözləyir. Şəxsi vanna otağı duş ilə təchiz olunub.
Qəlyanaltıya dadlı və doyumlu səhər yeməyi verilir. Həmçinin Aralıq dənizi yeməklərinin çoxusu da mövcuddur. Barda hər zövqə və seçimə uyğun içkilər təklif edilir.
Hava limanınadək məsafə 0,5 km, dəmir yolu xəttinə isə 19,4 kilometrdir. Əsas görməli yerlərə və memarlıq abidələrinə avtomobil ilə 25 dəqiqəyə çatmaq olar.
2. Ramada Baku Oteli
Bakı, Salyan şossesi, Şıxov 1023
Mərkəzədək məsafə — 12,7 km
“Ramada Baku Hotel” dəniz sahilinə çox yaxındır. Çimərliyə cəmi bir neçə dəqiqəyə çatmaq mümkündür.
Yerləşmək üçün müxtəlif kateqoriyalı 79 rahat otaq mövcuddur. Onların hər biri fərdi üslubda düzəldilib, keyfiyyətli mebel və komfortlu istirahət üçün lazımi texniki avadanlıqla təchiz olunub.
Otelin restoranında nahar və şam yeməkləri mövcuddur. Burada həm Avropa , həm də milli mətbəxin ləzzətli yeməkləri təqdim edilir.
Təntənəli mərasimlər və işgüzar görüşlər keçirmək üçün konfrans zalını icarələmək olar. Ən yaxın hava limanına olan məsafə 27 km, qatar stansiyasına isə 9 kilometrdir.
3. Aysberq Resort
Bakı, Salyan şosesi, Şıxov çimərliyi
Mərkəzədək məsafə — 13,3 km
“Aysberq Resort” Bakı şəhərində yerləşir. Mənzil başına çatdıqdan sonra, siz hər vaxt transfer xidmətindən istifadə edə bilərsiniz, öz avtomobili ilə gəllənlər üçün isə şəxsi dayanacaqlar mövcuddur. Lazım gəldikdə camaşirxanadan, həmçinin hovuz və fitnes-mərkəzdən istifadə etmək olar. Qonaqlar müxtəlif kateqoriyalara aid işıqlı və rahat otaqlar ilə təmin edilir. Bütün otaqlar ilıq pastel boyalarla rənglənmiş, rahat çarpayılar, keyfiyyətli mebel və müasir texniki avadanlıqla təchiz olunub. Şəxsi vanna otağında lazımi ləvazimatlar var.
Yerli “Isbek” restoranı menyudan əla yeməklər təqdim edir. Otağa yemək və içkilər sifariş etmək mümkündür. Yaxınlıqda yerləşən kafe, bar və ya fast-food nöqtələrinə də getmək olar. Məxsusi olaraq iş adamları üçün əhəmiyyətli danışıqlar aparmaq, müsahibələr və ya görüşlər təşkil etmək üçün biznes mərkəzi fəaliyyət göstərir.
Otelin iki kilometrliyində siz Bibi-Heybət, Dağüstü park və Flame Towers qüllələrini görə bilərsiniz.
Oteldən aeroporta qədər 9.6 km, dəmiryolu vağzalına qədər isə 27,8 km. məsafə var.
4. Golden Coast Resort
Bakı, Mikayıl Hüseynov Prospekti, 14
Mərkəzədək məsafə — 7,4 km
“Golden Coast Resort” oteli Xəzər dənizinin bir neçə addımlığında yerləşir. Otel aşağıdakı xidmətləri təklif edir: baqaj saxlama, kondisioner, İnternet, 24 saatlıq qeydiyyat bürosu, masaj, sauna və valyuta mübadiləsi. Oteldə qalmaq istəyənlər üçün müxtəlif kateqoriyalı otaqlar mövcuddur. Onların hər biri fərdi üslubda yaradılıb, keyfiyyətli mebel və rahat istirahət üçün lazımi avadanlıq ilə təmin edilib.
Otelin ərazisində yerləşən restoranda geniş çeşiddə yeməklər və içkilər təklif edilir. Mühüm hadisələr, ziyafətlər və işgüzar görüşlər üçün konfrans salonu da kirayələnə bilər.
Ən yaxın dəmir yolu vağzalı 4 km, hava limanı isə təxminən 21,9 km məsafədə yerləşir.
5. Hotel Intourist
Bakı, Mikayıl Hüseynov Prospekti, 51
Mərkəzədək məsafə — 6,8 km
“Hotel Intourist” dəniz sahilindən 0,3 km, ən yaxın metro stansiyasından isə 20 dəqiqəlik məsafədə yerləşir. Ərazidə simsiz Wi-Fi istifadəsi mümkündür. Hər bir otaq kondisioner, peyk rabitəli televizor, mebel dəsti ilə təchiz olunmuşdur. Xüsusi vanna otağı saç qurutma üçün fen və nəleyin ilə təmin edilmişdir.
Qonaqlar otelin ərazisindəki restoranda nahar edə bilərlər. Burada ənənəvi Azərbaycan mətbəxinin yeməkləri və müxtəlif içkilər sifariş oluna bilər.
Ən yaxın hava limanı oteldən 21.7 km, dəmir yolu vağzalı isə 3.2 km məsafədə yerləşir. Muzeylər və mədəniyyət mərkəzləri otelin bir addımlığındadır.
6. Hotel Holiday Inn Baku
Bakı, Keykəb xanım, 5
Mərkəzədək məsafə — 3,8 km
Otel dəniz sahilinin yaxınlığında, metro stansiyasından 13 dəqiqəlik məsafədədir. Məşhur memarlıq abidəsi olan “Qız Qalası” oteldən 1,5 kilometrlik məsafədə yerləşir. Ərazidə simsiz Wi-Fi istifadəsi mümkündür. Otel sadə klassik üslubda hazırlanmış rahat otaqlardan ibarətdir. Burada rahat yataqlar, ortopedik döşəklər, işıq şüşələri, kondisioner, yastı ekranlı TV və s. vardır.
Qonaqlar mini bardan, yaxud otelin restoranından istifadə edə bilərlər. Nahar nömrəyə də sifariş edilə bilər.
Oteldən 20 dəqiqəlik məsafədə əsas mədəniyyət mərkəzləri, turist obyektləri, ticarət və əyləncə kompleksləri mövcuddur.
7. Hotel Boulevard Baku Autograph Kolleksiyonu
Bakı, Xaqani Rüstəmov küçəsi, 4c
Mərkəzədək məsafə — 4 km
“Boulevard Baku Autograph Collection” otelinin qapıları günəşli Bakının bütün qonaqlarına açıqdı. Wi-Fi, park, transfer, ekskursiyalar və s. sizin xidmətinizdədir.
Otaqların cəlbedici rəngləri istirahət üçün inanılmaz bir ahəng yaradır. Burada sizing rahat və komfortlu yaşamağınız üçün, xoş hisslər duymaq üçün hər şey var. Otelin ərazisində fəaliyyət göstərən restoranda yerli, Avropa və digər mətbəxlərdən olan ən ləziz təamları sifariş etmək olar. Yaxınlıqda yerləşən mağazalar, kafe, şəhərin görməlı yerləri, eləcə də şəhər ətrafındakı hərəkəti asanlaşdıracaq ictimai nəqliyyat dayanacaqları sizing qulluğunuzdadır.
8. Landmark Baku
Ünvan: Bakı, Nizami küçəsi, 90a
Mərkəzədək məsafə — 3,9 km
“Landmark Baku” Bakının çox əlverişli hissəsində yerləşir. Çimərlik və əsas infrastruktur obyektlərinə çatmaq üçün bir neçə dəqiqə gərəkdir Otelin qonaqları üçün müxtəlif kateqoriyalı və münasib qiymətə olan rahat otaqlar mövcuddur. Hər bir qonağın rahatlığı üçün şərait yaradılmış, otaqlar lazımi mebel və müasir texnika ilə təchiz edilmişdir.
Otelin restoranında bütün növ xidmətlər göstərilir.
Ən yaxın hava limanına olan məsafə təxminən 19 km, dəmir yolu svağzalına isə 500 m.
9. Park Inn by Radisson Azerbaijan Hotel
Ünvan: Bakı, Azadlıq Prospekti, 1
Mərkəzədək məsafə — 4,5 km
Park Inn by Radisson Azerbaijan, həm şəhərin mərkəzinə, həm də Xəzər dənizinin sahilinə çox yaxın bir məsafədə yerləşir.
Servisə eniş otaqlarda kondisioner, yastı ekranlı televizor, mini bar, müxtəlif avadanlıq, Wi-Fi şəbəkəsinə simsiz çıxış daxildir. Xüsusi vanna otağı şəxsi gigiyena üçün lazımi əşyalarla təchiz olunmuşdur. Səhərlər dadlı və zövqlü qəlyanaltı yeməyi verilir. Axşamlar milli mətbəxin ləzzətli təamları göz oxşayır. Barda turistlərə müxtəlif içkilər təklif edilir.
Ən yaxın hava limanı 19.7 km, dəmir yolu vağzalı isə — 0,9 km məsafədə yerləşir.
10. Hotel Hyatt Regency
Ünvan: Bakı, İzmir küçəsi, 1033
Mərkəzədək məsafə — 4,3 km
Rahat, müasir otel şəhərin tarixi cəhətdən əhəmiyyətli ərazisində, inkişaf etmiş infrastruktura yaxın yerdə yerləşir.
Otel qonaqlara rahat və göz oxşayan otaqlar, yastı ekranlı TV, kondisioner ilə təchiz olunmuş şərait təklif edir. Xüsusi vanna otağı şəxsi gigiyena üçün lazımi əşyalarla təchiz olunmuşdur. Şık restoran fərqli bir menyu təklif edir. Barda hər kəsin zövqünə uyğun içkilər mövcuddur.
Ən yaxın hava limanı 20,8 km, dəmir yolu vağzalı isə 2,3 km məsafədə yerləşir.
Qonaqların hamısı sağlamlıq və gözəllik müalicələrinə qatıla bilər.
11. Hotel Diplomat Baku
Ünvan: Bakı, Süleyman Rəhimov küçəsi, 185
Mərkəzədək məsafə — 4 km
Müasir otel şəhərin mərkəzində, məşhur Heydər Əliyev Sarayından 0,2 km məsafədə yerləşir. Qonaqlara klassik üslubda gözəl və yaraşıqlı otaqlar təklif olunur. Rahat yaşayış üçün lazım olan hər şey — plazma televizor, çay və qəhvə üçün ləvazimat, eləcə də Wi-Fi şəbəkəsinə simsiz çıxış daxildir. Xüsusi vanna otağı şəxsi gigiyena üçün lazımi əşyalarla təchiz olunmuşdur. Müasir üslublu restoran müxtəlif təamlardan, o cümlədən Avropa yeməklərindən ibarət menyu təklif edir. Səhər zövqlə hazırlanmış qəlyanaltıda müxtəlif təamları seçmək qonaqların ixtiyarına verilir.
Hava limanına olan yol 19,8 km, dəmir yolu xəttinə isə 0,6 km məsafədədir. Məşhur mədəniyyət nümunəsi — Opera və Balet Teatrı yaşayış yerindən 7 dəqiqəlik məsafədə yerləşir.
12. Excelsior Hotel & Spa Baku
Ünvan: Bakı, Heydər Əliyev prospekti, 2
Mərkəzədək məsafə — 2 km
“Excelsior” Spa Hotel Bakıda yerləşir. Qonaq xidmətlərinə: park, Wi-Fi, qəzet, kondisioner, 24 saatlıq resepsiyon, güneş vannası qəbul etmək üçün teras və s. daxildir. Qonaqlar üçün müxtəlif kateqoriyalara malik otaqlar var. Hər biri fərdi üslubda hazırlanmış və rahat istirahət etmək üçün lazımlı mebellə təchiz olunmuşdur. Otelin restoranında müxtəlif yeməklər təqdim edilir. Dadlı yeməklərin geniş çeşidi var.
Ziyafət salonunda təntənəli tədbirlər təşkil edilə bilər.
Ən yaxın dəmir yolu stansiyası 2 km məsafədə, hava limanı təxminən 17 km məsafədə yerləşir.
13. Grand Hotel Europe
Ünvan: Bakı, Tbilisi Prospekti, 1025/3
Mərkəzədək məsafə — 4 km
“Grand Hotel Europe” Bakı şəhərində yerləşir. Əsas infrastruktur obyektlərinə cəmi bir neçə dəqiqəyə çatmaq mümkündür. Qonaqlar üçün müxtəlif kateqoriyalı 94 otaq mövcuddur. Hər biri fərdi üslubda və zəruri mebel ilə təchiz olunmuşdur. Həm də rahat istirahət etmək üçün lazımi avadanlıqla təmin edilmişdir. Səhərlərə qonaqlar otel restoranında qəlyanaltı edə bilirlər. Burada ləzzətli içkilər də təqdim olunur.
Ən yaxın dəmir yolu stansiyası təxminən 3 km məsafədə, hava limanı isə 21 km məsafədə yertləşir.
14. Şah Palace Hotel
Ünvan: Bakı, Qoşa Qala, 47
Mərkəzədək məsafə — 5,3 km
“Şah Palace Hotel” metro stansiyasından 3 dəqiqəlik məsafədə yerləşir. Otaqlar qonaq etməyə həmişə hazırdır, hər biri ciddi klassik üslubda tərtib edilib. Qonaqları rahat otaqlar, kondisioner, yastı ekranlı televizor və şəxsi gigiyena əşyaları olan vanna otağı gözləyir. Oteldə ənənəvi Azərbaycan və Avropa mətbəxinin hazırlandığı restoran var. Səhər saatlarında burada ləzzətli qəlyanaltı verilir.
Beynəlxalq hava limanı 20,8 km, dəmir yolu stansiyası isə 1,7 km məsafədə yerləşir. Oteldən bir neçə addımlıqda Bakı dənizkənarı bulvar yerləşir.
15. JW Marriott Abşeron Bakı Oteli
Ünvan: Bakı, Azadlıq prospekti 674
Mərkəzədək məsafə — 4 km
“JW Marriott Absheron Baku” Bakının mərkəzi hissəsində yerləşir. Otelin yaxınlığında ticarət və əyləncə yerləri, həmçinin iş zonaları var. Premium otaqlar öz avadanlıqları ilə qonaqların xidmətindədir: soyuducu rejimdə işləyən kondisionerlər, yeni nəsil televizorlar, şarj cihazları, seyflər və s. Biznesiniz və ya istirahətiniz üçün əlavə bir seçim var — Wi-Fi. Hər bir kateqoriyada olan nömrələrdə hamam və duş var. Hər bir qonaqın qayğısına qalmaq üçün otel onları fərdi gigiyenik əşyalarla təmin edir. Ərazidə restoran, bar və qəhvəxana tapa bilərsiniz.
İdman pərəstişkarları üçün qapalı hovuz və idman zalı mövcuddur. Dəmir yolu vağzalı otelin yaxınlığındadır, hava limanına isə avtomobil ilə 20 dəqiqə ərzində çatmaq mümkündür.
16. Hotel Lake Palace Bakı
Ünvan: Bakı, Z. Xəlilov küçəsi, 63a
Mərkəzədək məsafə — 5,5 km
“Lake Palace Baku” otel Bakıda yerləşir. Burada qonaqlara bir çox xidmətlər göstərilir. İdman salonunda idmanla məşğul olmaq və sonra saunada istirahət edə bilərsiniz, hovuzda üzmək və ya masaj qəbul etmək də mümkündür. Qonaqlar üçün müxtəlif kateqoriyalar və münasib qiymətlər üzrə rahat otaqlar var. Hər bir otaq klassik üslubda tərtib edilmişdir. Otaqların dekoruna geniş yataq sahələri, dizayner mebeli və müasir texnika daxildir. Eyvandan şəhərə açılan gözəl mənzərə hamını heyran edir.
Qonaqlar hər səhər dadlı qəlyanaltıdan zövq ala bilərlər. Restoranda əla yerli və Avropa mətbəxinə aid təamlar təqdim olunur. Barda hər kəsin zövqünə görə qəlyanaltılar və içkilər mövcuddur.
Xüsusilə iş adamları üçün mühüm danışıqlar aparmaq və müsahibələr təşkil etmək üçün çox rahat olan ərazidə konfrans zalı mövcuddur.
Yaxınlıqda şəhərin hər hansı bir yerinə hərəkət edə biləcəyiniz müxtəlif metro stansiyaları var. Ən yaxında yerləşən Zabitlər Parkı, Filarmoniya bağçası və Məhəmməd Məscidi hamının zövqünü oxşayır. Hava limanına olan məsafə təxminən 22 kilometrdir.
17. Hotel Badamdar
Ünvan: Bakı, Mikayıl Müşfiq, 1c
Mərkəzədək məsafə — 8,1 km
“Badamdar” mehmanxanası şəhərin sakit bir ərazisində yerləşir. Hər bir otaq Wi-Fi şəbəkəsinə qoşulmuş, otaqlarda müasir yastı ekranlı televizor, kondisioner, şəhərin gözəl mənzərəsini seyr etməyə imkan verən eyvan var. Otelin otaqları sakit və göz oxşayan rənglərlə boyanıb və bu istirahət edənlərə xoş təsir bağışlayır. Kübar restoranda yüksək ixtisaslı aşbazlar ənənəvi təamlar hazırlayırlar. Səhərlər dadlı və çeşidli qəlyanaltı verilir.
Hava limanına olan məsafə 23,8 km, dəmir yolu xəttinə isə — 4,7 km.
18. Hilton Baku
Ünvan: Bakı, Azadlıq prospekti, 1b
Mərkəzədək məsafə — 4,4 km
“Hilton Baku” otel bu gözəl şəhərin bütün qonaqları üçün açıqdır. Wi-Fi, park, çamaşırxana, sauna, transfer və digər xidmətlər qonaqların ixtiyarındadır. Otaqların hər biri rahatlığı, xoş ab-havası, interyeri, şəraiti ilə sizin ürəyincə olacaq.
Restoranda aşpazların dadlı yeməklərindən zövq alacaqsınız. Oteldə müxtəlif tədbirlər üçün bütün lazımi imkanları olan konfrans zalı var.
Otelin ətrafında bir çox mağazalar, kafelər yerləşir. Həmçinin ictimai nəqliyyat vasitələrinin yaxınlığı hərəkəti asanlaşdırır.
19. Premier Expo Oteli
Ünvan: Bakı, Ağa Neymətulla küçəsi, 48
Mərkəzədək məsafə — 1,7 km
“Premier Expo Hotel” Bakıda yerləşir. Burada qonaqlara bir çox xidmətlər göstərilir. Otelə yerləşərkən siz həmin servisdən istifadə edə bilərsiniz. Oteldə fitnes mərkəzi, spa və pulsuz Wi-Fi mövcuddur. Avtomobil sahibləri xüsusi dayanacaqla təmin olunur. Qonaqlar üçün müxtəlif kateqoriyalara aid otaqlar var. Hər birində rahat yataq, keyfiyyətli mebel və müasir texnika vardır. Xüsusi vanna otağı qonaqları fərdi gigiyenik əşyalarla təmin edir.
Qonaqlara dadlı və çeşidli səhər yeməyi təklif olunur. Yemək və içkiləri otağa sifariş etmək mümkündür. Otelin restoranında menyudan əla yeməklər təqdim edilir. Otelin ərazisində məxsusi olaraq iş adamları üçün danışıqlar aparmaq, müsahibələr təşkil etmək və ya təntənəli mərasim təşkil etmək üçün əlverişli olan konfrans zalı var.
Yaxınlıqda Heydər Əliyev Mərkəzi yerləşir. Hava limanına təxminən 16,5 km, dəmiryol vağzalına isə 3,1 km məsafə var.
20. Otel 4 Seasons
Ünvan: Bakı, Neftçilər Prospekti, 1
Mərkəzədək məsafə — 5,8 km
Otel, mənzərəli dəniz sahilinin və şəhərin görməli yerlərinin yaxınlığında yerləşir. Qonaqlar üçün unikal üslubda dizayn edilmiş rahat otaqlar təklif edilir. Otaqların pəncərələrindən inanılmaz gözəllikdə panoram açılır. Burada rahat çarpayılar, yastı ekran televizor, Wi-Fi şəbəkəsinə simsiz çıxış tapa bilərsiniz. Xüsusi vanna otağı siziə lazım olan hər şey ilə təmin edir.
Restoranda italyan mətbəxinin təamları təqdim olunur. Bar qonaqları geniş çeşidli içkilərlə sevindirə bilər.
Ən yaxın hava limanı 21 km, dəmir yolu vağzalı isə 2,3 km məsafədədir. Böyük həcmli ticarət mərkəzi otelin yaxınlığında fəaliyyət göstərir.
21. Otel Fairmont Baku
Ünvan: Bakı, Mehdi Hüseyn, 1а
Mərkəzədək məsafə 6.5 km
Otel “Otel Fairmont Baku” öz qonaqlarını Bakıda gözləyir. Sizin qulluğunuzda Wi-Fi, dayanacaq, hamam, masaj, transfer və s. xidmətlər vardır.
Hər bir otaqda, sizin istirahətinizin rahat keçməsi və burada qalmagınızın xoş təəssürat yaratması üçün lazımi hər şey vardır.
Ərazidə fəaliyyət göstərən restoranda siz dünya mətbəxinin dadlı yeməklərini dada və gözəl vaxt keçirə bilərsiz.
Burada tədbirlərin keçirilməsi üçün bütün lazımı avadanlıqla təchiz olunmuş konfrans-zalda vardır.
Şəhərin gəzməli yerləri, kafelər, mağazalar otelin yaxınlığındadır. Həmçinin ictimai nəqliyyat dayanacaqlarıda yaxındadlr, bu da ki şəhərdə hərkəti asanlaşdırır.
22. Otel Qafqaz Baku City and Residences
Ünvan: Bakı, Tbilisi prospekti, 34
Mərkəzədək məsafə — 4.5 km
Otel “Qafqaz Baku City and Residences” öz qonaqlarını Bakıda gözləyir. Sizin qulluğunuzda Wi-Fi, dayanacaq, hamam, masaj, transfer və s. xidmətlər vardır.
Hər bir qonağın rahatlığı üçün şərait yaradılmış, otaqlar lazımi mebel və müasir texnika ilə təchiz edilmişdir. Otaqların hər biri rahatlığı, xoş ab-havası, interyeri, şəraiti ilə sizin ürəyincə olacaq. Oteldə fəaliyyət göstərən restoranda siz dadlı yeməklər sifariş edib gözəl vaxt keçirə bilərsiniz.
Burada tədbirlərin keçirilməsi üçün bütün lazımi avadanlıqla təchiz olunmuş konfrans-zalda vardır.
Şəhərin gəzməli yerləri, kafelər, mağazalar otelin yaxınlığındadır. Həmçinin ictimai nəqliyyat dayanacaqları da yaxındadır, bu da şəhərdə hərəkəti asanlaşdırır.
23. Otel Sapphire Inn
Ünvan: Bakı, Həsən Abdullayev küçəsi, 5
Mərkəzədək məsafə — 5.6 км
Otel “Sapphire Inn” şəhərin mərkəzində yerləşir. Qonaqların xidmətində avtomobil dayanacağı, paltaryuyan maşın, internet və s. vardır.
Qonaqların yerləşməsi uçün müxtəlif kateqoriya və giymətə uyğun 56 otaq vardır. Hər bir otağ lazımi mebel və müasir texnika ilə təchiz olunub.
Nahar və şam yeməyini qonaqlar yaxınlıqda olan restoran və kafelərdə edə bilərlər. Otelin düz yaxınlığında ərzaq mağazası da vardır.
Ən yaxın dəmiryol vağzalına kimi məsafə 2 km, hava limanına isə 21 km təşkil edir.
24. Otel Divan Express Baku
Ünvan: Bakı, Həsənoğlu küçəsi, 15
Mərkəzədək məsafə — 0.9 km
Otel “Divan Express Baku” Bakı şəhərində yerləşir. Qonaqların xidmətində avtomobil dayancaqı, internet, mətbuat və yemək çatdırılması mövcuddur.
Qonaqların yerləşməsi üçün müxtəlif kategoriyaya aid rahat nömrələr təklif olunur. Onların hər biri müxtəlif üslubda tərtib olunub və istirahətin rahat olması üçün bütun lazımı mebel və avadanlıqla təchiz olunub.
Qidalanma otelin restoranında təşkil olunur. Burada münasib qiymətə qonaqlara müxtəlif yeməklər və içkilər təklif olunur.
Təntənəli tədbirlərin keçirləməsi üçün buranın banket zalı icarəyə verilir.
Hava limanına məsafə 17 km, dəmiryol vağzalına isə 2.6 km təşkil edir.
REGİONLARDA İSTİRAHƏT ZONALARI
I. Şimal istiqaməti.
Quba (Bakıdan 168 km məsafədə). Zəngin bitki örtüyü və çoxlu sayda alma bağları olan mənzərəli diyardır. Bura gələn turistlərin maraqla baş çəkdikləri yerlərdən Afurca, Kunxart və Pirbənövşə şəlalələrini, Qəçrəş, Nügədi, Təngə Altı kurort yerlərini, isti hidrogen sulfidli bulaq suları ilə doldurulmuş qədim daş hovuzlarını göstərmək olar. Sakinləri dünyanın heç bir yerində heç kimin bilmədiyi bir dildə danışan yüksək dağ kəndi olan Xınalıqda odpərəstlərin IX əsrə aid nadir məbədi qalmaqdadır. Digər memarlıq abidələrindən Ağbil kəndindəki məqbərəni, Cümə məscidini və Səkinə-xanım məscidini, qədim qüllələri qeyd etmək olar.
Xaçmaz (Bakıdan 157 km məsafədə). Xəzərin düz sahilinədək sıx bitən meşələr üçün mülayim iqlim ideal şərait yaradır və şəhərin tüstü və səs-küyündən istirahət etməyə can atan çoxlu sayda turistləri özünə cəlb edir. Burada çoxlu mineral bulaqlar var, onların içərisində ən məşhuru fəvvarə vuran “İstisu”dur. Xaçmaz bölgəsi həmçinin tarixi, mədəni və memarlıq abidələri ilə zəngindir. Bunlardan qədim Xudat qala-şəhərini, Şah Abbas məscid-mədrəsəsini, Şeyx Yusif (XV əsr) məscidini, bürünc dövrünün qədim yaşayış məskənlərini və kurqanlarını, Dərbənd qalasının “Dəmir Qapılarını” göstərmək olar. Bu bölgənin ən böyük turist zonası çoxsaylı çimərlikləri, mənzərəli sahilləri, inkişaf etmiş turizm infrastrukturu olan Nabrandır. Müxtəlif səviyyəli çoxlu istirahət zonaları, kafelər, restoranlar, gecə diskotekaları Nabranda istirahəti maraqlı və yaddaqalan edir.
Nabranda “Palermo”, “Qrin Villa”, “Atlant”, “Lotos”, “Akva park”, “Dalğa”, “Ober Lyuks”, “Orman”, “Palermo”, “Mayak”, Seyidli qəsəbəsində “Meşəbəyi evi”, “Mirvari”, “Elvin”, “Malibu” istirahət zonalarını təklif edilir.
Şabran (Bakıdan 122 km məsafədə). Rayon Böyük Qafqazın dağətəyi zonasında yerləşən “Qalaaltı” müalicəvi mineral bulağı, ovçuluq və balıqçılıq təsərrüfatları, tarixi abidələri (qədim Çıraq Qala qalasının qalıqları, Şabran qədim yaşayış məskəni, qədim memarlıq abidələri), dağ, dərə və meşələrin əsrarəngiz mənzərələri ilə məşhurdur.
Qusar (Bakıdan 180 km məsafədə). Dağıstan ilə həmsərhəd rayondur. Enliyarpaqlı meşələrlə örtülmüş, çoxlu sayda bulaqları, şəlalələri, kiçik gölləri olan bu dağlıq ərazi istirahət üçün cəlbedicidir. Burada Azərbaycanın ən yüksək nöqtəsi — Bazardüzü dağı (4466 m) yerləşir. Böyük bir ərazidə dövlət qoruğu yaradılıb. Yay sərinliyi ilə fərqləndiyi halda, qış şaxtalı hava və davamlı qar örtüyü həvəskarlarını özünə cəlb edir. Siz “Alistan baba” fıstıq meşəsində və xalçaçılıq, ağac üstə oyma, tikmə sənəti kimi xalq tətbiqi incəsənət növləri ilə tanışlıq marşrutu üzrə gəzintiyə çıxa bilərsiniz.
Rayonun tarixi abidələrindən XV əsrin Şeyx Cüneydə məqbərəsini, 170 il əvvəl burada olmuş rus şairi Lermontovun muzeyini xüsusi qeyd etmək olar. Ekzotik mətbəx həvəskarları kiçik yerli restoranlarda ətirli göyərtilər və kəskin ədviyyatlar əlavə edilmiş qeyri-adi dada malik zərif ət xörəklərindən dada bilərlər.
Xızı (Bakıdan 104 km məsafədə yerləşir). Bakının yaxınlığında yerləşən dağ rayonudur. Mülayim quraq iqlimə malikdir. Şərqdən Xəzər dənizi ilə əhatələnən rayonun çox hissəsi meşələrlə örtülüdür. Rayonun diqqətəlayiq yerlərindən biri özünün möcüzəli formasına görə Beşbarmaq adlandırılan və çoxlu əfsanələr qoşulmuş Beşbarmaq dağıdır.
Rayonda, həmçinin, Azərbaycanın təbii gözəlliyə malik olan yerlərindən biri — Altıağac yerləşib. Burada zəngin flora və faunası olan Altıağac Milli parkı yaradılıb. Rayonda çoxlu tarixi abidələr var: Başbarmaq qalasının divarları (VIII əsr), antik şəhərin və Xızı qalasının (V əsr) xarabalıqları və s.
II. Şimal-Qərb istiqaməti.
Şamaxı (Bakıdan 135 km məsafədə). Şamaxının ətrafı valehedici çəmən və meşələr, dağ xizək idmanı və alpinizm üçün əlverişli olan qarlı dağlardır. Dağlarda həmçinin Pirqulu qoruğu yerləşir, N.Tusi adına astrofizika observatoriyası fəaliyyət göstərir.
Şamaxı tarixi 3000 ildən az olmayan qədim şəhərdir. Bizim dövrdə turistlər Gülüstan və Qala-Buqurt qalalarının qalıqlarına, Şirvan xanlarının sərdabəsinə, orta əsr türbələrinə, iki minarəli Cümə məscidinə (743 il), qədim yeraltı hamamlı karvansara kompleksinə (XIV əsr) və keçmişin digər tikili və memarlıq abidələrinə baş çəkə bilərlər.
Şamaxı rayonu istənilən kəndində dadına baxmaq mümkün olan desert çaxırları ilə məşhurdur. Meşə meyvələri və müalicə otlarının bolluğu ilə diqqəti cəlb edir.
İsmayıllı (Bakıdan 185 km məsafədə). Burada iqlim düzən və dağətəyi zonada mülayim isti, yüksək dağlarda soyuqdur. Rayonda müxtəlif bitki və heyvan növləri qorunan “İsmayıllı” qoruğu yaradılıb. Qasımxan, Cavanşir, Qırxoşaq qalalarının qalıqları, əfsanəvi Fitdağ qalası, Xan qalası və Xanarlı kəndində “Qız qalası” (11-12-ci əsrlər) keçmiş və tarix həvəskarları olan bir çox turistləri özünə cəlb edir.
Qəbələ (Bakıdan 225 km məsafədə). Meşələrlə örtülmüş dağlar, büllur bulaqlar, əsrarəngiz subalp və alp çəmənlikləri, yaşı 500 ildən çox olan kiçik şabalıd meşəsi müxtəlif yaşlı çoxsaylı istirahətçiləri bura cəlb edir.
Burada qədim şəhərin qalıqları, türbələr və müqəddəs pirlər, məscidlər və qalalar, məbədlər, IX əsrə məxsus qədim müdafiə tikilisi və digər çoxlu sayda keçmişə məxsus abidələr vardır.
Qəbələ rayonu çoxdan bəri istər qısamüddətli və uzunmüddətli istirahət, istərsə də qədim diyara ekskursiyalar təklif etməklə gələn qonaqlara xidmət göstərmək üzrə ixtisaslanmışdır.
Şəki-Qax-Zaqatala regionu (Bakıdan 300-370 km məsafədə). Bu regionun ərazisi Böyük Qafqazın cənub yamacında yerləşib, fistıq, vələs, şabalıd, qoz, palıd və digər ağaclardan ibarət olan meşələrlə örtülmüşdür. Burada yerləşmiş Zaqatala, İlisu və Türyançay qoruqlarında çoxlu nadir heyvanlar yaşayır və təbii şəraitdə nadir Eldar şamı bitir.
Burada bitən bəzi çinarların yası 500 ildən çoxdur. Zaqatala şəhərindəki “Dədə Qorqud” parkında isə 8 çinardan birinin yaşı 700 ilə çatır. Şəkidən şimalda Gələrsən-Görərsən ərazisində əl dəyilməmiş meşələr uzanır, bura təmiz hava ilə nəfəs almağa gəlirlər. Əsası 2600 il əvvəl qoyulmuş Şəki şəhəri çoxsaylı tarixi abidələri ilə turistləri özünə cəlb edir. Böyük memarlar tərəfindən tikilmiş qədim yaşayış yerləri, qalalar, qüllələr, məscidlər, Şəki xan sarayı, XVIII əsrin karvansarayları, həmçinin Hacı Muradın qəbri. Şəki rayonunun Kiş kəndində əsası II əsrdə qoyulmuş Müqəddəs Yelisey kilsəsi-ən qədim alban məbədi qalmışdır.
Şəki sənətkarları özlərinin digər işləri, dulusçuluq nümunələri, metal və ağac suvenirləri, ipək parçaları və xalçaları ilə məşhurdur. Zəngin Şəki mətbəxi, xüsusilə onun şirniyyatları Azərbaycandan uzaqlarda da məşhurdur.
III. Cənub istiqaməti.
Masallı (Bakıdan 232 km məsafədə). Rayon bir tərəfdən Xəzər dənizi, digər tərəfdən Talış dağları ilə əhatə olunub. Burada çox gözəl iqlim meşələrində kiçik göllər və şəlalələr, ən məşhuru İstisu bulağı olan çoxlu kükürdlü bulaqlar var.
Tarixi abidələri XVI-XIX əsrlərə aid məscidlər, Seyid Sadıq məqbərəsi, Ərkivan qalası ilə təmsil olunur. Ənənəvi sənətkarlıq sirləri nəsildən nəslə ötürülür.
Rayonun kəndlərində ağacdan düzəldilmiş rəngarəng, xırda məmulatlar, xalçalar, orijinal hörülmüş həsir örtüklər tapmaq olar.
Lənkəran-Astara (Bakıdan 268-313 km məsafədə). Subtropik iqlim, çaylar və isti bulaqlar il boyu tərəvəz yetişdirilməsi, həmçinin burada çoxlu meyvə bağlarının və çay plantasiyalarının salınması üçün əlverişli şərait yaradır.
Hündür olmayan Talış dağları relikt ağaclar üstünlük təşkil edən meşələrlə örtülmüşdür. Rayonun ərazisində yerləşən Hirkan Milli Parkı və Qızılağac qoruğunda çoxlu nadir heyvanlar — maral, cüyür, vaşaq, canavar yaşayır və hətta nadir halda pələngə da rast gəlinir.
Xüsusilə Astarada yaxşı çimərliklər (qumlu, çınqıllı) var, su burada çox şəffaf və təmizdir. Memarlıq abidələrindən Lənkəranda Ballabur qalası, xan sarayı, XIX əsrə aid məscid və minarə, Astarada qədim qalanın xarabalıqları, XVII əsr karvansarayı, XII əsr məqbərəsi qalmışdır. Yerli mətbəx özünün balıqdan, ov quşlarının ətindən olan, qeyri-adi ədviyyatlar istifadə edilər xörəkləri ilə xüsusilə məşhurdur.
IV. Qərb istiqaməti.
Gəncəbasar (Bakıdan 300 km məsafədə). Bu ad altında məşhur olan zonaya Azərbaycanın qərbində Gəncə, Mingəçevir, Qazax, Ağstafa və digər şəhərlərin ətraf ərazilərində yerləşən 10 rayon daxildir.
Şərqin qədim mərkəzlərindən olan bu region tarixi, memarlıq və dini abidələrlə boldur. Onların içərisində Gəncədə XIX əsrin Cümə məscidini, Şeyx İbrahimin və Nizaminin məqbərələrini, XVI əsrin İmamzadə kompleksini, şəhər hamamlarını, orta əsr qalasını, Qazaxda XII əsrə aid nadir “Sınıq körpü”nü, Xanlarda bürünc əsrinin kurqanları, qədim qala və qüllələri, Şəmkirdə gözəl feodal qəsrini göstərmək olar. Bu zonada mülayim iqlim hakimdir, dağ meşə və çəmənliklərdə cüyür, dağ keçisi, qaban və bir çox digər heyvan növləri vardır. Gəncə şəhərindən 25 km məsafədə, ətrafında Göygöl qoruğu yaradılmış Azərbaycan təbiətinin incisi Göygöl yerləşib.
Bu regionun təbiətində digər baxımlı yerləri — “Qızıl Qala”, Aveydağ dağının mağaraları və zəngin tuqay meşələrini qeyd etmək olar. Regionda qədimdən xalçaçılıq, toxuma və tikmə, ipək, çini istehsalı inkişaf edib. Və əlbəttə qurmanlar çoxlu sayda olan kiçik restoranlarda, turist bazalarında və istirahət zonalarında yerli mətbəxin təkrarolunmaz zərif yeməklərini dada bilərlər.
V. Naxçıvan Muxtar Respublikası.
Naxçıvan Muxtar Respublikası ərazisinin çox hissəsi dəniz səviyyəsindən 1000 metr yüksəkdə yerləşən dağlıq diyar olmaqla zəngin təbii və nadir mədəni irsə malikdir. Onun paytaxtı — Şərqin qədim mədəni mərkəzlərindən biri olan Naxçıvan şəhərində çoxlu sayda muzey, mehmanxana, restoran və müasir Olimpiya kompleksi vardır.
Bu diyarın şəhərləri özünün tarixi abidələri, rahat küçə və meydanları, təkrarolunmaz qonaqpərvərliyi ilə seçilir. Respublikanın bitki aləmi enliyarpaqlı ağac növləri olan meşələrlə zəngindir. Burada çoxlu nadir heyvan növləri yaşayır.
Arasında Yusif Küseyr və Möminə xatun türbələri, Nəimi türbəsi, Əlincə qalası, Gilan şəhərinin xarabalıqları, qədim körpülər və s. olan çoxlu sayda tarixi və memarlıq abidələri qalmaqdadır. Qədim zamanlardan yerli sənətkarlar xalçaçılıq, tikmə, ağacda oyma, ipək parça istehsalı üzrə təkmilləşmişlər.
BAKI TURİZM ZONASI
Xəritədə Azərbaycanın təsviri dənizə doğru uçan quşa oxşayırsa onun “dimdiyi” ABŞERON YARIMADASIDIR. Azərbaycanın paytaxtı — qədim və daim cavan olan Bakı şəhəri bu yarımadanın cənub-qərb sahilində yerləşmişdir.
Şəhərin əhalisinin sayı təqribən 2 milyon nəfərdir. Bakı inzibati baxımdan Abşeronun qəsəbələrindən (onların sayı 32-dir) ayrılmasına baxmayaraq tarixən bu qəsəbələr paytaxtla istər mədəni və iqtisadi baxımdan, istərsə də məkan etibarı ilə vəhdət təşkil edir. Buna görə də bütün Abşeron yarımadası paytaxtla birlikdə “Böyük Bakı” adlanır.
Abşeronda və Bakıda respublikanın əsas nəqliyyat magistraları — HEYDƏR ƏLİYEV ADINA BEYNƏLXALQ HAVA LİMANI, Bakı buxtasındakı böyük dəniz limanı (yeri gəlmişkən, bu liman bütün Xəzər dənizində ən böyük limandır), Bakıdakı dəmiryol vağzalı və Respublika paytaxtını regionlarla birləşdirən şosse yolları vardır.
Neftin və qazın nəql edilməsi üçün əsas magistral boru kəmərləri də buradan, Abşerondan başlanır. Bakı TRASECA (Avropa-Qafqaz-Asiya) beynəlxalq nəqliyyat dəhlizinin əsas məntəqəsidir. Bu layihə çərçivəsində Azərbaycan tarixi Böyük İpək Yolu marşrutunun bərpa olunmasında iştirak edir.
İQLİMİ. Abşeron yarımadası dünya okeanı səviyyəsindən 28 metr aşağıda yerləşir. Bakının və Abşeronun iqlimi mülayim-isti, yarımsəhra və çöl iqlimi olub, yalnız Abşerona xas olan küləklərlə səciyyəvidir. “XƏZRİ” deyilən şimal küləyi yayda havanı sərinləşdirir, qışda isə hədsiz dərəcədə soyudur. “GİLAVAR” deyilən cənub küləyi yayda isti gətirir, qışda isə soyuğu bir qədər mülayimləşdirir. Ümumiyyətlə müasir Bakının iqlimi bakılıların sevə-sevə becərdikləri bağların və parkların sayəsində xeyli mülayimləşmişdir. XX əsrin əvvəllərində güclü külək və toz əlindən Bakının küçələrinə çıxmaq mümkün deyildi, bu gün isə Bakı ilıq və rahat həyat tərzi ilə seçilən bir şəhərə çevrilmişdir.
FAYDALI QAZINTILAR. Abşeron yarımadasında neft, qaz, inşaat daşı (“badamdaş” deyilən əhəng daşı), duz, qum və əhəng yataqları vardır. Abşerondakı Masazır, Qala, Böyük Şor, Xoca Həsən duz gölləri çox məşhurdur. Dünyada ən qədim neft quyularının bir qismi Abşeronda yerləşir. Vaxtilə insanlar bu quyulardan nefti verdrələrlə çıxarırdılar. Sənaye üsulu ilə neft çıxarılan ilk quyuların da bir neçəsi buradadır.
TƏBİƏTİN GÖZƏL MÜƏMMASI sayılan PALÇIQ VULKANLARININ sayına və müxtəlifliyinə görə Azərbaycan dünyada birinci yeri tutur. Yer kürəsinin müxtəlif ölkələrində mövcud olan 800 məlum palçıq vulkanından 400-ü cənubi Xəzər neft-qaz hövzəsi hüdudlarında, o cümlədən 300-dən çoxu Azərbaycanın quru ərazisində və Xəzər akvatoriyasında — dənizdə və çoxsaylı adalarda yerləşir.
Dünyada mövcud olan palçıq vulkanlarının bütün müxtəlif növləri Azərbaycanda təmsil edilmişdir. Bu diyarı palçıq vulkanizminin təbii anbarı və laboratoriyası adlandırsaq mübaliğə olmaz. Buna görə də son illərdə vulkanizm, geodinamika və seysmiklik məsələləri üzrə beynəlxalq elmi formlar məhz Bakıda keçirilir.
Palçıq vulkanları ölkəmizə gələn turistlərin də diqqətini get-gedə daha çox cəlb edir. Abşeronun çöllük və qayalıq landşaftı, onun vulkanları planetimizin gənclik dövrünü xatırladır. O vaxt Yer kürəsində nə insan vardı, nə də ay landşaftları. Lakin Azərbaycan vulkanları canlıdır, onlar nəfəs alır…
QOBUSTAN PETROQLİFTLƏRİ — AÇIQ SƏMA ALTINDA MUZEYDİR. Petroqliflər, yəni qayaüstü rəsmlər Yer planetində insanın təkamülünün bədii “arxividir”. Bu cür arxivlərin “sənədləri” isə insanın öz mənliyini ətraf aləmə ilk dəfə translyasiya etməsinə bənzəyir. Azərbaycanda açıq səma altında bir neçə bu cür “arxiv” var. Onlardan biri və yəqin ki, ən böyüyü QOBUSTANDA — Bakının yaxınlığındakı BAKI DÖVLƏT TARİXİ-ETNOQRAFİK VƏ BƏDİİ QORUQDA yerləşir. Böyük Qafqaz dağlarının cənub-şərq ətəklərində yerləşən bu qayalı massiv Xəzər dənizinin yaxınlığında, qədim Şirvan yolu boyunca çəkilmiş müasir şosse yolunun üzərindədir. Burada çoxsaylı qayaüstü təsvirlər, qayaların altında yerləşən qədim insan məskənləri və kurqan qəbrləri aşkar edilmişdir. Həyatının 35 ilini Qobustanın öyrənilməsinə həsr etmiş iki arxeoloq – D.Rüstəmov və onun həyat yoldaşı F.Muradova bu fikirdədirlər ki, Qobustan petroqliflərinin ən qədim hissəsi bəşəriyyətin inkişafının ilk dövründə insanın ən nikbin və özünüifadə formasının sadəliyinə baxmayaraq olduqca informativ həyat mənzərəsidir. Onlar təqribən 20 qaya altı məskəni tədqiq etmiş, 40 yaxın kurqanda qazıntı aparmış, üzərində təsvirlər olan 300 yeni qaya və daş aşkar etmişlər. Lakin Qobustan qayaları təkcə insan həyatının ən qədim dövrünün şahidləri deyil. Bu qayalarda regionun 15 min illik həyat tarixi — yuxarı paleolit dövründən orta əsrlərə qədər böyük bir zaman kəsiyi əks olunmuşdur.
Qobustanın ilk tədqiqatçısı arxeoloq İshaq Cəfərzadə 1939-cu ildə bu unikal yerlər barədə ilk dəfə dünya elminə məlumat vermişdir.
Bu gün Qobustanda 4000-dən çox petroqlif (daş üzərində oyma texnikası əsasında çəkilmiş qayaüstü rəsmlər) aşkar edilmişdir. Bu rəsmlərdə heyvan və balıq ovu, məişət səhnələri, kollektiv rəqslər, müxtəlif, o cümlədən solyar rəmzlər (svastika, spirallar, xaç), bürclər, kişilər və qadınlar (maraqlıdır ki, o vaxtlar qadınlar kişilərlə birlikdə ova gedirmiş), ceyran, dağ keçisi, şir, keçi kimi heyvanların təsvirləri, qamışdan düzəldilmiş qayıq, iki təkərli araba və insan izlərinin rəsmləri vardır. Qobustanda qeyri-adi “qablar” – daş üzərində çapılmış və hətta naxışlarla bəzədilmiş oyuqlar salamat qalmışdır. Burada qeyri adi “çalğı alətləri” – güclü səslər verən daşlar da var. Hər daşın öz tembiri olduğuna görə onlara “QAVAL DAŞ” deyilir.
Qobustan qayalarında bizim eranın I əsrində Roma legionerlərinin burada olmasını təsdiq edən əlamətlər də qalmışdır. İşğal edilmək üçün cəlbedici olan bu region romalıların diqqətindən yayılmamışdır. Buradakı qayalardan birinin üzərində 11-ci şimşək legionun romalı senturionları tərəfindən latın dilində bir mətn yazılmışdır. Həmin yazıda göstərilir ki, o dövrdə Romada imperator Domitsian Sezar Avqust Germanik hakimiyyətdə olmuşdur. 2007-ci ildə Qobustan YUNESKO-nun “Dünya irsi” siyahısına daxil edilmişdir.
ABŞERONUN TARİXİ. Abşeronun coğrafi iqlim və geoloji amilləri sayəsində bütün Abşeron yarımadası və Bakı ərazisi 20.000 il bundan əvvəl məskunlaşmışdır. (Yeni Suraxanı qəsəbəsinin yaxınlığında qədim insan məskənləri aşkar edilmişdir.). Ümumiyyətlə bütün yarımadada qədim insan məskənləri tunc dövrünə və erkən dəmir dövrünə aid kurqanların sayı hesabı yoxdur. Burada həmçinin daşdan yonulmuş, üzərində sujetli rəsmlər çəkilmiş antropomorf fiqurlu qədim qəbristan kompleksləri aşkar edilmişdir (Dübəndi, Türkan, Xaşaxuna, Mərdəkan, Şüvəlan qəsəbələri). Azərbaycanın və Qafqazın heç bir başqa regionunda bu cür komplekslərə rast gəlmək mümkün deyil. Pirallahı adasında, Zığ gölündə, Binəqədidə və Əmircanda qədim insan məskənləri aşkar edilmişdir (e.ə.III-I minilliklər). Bütün bunlar onu göstərir ki, bütövlükdə Abşeron yarımadası hələ qədim vaxtlardan insanların dinc yaşaması üçün onları cəlb edirmiş. Lakin bu yarımadanın geostrateji mövqeyi müxtəlif işğalçıları da buraya cəlb edirdi.
Abşeronda ən böyük qəsəbə MAŞTAĞA kəndidir. Burada tunc dövrünə və dəmir dövrünə aid insan məskənlərinin qalıqlarından əlavə nisbətən sonrakı dövrə aid abidələr də qalmışdır: BİRƏ ARBUTAY məscidi (1414-cü il), XOCA AYDƏMİR məscidi, QAZIXANA, XOCA KƏRBƏLAYI HÜSEYN məscidi (XVIII əsr), XIII-XIV əsrlərdə tikilmiş və sonradan 40 m hündürlüyündə minarə əlavə edilmiş məscid, XVII əsrə aid HAMAM, OVDAN (sututar, XIX əsr); AQİL BABA, XOCA ASLAN, HƏSƏNBƏY, XOCA AYDƏMİR türbələri (XVIII əsr).
Abşeronun QALA kəndində yerləşən “QALA” Bakı Dövlət Tarix-Etnoqrafiya qoruğunda qədim məscidlər, yollar, ovdanlar, qədim qəbristan (XV əsr), hamamlar, tunc dövrünə aid insan məskənləri qorunub saxlanır. Abşeronda çox özünəməxsusluğu ilə seçilən Qala qəsəbəsini bəzən Abşeronun “İçəri şəhəri” adlandırırlar.
Bakıdakı ATƏŞPƏRƏSTLƏR MƏBƏDİ — ATƏŞGAH (Od evi) paytaxt qonaqlarının böyük marağına səbəb olur. SURAXANI qəsəbəsində yerləşən Atəşgah (XVII əsr) qaya üzərində yerləşir. Burada minilliklər boyu yerdən təbii şəkildə çıxan qaz yanmışdır. MƏMMƏDLİ kəndinin yaxınlığında çox maraqlı bir təbii hadisəni müşahidə etmək olar: burada qayanın ətəklərində yerdən çıxan təbii qazlar fasiləsiz yanır. Buna görə də həmin yer “YANARDAĞ” adlanır. Qədim dövrlərdə Abşeronda bu cür yerlər çox olmuşdur.
Abşeronda çox qədim “Leylər” də aşkar edilmişdir. Malta adasındakı əsrarəngiz “yolların” tam analoqu olan bu LEYlərin çoxu birbaşa dənizin içərisinə uzanıb orada itir…
BAKI. Bu şəhər ən qədim dövrlərdən Xəzər sahilində salınmış ilk dəniz limanlarından biri olmuşdur. Qədim dəniz yollarından biri – Volqa boyunca Həştərxana, oradan da dənizlə Bakıya gələn yoldan istifadə edərək işğalçıların qayıqları və Rusiyadan eləcədə Avropa ölkələrindən dinc ticarət karvanları Bakıya gəlirdi. Tacirlər və səyyahlar buradan yollarına davam edərək cənub-qərbə, Gürcüstan ərazisindən keçməklə Qara dəniz sahilindəki ölkələrə, Şərqə, İrana, Çinə, Hindistana gedirdilər. Azərbaycan Avropa ilə Asiyanın şərti sərhəddində yerləşən bir ölkədirsə, Bakı və Abşeron bu ölkənin əsas darvazalarından biri sayıla bilər. Avropa ölkələrinin sakinləri Asiya ilə daha yaxından tanış olmaq üçün bu darvazadan keçməli olurdular. Avropaya can atan Asiya və uzaq Şərq ölkələrinin sakinləri isə Bakıdan da yan keçmirdilər. Böyük İpək Yolunun bir şaxəsi buradan keçirdi.
Bəzi yazılı mənbələrdə qədim Qafqaz Albaniyasında BARUKA adlı şəhər barədə məlumat verilir. Alimlərin fikrincə, bu ad Bakıya aiddir. Qədim dövrün müxtəlif yazılı mənbələrində Bakı şəhərinin Baqavan, Atəşi Baqavan, Bakux, Bakuya, Bad-Kubə, Bakı və Baka kimi qədim adlarına rast gəlmək olar.
Şirvanşahlar dövlətinin yarandığı dövrdə Bakının əhəmiyyəti daha da artdı. XII əsrdə baş vermiş güclü zəlzələ nəticəsində Şamaxı ciddi zərər çəkdi və bundan sonra arvadı və uşaqları həlak olmuş Şirvanşah I Axsitan Şirvan dövlətinin paytaxtını Bakıya köçürdü. Beləliklə Bakı Şirvanın əsas şəhərlərindən birinə çevrildi. Şirvanşah öz yeni paytaxtında İçəri şəhərin qala divarlarını ucaltdı, bu divarların dövrəsində xəndək qazdırdı. Şəhərin əhalisi sənətkarlıqla məşğul olur, xalça, mis və tunc qab-qacaq, silah hazırlayardı. Bu xalq sənəti nümunələrinin çoxu indi dünyanın müxtəlif ölkələrinin muzeylərində saxlanılır. Bakı Xəzər dənizində strateji limana çevrildi, bu isə onun daha da tərəqqi etməsi üçün əlverişli şərait yaratdı.
Şirvanşahlar Xəzərdə güclü donanma yaratmışdılar. Şirvanşah I XƏLİLULLAHIN hakimiyyəti dövründə (1417-1462) Bakıda çox böyük tikinti işləri aparılır, iqtisadiyyat və mədəniyyət möhkəmlənirdi. 1501-ci ildə ŞAH İSMAYIL SƏFƏVİ Bakını fəth etdi. ŞAH TƏHMASİBİN dövründə (1538-ci il) Şirvanşahlar dövləti SƏFƏVİLƏR dövlətinin tərkibinə daxil oldu. XVIII əsrdə bu dövlət parçalanandan sonra burada müstəqil BAKI XANLIĞI yarandı.
Həmin dövrdə Rusiya imperyasının Qafqaza geopolitik marağı çox güclənmişdi. Bu baxımdan, Bakı xüsusi əhəmiyyət kəsb edirdi. Rusiya çarı I PYOTR Xəzərə yürüş etdi. 1723-cü ildə o, Xəzərə ekspedisiya göndərdi və həmin ildə Pyotrun qoşunları Bakı, Şamaxı, Şirvan, Dərbənd və İranın Xəzəryanı şəhərləri də daxil olmaqla, bütün Xəzəryanı bölgəni tutdular. Rusiya ilə İran arasında gedən müharibələr 1813-cü ildə GÜLÜSTAN SÜLH MÜQAVİLƏSİNİN bağlanması ilə başa çatdı. Həmin müqaviləyə əsasən Azərbaycan iki hissəyə parçalandı: şimal hissə Rusiyanın, cənub hissə isə İranın əlinə keçdi.
BAKININ ABİDƏLƏRİ. Bakıdakı tarixi abidələr arasında ən çox maraq doğuran üç tərəfdən böyük qala divarı ilə əhatə olunmuş qədim İÇƏRİŞƏHƏRDİR. ŞİRVANŞAHLAR SARAYI və ona aid müxtəlif tikililər kompleksi (məqbərə, saray məscidi, divanxana, saray hamamı, saray alimi Seyid Yəhya Bakuvinin məqbərəsi (Dərviş turbəsi)) burada yerdəşir. Şirvanşahlar sarayı Şirvanşah I Xəlilullah (1417-1462-ci ildər) və onun oğlu Fərrux Yasər (1962-1501) tərəfindən tikilmişdir. İÇƏRİŞƏHƏRDƏKİ qədim abidələrdən CÜMƏ MƏSCİDİ də maraq doğurur. Bu məscidin binasında SULTAN OLCAYTUNUN (XIII əsr) yazdığı bir mətn qalmışdır. İÇƏRİŞƏHƏRİN küçələri çox darısqaldır. Bəzən evlər arasındakı keçid o qədər ensizdir ki, insan əllərini yanlara açanda bütün küçəni tutmuş olur. Buradakı çoxsaylı balaca dükanlarda xalq sənətkarlarının əl işi olan qədim və müasir məmulatlar xalçalar, keramika məhsulları, mis qablar və s. əşyalar almaq mümkündür. İçəri şəhərdəki qədim Karvansara binasındakı restoranlarda Azərbaycan milli mətbəxti ilə tanış ola bilərsiniz.
Şəhərə onun yuxarı hissəsindən – dağüstü parkdan və ya dəniz tərəfidən baxanda Bakı qayalı təpələrin yamaclarında yerləşən amfiteatra oxşayır. O, dəniz sahilindəki piyaləni xatırladır. İçəri şəhərin kənarında böyük BAKI BULVARININ yanında ölkəmizin ən əhəmiyyətli tarix-memarlıq abidələrindən biri Bakının rəmzinə çevrilmiş QIZ QALASI ucalır.
QIZ QALASI XII əsrə aid edilir. Alimlərin fikrincə, bu qala hərbi və müdafiə təyinatlı olmuşdur və Azərbaycanın şimal sərhədlərindən — Dərbənd qalasından başlanan bütöv bir hərb — müdafiə tikililəri kompleksinin bir hissəsidir. Gilgilçay müdafiə istehkamları kompleksi dənizdən başlanırdı. Çıraqqala dağlarındakı böyük qüllə ilə başa çatan bu sədd boyunca çoxlu qalalar ucaldılmışdır.
Lakin alimlər hələ QIZ QALASININ bütün sirlərini aça bilməmişlər. Məsələn, bu qalanın daha əvvəl tikilməsi barədə faktlar vardır. Bakılıların çoxu ölkəmizin tarix və memarlığının unikal nümunəsi olan QIZ QALASINI təkcə dini, müdafiə və elmi (astronimik) baxımdan deyil həm də ezoterik baxımdan çox əhəmiyyətli hesab edirlər. Buna görə də şəhər folklorunda həm QIZ QALASININ özü, həm də onun adı haqqında çoxlu rəvayətlər var. 2000-ci ildən YUNESKO-nun “Dünya irsi” siyahısına daxil edilmişdir.
Bugünkü Bakı Şərqin bənzərsiz gözəllikləri və müasir meqapolisə xas olan cizgilərə malik müasir şəhərdir. Azərbaycanın paytaxtı olan Bakıda bir neçə muzey vardır: Azərbaycan tarixi muzeyi, Ədəbiyyat muzeyi, Musiqi mədəniyyəti muzeyi, Xalça muzeyi, Teatr muzeyi, burada həmçinin müasir Azərbaycan musiqisinin banisi ÜZEYİR HACIBƏYOVUN, məşhur Azərbaycan bəstəkarı NİYAZİNİN, bəstəkar və caz ifaçısı VAQİF MUSTAFAZADƏNİN, Bakıda anadan olmuş dünya şöhrətli musiqiçi MSTİSLAV ROSTROPOVİÇİN, yazıçı və dramaturqlardan HÜSEYN CAVİDİN, CƏFƏR CABBARLININ, MƏMMƏD SƏİD ORDUBADİNİN və başqalarının xatirə muzeyləri, unikal miniatür kitab muzeyi fəaliyyət göstərir.
Şübhəsiz, müasir Bakının yeni simvolu Heydər Əliyev Mərkəzidir. Dörd tərəfdən müxtəlif fasadlar ilə əhatə olunan, gözəl bir bina. Qonşu ərazilər səliqəli bəzədilmiş, fəvvarələr, pilləkənlər və eskalatorlar vardır. Bu İraq-Britaniya memarı Zaha Hadidin məşhur əsəridir.
Kiçik şəhər “Little Venice” Bakıda Dənizkənarı Milli Parkının gözəl guşələrindən biridir. İtaliyanın Venesiyasını xatırladan bu kiçik şəhər, gözəl görünüşü ilə Azərbaycanın paytaxtına bir yaraşıqlıq bəxş edir. XX əsrin 60-cı illərində Bakı bulvarında “Kiçik Venesiya” yaradıldı və Bakı vətəndaşları və şəhərin qonaqlarının istirahəti üçün sevimli bir yerə çevrildi.
Dənizkənarı Bulvarı Bakı şəhərinin sakinləri və qonaqlarının istirahəti üçün, ən sevimli yerlərindən biri olan Bakının cazibədar guşəsidir. 2009-cu ildə Bulvar öz 100 illik yubileyini qeyd etdi. Yenidənqurmadan əvvəl bulvarın uzunluğu 16 kilometr idisə, yenidənqurmadan sonra 25 kilometr oldu. 2014-cü ilin mart ayında Primorsky Milli Parkının yeni tabloid hissəsində yeni 60 metr yüksəklikdə gözləmə təkəri açıldı. Bulvarda Sidney Opera Evinin “yelkənləri”ndən ilhamlanan Park Bulvar Mall və Caspian Waterfront ticarət mərkəzi kimi cazibədar yerlər var. Bulvarın sonunda bayraq və bayraq dirəyi ilə dövlət Bayrağı Meydanı (Dünya Bayrağı Meydanı) yerləşir. Bayraqdan bir qədər uzaqda olan “Eurovision 2012” mahnı müsabiqəsi üçün hazırlanmış “Crystal Hall” idman və konsert kompleksi yerləşir.
Xalça toxuculuğu Azərbaycanın ən qədim sənəti olduğundan, Xalça Muzeyinin yaradılması , xalça toplanması, qorunub saxlanılması və öyrənilməsi üçün dünyanın ilk ixtisaslaşdırılmış muzeyinin Azərbaycanda yaradılması təəccüblü deyil.
Azərbaycan paytaxtının yeni simvolunu təşkil edən ultramodern memarlıq kompleksi şəhərin ümumi görünüşünə olduqca yaraşır. Onun adı özünü izah edən Alov Qüllələri, yəni “alov” və ya “parlaq” qüllələr odlu dilləri bənzəyən üç nəhəng binadır. Onları görmək üçün yanına çıxmaq lazım deyil, çünki bu qüllələr hər yerdə görünür.
Paytaxtda çoxsaylı sərgi və konsert salonları, sənət qalereyaları, teatrlar, idman kompleksləri, stadionlar, üzgüçülük hovuzları, otellər və restoranlar vardır.
Bakının dövrəsində Abşeron yarımadasının bütün perimetri boyunca çoxlu çimərliklər var. İlin 5 ayında Abşeron çimərliklərində günəşdən qaralmaq və çimmək mümkündür. Burada günəşli və qızmar günlər çox olur. Yayda havanın istisi azalanda, günəş batandan sonra çimərliklərdə diskotekalar və gecə klubları işləməyə başlayır. Burada Xəzərin sahilindəki çoxsaylı otellər, istirahət evləri və sanatoriyalar turistlərə və dincələnlərə öz xidmətlərini təklif edir.
ŞİMAL MARŞRUTU: XIZI – SİYƏZƏN – DƏVƏÇİ – QUBA – XAÇMAZ – NABRAN – QUSAR
XIZI
XIZI RAYONU Azərbaycanın Quba-Xaçmaz adlanan regionunda yerləşir. Respublikanın dağlıq relyefə malik olan inzibati rayonları arasında Bakıya ən yaxını Xızıdır: Bakı ilə Xızı arasında məsafə cəmi 70 km-dir. Bu bölgədə iqlim mülayim-isti olub yağıntılar az düşür. Rayonun şərq hissəsi Xəzər sahilləridir.
Xızıya gedən yolda, BAKI-ROSTOV şosesindən 10 km aralıda çox maraqlı bir təbii hadisə müşahidə etmək olar: müxtəlif geoloji süxur layları təpəliklərin səthində çox özünə məxsus rəngi ilə seçilən landşaft yaradır. Mütəxəssislər bildirirlər ki, buna oxşar geoloji hadisəyə yer kürəsində buradakından başqa yalnız bir yerdə rast gəlmək olar- ABŞ-dakı Ölüm vadisində.
Respublikanın ən gözəl qoruqlarından biri olan “ALTIAĞAC” qoruğu Xızı rayonunda yerləşir. Onun ərazisinin 90 %-i meşələrdən ibarətdir. Bu qoruq Böyük Qafqazın cənub-şərq yamaclarındakı nadir heyvan və bitki növlərini qoruyub saxlamaq və burada baş verən eroziya proseslərinin qarşısını almaq üçün yaradılmışdır. Şirvanşahların hakimiyyəti dövründə salınmış karvan düşərgələrindən biri burada yerləşirdi. “Altıağac” adının mənası isə “6 ağac” sözləri ilə bağldır: iş burasındadır ki, “Ağac” sözu qədim uzunluq vahidi olub təxminən 7 kilometrə bərabərdir.
Altıağacdan ŞAMAXI şəhərinə qədər məsafə 42 km, yəni “6 ağac” olduğu üçün bu yer belə adlandırılmışdır. Vaxtilə Şamaxını Dərbəndlə birləşdirən qədim karvan yolu buradan keçmişdir. Piyada turizm həvəskarları hələ də buradan MƏRƏZƏYƏ və ŞAMAXIYA turist səfərləri edirlər. YAŞMA yasaqlığı da Xızı rayonunun ərazisində (Sumqayıt şəhərinin yaxınlığında) yerləşir. Sahəsi 4 hektara bərabər olan bu yasaqlığda su quşları ovlamaq və balıq tutmaq üçün əlverişli şərait var.
Rayonun inzibati mərkəzi XIZI ŞƏHƏRİDİR. Bakıdan məsafəsi 104 km-dir. Xızı Azərbaycanın məşhur yazıçısı və dramaturqu, milli kino sənətinin inkişafı üçün böyük işlər görmüş Cəfər Cabbarlının vətənidir. Hazırda Azərbaycan Dövlət Kinostudiyası onun adını daşıyır. Azərbaycanın tanınmış mədəniyyət xadimləri Mikayıl Müşfiq və Cabir Novruz da əslən Xızıdandır. Buraya gələn səyyahlar, turistlər və sadəcə istirahət edənlər üçün şəhərin yaxınlığında “CƏNNƏT BAĞI” adlı gözəl istirahət zonası yaradılmışdır. Bu zona dağ meşəsində, ATAÇAY çayının sahilində, ALTIAĞAC qoruğunun lap yaxınlığında yerləşir. Xızıdan 8 km aralıda isə “QIZILQAZMA” adlı daha bir istirahət zonası var.
SİYƏZƏN
SİYƏZƏN RAYONU Azərbaycan paytaxtından şimalda, Xəzər dənizinin sahilləri boyunca yerləşmişdir. İqlimi quru yarımsəhra iqlimi, landşaftı seyrək meşələrdən və kolluqlardan ibarətdir. Heyvanat aləmində canavar, çöl pişiyi, çaqqal, dovşan və digər növlər çoxluq təşkil edir. Sahilyanı zonada su quşlarının bir neçə növünə rast gəlmək olar. GİLGİLÇAY və ATAÇAY çayları bu rayonun ərazisindən axır.
İlkin orta əsrlər dövründə Xəzəryanı müdafiə istehkamlarının ikinci xətti buradan keçirdi (həmin istehkamların birinci xətti Dərbənddədir). Bu xətt Azərbaycanın dövlət tərəfindən mühafizə olunan tarix-mədəniyyət abidələri siyahısına daxil edilmişdir. GİLGİLÇAY MÜDAFİƏ İSTEHKAMI həm də YUNESKO tərəfindən “XƏZƏRYANI MÜDAFİƏ İSTEHKAMLARI” kompleksində Ümumdünya mədəni abidələr irsinin siyahısına daxil edilmək üçün tövsiyə olunmuşdur. Arxeoloqlar müəyyən etmişlər ki, Gilgilçay müdafiə istehkamının tikintisi lap çoxdan, hələ eramızdan əvvəl başlanmış, sonrakı dövrdə bu istehkamda daim əlavə tikinti işləri aparılmış və istehkam daha da möhkəmlədilmişdir.
İstehkam divarları bilavasitə dənizin içində başlanır (uzun illər boyu Xəzərdə suyun səviyyəsi vaxtaşırı dəyişikliklərə məruz qalmışdır). Bir neçə kilometr uzanan qala divarları möhtəşəm ÇIRAQQALA KEŞİKÇİ QÜLLƏSİNDƏ (V əsr) başa çatır. Bu qülləyə qalxmağa dəyər: onun tarixi əhəmiyyəti öz yerində, dağın zirvəsindən baxanda dənizə və ətrafdakı dağlara çox gözəl bir mənzərə açılır.
Burada, dənizlə Qafqaz dağlarının ətəkləri arasında Azərbaycandan şimaldakı digər ölkələrə gediş-gəliş üçün rahat bir keçid var. Ta qədim dövrlərdən Xəzər keçidi adlanan bu ərazidən həm qonşu dövlətlərdən, həm də uzaq ellərdən gəlmiş işğalçılar ölkəmizin ərazisinə soxulurdular. Onlar Azərbaycana basqınlar edir, Bakı limanında qarətlər törədir, bəzən ölkənin lap içəri hissəsindəki rayonlara da gedib çıxırdılar. Buna görə də həmin istehkam tikilisi müdafiə xarakterli olub Abşerona (Bakıya) və daha sonra qədim Azərbaycanın butun sərhədyanı regionlarına siqnal çatdırmaq üçün istifadə edilirdi. İstehkam divarlarının ölçüləri və müdafiə təyinatlı olması (o, böyük ipək yoluna keçidləri də qoruyurdu) onu Böyük Çin Səddi ilə müqayisə etməyə imkan verir, lakin bu obyekt hələ də bərpa edilməmişdir.
Çıraqqala qülləsindən bir qədər aralıda yerləşən QALAALTI kurort şəhərciyində Çıraqqala sanatoriyası diqqəti cəlb edir. Onun ərazisində müalicəvi əhəmiyyətə malik olan kükürdlü mineral su bulağı var. Bu su sidik kisəsində və öd kisəsində daş olan xəstələr üçün xüsusilə faydalıdır. Sanatoriyaya gedən yol boyunca çoxsaylı kababxana, kafe və kiçik kempinqlər yerləşir. Onların əksəriyyəti yalnız yay vaxtı işləyir.
ZARAT kəndinin yaxınlığında Beşbarmaq adlı digər müdafiə istehkamının fraqmentləri salamat qalmışdır. Xalq arasında bu qalıqlar Xızırzində baba adlanır. Sedan kəndinin yaxınlığında isə Dindar qalasının qalıqları diqqəti cəlb edir.
Bu regionda xalçaçılıq, ağac üzərində naxışlı oyma, xalq çalğı alətlərinin hazırlanması kimi sənətkarlıq növləri geniş inkişaf etmişdir. Rayonun mərkəzi Siyəzən şəhəri Bakıdan 103 km məsafədədir.
Siyəzəndə mehmanxana yoxdur. Ona görə də buraya gələnlər xüsusi evlərdə, ya da şəhərdən bir qədər aralıda yerləşən Çıraqqala sanatoriyasında qala bilərlər. Siyəzəndə nahar etmək istəsəniz “GÖRÜŞ”, “ZƏFƏRAN” və ya “ÇIRAQQALA” restoranlarının xidmətlərindən istifadə edə bilərsiniz. Şəhər xəzər dənizinin yaxınlığında yerləşdiyi üçün bu restoranlarda ət və tərəvəz xörəklərində əlavə geniş çeşiddə balıq xörəkləri də təklif edilir.
ŞABRAN
Bakıdan şimal tərəfdə yerləşən ŞABRAN RAYONUNUN şərq sərhəddi Xəzərin sahilləri boyunca uzanır. Rayonun bu cür adlanması çox ehtimal ki, burada dəvə karvanı yollarının çox olması ilə əlaqədardır. Vaxtilə bu regionun sakinləri dəvə saxlayır, qonşu regionlardan buraya yerli bazarlara gələnlər isə təkcə dəvə deyil, həmçinin quş, heyvan, yağ və süd məhsulları, bal, yun (dəvə və qoyun yunu), xalça da alıb satırdılar. Bundan əlavə karvana qoşulmaq və ya özləri üçün dəvə və sarvan kirayə etmək üçün gələnlər də olundu. 2010-cu ildə Dəvəci rayonunun adı dəyişdirilərək, Şabran rayonu adlandırıldı.
Dəvəçi rayonunun ərazisində dəniz sahilindən 12 km məsafədə Ağzıbir adlanan ovçuluq təsərrüfatı yaradılmışdır. Sahəsi 1180 hektar olan bu təsərrüfatda su quşları və balıq ovlamaq olar. Ağzıbirdə yerləşən qarşılıqlı əlaqəli üç gölün dənizə çıxışı var. Burada ovçuları qəbul etmək üçün balaca evlər və qayıqlar da var. Rayonda meşələr çoxdur (21.500 hektar) bu meşələrdə ayı, tülkü, canavar, çaqqal, qaban və ceyran yaşayır. Quşlardan, o cümlədən su quşlarından turac, kəklik, qaz, ördək, durna, qarabatdaq, qaşqaldaq və digər növlərə rast gəlmək olar. Ərazinin relyefi çox müxtəlifdir. Burada düzənlik, dağətəyi bölgələrlə yanaşı qayalar və dağlar da var. Keçiqaya adlanan yer həm turistlər, həm də yerli sakinlər arasında çox populyardır. Burada qayaların arasından çay axır, tərkibində çoxlu kükürd olan mineral bulaqlar diqqəti cəlb edir. Rayondakı tarix arxeoloqiya abidələrindən ən məşhuru Şahnəzərli kəndinin yaxınlığında yerləşən Şabran şəhər yeridir (5-18 əsrlər). Şabran orta əsrlərdə Azərbaycanın ən iri ticarət və sənətkarlıq mərkəzlərindən biri olmuşdur. Burada ipək istehsalı, dulusçuluq və şüşəüfürmə sənəti xüsusilə yüksək dərəcədə inkişaf etmişdir. 20-ci əsrin 80-ci illərində bu ərazidə aparılmış arxeoloji qazıntılar nəticəsində həm yerli, həm də başqa ölkələrdən gətirilmiş olan çoxlu keramika məhsullarının aşkar edilməsi onu göstərir ki, Şabran şərqin bir sıra ölkələri ilç ticarət əlaqələrinə malik olmuşdur. Aorxeoloji qazıntılar zamanı 14-cü əsrdə tikilmiş su kəmərinin fraqmentləri də aşkar edilmişdir. Bu kəmər şəhərdən 10 km-dən çox məsafədə yerləşən bulaqdan içməli su ilə şəhəri təchiz edirmiş.
Qalaaltı Azərbaycanın orijinal və son dərəcə cazibədar balneoloji kurortudur. Dəniz səviyyəsindən 1000 m yüksəklikdə Böyük Qafqazın mənzərəli ətəklərində yerləşir. Xəzər dənizinin sahilində mənzərəli meşəlik yamaclarında yerləşən kristal aydın hava, xüsusi təbii gözəllik bir yerdir. Burada dağ havası dəniz havası ilə birləşir və insanların rahat hisslərini təmin edən aşağı nəmli bir iqlim yaradır. “Qalaaltı sanatoriyası” yeni, unikal memarlıq üslubu və müalicəvi kükürdlü su ilə mineral bulaq olan ərazisində tibbi və istirahət kurort kompleksində böyrək daşı xəstəliyinin müalicəsi üçün xüsusilə faydalıdır. Ərazi mineral sular və palçıq vulkanlar ilə zəngindir. Zağlı-Zeyvə meşələrinin dərinliklərində neft ehtiyatları aşkar edilib. Yolda bir çox neft qurğuları görə bilərsiniz. Rayonun ərazisində iki tarixi və arxeoloji abidə var. Şabrana gəldikdə, ilk öncə Çıraqqala qəsri ilə tanış oluruq. Azərbaycan dilində “Qalaaltı” mənası “qalanın aşağısıdır.” “Çıraqqala” qalasının adı birbaşa qalanın aşağısında yerləşmə faktı ilə əlaqəlidir.
Gəndob kəndində Gülüstani İrəm şəhər yeri (18-19-cu əsrlər) yerləşir. Şabran rayonunda bizim eradan əvvəl 3-2-ci minilliklərə aid edilən çoxsaylı arxeoloji obyektlər tapılmışdır. Qazıntılar zamanı aşkar edilmiş materiallarla Şabran şəhərindəki tarix-diyarşünaslıq muzeyində tanış olmaq mümkündür.
Rayonun inzibati mərkəzi olan Şabran şəhəri, Bakıdan 122 km məsafədə yerləşir. Yerli “PİRƏBƏDİL” və “HERAT PİRƏBƏDİL” xalçaları mütəxəssislərin təsnifatına görə Quba xalça məktəbinə aiddir. Orijinal və bənzərsiz olması ilə seçilən bu xalçalar əl ilə toxunmuş xalça məmulatları həvəskarları arasında məşhurdur.
Şabran şəhəri Bakıdan 122 km məsafədə yerləşən inzibati mərkəzdir. Şabran V-VII əsrlərdə salınmışdır. IX-X əsrlərdə Şirvanşahlar dövlətinin əsas siyasi-inzibati, ticarət-mədəni və mədəni mərkəzinə çevrilmişdir. XI əsrin ortalarında Şirvanşahlar ailəsinin qəbri Şabranda yerləşirdi. Şəhərin adı daha sonra ətrafa verildi..
QUBA
QUBA RAYONU Azərbaycanın ən çox inkişaf etmiş kənd təsərrüfatı rayonlarından biridir. Burada yetişdirilən meyvə və tərəvəz məhsulları paytaxt bazarlarına aparılır, yerli konserv sənayesi müəssisələrində emal edilir, həmçinin başqa ölkələrə ixrac olunur. Quba rayonunda yetişdirilən meyvə və tərəvəz növlərinin çox olmasına baxmayaraq hər bir azərbaycanlı “Quba” dedikdə onun alma bağları yada düşür. Bakı bazarlarında alma satan adamlar öz mallarını tərifləyərkən hökmən onun Quba alması olduğunu vurğulayırlar. Zəngin floraya malik olan Quba rayonu həm də dərman bitkilərinin geniş spektri ilə təmsil olunmuşdur. Burada yemişan, ardıc, pişikotu, andız, dəvədabanı, effedra və bir sıra başqa dərman bitkiləri yetişdirilir.
Qubanın ətrafında mənzərəli guşələr çoxdur. Qəçrəş, Balbulaq, həmçinin dərinliyi 400 metrdən 600 metrə qədər olan Təngəaltı yarğanı xüsusilə populyar olub, turistlərdə daha çox maraq doğurur.
Vəlvələçay üzərindəki məşhur AFURCA ŞƏLALƏSİ Azərbaycanın təbii abidələrinin siyahısına daxil edilmişdir və dövlət tərəfindən mühafizə olunur. Burada öz qeyri-adiliyi və bənzərsizliyi ilə turistlərin və səyahətçilərin diqqətini cəlb edən başqa şəlalələr də var. Bu mənzərəli yerləri turist cığırları ilə gəzib dolaşmağın özgə ləzzəti var. Dağlara tərəf qalxdıqca hündür ağaclar kollarla əvəz olunur, daha yuxarıda — Xaşiçay çayının sahilində isə dağ dərəsindəki qayalardan termal sular süzülür. Haçansa lap qədim vaxtlarda bacarıqlı sənətkarlar burada birbaşa qaya süxurunda üç ədəd oyuq açaraq özünəməzsus vannalar düzəltmiş və onların kənarını daşla hörmüşlər. Buraya gələnlər həmin vannalarda kükürd-hedrogen tərkibli şəfalı isti suda çimə bilərlər. Səriştəli adamların dediyinə görə bu təbii daşdan hazırlanmış vanna suyun şəfalı təsirini daha da artırır.
Vaxtilə məşhur fransız yazıçısı Aleksandr Düma Azərbaycana səyahətə gələrkən bu yerlərdə də olmuşdur. O, yolun yaxınlığında düşərgə salarkən bir qədər dincəlmək və qəlyanaltı etmək məqsədilə yaxınlıqda düşərgə salmış qubalılar onu öz tonqallarının yanına dəvət edirlər. Qubalıların qoyunu necə məharətlə kəsib təmizləmələri və Dumanı kababa qonaq etmələri ona çox güclü təsir bağışlayır. Zəmanəmizin ən böyük səyyahı sayılan norveç alimi Tur Xeyyerdal da Azərbaycana gələrkən Qubaya da getmişdir. O, belə hesab edirdi ki, “Edda” eposunda adları çəkilən “aslar” azərbaycanlıların qədim əcdadları olmuş və xalqların böyük köçürülməsi dövründə Avropanın şimalına gedib çıxmışdılar. Quba rayonunda Qubadan 65 km məsafədə uca dağlar qoynunda (dəniz səviyyəsindən 2500 metr yüksəkliydə) yerləşən Xınalıq kəndinin əhalisi ayrıca unikal etnik qrupdur. Xınalıqlıların qədim dili dünyadakı müasir dillərin heç birinə oxşamır. Xınalıqlılar Azərbaycan dilində də danışırlar, lakin öz dillərini qoruyub saxlamışlar. Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, ümumiyyətlə bəşər tarixində ən maraqlı etnoqrafik müəmmalardan biridir.
Xınalığın yaxınlığında müqəddəs ziyarətgah yerləşir. IX əsrə aid olan bu ziyarətgahda yerin altından təbii od çıxır. Buna görə də xalq arasında bu yeri Atəşgah adlandırırlar. Buduq kəndində də bənzərsiz bir etnik qrup yaşayır. Bu insanlarında çox nadir bir dili var. Daxma adlanan qədim tikili salamat qalmışdır. Zərdüştük dövrünə aid olan və xalq arasında “Sükut qülləsi” deyilən bu qüllələr zərdüştlərin dəfn mərasiminin icrası üçün nəzərdə tutulmuşdur.
Quba şəhəri Qudyalçay çayının sahilində və Böyük Qafqaz silsiləsinə daxil olan Şah dağın şimal-şərq yamaclarında yerləşir. Bakıdan məsafəsi 168 km, dəniz səviyyəsindən yüksəkliyi 600 metrdir. Quba şəhərinin və Quba xanlığının tarixi, bu diyarı məşhurlaşdırmış insanlar barədə yerli tarix müzeyində ətraflı məlumat almaq olar. Azərbaycanın məşhur ictimai xadimi, yazıçı və maarifçi Abbasqulu ağa Bakıxanovun ev-muzeyi də buradadır. Bakıxanovun kitablarından biri — “Gülüstani-irəm” əsəri Azərbaycanın tarixinə həsr edilmişdir. Mahiyyət etibarilə bu kitab Azərbaycan tarixinə aid ilk elmi əsərdir. Qubada xalçaçılıq mərkəzi də var.
Bu zonada toxunan “ÇİÇİ”, “SIRT ÇİÇİ”, “QIMIL”, “CİMİ”, “YERFİ” xalçaları dünyanın bir sıra muzeylərinin və şəxsi kolleksiyaların bəzəyidir.
Şəhərdə SƏKİNƏ XANIM MƏSCİDİ, CÜMƏ MƏSCİDİ, 16-cı əsrə aid məqbərə, qədim şərq hamamları kimi tarixi abidələr qorunub saxlanılmışdır. 18-ci əsrin birinci yarısında indiki Quba, Dəvəçi, Qusar, Xaçmaz, Xızı və Siyəzən rayonlarının ərazisin Quba xanlığı şəklində birləşdirilmişdir. Əvvəlcə bu xanlığın mərkəzi Xudat şəhəri idi, lakin az sonra Quba xanı Hüseynəli Qubanı öz xanlığının mərkəzinə çevirdi və öz iqamətgahını Qubaya köçürdü. Quba xanlığının hökmdarlarından ən məhşuru olmuş FƏTƏLİ XAN çalışırdı ki, Azərbaycanın pərakəndə xanlıqlarını özünün rəhbərliyi altında birləşdirsin. O, Dərbənddən Lənkarana qədər bütün şimal-şərqi Azərbaycanı özünə tabe etmişdir. Həmin dövrdə yəhudilər Qubaya, Qudyalçayın sol sahilində məskunlaşmağa dəvət edilmişdir. Əvvəllər Yəhudi Slobodası adlanan bu yaşayış məntəqəsi 1926-cı ildən Qırmızı Qəsəbə adlanır.
Dağıstan xanları Quba xanlığı üçün həmişə şimal tərəfdən təhlükə mənbəyi olmuşdur. Rusiya da Qafqaza və Zaqafqaziyaya geosiyasi maraq göstərməyə başlayanda burada öz üsul idarəsini bərqərar etmək qərarına gələndə Quba xanlığının sərhədlərini qorumaq xeyli çətinləşdi. Və 19-cu əsrin əvvəllərində (1813-cü ildə) Quba xanlığı Rusiya imperiyasının tərkibinə daxil oldu.
Quba kiçik şəhərdir, lakin Böyük Qafqazın şimal-şərq yamaclarında yerləşən indiki Quba rayonunun ərazisi son dərəcədə mənzərəlidir və şəhərdən kanara çıxan kimi bu gözəlliklər aləminə qərq olacaqsınız. İstər azərbaycanlı istərsə də əcnəbi turistlər bu regionu heç vaxt diqqətdən kanarda saxlamırlar. Bakılılar isə, xüsusən Qubada istirahət etmək üçün oraya öz maşınlarında gələnlər çox vaxt Qubadan Yalama dəniz sahilində, Qubadan çox da uzaqda olmayan istirahət zonasına baş çəkirlər. Yalamada (Nabran) istirahət edənlər də öz nöbəsində Xəzər sahilində istirahətin zövqünü Qubanın dağətəyi meşələrinin ləzzəti, çoxsaylı bulaqların və təbii mənzərələrin seyr edilməsi fürsətini əldən vermirlər. Quba rayonu ölkəmizin ən gözəl guşələrdən biridir. Onun paytaxta yaxın, meşə zonasının Xəzər sahilləri ilə qonşuluqda yerləşməsini, burada çoxsaylı turist bazaları və istirahət zonaları olduğunu da nəzərə alsaq bu rayon ölkənin rekreativ zonası kimi çox böyük əhəmiyyət kəsb edir.
XAÇMAZ
Samur-Şabran ovalığının bir hissəsinin tutan XAÇMAZ RAYONU Azərbaycanın şimal-şərqində yerləşib, şimal tərəfdən Rusiya ilə həmsərhəddir. Magistral şosse yolu və Bakı-Moskva dəmir yolu bu rayonun ərazisində keçir. Rayonun iqlimi mülayim-isti, yarımsəhra və quru çöl iqlimidir. Lakin rayon ərazisində 20 hektardan artıq sahə başdan-başa meşələrlə örtülmüşdür. Burada bir neçə çay, 3 süni göl, çoxsaylı, o cümlədən termal və mineral bulaqlar var.
Dağıstanla sərhəddə əvvəllər bir yol olmuşdur. İşğalçı skif, alan və hunn tayfaları bu yol ilə gedib gəlirmiş. İndiki Xaçmaz rayonun ərazisinə gedib çatan xəzəryanı müdafiə istehkamı məhz bu məqsədlə tikilmişdir. 18-ci əsrin əvvəllərində qədim şəhər-qalalardan biri — Xudat (bu sözün mənası “Allah vergisi” deməkdir). Quba xanlığının paytaxtına çevrilmişdir. Xudat şəhəri yaxınlığında yeraltı su ehtiyatları xüsusilə çoxdur. 1914-cü ildə buradakı Şollar kəndindən Bakıya içməli su kəməri çəkilmişdir.
Rayonun bütün ərazisində neolit və tunc dövrünə aid insan məskənlərinin izləri aşkar edilmişdir. Alimlərin fikrincə, “XAÇMAZ” toponimi gəlmə Hunn tayfalarından olan Xaçmatak və ya Xaçmat tayfalarının adı ilə bağlıdır. Sonradan onlar yerli əhali ilə qaynayıb qarışmışdır. Maraqlıdır ki, bu qəbilələrdən biri Xaçmaz rayonunun ərazisindən indiki Oğuz rayonuna köçmüş və orada eyniadlı Xaçmaz kəndi, daha sonra Xaçmaz qalası yaratmışlar.
Bu regionda təqribən 60-a yaxın tarix və mədəniyyət abidəsi salamat qalmışdır. Lakin arxeoloqların fikrincə bu cür abidələrin sayı qat-qat çox olmalıdır, çünki lap qədim vaxtlardan bu regionda əhali sıx məskunlaşmışdır. Molla Bürhan, Hülövlu, Qaracıq, Həsənqala kəndlərinin yaxınlığında tunc dövrünə aid insan məskənləri və Kurqanlar, canaxır və Bostançı kəndlərinin yaxınlığında orta əsrlərə aid insan məkənləri aşkar edilmişdir. Şıxlar kəndindəki Şeyx Yusif məscidi (15-ci əsr) memarlıq-məqbərə komplekslərinin yarandığı ilk dövrlərə aiddir. Sonradan 16-17-ci əsrlərdə bu cür komplekslər daha geniş yayılmışdır. Moruqoba, Tağaroba, Uzunoba kəndlərində 19-cu əsrə aid məscidlər, Qaraqortlu kəndində 15-ci əsrə aid məscid və mədrəsə salamat qalmışdır.
Xaçmaz rayonunun inzibati mərkəzi Xaçmaz şəhəridir. Onun Bakıdan məsafəsi 157 km-dir. Burada ənənəvi xalq sənəti növlərindən xalçaçılıq daha geniş inkişaf etdiyi üçün yerli litseydə məxsusi fakültə açılmışdır. Gənc ustaların incə barmaqları ilə ecazkar xalça naxışlarını necə toxumalarına tamaşa etmək üçün buraya tez-tez qonaqlar gəlir. Bu xalçaların naxışları əsrlər boyu nəsildən-nəsilə ötürülərək hələ də qorunub saxlanılmışdır.
Xaçmaza gələnlər buradakı “Elit N Hotel” də qala bilərlər. Xaçmaz rayonunun ərazisində ölçülərinə və abadlığına görə respublikada ikinci yeri tutan istirahət zonası yerləşir. Xəzərin sahilləri boyunca Muxtadır qəsəbəsindən Nabran qəsəbəsinə və bir qədərdə uzağa doğru ərazini tutan bu istirahət zonasında çoxlu turist bazaları və pansionatlar yerləşir.
NABRAN
Nabran-Xaçmaz rayonunda Xəzər dənizi sahillərində yerləşən kreativ təyinatlı ən böyük regiondur. Bu zonanın maraqlı cəhəti ondan ibarətdir ki, kiçik bir ərazidə yerləşən qumsal çimərlikdən dərhal sonra meşə başlanır. Müxtəlif turist bazaları düşərgələr, pansionatlar, istirahət evləri həmin meşədə yerləşir. Onların şəraiti çox müxtəlifdir — “Lüks” tipli rahat mehmanxanalardan, bir neçə nəfər üçün nəzərdə tutulan abad kotteclərdən başlamış çadır şəhərciklərinə qədər geniş seçim imkanı var.
QUSAR
Rayon mərkəzi — Qusar şəhəri. Dağıstanla həmsərhəd olan Qusar rayonu Azərbaycanın şimal-şərqində Xudat dəmir yolu stansiyasından 35 km məsafədə yerləşir. Rayonun adı “Qusar” sözü vaxtilə bu ərazidə yaşamış, sonradan tarixi etnogenez nəticəsində yox olmuş “Xisar” qəbiləsinin adından yaranmışdır. İndi bu rayonda əsasən ləzgi millətinin nümayəndələri yaşayır.
Bu diyarın landşaftı meşələrlə örtülü dağların və dərələrin bir-birini əvəz etməsi ilə əlamətdardır. Burada enliyataqlı ağaclar-vələs, palıd, qayın ağacları daha çox yayılmışdır. Çay yataqlarındakı Tuqay meşələrində əsgil, sumax, yemşan, itburnu, yabanı meyvə ağacları, yabanı üzüm, müxtəlif növ dərman bitkiləri yetişir. Burada “ALISTAN BABA MEŞƏSİ” deyilən qayın meşəsi (sahəsi 7 hektar) dövlət tərəfindən mühafizə olunur. Qusar rayonunun faunası da zəngindir. Burada canavar, ayı, qaban, dağ keçisi, qartal, bayquş və digər quşlar və heyvanlar yaşayır. Faunanın ov və ov sənaye növlərinin qorunub saxlanması və onların baş sayının bərpa edilməsi məqsədi ilə “Qusar” yasaqlığı yaradılmışdır (sahəsi 15 min hektar).
Dağ dərələrində gözəl şəlalələr var. Onların ən çox populyar olanları Laza və Şahnabaz şəlalələri turistləri və qafqazın yabanı təbiətinin həvəskarlarını buraya çox cəlb edir. Qusar rayonunun dağları və zirvələri alpinistləri cəlb edir. Yerli şəlalələr isə son illərdə qış fəslində buzlu dağlara dırmaşmağı xoşlayan idmançıların yarış yerinə çevrilmişdir. Laza kəndindən Quba rayonunun Xınalıq kəndinə piyada getmək olar. Son vaxtlar piyada turizm həvəskarları məhz bu marşruta üstünlük verirlər.
Ekoloji turizm marşrutu üzrə Qusar şəhərindən Laza şəlaləsi istiqamətində piyada gedənlər Ənik kəndində düşərgə sala bilərlər. Bu kəndin yaxınlığında 13-cü əsrə aid qala divarlarının qalıqları, qədim məsçid binası yaxşı vəziyyətdə qalmışdır. Laza kəndinin yaxınlığında isə “SUVAR” istirahət bazasında qalmaq olar.
Qusardan SUDUQ kəndi istiqamətində marşrutun uzunluğu 75 km-dir. Şah dağın yamaclarında Həzrə kəndində Azərbaycan SƏFƏVİLƏR dövlətinin banisi ŞAH İSMAİL XƏTAİNİN babası ŞEYX CUNEYDANIN (16-cı əsr) məqbərəsinə tamaşa etmək olar.
Bütün Azərbaycan torpağı kimi Qusar torpağında da bu xalqın qədim mədəniyyətinin və həyat tərzinin sübutlarını görmək olar. Həzrə, Hil, Balaqusar, Ənik, Yasab, Köhnə Xudat, Gündüz qala kəndlərində qədim məqbərələr, məscidlər, qədim insan məskənlərinin və qalaların qalıqları qorunub saxlanılmışdır.
Qusar rayonunun inzibati mərkəsi Qusar şəhəri Bakıdan 183 km məsafədə yerləşir. Böyük rus şairi Lermontov vaxtilə bu şəhərdə olmuşdur. İndi burada onun adını daşıyan muzey yaradılmışdır.
Qusarda xalq sənəti növlərinin ən geniş yayılanı xalçaçılıqdır. Həm ev şəraitində, həm də şəhərin mərkəzində təşkil edilmiş sexdə toxunan xovsuz SUMAX xalçaları daha çox məşhurdur. Respublikada ən böyük xalça dəzgahı bu sexdə quraşdırılmışdır. Həmin dəzgahda 10 nəfərə qədər xalçaçı eyni vaxta işləyə bilər.
Qusar rayonu Azərbaycana gələn turistləri yalnız burada funksional xizək turizm kompleksi kimi cəlb etmir, eyni zamanda burada yaşayan insanların təbii möcüzələri, mədəniyyəti və ənənələri də son dərəcə maraqlıdır. Azərbaycanın bütün turizm sənayesinin incisi, qış və yaz idman qurğuları kompleksi “Şahdağ” dəniz səviyyəsindən 2544 m yuxarıda, dağ yamaclarında yerləşir. Burada mövcud olan otellər 1640 m yüksəklikdə yerləşir: «Pik Palace Şahdağ», «Park Chalet, Şahdağ», «Zirvə Hotel Şahdağ» və «Şahdağ Hotel & Spa», lakin bu yerlər üçün son deyil. Mükəmməl sürücü varsa, siz Azərbaycanda ən yüksək dağ turizm mərkəzini görə bilərsiniz — istirahət sahəsi “Suvar”. Bu dəniz səviyyəsindən 1850 m yüksəklikdə yerləşən “Suvar”dır. Kompleksin yaxınlığında gözəl şəlalələr — 2000 m yüksəklikdə yerləşən — Laza və Şahnabat əkiz şəlalə mövcuddur. Yerli şəlalələrin bir xarakterik xüsusiyyəti var — burada qış müsabiqələrini keçirmək çox-çox əlverişlidir, çünki onlar qışda donmur.
ŞİMAL-QƏRB MARŞRUTU: BAKI — QOBUSTAN — ŞAMAXI — İSMAYILLI — QƏBƏLƏ — OĞUZ — ŞƏKİ — QAX — ZAQATALA — BALAKƏN
QOBUSTAN RAYONU ölkəmizin Şirvan adlanan tarixi vilayətinin inzibati rayonlarından biridir. Şirvan ərazisində 8-16-cı əsrlərdə Azərbaycanın ən mühüm dövlət qurumlarından biri — paytaxtı Şamaxı şəhərində yerləşən Şirvanşahlar dövləti mövcud olmuşdur. Orta əsrlərin Şərq tarixində bu ən uzun müddət mövcud olmuş dövlət idi.
İndiki Qobustan rayonu Şamaxıdan şərq tərəfdə, Bakıdan 101 km aralıda yerləşir. Burada ərazinin relyefi — dərələr, yarğanlar, qayalar, toponimik şəkildə öz əksini tapmışdır. Bu yerlərin baharı çox gözəl olur, lalələr, çobanyastığı, qaymaqçiçəyi gül açır.
Rayonun İQLİMİ əsas etibarı ilə yarımsəhra iqlimidir. Burada ən maraqlı və turistlər üçün cəlbedici obyekt şəhərin yaxınlığındakı dərədə, SÖYÜNLÜ kəndində yerləşən MAĞARA LABİRİNTLƏRİDİR (kürələr). Burada xalq arasında “AĞLAYAN QAYA” deyilən çox orijinal bir təbii hadisəni müşahidə etmək mümkündür. Rəvayətə görə bu qayadan axan “gözyaşları” əsgər oğlanları həlak olmuş ananın gözyaşlarıdır. Mağaralar orta əsrlərdə Azərbaycanda tayfa müharibələri və yadelli işğalçıların basqınları baş verərkən süni yolla genişləndirilmiş və yaşayış üçün uyğunlaşdırılmış təbii qalereyalar sistemidir.
Qobustan rayonunun inzibati mərkəzi olan QOBUSTAN ŞƏHƏRİ rayonun əsas magistral yolunun yaxınlığında, Mərəzə yaylasında yerləşir. Bir rəvayətə görə bu şəhərin adı (“mərəz”) nüfuzlu şəxslərdən birinin sevimli arvadı burada məskunlaşaraq sağaldığına görə bu hadisədən sonra belə adlandırılmışdır. Bu rəvayətin həqiqət olub olmadığını heç kəs bilmir, lakin Mərəzə yaxınlığında bir MİNERAL SU BULAĞI var. Onun suyu şor və acı olmasına baxmayaraq müəyyən mədə bağırsaq xəstəliklərini sağaldır.
Məşhur ŞIX DÜZÜ kurqanları, b.e.ə. 1-8-ci əsrlərə aid olan, indiki DAĞ KOLANI kəndinin qədim ticarət yollarında yerləşmiş qədim insan məskənlərinin qalıqları, şəhərin ətrafındakı DİRİ BABA türbəsi (15-ci əsr); şəhərin lap mərkəzində yerləşən ŞAH ABBAS Karvansarayının qalıqları göstərir ki, bu yerlərdə ən qədim dövrlərdə insan məskənləri olmuşdur.
Burada lap qədimdən xalça toxumaqla məşğul olurdular. Yerli “MƏRƏZƏ”, “ÇUXANLI”, “ÇEMCEMLİ” xalçalarının naxışları butun dünyada məşhurdur. “NƏBUR” xalçalarını isə eyniadlı kənddə hələ də əl ilə toxuyurlar.
Burada “Qobulənd “ mehmanxanasında qalmaq olar.
ŞAMAXI
ŞAMAXI RAYONU — Azərbaycanının tarixi vilayəti, keçmiş Şirvanşahlar dövlətinin yerləşdiyi qədim ŞİRVANIN mərkəzidir. O, Böyük Qafqazın cənub-şərq yamaclarında yerləşir. Rayonun əsas hissəsinin iqlimi mülayim isti, yayda quru iqlimdir. Landşaft dəyişkəndir. Burada çölləri dağətəyi çəmənlə, daha sonra meşələr əvəz edir. Dəniz səviyyəsindən yuxanı qalxdıqca payız daha sərin olur, qışda qar bir o qədər çox qalır. Lakin bütövlükdə rayonun iqlimi mülayim, torpaqları münbit, flora və faunası zəngindir. Burada cüyür, qaban, çöl pişiyi, tülkü, canavar, ayı, çoxlu quş növləri yaşayır. Vələs, qayın, palıd kimi enliyarpaq ağaclar bitən meşələr, baharda al qırmızı lalələrə bürünən göy çəmənlər göz oxşayır. Rayonun ərazisində 50 növdən çox dərman bitkisi yetişir.
Şamaxı rayonu Azərbaycanın ən iri üzümçülük mərkəzidir. Şamaxı şərabları təkcə yerli bazarda populyar olmayıb, lap çoxdan beynəlxalq sərgilərdə medal və diplomlara layiq görülmüşdür.
Bu region Azərbaycan paytaxtının sakinlərinin və idman turizmi həvəskarlarının populyar istirahət yeridir. Piyada səfərə çıxmağı xoşlayanlar buradan QUBA və İSMAYILLI şəhərlərinə ekskursiyaya gedirlər. Ekoloji turistlər və adi səyahət həvəskarları CƏNGİ MEŞƏSİNƏ getməyə çalışırlar. Burada yabanı alma, armud, alça ağacları bitir, meşənin kənarında, dərənin yaxınlığında isə yerdən kükürdlü su bulaqları çıxır. Dağ kəndlərində məşhur “ŞİRVAN”, “ŞAMAXI”, “İSRAFİL” və “ƏRCİMAN” xalçaları toxunur.
Şamaxı rayonunda görməli yerlər çoxdur. PİRSAATÇAY çayının sağ sahilində yerləşən ÇUXURYURD qəsəbəsində əslən Rusiyadan olan molokanlar yaşayır. Onların hazırladığı dadlı günəbaxan yağı, turşuya qoyulmuş tərəvəz, Respublika paytaxtına satmağa apardıqları dağ balı, tərəvəz və meyvələr çox məşhurdur. QIRXBULAQ adlanan ərazidə çoxlu içməli su bulaqları vardır. MƏLHƏM kəndinin yaxınlığında özünün şəfalı xassələri ilə ad çıxarmış məşhur mağara yerləşir. Şərqdə çox məşhur olan şair ƏFZƏLƏDDİN XAQANİ XII əsrdə bu kənddə anadan olmuşdur. Ümumiyyətlə bu diyar özünün şairləri, filosoflar, memarları ilə məşhurlaşmışdır. SEYİD ƏZİM ŞİRVANİ, İMADƏDDİN NƏSİMİ, MİRZƏ ƏLƏKBƏR SABİR, HACI ZEYNALABDİN ŞİRVANİ, MƏHƏMMƏD ŞİRVANİ, ƏZİM ƏZİMZADƏ, ABBAS SƏHHƏT, HƏMƏDİ ŞİRVANİ, FƏLƏKİ ŞİRVANİ — bu diyarın övladlarıdır (onların adlarında “Şirvanı” sözünün tez-tez təkrarlanması Şərqdə qədimdən mövcud olmuş bir ənənə ilə bağlıdır. Adətən, insan məşhurlaşandan sonra qəbul etdiyi soy adında onun anadan olduğu yerin adı əks etdirilir).
PİRQULU qəsəbəsinin yaxınlığında yerləşən Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) dəniz səthindən 1400 metr yüksəklikdədir. Keçmiş SSRİ-də ən böyük teleskoplardan biri məhz burada quraşdırılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidentlərindən biri — Azərbaycanda neft kimyasının əsasını qoymuş akademik Yusif Məmmədəliyev vaxtilə bu rəsədxananın təşkil edilməsi üçün çox iş görmüşdür. ŞAR ərazisində indi çalışan alimlərin təşəbbüsü ilə, Y.Məmmədəliyevin minnətdarlıq əlaməti olaraq burada onun heykəli ucaldılmışdır. Bakı məktəbliləri isə Tusi adına ŞAR-a gedib oradakı böyük teleskopa baxmaq üçün nə vaxt ekskursiyaya gedəcəklərini həmişə səbirsizliklə gözləyirlər. Qışda adətən qar yağmayan Bakı sakinləri buraya gəlməyə daha çox can atırlar: axı Pirquluda qar yerdə uzun müddət qalır, deməli buraya gələndə qartopu oynamaq da olar. Yayda isə yerli sakinlər qonaqların arzusu ilə onları at belində gəzintiyə çıxarırlar.
Rayonun tarixi abidələri: CÜMƏ MƏSCİDİ (VIII-X əsrlər); PİRMƏRDƏKAN türbəsi (XIII-XIV əsrlər); ŞAHXƏNDAN türbəsi (XVII əsr); 7 türbədən ibarət olan YEDDİ GÜMBƏZ KOMPLEKSİ (XVIII əsr); Əfsanəvi QALAYİ-BUQURT qalasının qalıqları (XII-XVI əsrlər); eyni adlı dağ kəndinin yaxınlığında yerləşən bu qala sanki sal qayaya yapışmışdır. GÜLÜSTAN qalasında (VIII-XV əsrlər) Şirvanşah Şahrux İran qoşunlarının hücumunu mərdliklə dəf etmişdir. Qalanın içində Şirvanşahın sarayı və unikal su təchizatı sistemi salamat qalmışdır. Buradakı gizli su kəməri müdafiə istehkamlarını su ilə təchiz edirmiş. Suyu saxlamaq üçün nəzərdə tutulan daş çarhovuzlar və su qulləsi də salamat qalmışdır. Rayonun ərazisində yerləşən Pirqulu qoruğu 1968-ci ildə yaradılmışdır. Üç hissədən ibarət olub ümumi sahəsi 1521 hektar olan bu qoruğun ərazisinin 1362 hektarı dəniz səviyyəsindən 800-2000 metr yüksəklikdə yerləşən meşələrdir. Qoruğun florasına 45 növ nadir və endemik bitki daxildir, onların çoxunun adı Qırmızı kitaba daxil edilmişdir.
Rayonun inzibati mərkəzi ŞAMAXI ŞƏHƏRİDİR. Bakıdan məsafəsi 120 km-dir.
Qədim dövrlərdə “Şarvan”, “Əşşəmax”, “Şirvan”, “Şax-max” adlanmış indiki Şamaxı şəhəri vaxtı ilə Şirvanın-Şirvanşahlar dövlətinin paytaxtı olmuşdur. VIII əsrdə Abbasılər sülaləsi zəifləyəndən sonra yaranmış bir neçə kiçik dövlətdən biri də Şirvanşahlar dövləti idi. Bu şəhərin şanlı lakin faciəli taleyi var-o, dəfələrlə dağıdılmışdır. Bu dağıntılar təkcə işğalçıların basqınları ilə deyil həm də zəlzələlərlə bağlı olmuşdur, çünki bura yüksək sesmik ərazidir. 1191-ci ildə Atabəy ELDƏGƏZLƏR sülaləsindən olan Qızıl Arslan bu şəhəri ələ keçirib onu viran edəndə Şirvanşah I Axsitan öz paytaxtını müvəqqəti olaraq Bakıya köçürmüşdür. 1501-ci ildə isə Şah İsmayıl Səfəvi həm Şamaxını, həm də Bakını tutdu. 37 ildən sonra Şirvanşahlar dövlətinin mövcudluğuna son qoyuldu və Təhmasib Səfəvi Səfəvilər dövlətini yaratdı. Sonrakı dövrlərdə Səfəvilərlə Osmanlı türkləri arasında gedən müharibələrdə Şamaxı dəfələrlə dağıdılmışdır. Belə vaxtlarda İnsanların həlak olması ilə yanaşı memarlıq abidələri və kitablar da məhv edilirdi…
Lakin şamaxılılar həmişə özlərində qüvvə tapıb şəhəri bərpa etmiş, öz güzəranlarını qaydaya salmışlar. Vaxtilə Azərbaycana səyahətə gəlmiş Aleksandr Duma Şamaxı barədə yazmışdır ki, bu şəhərin sakinləri sabaha sağ çıxıb-çıxmayacaqlarını heç vaxt bilmirlər. Hazırda Şamaxının ətrafında çoxlu qədim abidələr qalmışdır.
Şamaxıda yalnız Azərbaycanın yox, bütün Cənubi Qafqazın ən qədim məscidi olan Cümə məscidi yerləşir. O, 743 ildə tikilmişdir. 2013-cü ildə Cümə məscidinin əsaslı yenidən qurulması həyata keçirilmişdir. Bundan əlavə məscidin ətrafında köhnə hücrələr də bərpa edilmişdi. Arxeoloji qazıntılar əsnasında məscidin həyətində tapılan mədrəsələr, hücrələr və məzar daşları tapılmışdı.
Şamaxı şəhərində “Şirvan Hotel & SPA”, “Sakit Göl — Silent Lake Hotel”, “Samakhi Palace Platinum” kimi gözəl otellədə dayanmaq olar.
İSMAYILLI
Azərbaycanda mövcud olan 8 iqlim zonasından üçünə İSMAYILLI RAYONUNUN ərazisində rast gəlirik. Buranın qış fəsli quru, mülayim keçir, düzənliklərdə havalar isti, yağıntılar müntəzəm olur, dağlarda isə qış soyuq və rütubətli keçir. Rayonun əsas relyefi dağlardan ibarətdir. Buranın çox gözəl təbiəti var. Meşəli dağlar, qayalar, çaylar (GİRDMAN, AX-OX, GÖYÇAY), şəlalələr (QALACIQ — hündürlüyü 50 metr, ÇAYQOVUŞAN — hündürlüyü 30 metr, İSTİSU — hündürlüyü 25 metr, MƏDRƏSƏ — hündürlüyü 25 metr). BABADAĞIN yamaclarında dəniz səviyyəsindən 3500 metr yüksəklikdə 3 təbii göl, KÜRDMAŞİ və AŞIQBAYRAMLI kəndlərinin yaxınlığında düzəldilmiş üç süni göl çox mənzərəli olmaqla bərabər, həm də balıq ovu üçün münasib yerlərdir.
Rayonun ərazisində yerləşən “İSMAYILLI” qoruğu 1981-ci ildə yaradılmışdır. Sahəsi 5778 hektar olan bu qoruq iki hissədən ibarətdir — Topçu və Qalacıq. Onların bir-birindən məsafəsi 1 km-dir. Qoruğun meşələri 5021 hektar, subalp çəmənlikləri 227 hektar yer tutur. Burada 40 növdən çox oduncaq və kol bitğkisi, 170 növ onurğalı heyvana rast gəlmək olar — maral, dağ keçisi, qaban, ayı, canavar, tülkü, dovşan və s.
Bu rayonun adı rus ədəbiyyatının tarixinə düşmüşdür: M.Y. Lermontov İsmayıllının Tircan kəndində olarkən orada Aşıq Qərib haqqında aşıq (xalq müğənnisi) Orucdan və aşıq Ləzgi Əhməddən eşitdiyi dastan əsasında özünün “Aşıq Qərib” poemasını yazmışdır.
Ta qədim dövrlərdən başlayaraq, bu rayonun ərazisində azərbaycanlılarla yanaşı, başqa xalqların və etnik qrupların nümayəndələri — ləzgilər, yəhudilər, ruslar (İvanovka kəndində yaşayan molokanlar), lahıclar (iran dilli tayfa), hapıtlar (qədim albanların varisləri) da məskunlaşmışdır.
İsmayıllı rayonunda qədim xəlq sənətlərinin və tətbiqi sənətin ənənələri qorunub saxlanılmışdır. Burada xalçaçılıq (QALACIQ və TƏZƏKƏND kəndləri), misdən hazırlanmış üzərində döymə naxışlar açılan qab və silah, dabbaqlıq, dəmirçilik, ağac və metal üzərində oyma (bu peşələr LAHIC kəndində daha geniş yayılmışdır, bu kəndin mərkəzi küçəsində çoxlu dükan və emalatxanalar), BASQAL kəndində qadınlar üçün “KƏLAĞAYI” adlanan milli baş örtükləri hazırlanır. İpək parçadan hazırlanan kəlağayının naxışları basma üsulu ilə həkk edilir.
Qeyd eləmək lazımdı ki, Azərbaycan kələğayısı “Qadın baş örtüyü kəlağayının düzəldilməsi və geyinilməsi ənənəvi incəsənəti və onun simvolizmi” adı ilə UNESCO-nun qeyri-maddi mədəni irsinin nümunəsi siyahısına daxil edilmişdir. Lahıcdakı mis istehsalı da UNESCO-nun Azərbaycandan qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.
LAHIC və BASQAL kəndlərində tarix-mədəniyyət qoruqları yaradılmışdır. Buradakı abidələrin çoxu dövlət tərəfindən mühafizə olunur. BƏDOY ZEVERO məscidi (1791-ci il), AĞALI məscidi, ZEVERO bulağı, MƏSCİD və HAMAM (XVIII əsr).
Digər abidələr: XANƏGAH kəndindəki QIZ QALASI (XVII əsr), SULUT kəndindəki FİTDAĞ qülləsi (XVIII əsr) və bir sıra digər arxeoloji obyektlər. Maraqlıdır ki, yerli sakinlər Fitdağ qülləsini Makedonyalı İsgəndər haqqında bir rəvayətlə bağlayırlar. Deyilənə görə, Makedonyalı İsgəndər özü burada düşərgə salmış, onun carçıları isə dağın zirvəsinə qalxıb oradan qızıl şeypurlarla bir-birinə xəbər çatdırmışlar. Ona görə də həmin qülləyə Fitdağ qülləsi deyilir.
Qafqaz Albaniyasının hökmdarlarından biri olmuş Cavanşir (VII əsr) isə, rəvayətə görə, GİRDİMAN çayının sol sahilindəki başqa bir dağın zirvəsində TALISTAN kəndinin yaxınlığındakı qalada yaşamışdır. Sulut kəndində QIRXOTAQ qalası, HARAM qülləsi, XİRƏKİ müdafiə səddi və CÜMƏ MƏSCİDİ də salamat qalmışdır.
İsmayıllı rayonunun inzibati mərkəzi İSMAYILLI ŞƏHƏRİDİR. Bakıdan məsafəsi 185 km-dir. İsmayıllı da Azərbaycanın şərabçılıq mərkəzlərindən biridir və burada turizmin bir istiqaməti — şərab üçün bütün imkanlar yaradılır. İsmayıllı çölləri qeyri-adi zəngin olduğundan, ovçuluq turizmi də bölgədə inkişaf edir.
İsmayıllıda bir çox otel və istirahət mərkəzi var. QAYA RESORT MƏRKƏZİ, QIZ QALASI, YAŞIL EV, JULYAN RESORT MƏRKƏZİ, KALAMARJ, HƏSƏNOĞULLAR RESORT MƏRKƏZİ, MAKSÜL, RİZVAN RESORT MƏRKƏZİ, KORKUT MONTOLİT.
QƏBƏLƏ
QƏBƏLƏ RAYONU Azərbaycanın şimal-qərb hissəsində, Şəki-Zaqatala zonasının ərazisində, Dağıstan və Gürcüstan sərhəddində yerləşir. Bu region çox qədim tarixə malikdir. Hələ neolit dövründə burada insanlar yaşamışdır. Qəbələ bir müddət QAFQAZ ALBANİYASININ mərkəzi olmuş, sonra isə ŞİRVANŞAHLAR dövlətinin və ŞƏKİ xanlığının tərkibinə daxil olmuşdur. Rayonun ərazisindən DƏMİRAPARAN ÇAYI, VƏNDAM ÇAYI, BUM ÇAYI, TİKANLI ÇAYI və başqa çaylar axır.
Qəbələ rayonu qoz-fındıq və şabalıd bağları ilə ad çıxarmışdır. Dağ yamaclarında, dəniz səviyyəsindən 1000 m yüksəklikdə məşhur şabalıd meşəsi yerləşir. Baharda şabalıd ağaclarının çiçək açması ecazkar mənzərə yaradır. Bu meşədəki ağaclar çox qədimdir. Onların hər birinin orta yaşı 500 ildən çoxdur. Bu ağaclardan bəziləri dövlət tərəfindən mühafizə olunan təbii abidələr siyahısına daxil edilmişdir. Burada ceyran, cüyür, ayı, canavar, dovşan və yerli faunanı təmsil edən digər heyvanları ovlamaq olar. Respublikanın ən uca zirvəsinə BAZARDÜZÜ dağına (dəniz səviyyəindən 4466 m yüksəklikdə) gedən alpinist marşrutlarından biri bu rayondan keçir.
Rayonun ərazisində tarix, mədəniyyət və memarlıq abidələri çoxdur. Bum kəndindəki məscid (XIX əsr), ƏMİLİ kəndindəki Alban məbədi (IV əsr), BAYRAMKOXA kəndindəki USTACAN qülləsi (IX əsr), NİC kəndindəki HACI QƏRİB məscidi və ÇOTARİ alban kilsəsi, HƏZRƏ kəndindəki ŞEYX BƏDRƏDDİN və ŞEYX MƏNSUR türbələri (XV əsr), ŞƏFİLİ kəndindəki məqbərə (XVII əsr), eləcə də HƏMZƏLLİ kəndindəki ŞIXBABA piri (XVI əsr) və KOMRAD dağının zirvəsindəki KOMRAD piri (sağlığında müqəddəs və əməlisaleh hesab edilmiş insanların dəfn edildiyi yerə pir deyilir).
Nic kəndinin yaxınlığındakı YALOVLU dağında arxeoloqlar qədim insan məskəninin qalıqlarını aşkar etmişlər. Burada tapılmış arxeoloji mədəniyyət nümunələri Azərbaycanın şimal rayonları üçün səciyyəvidir və elmdə “Yalovlu təpə mədəniyyəti” adı ilə tanınmışdır. Burada dəmirdən və tuncdan hazırlanmış silahlar, qızıl əşyalar, dəyirman daşları və başqa nümunələr tapılmışdır. Xalq sənəti növlərindən ağac emalı (VƏNDAM kəndi), dulusçuluq (QƏMƏRVAN kəndi), xalçaçılıq (LAZA və BUM kəndləri) geniş inkişaf etmişdir. Bum kəndində yaradılmış ZOP-ZOPA folklor ansamblı xarici ölkələrdə keçirilən müxtəlif festivallarda uğurla çıxış etmişdir. Qəbələ rayonunun Nic kəndində udinlər yığcam halda yaşayırlar. Qədim albanların sələfləri hesab edilən bu etnik qrup öz əcdadlarının ənənələrini, dilini, maddi və mənəvi mədəniyyətini bu günədək qoruyub saxlaya bilmişdir.
Rayonun inzibati mərkəzi olan QƏBƏLƏ ŞƏHƏRİ Şahdağın ətəklərində yerləşir. Eramızın I əsrinə aid Yunan və Roma yazılı mənbələrində (Pliniy) adı çəkilən qədim KABALA şəhəri təqribən 2000 il bundan əvvəl salınmış və 600 ildən çox bir müddətdə Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Qədim Qəbələ şəhərinin xarabaları müasir Qəbələnin yaxınlığında (ondan 15 km məsafədə) QARAÇAY və COVURLUÇAY çaylarının arasındakı ərazidə yerləşir. Qəbələ şəhərinin özündə İMAM BABA türbəsi (XVIII əsr) və CÜMƏ MƏSCİDİ kimi abidələr qalmışdır. Şəhərdə böyük bir tarix-diyarşünaslıq muzeyi də var. Bu muzeydə rayon ərazisində aşkar edilmiş çoxsaylı arxeoloji tapıntılar toplanmışdır.
Burada turistlər yaxşı bir istirahət üçün lazım olan hər şeyi tapa biləcəklər. Dağ havası,gözəl çaylar, şəlalələr və göllər gözü sevindirir. “Qafqazda Aleksandr Dumas” nadir turizm marşrutu Qəbələ rayonunun ərazisində yerləşir. Bu marşrut 1858-ci ildə yazıçının Qafqaza gəlişi ilə eyni yaşdadır.
Qəbələdən uzaqda, Nic kəndində nadir memarlıq abidəsi — Udi məbədi var. Udi qədim albanların nəslindən hesab edilir və bu xüsusi etnik qrupun 10 000 nəfər nümayəndəsi var. Onlar dilinə və mədəni ənənələrinə bu günə qədər qorumağa müvəffəq olublar. Son illərdə bu məbəd bərpa edildi və indi turistlərə açıqdır. Bu istirahət sahəsi yalnız Azərbaycanın sakinləri üçün deyil, müxtəlif ölkələrin turistləri üçün də açıq olan məşhur bir turizm mərkəzir. Hər il burada muğam, caz, klassik musiqi və fortepiano sənətinin musiqi festivalları keçirilir. Bundan əlavə, Qəbələdə böyük əyləncə mərkəzi “Qəbələnd” tikilmişdir. Bu, Azərbaycanın 16 hektarda yerləşən ən böyük əyləncə parkıdır. Burada buz meydançası, idman meydançaları, go-karting, XD teatrı var.
Rayonda Mədəniyyət və Turizm hazırda sürətlə inkişaf edir. Çox maraqlı otellər mövcuddur: “Qafqaz Sport Qəbələ”, “Qafqaz Resort Hotel”, “Qafqaz Riverside Resort Hotel”, “Qafqaz Yeddi Gözəl Resort”, “Qafqaz Termal və Spa Resort hotel”, “Qafqaz Karvansaray Boutique hotel”.
Qəbələ şəhərinin kənarında “AY İŞIĞI” istirahət sahəsi yerləşir. Yüksək turist xidmətini “dağ yataqxana”, meşə, ekskursiyalar, ovçuluq və balıqçılıq istirahəti təşkil edir.
Bakı-Qəbələ yolunun 5 km-də yerləşən (sahəsi 1,5 hektar) “Sahil Lake Nokhur” istirahət sahəsi yerləşir. Turistlər şəlalələrə, meşələrə, tarixi abidələrə gedə bilərlər.
OĞUZ
OĞUZ RAYONU ölkəmizin Şəki-Zaqatala zonasında Böyük Qafqazın cənub yamaclarında yerləşir. Şimaldan Rusiya ilə həmsərhəd olan bu rayon o qədər gözəldir ki, onu haqlı olaraq, “Azərbaycanın İsveçrəsi” adlandırırlar. Rayon ərazisinin yarısından bir qədər azı meşələrlə örtülüdür. Burada çoxlu şəlalə, kükürdlü və termal su bulaqları var. Rayonun faunası dovşan, ayı, dağ keçisi, qaban, qırqovul, kəklik, qaz, həmçinin som və forel balıqları ilə təmsil olunmuşdur. Rayon ərazisində müxtəlif meyvələr və giləmeyvələr — qoz, fındıq, alma, armud, zoğal, yemişan, gilas, alça, qarağat və moruq yetişir.
Ənənəvi xalq sənətlərindən xalçaçılıq (Filfilli kəndi), metal və ağac üzərində oyma (BAŞ, DAŞ, AĞIL kəndi) davam etdirilir. Buradakı insanlar hələ neolit dövründə oturaq həyat tərzi keçirirdilər. Bizim eranın əvvəllərində bu ərazi Qafqaz Albaniyasının tərkibinə, XVIII əsrdə isə Şəki xanlığının tərkibinə daxil olmuşdur. Arxeoloqlar KƏRİMLİ və QARABALDIR kəndlərinin yaxınlığında qədim insan məskənləri aşkar etmişlər. Burada nizələr üçün ucluqlar, tunc silah, daşdan hazırlanmış qadın heykəlləri və əsalar tapılmışdır.
Rayon ərazisində qədim tarix və memarlıq abidələri çoxdur. XAÇMAZ kəndi yaxınlığındakı SARISU çayının üstündəki DAŞÜZ körpüsü (XIX əsr), SİNCAN kəndindəki MƏSCİD (XVIII əsr), KƏRİMLİ kəndindəki MƏQBƏRƏ (XV əsr), MUXAS kəndindəki üçmərtəbəli qüllə (XIV əsr), XAÇMAZ kəndində QALADAĞ dağının zirvəsində yerləşən müdafiə təyinatlı QABUR qülləsi (VII-XIV əsrlər) yenə də QALADAĞ zirvəsinin yaxınlığında yerləşən, lakin içməli su ilə təchiz olunan GAVURQALA qülləsi (VII əsr), FİLFİLLİ çayının yaxınlığında, QALAÇAY çayının sahilində yerləşən, çay daşından tkilmiş SURXAYXAN qülləsi (XVIII əsr) və s.
Rayonun inzibati mərkəzi OĞUZ ŞƏHƏRİDİR. Oğuz şəhərinin ərazisində qədim SİNAQOQALI (1849-cu il) YƏHUDİ QƏSƏBƏSİ, hazırda yerli diyarşünaslıq muzeyinin yerləşdiyi ALBAN MƏBƏDİ, Azərbaycan ərazisində hazırda fəaliyyətdə olan ən qədim məktəblərdən biri — XIX əsrdə tikilmiş məktəbdir (PADAR və XAÇMAZ kəndlərində də bu cür məktəblər var).
Oğuzun özü kiçik, lakin təmiz bir şəhərdir. Ətrafında yalnız 15-20 km məsafədə ovçuluq və balıq ovu üçün çox əlverişli yerlər var. Bu sahənin turizm potensialı hələ tam istifadə edilməməsinə baxmayaraq, şəhərin və xaricdəki bir sıra istirahət zonaları, məsələn, Qonaq Qrinland, LT Hotel və Afra Hotel kimi mövcuddur. Bu bölgənin əsas cəlb edici yerləri XAL-XAL şəlaləsi, həmçinin sahibkarların bir neçə süni dağ gölünü yaratdıqları “Qızıl balıq” ailə istirahət mərkəzidir. Bu istirahət sahəsinin xüsusiyyətləri qonaqlara balıq tutma imkanı verir.
ŞƏKİ
ŞƏKİ RAYONU Böyük Qafqaz dağlarının mənzərəli cənub yamaclarında yerləşir. Şəkinin həndəvərində erkən orta əsrlər memarlığının çoxsaylı abidələri – qalalar, müşahidə qüllələri, kilsələr, Qafqaz Albaniyası dövrünə aid məbədlərin xarabalıqları qalmışdır. BİDEYİZ, BAŞ KÜNCÜT, ORTA ZƏYZİT kəndlərindəki abidələr, KİŞ kəndində müqəddəsi Yelisey tərəfindən ucaldılmış kilsə daha çox maraq doğurur. Bu kilsə Müstəqil Dövlətlər Birliyinin ərazisində ən qədim xristian tikilisi hesab edilir. Hazırda həmin kilsə bərpa edilmiş və muzeyə çevrilmişdir.
ŞƏKİ ŞƏHƏRİ Şəki-Zaqatala rayonunun əsas şəhəridir. Azərbaycanın ən qədim və ən gözəl şəhərlərindən biri olan Şəkinin bizim eradan əvvəl birinci minillikdə salınması güman edilir. Ərəb, türk, gürcü, rus və avropa yazılı mənbələrində bu şəhərin adı çəkilir.
Alimlər belə hesab edirlər ki, bu şəhərin adı bir vaxtlar burada yaşamış Sak tayfalarının adından alınmışdır. Şəki Böyük İpək Yolu marşrutu üzərində yerləşir. Ptolemey Şəki barədə qeydlərində onun adını Niqa kimi yazır. Müasir alimlər bu adda şəhəri qədim Nuxa şəhəri ilə eyniləşdirirlər. Yaşlı sakinlər Şəkini hələ də Nuxa adlandırırlar. 1772-ci ildə Şəkini sel basanda şəhər sakinləri yaxınlıqdakı salamat qalmış Nuxa kəndinə köçmüşdülər. Xristianlığın geniş yayıldığı dövrdə Şəki Qafqaz Albaniyasının dini mərkəzlərindən biri idi. Ərəb-Xəzər müharibələri dövründə (VII-XIX əsrlər) bu şəhər hərbi münaqişə və toqquşmalar meydanına çevrilmişdir. Ərəb Xilafəti zəyifləyəndə burada yaradılmış knyazlıq Şirvanşahlar dövlətinin tərkibinə daxil idi.
Elxanilər sülaləsinin hakimiyyəti dövründə Şəkidə tərəqqi mərhələsi başlandı və şəhər yerli hökmdar Sidi Əlinin (Seyid Əlinin) hakimiyyəti altında müstəqil bir ərazinin mərkəzinə çevrildi. Teymurun hücumları zamanı Sidi Əli işğalçılara ciddi müqavimət göstərmiş sonra isə özü başda olmaqla qoşun götürüb o vaxt (1397-1398 illər) ƏLİNCƏ QALASINI qəhrəmancasına müdafiə edən Naxçıvanın köməyinə getmişdir.
Məşhur Şəki bazarlarında qızğın alver gedir, burada taxıl, üstündə döymə üsulu ilə naxış çəkilmiş qab-qacaq, zərgərlərin hazırladığı bəzək əşyaları satılırdı. Şəki ipəyinin müxtəlif növləri olur — yumşaq və qeyri-şəffav, nazik və şəffav, tünd rəngli və ya güləbətin sapla tikilmiş… Bu şəhərin sənətkarları Böyük İpək Yolu boyünca ticarətin inkişafına çox böyük töhfələr vermişlər. Şəki bütün Qafqazın ipəkçilik mərkəzi olmuşdur. 1862-ci ildə Nuxa (Şəki) quberniyasında 62 min 239 pud ipək istehsal edilmişdir. 1861-ci ildə burada ilk ipək əyrici fabrik tikildi. Bu, dünyada ən böyük fabriklərdən biri idi. Artıq 1862-ci ildə Londonda keçirilən beynəlxalq sərgidə Şəki ipəyi qızıl medala layiq görülmüşdü.
Məşhur filosof, yazıçı və maarifçi MİRZƏ FƏTƏLİ AXUNDOV Şəkinin fəxridir. Bu şəhərdə M.F. AXUNDOVUN və SABİT RƏHMANIN ev-muzeyləri yaradılmışdır. ŞƏKİ XAN SARAYI xalq memarlığı ilə (ağac və gəc üzərində oyma) şərqin saray memarlığı ənənələrinin (lakla çəkilmiş divar rəsmləri) əlaqələndirilməsinə aid nadir nümünədir.
XVIII əsrdə tikilmiş AŞAĞI KARVANSARANIN və YUXARI KARVANSARANIN ölçüləri onu göstərir ki, orta əsrlərdə burada ticarət çox geniş inkişaf etmişdir.
Şəkinin yaxınlığında, Kiş çayının qərb sahilində qədim “GƏLƏRSƏN-GÖRƏRSƏN” qalasının xarabalıqları qalmışdır. Bu qalanın adından məlum olur ki, onun müdafiəçiləri düşməni bu qalaya buraxmamaq əzmində olmuş və qalanın məğlub edilməzliyinə əmin olmuşlar. Lev Tolstoyun “Hacı Murad” povestinin qəhrəmanlarının başına gələn hadisələr bu qalada cərəyan edir. Aleksandr Düma, Kempfer və N.Rayevski Şəkidə olmuşlar. N.Rayevski öz məktublarında yazırdı: “Bizim düşərgəmiz yulğun, nar, çinar və başqa ağaclar bitən meşədə yerləşir… Nuxa çox gözəl yerdir”. 1805-ci ildə Şəki xanlığı Rusiyanın tərkibinə daxil oldu və bir xanlıq kimi onun mövcudluğuna son qoyuldu. Artıq 1819-cu ildə Rusiya çarının fərmanı ilə Nuxa quberniyası yaradılmışdı və Şəki çarın komendantı tərəfindən idarə edilirdi.
Bu şəhərdə cəlbedici mədəniyyət obyektləri çoxdur: Sabit Rəhman adına Dram teatrı, Dekorativ və Tətbiqi Sənət Muzeyi, Rəsm Qalereyası bu cür obyektlərdir.nin sakinləri öz bənzərsiz ənənələrini və qədim sənət biliklərini bu gün də qoruyub saxlamışlar. “KƏLAĞAYI” deyilən ipək baş örtükləri hətta Orta Asiya ölkələrinə də ixrac edilir və orada yerli sənətkarlar tərəfindən ipək üzərində naxış salmaq məqsədilə istifadə edilir. Burada üzərində Şəkiyə xas olan xüsusi naxışlar çəkilmiş taxta sandıqlar da hazırlanır. Yerli zərgərlər tərəfindən hazırlanan bəzək əşyalarının forması isə qədim dövrlərdən bəri az dəyişmişdir. Şəkidə TƏKƏLDUZ deyilən tikmə sənəti yüksək dərəcədə inkişaf etmişdir. Əvvəllər bu işlə əsasən kişilər məşğul olurdu. Bundan əlavə, Şəkidə papaqçılıq, musiqi alətlərinin hazırlanması və ŞƏBƏKƏ sənəti davam etdirilir. Naxışlı taxta şəbəkədən hazırlanan və rəngli şuşə salınan bu cür çərçivələr adətən qapı və pəncərə yerlərində istifadə edilir. Azərbaycanda analoqu olmayan orijinal Şəki mətbəxi də Şəkinin bənzərsiz mədəniyyətinə daxildir. Şəkililərin bişirdiyi qeyri-adi şirniyyat (Şəki halvası) düyü unundan yoğrulmuş xəmırdən nazik yuxa yayılması və onun doğranıb naxışlı şəkildə hörulməsi yolu ilə alınır.
Şəki təbii gözəlliyi ilə məşhurdur. Burada fəal idman və sadə, lakin xoş gəzinti üçün bütün şərtlər yaradılır, bu zaman ümumiyyətlə dağları, meşələri və təbiəti seyr edə bilərsiniz. Turistlər üçün də tibb və masaj mərkəzləri, restoranlar, kafelər, mağazalar açılır.
Şəkidə “Şəki – Karvansaray” otel kimi müasir mehmanxana kompleksləri mövcuddur. Sheki Saray Otel, Issam Hotel & Spa, Sheki Palace Hotel.
Marxal Resort & SPA oteli.
Azərbaycanda mükəmməl istirahət yerlərdən biri “Marxal Resort & SPA” mehmanxanasıdır. Bu gözəl səhiyyə kompleksi dəniz səviyyəsindən 1,080 metr yüksəklikdə Şəki şəhəri yaxınlığında, Kiş kəndində Marhalın gözəl kəndində yerləşir. Otel hər tərəfdən dağlar ilə əhatə olunmuşdur, yəni burada təmiz dağ havası və unudulmaz bir tətil tapa bilərsiniz. Əyləncəli pərəstişkarlar üçün velosiped sürmək imkanı var, bir gecə klubunda rəqs edə bilərsiniz və ya karaoke salonunda oxuyur, kino zalı, boulinq və bilyard otağı var. Hər axşam otelin qonaqları maraqlı əyləncə şoularını gözləyir. Buradakı unikal Kəhrəba otağı yerləşir — Azərbaycanda tək olan və dünyada mövcud olan azsaylı yerlərdən biridir. Otaq günəş enerjisini təcəssüm etdirən, təmizlənməmiş təbii Ukrayna kəhrəbasından yığılıb. Belə bir otaqda olmaq çox xoşdur. Qədim dövrlərdən etibarən kəhrəba demək olar ki, bütün xəstəliklərə şəfa verir.
QAX
Respublikanın şimal-qərbində yerləşən QAX rayonu Gürcüstanla həmsərhəddir. Rayonun cənubunda quru, mərkəzdə mülayim isti və subtropik rütübətli iqlim, dağlarda soyuq, yağıntıların müntəzəm paylanması ilə səciyyəvi olan iqlim şəraitinə malikdir. Gördüyümüz kimi, burada nisbətən kiçik bir ərazidə dörd iqlim zonası vardır. Qaxda temperaturun dəyişmə həddi çox böyükdür, dağların zirvəsində mənfi 40 dərəcədən ACINOHUR gölunun yaxınlığında müsbət 40 dərəcəyə qədər temperatur müşahidə olunur.
Rayonun ərazisində “İLİSU” Dövlət Qoruğu yerləşir (sahəsi 9,2 min hektardır). Burada mühafizə olunan əsas obyektlər orta dağlıq qurşaqdakı meşələrdir (qoruğun ərazisinin 90%). Burada təqribən 300 növ bitki, o cümlədən 90 növ oduncaq və kol bitkisi, bir sıra endemik və məhv olmaq həddində olan bitki növlərinə rast gəlmək mümkündür. Dağ meşələrində ayı, dağ keçisi, canavar, qaban, vəhşi pişik və çaqqal yaşayır. QANIQ-ƏYRİÇAY vadisi rayonunda heyvan və balıq ovu üçün münasib yerlər vardır.
Qax rayonunun ərazisində tarixi abidələr çoxdur. Arxeoloqların burada aşkar etdiyi kurqanlar hələ tunc dövründə bu regionun məskunlaşmış olduğunu sübut edir. XVIII əsrdə tikilmiş ULU KÖRPÜ, SUMUQ QALASI və onun mərkəzində yerləşən məscid əvvəllər İlisu sultanlığının paytaxtı olmuşdur. Sumuq xalqın yaddaşında Şeyx Şamilin məsləkdaşı, yerli sultanların sonuncusu olmuş DANİYAL BƏYİN arxasında dayanan qüvvələrdən biri kimi qalmışdır. Bu yerlərdə insanlar çox qədim dövrlərdən məskünlaşmışdır. Arxeoloqlar burada bizim eradan əvvəl I əsrə aid küp qəbirləri aşkar etmişlər. İlisuda hündürlüyü 10 metrə bərabər olan kvadrat şəkilli KEŞİKÇİ QÜLLƏSİ də salamat qalmışdır (XV əsr). Bu kəndin ətrafında çoxsaylı kükürdlü termal bulaqlar vardır.
TİRMƏÇİ kəndinin yaxınlığında, qocaman palıd ağacları bitən meşədə ŞEYX ŞAMİLİN naibi (sərkərdəsi) HACI MURADIN qəbri var. Onun məzarı üzərində qoyulmuş baş daşında ərəb dilində bu sözlər yazılmışdır: “Burada böyük cəfakeş, milliyətcə avar olan Hacı Murad Xunzaxski dəfn edilmişdir”.
Qum kəndinin yaxınlığında Qafqaz Albaniyası dövrünə aid abidələr — SIRTQALA istehkamı (XVIII əsr), QUM BAZİLİKASININ xarabaları (V əsr), DƏYİRMİ MƏBƏD (VII əsr), LƏKİT kəndində isə MƏBƏD KOMPLEKSİ (XII əsr) salamat qalmışdır.
SARIBAŞ və CƏLAİR kəndlərində yerli sənətkar qadınlar orijinal naxışlı xalçalar və yun corablar toxuyurlar. QAXBAŞ kəndində isə yerli sakinlər ev şəraitində şərab istehsal edirlər.
Qax rayonunun inzibati mərkəzi — QAX ŞƏHƏRİ dəniz səviyyəsindən 500 metr yüksəklikdə yerləşir. QURMUXÇAY adlı dağ çayının sahilində, Böyük Qafqaz dağlarının ətəklərində yerləşən bu şəhərin adının mənası “Qala” deməkdir.
Siz burada EL Resort, Eden Park Hotel, Senger Qala, Ulu Dag Resort və Green Park Resort, otellərdə ,həmcini Ilisu və Shəfa tibb pansionatlarında dayanacaqsınız, isti müalicəvi vannalar qəbul edə bilərsiz.
ZAQATALA
ZAQATALA RAOYNU Böyük Qafqazın yamaclarında, respublikamızın şimal-qərb bölgəsində yerləşir. Rayon şimal-şərq tərəfdən Rusiya ilə həmsərhəddir. Rayonun relyefi dağlıq və düzənlik, iqlimi dağlarda soyuq və düzənliklərdə istidir. Rayonda meşə çoxdur, lakin onlar əsasən dağlarda və dağətəyi bölgədə yerləşir. Zaqatala rayonun florası müxtəlif qiymətli ağac növləri ilə zəngindir — şabalıd, qoz, fındıq, palıd, vələs, qarağac və s. Fauna maral, dağ keçisi, qaban, ayı, canavar, dovşan, həmçinin çoxlu quş növləri ilə təmsil olunmuşdur — qırqovul, kəklik, dağ şahini, çalağan, turac, dolaşa və bülbül.
1929-cu ildə burada, Baş Qafqaz dağlarının cənub yamaclarında “ZAQATALA” Dövlət qoruğu yaradılmışdır. İndi sahəsi 23.843 hektar olan bu qoruq dəniz səviyyəsindən 650-3646 metr yüksəklikdə yerləşir və həm Zaqatala, həm də Balakən rayonlarının ərazisini əhatə edir. Qoruğun ərazisində turistlərin istirahət etməsi və gecələməsi üçün münasib yerlər var. QAS kəndini yaxınlığında qışda bol qar yağır.
Zaqatala rayonunda azərbaycanlılarla yanaşı, başqa millətlərdən olan etnik qrupların nümayəndələri də yaşayır – ruslar, avarlar, ləzgilər, tsaxuolar, tatarlar, ingiloylar – burada təqribən 20-yə yaxın xalq dinc yanaşı yaşayır.
Rayonun tarixi abidələri ən qədim vaxtlarda indiyə qədər salamat qalmış kəndlərdə yerləşir. GÖZBARAX və HALAL kəndlərində 18-ci əsrə aid məscidlər, KEBELOBA kəndində 14-cü əsrə aid iki qüllə, MAZIX kəndində 12-ci əsrə aid qüllə, YUXARI ÇARDAXLAR kəndində 5-ci əsrə aid pəri qalası, CAR kəndində 14-ü əsrə aid CİNGƏZ qülləsi və rayon Tarix-diyarşünaslıq muzeyi, PAŞAN kəndində Alban qülləsi (13 əsr) və AXAXDƏRƏ kəndindəki Alban qülləsi (12 əsr), rayonun müxtəlif kəndlərində ƏLİABAD və MOSUL kəndlərində 19 əsrdə tikilmiş məsçidlər salamat qalmışdır.
Turistlər Zaqatala şəhərindən 6 km şimal-qərbdə yerləşən CAR kəndinə getməyi çox xoşlayrlar. Bu kənd yerli təbiətin gözəl güşəsi olmaqdan əlavə, orada məhz bu regiona xas olan orijinal memarlaq-inşaat və məişət ənənələri qorunub saxlanmışdır.
Zaqatala rayonunun inzibati mərkəzi olan ZAQATALA ŞƏHƏRİ dəniz səviyyəsindən 535 metr yüksəklikdə TALAÇAY çayının sahilində yerləşir. Bakıdan məsafəsi 372 km-dir.
Bu şəhər özünün iqlim xarakteristikalarına və gözəl təbiətinə görə əsl kurort adlandırılmağa layiqdir. Burada 15 hektar sahədə mədəniyyət və istirahət parkı salınmışdır, çox maraqlı bir təbii abidə — 800 yaşlı çinar ağacı da burada yerləşir.
Şəhərdəki qədim QALA (1830-cu il) təkcə qədimliyinə görə deyil, həm də ona görə maraqlıdır ki, vaxtilə “POTYOMKİN” zirehli gəmisində qiyam qaldırmış matrosları buradakı həbsxanaya salmışdılar. Gəmidə təşkil edilmiş qiyamın iştirakçılarından S.Demaşkoya yerli parkda abidə qoyulmuşdur. Burada pambıqyığan maşının sükanı arxasına keçmiş ilk azərbaycanlı mexanizator qadın Sevil Qazıyevanın abidəsi də var.
Zaqatala şəhərindəki Tarix-diyarşünaslıq muzeyində orta əsrlərə aid əlyazmaların zəngin kolleksiyası toplanmışdır.
Digər maraqlı Zaqatala abidəsi Armatayi qalasıdır ki, onu əfsanəvi qəhrəman Prometeylə əlaqələndirirlər. Zaqatala şəhərində orta əsr əlyazmalarının zəngin kolleksiyası ilə bir tarix-diyarşünaslıq muzeyi vardır. Zaqatalada “Zaqatala Hotel”, “Turqut otel”, “Salamander Cottage” mövcuddur.
BALAKƏN
Azərbaycanın şimal-şərqində yerləşən BALAKƏN RAYONU cənubdan və qərbdən Gürcüstanla, şimaldan və şərqdən Rusiya ilə həmsərhəddir.
Rayonun relyefi təzadlı olması ilə seçilir: burada dağlar və düzənliklər bir-birini əvəz edirlər. Düzənlik bölgələrdə mülayim-isti, qışda quru, dağətəyi sahələrdə isə yağıntıların müntəzəm paylanması ilə seçilən mülayim-isti, dağlarda isə soyuq rütubətli qış müşahidə olunur (orta illik rütubət səviyyəsi 40% çoxdur).
Burada çoxsaylı dağ çayları, KATEX dağının yaxınlığında gözəl bir göl var, rayonun şimalında isə ərazi başdan-başa meşələrlə örtülmüşdür. Zaqatala qoruğunun ərazisinin yarıdan çox hissəsi Balakən rayonunda yerləşir. 1929-cu ildə burada, Baş Qafqaz dağlarının cənub yamaclarında “ZAQATALA” Dövlət qoruğu yaradılmışdır. İndi sahəsi 23.843 hektar olan bu qoruq dəniz səviyyəsindən 650-3646 metr yüksəklikdə yerləşir. Bu qoruq özünün bitki örtüyünün xarakterinə görə dağlıq-meşəlik (67,4%) və dağlıq-çəmənlik hissələrə bölünə bilər. Qoruğun florasına mindən çox, o cümlədən nadir bitki növləri daxildir (vələs, qızılağac, palıd, qoz, şabalıd, akasiya, 30 növdən çox dərman bitkisi). Bu regionun faunası da zəngindir. Qara rəngli qafqaz meşə xoruzunun burada geniş yayılması xüsusi qeyd edilməlidir.
Rayonun ərazisində tarixi və memarlıq abidələri çoxdur. Arxeoloqlar burada erkən dəmir dövrünə aid çoxlu qədim insan məskənləri aşkar etmişlər. Məsələn, MAHAMALLAR kəndindən 2 km aralıda GÖBƏK qayasının yaxınlığındakı NOXO mağarasında erkən dəmir dövrünə aid insan məskənlərinin izləri qalmışdır. Yenə orada, MAHAMALLAR kəndinin yaxınlığında küp qəbirləri (bizim eradan əvvəl II-I əsrlər), pir və yaşayış tikililərinin qalıqları (V-VIII əsrlər), məscid (XVIII əsr), qüllə (XIX əsr), qala divarları salamat qalmışdır.
QULLAR kəndində XVIII əsrə aid YERALTI SU ANBARI və MƏSCİD, TÜLÜ kəndində XIV əsrə aid MƏQBƏRƏ, HƏNİFƏ kəndində XIV əsrə aid MƏBƏD, XALATALA kəndində XVI əsrə aid MƏSÇİD, HƏNİFƏ və MAZIMÇAY kəndlərində ALBAN MƏBƏDLƏRİ, QULLAR kəndində, GÜMBƏZ çayının sahilində XII əsrə aid PƏRİ QÜLLƏSİ, MƏKLƏKAN dağında erkən orta əsirlər dövrünə aid ŞƏHƏR YERİ qalmışdır.
Balakən rayonunun inzibati mərkəzi BALAKƏN ŞƏHƏRİDİR. Bakıdan məsafəsi 394 km-dir. Şəhərdə XVII-XIX əsrlərə aid, minarəsinin qeyri-adi dərəcədə hündür olması ilə maraq doğuran məsçid binası salamat qalmışdır.
Rayonun diyarşünaslıq muzeyində bu region üçün ənənəvi sənət məmulatları, buranın hələ neolit dövründə məskunlaşmış olmasını təsdiq edən arxeoloji tapıntılar, diyarın tarixi ilə bağlı hadisələri izləməyə imkan verən digər eksponatlar toplanılmışdır. Balakəndə misgərlik, şəbəkə (qapı və pəncərələr üçün naxışlı ağac çərçivələr hazırlanması), ağac üzərində oyma və dulusçuluq peşələri yaxşı inkişaf etmişdir. Azərbaycanda nadir hallarda rast gəlinən TƏKƏLDUZ tikmə növü də burada qorunub saxlanmışdır (Təkəlduz — tünd fonda ipək sapla əlvan fantastik naxışlar tikmək sənətinə deyilir).
Balakəndə sahəsi 7,5 hektar olan böyük şəhər parkı var. Şəhərdə gəzintidən sonra bu parkda dincəlmək mümkündür.
Balakən rayonunun flora və faunasının çeşidi turizmin inkişafı üçün faydalı perspektivlər yaradır. Bölgədə 12 turist marşrutu və istirahət zonası təsbit edilmişdir. Balakən rayonunda əsasən idman və kənd turizmi inkişaf edir. Bölgəni ziyarət edən turistlərin çoxu bu növ turizmi üstün tutur. Şəhərin bir teleferik ilə böyük mədəniyyət və istirahət parkı var. Burada “Qubek Hotel”, “Elit Saray Otel”də dayanmaq olar.
CƏNUB MARŞRUTU: BAKI — SALYAN — BİLƏSUVAR — CƏLİLABAD — MASALLI — LƏNKƏRAN — LERİK — ASTARA
SALYAN
SALYAN RAYONU Azərbaycanın cənub-şərqində, bənzərsiz mədəni-tarixi ənənələri, unikal bitki aləmi ilə seçilən, uzun ömürlü sakinləri, balıq xörəklərinin üstünlük təşkil etdiyi özünəməxsus mətbəxi ilə ad çıxarmış ən qədim dövrlərdən məskunlaşmış LƏNKƏRAN-ASTARA regionunda yerləşir.
Salyan rayonu müəyyən mənada bu regionun qapısıdır — respublikanın nəqliyyat arteryaları, Azərbaycanı onun cənub regionları ilə, eləcə də Yaxın Şərq ölkələri ilə əlaqələndirən şosse və dəmir yolları bu ərazidə yerləşir.
Çox qədim vaxtlarda burada müxtəlif tayfalar məskən salmış, tarixin keşməşeşlərində onlar bir-birini əvəz etmiş və Azərbaycan xalqının etnogenezinin komponentlərindən birinə çevrilmişlər. Bu qəbilələrdən biri “sal” adlanırdı. Salyan şəhəri də öz adını bu sözdən almışdır.
Respublikanın əsas çaylarından biri — KÜR çayı Salyan rayonunun ərazisindən axır. Rayonun şərq hissəsi isə Xəzər dənizinin sahillərinə qovuşur. Dənizə və çaya yaxın yerləşməsi bu ərazinin sakinlərinin milli mətbəxtinin xüsusiyyətlərini şərtləndirmişdir.
“ŞİRVAN” MİLLİ DÖVLƏT PARKI burada yerləşir (2003-cü ildə eyni adlı qoruq yenidən təşkil edilərək milli parka çevrilmişdir). Qoruq özü 1969-cu ildə Şirvan ovalığının (yarımsəhra və sulu-bataqlıq ekosistemi ilə seçilən ərazinin) səciyyəvi bitki kompleksinin qorunub saxlanması və çoxaldılması məqsədilə təşkil edilmişdir. Burada yerləşən “BƏNDOVAN” yasaqlığı 1961-ci ildə salınmışdır. 30 min hektar sahəyə malik olan bu yasaqlıq iki inzibati rayonun – Salyan və Qaradağ rayonlarının ərazilərinin bir hissəsini tutur. Yasaqlıq ceyranların və su quşlarının mühafizəsi və baş sayının bərpa edilməsi məqsədilə təşkil edilmişdir.
Bu diyar arxeologiya və salamat qalmış tarix-memarlıq abidələri baxımından da maraq doğurur. XX əsrin 70-80-ci illərində burada orta əsrlər dövrünə aid edilən bir sıra obyektlər aşkar olunmuşdur.
Bu rayonda tunc dövründən başlamış erkən orta əsrlərədək zaman kəsiyini əhatə edən bir sıra arxeoloji obyektlər də var. Onların arasında MARIMLI nekropolu, KÜRSƏNGİ kəndində küp qəbrləri nekropolu, indiki NOXUDLU və MAHMUDABAD kəndlərində qədim insan məskənlərinin xarabalıqları xüsusi qeyd edilməlidir.
Rayon mərkəzindən 5 km məsafədə Azərbaycanın çoxsaylı palçıq vulkanlarından biri BABAZANAN vulkanı yerləşir. Bu vulkandan püskürən palçığın müalicəvi xassəsi yerli sakinləri hələ də cəlb edir.
Salyana çatmağa az qalmış DAŞGİL adlanan ərazidə dəniz sahilinin yaxınlığında daha bir palçıq vulkanı nəzərə çarpır. Daşgil yasaqlığı da burada yerləşir. O, su quşları ovlamaq, kütüm, sazan və Xəzər dənizəndə yaşayan digər balıq növlərini ovlamaq üçün münasib yerdir.
Salyan rayonunun inzibati mərkəzi olan SALYAN ŞƏHƏRİNİN Bakıdan məsafəsi 126 km-dir. Budara XIX əsrə aid edilən qədim məscid dövlət tərəfindən mühafizə edilən memarlıq abidəsidir. Hazırda buraya gələn səyahətçilər və turistlər müasir KARVANSARANIN xidmətlərindən istifadə edə bilərlər. Burada yerli qədim Azərbaycan mətbəxtinin xörəklərini dadmaq mümkündür.
Salyan rayonuna gələnlər, Salyan şəhərində yerləşən “Kür” otelində qala bilərlər.
BİLƏSUVAR
BİLƏSUVAR rayonu qərbdən İranla həmsərhəddir. Buranın iqlimi yarımsəhra və quru səhra iqlimi olub yayı quraqlıq keçir. İqlim şəraitinin xüsusiyyətləri burada pambıqçılığın, taxılçılığın və heyvandarlığın inkişaf yaratmışdır. Bir fərziyyəyə görə bu rayonun adı su axtarışı ilə bağlıdır – “Biləsuvar” sözünün mənası “burada su var” deməkdir. Başqa bir versiya isə ondan ibarətdir ki, bu ad səhrada su tapmağı bacaran insanların olması ilə bağlıdır. Bu versiyaya görə “Biləsuvar” – suyun harada olmasını bilən insan deməkdir.
Azərbaycanın bütün ərazisində olduğu kimi Biləsuvar rayonunun ərazisi də ən qədim vaxtlardan insan məskəni olmuşur. Bunu rayon ərazisində aşkar edilmiş çoxsaylı arxeoloji tapıntılar və memarlıq abidələrinin qalıqları da təsdiq edir. ÇÖL AĞDAM, İÇƏRİ AĞDAM, TORAĞAYLI kimi şəhər yerləri antik dövrə və erkən orta əsrlərə aiddir. Təəssüf ki, bu arxeoloji obyektlərin əksəriyyəti hələ tədqiq edilməmişdir.
BİLƏSUVAR kiçik şəhərdir. O, Bakıdan 182 km məsafədə yerləşdir. Şəhərə gələnlər “Zirvə Hotel”də qala bilərlər.
CƏLİLABAD
CƏLİLABAD RAYONU Kür-Araz ovalığının sərhəddində yerləşdir. Burada iqlim zonaları yağıntıların demək olar ki, müntəzəm paylandığı mülayim isti iqlimdən başlamış, yayın quraqlıq keçməsi ilə səciyyəvi olan yarımsəhra və quru çöl iqliminə qədər dəyişir. İNCƏÇAY, BULQARÇAY, MİŞARÇAY, GÖYTƏPƏÇAY çayları bu rayonun ərazisindən axır. Bu bölgədə üzümçülüyün intensiv inkişaf etmiş rayonun iqlim və relyef xüsusiyyətləri ilə bağlıdır. Cəlilabad rayonunun ərazisi ov üçün əla yerdir. Təqribən 14,7 min hektar sahə meşələrlə örtülüdür. “ZƏVVAR” ovçuluq təsərrüfatında su quşları ovlamaq olar. Rayonun faunası canavar, dovşan, porsuq, qaban, tülkü, vəhşi ördək, qaz, qartal, turac və digər canlılarla təmsil edilmişdir.
Cəlilabad rayonunun inzibati mərkəzi – CƏLİLABAD ŞƏHƏRİ Bakıdan 208 km məsafədə yerləşir. Arxeoloqlar bu şəhərin kənarında HƏMŞƏHRƏTƏPƏ adlı qədim şəhər yeri aşkar etmiş və orada qazıntı işləri aparmışlar. Qazıntı nəticəsində eneolit dövrünə aid maddi mədəniyyət predmetləri tapılmışdır. Alimlərin fikrincə erkən zərdüştilik dövründə ari tayfalarından biri – məşhur maqlar tayfası məhz burada yaşamışdır. MAQLAR qəbiləsinin nümayəndələri ənənəyə görə bu qədim dinin kahinlərinə çevrilir və onun ali kahinlər kastasının sıralarına qoşulurdular. Onlar təbabətin və zərdüştilik astrologiyasının sirlərini mənimsəmişdilər. Bu insanlar o qədər bacarıqlı idilər ki, zaman keçdikcə həmin qəbilənin adı xüsusi isimə çevrilərək “Magiya” şəklinə düşmüşdür. HƏMŞƏHRƏTƏPƏ şəhər yerinin kiçik təpəliklərində məişət əşyaları və zərdüştilik dininə görə müqədəs içki sayılan XAOMA hazırlamaq üçün vasitələr tapılmışdır.
Rayon ərazisində çoxsaylı kurqanlar, şəhər yerləri, insan məskənləri və nekropollar tapılmışdır. Onların yaradılma dövrü tunc dövründən başlamış erkən orta əsrlər dövrünə qədər zaman kəsiyini əhatə edir.
Şəhər lap əvvəldə XASILI adlanırdı. Sonradan onun adı dəyişdirilərək ASTRAXANBAZAR kimi işlədilməyə başladı. Şəhərin indiki adı Şərqdə ilk satirik jurnal olan “MOLLA NƏSRƏDDİN” jurnalının banisi və əvəzsiz baş redaktoru CƏLİL MƏMMƏDQULUZADƏNİN şərəfinə verilmişdir.
Cəlilabadda kiçik bir diyarşünaslıq muzeyi, park və mehmanxana vardır.
MASALLI
MASALLI RAYONU bu regionun əsas nəqliyyat arteriyası – Azərbaycan paytaxtından cənuba, İrana doğru gedən magistral yolun üzərində yerləşir. Rayonun sərhədlərindən biri Xəzər dənizi sahilləri digəri Talış dağlarıdır. Rayon ərazisindən axan VİLƏŞ, ALVADIÇAY və TATYAN çayları Xəzər dənizinə tökülür.
Masallı rayonu mineral su bulaqları ilə zəngindir. Onların arasında termal sulu olanlar da var, buz kimi soyuq suyu ilə seçilənlər də. Bəzi bulaqların suyunun tərkibində çoxlu kükürd və digər mikroelementlər vardır. Rayonun mənzərəli dağlıq guşələrinin birində İSTİSU mineral bulağı yerləşir. Bu bulağın suyu müalicəvi xassələrə malikdir. Buraya müalicə olunmağa gələnlər də var, elə-belə istirahat etməyə gələnlər də. Termal su şəlaləsi və asma körpü bu yerlərə xüsusi gözəllik verir. Çox porulyar müalicəvi mineral su olan İstisu qablaşdırılaraq ölkənin apteklərində satılır.
Masallı rayonunun inzibati mərkəzi olan MASALLI ŞƏHƏRİ Bakıdan 230 km aralıda yerləşir. Vaxtilə bu yerlərdə “masal” adlı bir qəbilə yaşayırmış. Xalqın yaddaşında həkk olmuş bu ad şəhərin müasir adını şərtləndirmişdir. Masallının həndəvərində meşədə kiçik mənzərəli bir göl var. Bura həm yerli sakinlərin həm də şəhərin qonaqlarının sevimli istirahət yeridir.
Masallı şəhərinin ərazisində mövcud tarix-memarlıq abidələri XIX əsrdə tikilmiş məscid, qədim hamam, ƏRKİVAN qülləsi və Diyarşünaslıq muzeyinin binası ilə təmsil edilir.
Masallıdan Lənkərana gedən yol boyunca, Xəzər dənizinin cənub-qərb sahillərində (QIZILAĞAC körfəzi) QIZILAĞAC qoruğu yerləşir. Bu qoruğun ərazisi körfəzin bütün akvatoriyasını, eləcədə yaxınlıqdakı quru sahələrini əhatə edir. Qoruq 1929-cu ildə su-bataqlıq və çöl quşlarının mühafizə edilməsi və çoxaldılması, köçəri quşların qışlama yeri olan su və yarımsəhra təbii komplekslərinin mühafizəsi məqsədilə yaradılmışdır. Burada yaşayan 248 növ quş və 54 növ balıq arasında Qırmızı kitaba daxil edilmiş növlər də var.
LƏNKƏRAN
Lənkəran rayonunun ərazisi Xəzər dənizinin şərq sahillərini və Talış dağlarına qədər olan hissədə bütün Lənkəran ovalığını əhatə edir. Xəzər dənizinin buradakı sahillərində çoxlu rahat qumlu çimərliklər salınmışdır. Rütubətli subtorpik iqlim, qışın sərt keçməməsi, quru və qızmar yay günləri, yağışlı payız fəsli bu regionun zəngin flora və faunasını şərtləndirmişdir. LƏNKƏRANÇAY, VERAPVUL, QUMBAŞI, BOLADI çayları yazda və payızda əsasən yağış suları hesabına daşır, yayda isə sakitləşir və nəzərə çarpacaq dərəcədə dayazlaşırlar. Buna görə də bu ərazidə kənd təsərrüfatı bitkilərinin suvarılması məqsədilə Xanbulançay su anbarı yaradılmışdır.
Lənkəran rayonu Azərbaycanın daha bir mühüm kənd təsərrüfatı regionudur. Onun özünəməxsus iqlim şəraiti burada çay naringi, xurma, feyxoa və bir neçə limon növü ilə təmsil olunan subtorpik bitkilər becərilməsini şərtləndirmişdir. Lənkəranın məşhur çayı öz keyfiyyətinə və ətrinə görə klassik Hindistan çayından heç də geri qalmır.
Təsadüfi deyildir ki, burada mahir oyma işi ustaları yetişir. Axı bu diyar nadir və endemik növlər də daxil olmaqla unikal ağac növləri ilə zəngindir. Məşhur dəmirağac, propka ağacı, məxməri qayın ağacı, hirkan şəmşidi, ipək akasiya, palıd, evkalipt, bir də Talış dağlarının əsas meşə ağacı sayılan enliyarpaq palıd bu meşələrin bir növ rəmzidir. Bundan əlavə Lənkəran meşələrində çoxlu yabanı meyvə ağacları, dərman otları və kollar bitir. Buna görə də təəccüblü deyildir ki, Lənkəran rayonunun ərazisində iki qoruq və bir yasaqlıq yaradılmışdır.
“QIZILAĞAC” Qoruğu Xəzər dənizinin cənub-qərb sahillərində Qızılağac körfəzi rayonunda yerləşir. Bu qoruğun ərazisi böyük Qızılağac körfəzinin bütün akvatoriyasını, kiçik Qızılağac körfəzinin şimal hissəsini, eləcədə sahilyanı zonanın yaxınlıqdakı hissələrini əhatə edir. qorub 1929-cu ildə qışlayan və köçəri su, bataqlıq və çöl quşlarının mühafizə edilməsi və çoxaldılması məqsədilə yaradılmışdır. Burada 248 növ quş və 54 növ balıq vardır.
Ərazisinin sahəsi 21.435 hektar olan HİRKAN QORUĞU da bu rayonda yerləşir. 2004-cü ildə həmin qoruq HİRKAN MİLLİ PARKINA çevrilmişdir. Milli park Astara və Lənkəran rayonlarının ərazisinin bir hissəsini tutur. Kiçik Qızılağac yasaqlığı (sahəsi 10,7 min hektar) 1978-ci ildə kiçik Qızılağac körfəzində qışlayan, köçəri su, bataqlıq və suətrafı sahədə yaşayan, o cümlədən nadir və məhv olmaq həddində olan quşların mühafizə edilməsi və onların baş sayının bərpa olunması məqsədilə yaradılmışdır. Bu yasaqlıq bilavasitə Qızılağac qoruğu ilə həmsərhəddir.
Lənkəran rayonunun inzibati mərkəzi Lənkəran şəhəridir. Bakıdan məsafsi 268 km-dir. Şəhərin əlverişli coğrafi mövqeyi münbit torpağı təbii ehtiyatları həmişə adamları buraya cəlb etmişdir. Lənkəran ölkənin cənub-şərqində, Lənkərançay çayının sahilində yerləşir. Belə hesab edirlər ki, şəhər təxminən 300 il bundan əvvəl elə burada, dənizin yaxınlığında salınmışdır. Əvvəlcə keşikçi qüllələri ilə təchiz olunmuş qala tikilmiş, mayak qurulmuşdur. Şəhərin ilkin adı “LƏNGƏRKÜNAN” olmuşdur. Bu sözün mənası lövbərli dayanacaq, yəni liman deməkdir.
Lənkərandakı tarixi memarlıq abidələrindən indiyədək salamat qalanlar orijinal fasad naxışları ilə diqqəti cəlb edən Xan evi, Kiçik qala məscidi, Güldəstə minarəsi və qədim Hacı Mirzə hamamıdır. Şəhərdəki tarix muzeyinə baş çəksəniz bu diyarın tarixi ilə tanış ola bilərsiniz. Muzeyin özünün binası da memarlıq baxımından çox maraqlıdır. Şəhərdə dekorativ-tətbiqi sənət emalatxanaları çoxdur. Orada çılışanlar ağac, daş və metal üzərində oyma sənəti ilə məşğul olur. Lənkəranda fəaliyyət göstərən teatrın ilk tamaşası 1850-ci ildə olmuş, həmin tamaşadan əldə edilən gəlir isə tam həcmdə yerli yoxsullara paylanmışdır. Şanlı sərkərdə – general Həzi Aslanov da bu şəhərdə doğulmuş və yaşamışdır. İndi onun doğulduğu evdə muzey ekspozisiyası açılmışdır.
Şəhərdə AB QALA, GIZIL TAJ, CAUCAS SEASIDE, XANBULAN, Xan Lankaran Hotel kimi müxtəlif yüksək səviyyəli mehmanxanalar və kotteclər var.
LERİK
Azərbaycanın ən gözəl guşələrindən biri olan Lerik rayou Talış dağlarının qoynunda yerləşir. Buranın gözəl təbiəti meşənin ətri duyulan dağ havası, bulaqlar, çaylar, münbit torpaq bu diyarın sakinlərinin uzunömürlü olmasını şərtləndirir.
Bu diyarın çox özünəməxsus tarixi var və bu tarix bütün Azərbaycanın mürəkkəb tarixinin ən maraqlı məqamlarını özündə əks etdirir. Lerik rayonunun ərazisində bu diyarın hələ neolit dövründə məskunlaşmış olmasını sübut edən çoxsaylı mədəniyyət və tarix abidələri qalmışdır. Məsələn, daş dövründən qalmış mağara şəklində düşərgə yeri, MİSTAN dağ kəndinin yaxınlığında dəniz səviyyəsindən təqribən 2430 m yüksəklikdə yerləşən qədim Qızyurdu məskəni bu qəbildəndir.
Conu kəndinin yaxınlığındakı Baba Həsən məqbərəsi, Mondigah kəndindəki Baba İsa məqbərəsi, Xanəgah kəndindəki Xoca Seyid məqbərəsi (XIV əsr), Kekonu kəndinin yaxınlığındakı Pir Yusif məqbərəsi, Cəngəmiran kəndinə gedən yolun kənarındakı Cabir məqbərəsi (XII-XIV əsrlər) və Xəlifə Zəkəriyyə məqbərəsi yerli sakinlər tərəfindən mühafizə olunur, həmin məqbərələrin ərazisindəki qədim və adi yaşlı ağaclara səcdə edilir. Vaxtilə Aleksandır Düma Cəngəmiran kəndində olmuş, sonradan öz əsərlərinin birində bu kənddə yaşayan qadınlardan birinin qəhrəmanlıqlarla dolu taleyini poetik şəkildə təsvir etmişdir.
Lüləkəran kəndində XIX əsrdə inşa edilmiş orijinal məscid salamat qalmışdır. Rayonun bir sıra kəndlərində daşdan düzəldilmiş qoç fiqurlarının saxlanması da diqqətəlayiq faktdır.
Yuxarıda qeyd edildiyi kimi, Lerik rayonu uzunömürlülər diyarı kimi məşhurdur. Məsələn bu rayonun sakini ŞİRƏLİ MÜSLÜMOV (1812-1975) 163 il fəal həyat tərzi keçirmiş, uzunömürlülük üzrə dünya rekordu müəyyən etmişdir. Rayonun digər sakini MAHMUD EYVAZOV (1808-1958) 150 il yaşamışdır. Lerikdə bu gün də yaşı bir əsri keçmiş, lakin əmək qabiliyyətini itirməmiş onlarca sakin yaşayır.
Rayonda xalq sənəti növlərindən xalçaçılıq, ağacdan müxtəlif məişət əşyalarının hazırlanması, eləcə də dulusçuluq sənəti daha çox inkişaf etmişdir. Buradakı xalça toxuculuğunun məxsusi cəhəti ondan ibarətdir ki, bu xalçalar ənənəvi şaquli dəzgahlarda deyil, birbaşa döşəmə üzərində yerləşən üfiqi dəzgahda toxunur.
Rayonun inzibati mərərkəzi Lerik şəhəridir. Bakıdan məsafəsi 325 km olan Lerik şəhəri Talış dağlarının ətəyində, məhsuldar düzənlik sahədə yerləşir. Burada tarix-diyarşünaslıq muzeyinə getmək, Qarabağ münaqişəsinin qurbanlarının xatirəsinə ucaldılmış memoriala baxmaq mümkündür.
Lerikdə yerli sakinlərin mənzillərində, eləcə də “Relax Hotel and Resort”, “Shelale” və “Meshachi” kimi populyar istirahət zonalarında qaqlmaq mümkündür.
ASTARA
Astara rayonu Azərbaycanın cənub-şərqində İranla sərhəddə yerləşir. Rayonu ərazisinin bir hissəsini Talış dağları qalan hissəsini ovalıq sahə tutur. Bu regionun özünəməxsus iqlim şəraiti də bununla bağlıdır.
Meşələrin sahəsi 37. 000 hektardır. Mənbəyini Talış dağlarının zirvələrindən götürən Astaraçay və Təngərüd çayları Xəzər dənizinə tökülür. Astaranın bitki aləmi zəngin və rəngarəngdir. Burada yabanı heyva, əzgil, yemşan, böyürktək, ipək akasiya, həmişayaşıl iynəyarpaq bitkilər, həmçinin linanalar fəsiləsinin nümayəndələri bitir. Çox ağır olduğuna görə suda baxan məhşur dəmirağac da burada bitir. Ta qədim zamalardan yerli sakinlər bu ağacdan toxucu dəzgahları, müasir dövrdə isə toxuculuq sənayesində istifadə edilən dəzgahlar üçün müəyyən detallar hazırlayırlar.
Rayonun florası kimi faunası da rəngarəngdir. Astara meşələrində cüyür, canavar, çöl pişiyi, maral və digər vəhşi heyvanlar sərbəst şəraitdə yaşayırlar. Xəzər dənizinin sahillərində isə təmiz, şəffat sulu çoxlu çimərliklər salınmışdır.
Hirkan Milli parkının bir hissəsi bu rayonun ərazisində yerləşir. Bu fakt ekoloji turizm həvəskarlarını Astaraya cəlb edir. Rayonun İran sərhədinin yaxınlığında İstisu adlanan sahədə müalicəvi mineral su bulaqları çoxdur. Bu rayonda çayçılıq və tərəvəzçilik geniş inkişaf etmişdir. Sitrus bitkiləri yetişdirilir.
Rayonun ərazisində çoxsaylı (təqribən 400) tarix və memarlıq abidəsi vardır. Demək olar ki, hər bir kənddə bu diyarda ta qədim dövrdən insan yaşamasını sübut edən izlərə rast gəlmək olar. Məsələn, Şindan kəndində bir qüllə var. Onu xalq arasında Babək qalası adlandırırlar. Nudis kəndindəki qüllə, Pensər kəndindəki Məşədi Abutalıb hamamı, Hacı Teymur məscidi və Hacı Cahanbaxış məscidi, Şahağac kəndindəki məqbərə, Ərçivan kəndindəki Kərbəlayı Həmid Abdulla hamamı bu qəbildəndir. Həmin kəndə məhşur kükürdlü bulaq da var. Bu bulağın suyuna yanmış kibriti yaxınlaşdıranda su alışıb yanır. Qapıçı məhəllə kəndində qala qalıqları, VII əsrə aid məqbərə, karvansara, daş dövrünə və tunc dövrünə aid daş heykəllər, Sınıyapert, Lomin və Piləkən kəndlərində XIII əsrə aid körpülərin qalırları hələ də qalmaqdadır.
Astara rayonunun inzibati mərkəzi Astara şəhəri Bakıdan 322 km məsafədə yerləşir. Bakı-Tehran magistralında mühüm tranzit məntəqə olan Astara bir tərəfdən dənizlə digər tərəfdən Talış dağları ilə hüdudlanan kiçik sərhədyanı şəhərdir. Şəhərin ətrafında çəltik zəmiləri diqqəti cəlb edir. Burada balıqçılıq da geniş inkişaf etmişdir – heç bir hadisə yerli milli mətbəxtin xüsusiyyətlərini dəyişə bilməmişdir.
Astaradakı diyarşünaslıq muzeyinin ekspozisiyası kifayət qədər zəngindir. Bu muzeydə müxtəlif dövrlərdə zərb edilmiş və qədim vaxtlarda bu bölgədə ticarətin təşəkkül tapmasını təsdiqləyən qədim sikkələrlə yanaşı, daşdan yonulmuş insan heykəli də saxlanılır. Bu heykəlin yaşı 2000 ildən çoxdur.
Rayona gələnlər yerli sakinlərin mənzillərində və ya “Espinas Hotel” otelində qala bilərlər.
QƏRB MAŞRUTU: BAKI — HACIQABUL — KÜRDƏMİR — MİNGƏÇEVİR — YEVLAX — TƏRTƏR — NAFTALAN — GƏNCƏ — GÖYGÖL — DAŞKƏSƏN — ŞƏMKİR — GƏDƏBƏY — TOVUZ — AĞSTAFA — QAZAX
HACIQABUL
HACIQABUL RAYONUNUN Hacıqabul rayonu Kür-Araz ovalığındakı bərəkətli qədim Muğan diyarının bir hissəsini tutur. İqlimi yarımsəhra, quru və isti, qışı mülayim keçir. Müəyyən geoloji dövrdə Xəzər dənizinin təbii çəkilməsi nəticəsində yaranmış HACIQABUL GÖLÜ bu rayonun ərazisindədir. Yaz vaxtı Kür çayının daşması nəticəsində gölün sututar sahəsi genişlənmişdir. İndi Əli Baryamlı Dövlət Rayon Elektrik Stansiyasının (DRES) işlənmiş isti suları da bu gölə daxil olur. Dərinliyi 5 metri aşmayan bu göl qışda donmur. O, köçəri quşların qışlaması, su-bataqlıq quşlarının yuva qurması üçün münasib yer kimi böyük əhəmiyyətə malikdir. Həmin quşların çoxu nadir və məhv olmaq həddinə çatmış növlərə aiddir.
Burada xalçaçılıq hələ qədim dövrlərdən geniş inkişaf etmişdir. Şirvan məktəbinin “Sarı xalça” deyilən əl xalçaları toxumaq ənənəsi hələ də davam edir.
Rayonun inzibati mərkəzi HACIQABUL şəhəri Bakıdan 113 km məsafədə yerləşir. Onun adının mənası “Allah sənin Həcc ziyarətini qəbul etsin” deməkdir. Müsəlmanların müqəddəs Məkkə və Mədinə şəhərlərinə ziyarəti “Həcc” adlanır. Həcc ziyarəti etmiş şəxsə fəxri “Hacı” rütbəsi verilir və bu söz onun adının əvvəlinə əlavə edilir. Mahiyyət etibarilə həcc ziyarəti ruhani anlayışlar kompleksi olub Allahdan rəhm diləmək, müxtəlif tövbələr etmək kimi xahişləri də əhatə edir. Buna görə də Hacıqabul şəhərinin adından məlum olur ki, bura təkcə ticarət karvanları üçün deyil, həm də həcc ziyarəti edənlər üçün düşərgə yeri olmuşdur. Bəzən zəvvarlar karvanlarla gedir, bəzi zəvvarlar isə həcc ziyarətinə piyada getməyi əhd edirdilər. Burada həm zəvvarları, həm də İran körfəzi regionuna səyahətə çıxan tacirləri qəbul etmək üçün karvansaralar olmuşdur.
XVII əsrdə Şah Abbas Hacıqabul gölünün yaxınlığında böyük bir karvansara tiktidirmiş, Səfəvilər sülaləsinin hakimiyyəti dövründə isə şəhər salınmış və o vaxt bu şəhər Mahmudabad adlandırılmışdır. Sonradan bu ad unudulmuş və şəhər yenidən Hacıqabul adlanmağa başlamışdır. Lakin bu ərazidə hələ 5 min il bundan əvvəl insanlar yaşayırmış – arxeoloqlar şəhərin şimal-qərbində HARAMI dağında tsiklopik tikililərin qalıqlarını aşkar etmişlər. Bu tikililərin divarlarında petroqliflər diqqəti cəlb edir. Onun yaxınlınğındakı daşların üzərində də insanları və qeyri-adi, fantastik heyvanların təsvirləri aşkar edilmişdir. Alimlər bu obyektin eneolit dövründə yaranması güman edirlər. Hacıqabul yaxınlığında digər tarix-arxitektura abidələri də qalmışdır. Qubalı Baloğlan kəndində Pir Hüseyn xanəgahına qədim minarəli məscid, qala divarları, karvansara, yaşayış binaları (XIII-XIV əsrlər), XI əsrdə yaşamış Şeyx Hüseynin məqbərəsi (Şeyxin şərəfinə tikilmiş bu məqbərə onun ölümündən iki əsr sonra ucaldılmışdır), eləcə də qədim körpü (XVII-XIX əsrlər) daxildir. Xanəgahın üzərinə şir (rəng) çəkilmiş kaşısı haqlı olaraq bütün müsəlman Şərqində ən yaxşı kaşılardan hesab edilir. Hazırda bu kaşıların bir qismi Sankt-Peterburqdakı Dövlət Ermitajında və Bakıdakı Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində saxlanılır. Udulu kəndində erkən orta əsrlər dövrünə aid Güngörməz müdafiə qülləsi salamat qalmışdır. Bu qüllənin adından görünür ki, orada müdafiə olunan insanlar son nəfəsə qədər düşmənlərə güzəşt etməmək əzmində olmuşlar.
KÜRDƏMİR
Rayonun mərkəzi Kürdəmir şəhəridir. KÜRDƏMİR RAYONU Azərbaycanın tarixi vilayəti olan Şirvanda, Bakıdan şimal-qərb istiqamətində yerləşir. Bu bərəkətli, gözəl diyar turizm və iistirahət üçün çox cəlbedicidir. Bəzən onu Gülüstan adlandırırlar.
Kürdəmirdə yay isti və quraqlıq keçir. İqlimi çöl iqlimi sayılır. Rayonun heyvanat aləmi rəngarəgdir – burada qaban, canavar, tülkü, caqqal, qırqovul, turac, vəhşi ördək və qaz yaşayır. Bu diyarın üzüm bağları çox məşhurdur. Ən məşhur üzüm növü isə “Şirvanşahlı” adlanır. Kürdəmir rayonu özünün xalaçaçılıq ənənələri ilə də ad çıxarmışdır. Dünya bazarında yerli xalçaların ən məşhur növü “Şilyan” xalçasıdır. Bu xalça Kürdəmirin yaxınlığında yerləşən eyni adlı kənddə toxunur.
Kürdəmir rayonunun inzibati mərkəzi KÜRDƏMİR ŞƏHƏRİ Kür çayının sol sahilində, BAKIDAN 189 km məsafədə yerləşir.
YEVLAX
Rayonun mərkəzi Yevlax şəhəridir. Yevlax rayonu Kür çayının sağ sahilində yerləşir və el arasında GƏNCƏBASAR (keçmiş Gəncə xanlığının ərazisi olduğu üçün belə adlanır) deyilən regionun iri şəhərlərindən biridir. Gəncəbasar bölgəsi Azərbaycanın bir neçə rayonunu əhatə edir. Bu rayonları birləşdirən onların müştərək tarixi və oxşar coğrafi-iqlim şəraitidir.
Yevlax rayonunun inzibati mərkəzi olan YEVLAX ŞƏHƏRİ Bakıdan 280 km məsafədə yerləşir. Yevlax çoxsaylı yolların kəsişdiyi ərazidə yerləşir. Buradan Mingəçevir, Şəki, Balakən, Gəncə və Xankəndi şəhərlərinə birbaşa yollar gedir. Təsadüfi deyildir ki, XII əsrə aid yazılı mənbələrdə Yevlax “Qarabağın qapısı” adlandırılmışdır. Bu “qapılardan” həm karvanlar və səyyahlar keçib gedir, həm də qoyun sürülərini alp çəmənliklərində yerləşən yay otlaqlarına – yaylaqlara aparırdılar. Yevlaxın Qaraməmmədli, Qaranmanlı və Xaldan kəndlərində tunc dövrünə və erkən orta əsrlərə aid bir sıra arxeoloji obyektlər aşkar edilmişdir.
Mingəçevir
Azərbaycanın ən gənc şəhərlərindən biri olan Mingəçevir 1945-ci ildə təsis edilib. Bu gün Kür çayının mənzərəli sahilində yerləşən bu çiçəklənən şəhər, Azərbaycanın təkcə enerji sektorunun əsas mərkəzi (ölkədə istehsal olunan bütün elektrik 65% burada deyil) deyil, həm də turizmin inkişafı baxımından böyük maraq kəsb edir.
Mingəçevir həm də idman mərkəzi olaraq tanınır.Əksər vaxtlarda dünyanın bir sıra idmançıları məşq etmək üçün məşhur Kür olimpiya idman- məşqləri mərkəzinə gəlirlər.Mingəçevirə ən azı dadlı Kür balığı yemək üçün, şəffaf çimərliklərində üzmək və katerdə gəzmək üçün gəlməyə dəyər.
Müasir Mingəçevir şəhərinin Mingəçevir su elektrik stansiyasının tikintisi ilə əlaqədar yaradılmasına baxmayaraq, ətraf münbit torpaqlarındakı ərazidə insanlar uzun illərdən bəri yaşayaraq Kürsahili ərazilərdə məskulaşmışlar.
Bozdağ silsiləsinin cənubunda və Kür sahilində aşkar edilən iki qəsəbə və 4 böyük qəbiristanlıq Cənubi Qafqazda ən böyük arxeoloji kompleks hesab edilir. Qazıntılar zamanı e.ə.III-II əsrlərə aid olan 20.000-ə yaxın maddi mədəni irs nümunələri tapılmışdır. Şəhərin Tarixi Muzeyinin ekspozisiyasının əsasını bir çox mövzular təşkil etmişdir.
arxeoloji qazıntı zamanı şüşə qablar , qızıl və gümüş, zərgərlik məmulatları, sikkələr, qədim şərq şəhərlərinə məxsus bir sıra əşyalar Mingəçevirdə ticarət və mədəni əlaqələrin yüksək inkişaf səviyyəsini göstərir. Orta əsrlər dövründə bu şəhər zinət mağazalarının, ticarət dükanlarının, hamamların mərkəzi kimi qeyd olunur. Sovet dövründə burada mövsüm boyunca ölkənin hər yerindən çox sayda turistlərin istirahət etdiyi pansion kurortu var idi
Bu gün də çoxsaylı çimərliklərdə sıxlıq müşahidə edilir. Burada “Kur Hotel”, “Agsaray Deluxe Hotel & SPA”, “River Side Hotel” otellərində dayanmaq olar.
TƏRTƏR
Rayonun mərkəzi – Tərtər şəhəri.
Bərəkətli Qarabağ diyarı Azərbaycanın ən qədim regionlarından biridir. Vaxtilə mərkəzi Şuşa şəhəri olan məşhur Qarabağ xanlığı burada yerləşmişdir. Bu diyarda çoxlu tarix-memarlıq abidələri, zəngin fauna və flora vardır. Azərbaycan xalçalarının əlvan növlərindən biri olan Qarabağ xalçası burada yaranmış, məşhur Qarabağ cıdır atları cinsi burada yetişdirilmişdir. Belə zəngin bir təbii şəraitə malik olan bu diyarın Azərbaycan torpağına çoxsaylı istedadlı şairlər, yazıçılar və musiqiçilər bəxş etmişdir. Ən məşhur xanəndələr – muğam ifaçıları (muğam – Azərbaycanın milli musiqi janrıdır) Qarabağdan çıxmışdır. Müğam melodiyaları isə Azərbaycanın milli opera sənətinin əsasını təşkil edir. Təəssüf ki, bu gün Qarabağ ermənilər tərəfindən işğal edilmişdir.
TƏRTƏR RAYONU Tərtərçayın aşağı axarında yerləşir, şimal tərəfdən İncəçayı ilə hüdudlanır, burada qış fəslində temperatur müsbət iki dərəcədən aşağı enmir, yayda isə çox nadir hallarda 25 dərəcəni aşır. Rayon ərazisində iqlim müxtəlifdir – burada bəzi bölgələrdə mülafim iqlim, bəzi yerlərdə isə yarımsəhra iqlimi müşahidə olunur. Məhz bu cür dəyişkən iqlim şəraitinə görə burada qoyunçuluq geniş inkişaf etmişdir. Xaçınçay da bu rayonun ərazisindən keçir. Vaxtilə bu ərazi Azərbaycanın erkən dövlət qurumlarından (Manna, Midiya, Atropaten, Qafqaz Albaniyası) biri olan Albaniya dövlətinin tərkib hissəsi olmuşdur. Digər azərbaycanlılar kimi albanlar da qədim dövrlərdə zərdüştilik dininə sitayiş etmiş, sonradan isə xristianlığı qəbul etmişlər.
TƏRTƏR ŞƏHƏRİ Tərtər rayonunun inzibati mərkəzidir. Şəhər Tərtərçayının hər iki sahilində, Bakıdan 332 km məsafədə yerləşir. Burada heyvandarlıq və kənd təsərrüfatı ilə yanaşı, qədim xalq sənətləri olan xalçaçılıq, toxuculuq və tikmə sənəti ilə də məşğul olurlar. Qədim karvan yolu üzərində yerləşən Tərtər şəhəri vaxtilə Çaparxana adlanmışdır. Rayonun Tərtər, Kəngərli, Qaradağlı, Qaynaq, Azad Qaraqoyunlu kəndlərində bir sıra memarlıq obyektləri vardır.
NAFTALAN
Goranboy rayonunun mərkəzi Goranboy şəhərinin yaxınlığında yerləşən kiçik NAFTALAN ŞƏHƏRİNİN əhalisinin sayı 6.500 nəfərdir. Bu kurort şəhərindəki sanatoriya və pansionatlara gələn xəstələr Naftalan nefti və onun əsasında hazırlanan məlhəmlərlə müalicə alırlar. Naftalan nefti yaraların, dəri, sinir, uroloji və ginekoloji xəstəliklərin, həmçinin qaraciyər, oynaqların və oynaq ətarfındakı yumşaq toxumaların, dayaq-hərəkət aparatının müaliəcsi üçün çox səmərəli vasitədir. Naftalan şəhəri eyniadlı kiçik kəndin yerində salınmışdır. Bu adın əsasını təşkil edən “nafta” sözü isə Azərbaycan ərazisindəki qədim dövlət qurumlarından biri olmuş Midiya dilində “axan, süzülən” deməkdir.
Azərbaycanda hələ bir neçə min il bundan əvvəl müxtəlif məqsədlər üçün neftlə bərabər, naftalandan da istifadə etməyi bacarırdılar. Naftalan neftindən yaraların müalicəsi üçün istifadə edən təkcə yerli sakinlər olmamışdır, vaxtilə Azərbaycana hücum etmiş Makedoniyalı İsgəndərin əsgərləri, Roma legionerləri və vikinqlər, şhmçinin alanlar, xəzərlər və digər qəbilələrin nümayəndələri Naftalan neftindən yaraların müalicəsi məqsədilə istifadə etmişlər. Naftalan həm də ixrac məhsulu olmuşdur. Onu karvan yolları ilə başqa ölkələrə – Kiyev Rus dövlətinə, Mərkəzi Asiyaya, Əfqanistana, Hindistana, İran körfəzi ölkələrinə daşıyırdılar. Orta əsrlərin məşhur səyyahı Marko Polo Naftalan neftini “dəri xəstəliklərinin çarəsi olan sehrli məlhəm” kimi təsvir etmişdir.
XIX əsrdə Bakıda neft sənayesi sürətlə inkişaf etməyə başlayanda Azərbaycanda Avropadan gəlmiş mühəndislərin, sənayeçilərin və bankirlərin sayı xeyli artmışdır. 1874-cü ildə alman mühəndisi Yager yerli sakinlərin naftalan nefti barədə söylədikləri ilə maraqlanmış və Almaniyada “Naftalan” mazının istehsalını tənzimləmişdi. O, həmin məlhəmi dünyanın müxtəlif ölkələrinə ixrac edirdi. Aydındır ki, Azərbaycan Naftalanı əsasında məlhəmlər istehsal edən almanlar yaxşı menecerlər olmuşdur, çünki bu məlhəmdən təkcə Avropa ölkələrində istifadə etmirdilər. 1904-cü ildə Rus-Yapon müharibəsi zamanı yapon əsgərlərinin aptek dəstinə içərisində naftalan mazı olan bankalar da daxil idi. Bu maz ilk tibbi yardım vasitəsi kimi istifadə edilirdi. Həmin bankaların üzərinə belə yazılmışdı: “Kimin əlində bu məlhəm varsa, o heç bir yaradan qorxmasın”.
Buraya gələnlər “Chinar Hotel & Spa”, “Naftalan” sağlamlıq mərkəzi, “Gaşaltı” sanatoriyası, möcüzəvi Naftalan sanatoriyası, “Sehrli Naftalan” sanatoriyası və s qala bilərlər.
GƏNCƏ
GƏNCƏ ŞƏHƏRİ – Gəncə-Qazax ovalığında Gəncəçay çayının sahillərində yerləşir. Çay şəhəri iki hissəyə bölür. Burada iki iqlim zonasını — mülayim-isti yarımsəhra və quru çöl iqliminin, həmçinin mülayim isti iqlim zonasının bir növ sərhədidir. Şəhərin əhalisinin sayı 302.000 nəfər, Bakıdan məsafəsi 375 kmdir.
Gəncə Azərbaycanın ikinci ən böyük şəhəridir. Burada Gəncə Dövlət Universiteti, Kənd Təsərrüfatı Akademiyası, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Filialı, Elmi-tədqiqat Pambıqçılıq İnstitutu, Eksperimental Kənd Təsərrüfatı Stansiyası vardır. Şəhərdə müasir Olimpiya İdman Kompleksi tikilmişdir.
Gəncə dünya şöhrətli şair NİZAMİ GƏNCƏVİNİN, şairə MƏHSƏTİ XANIMIN, MİRZƏ ŞƏFİ VAZEHİN vətənidir. Burada çoxlu tarixi abidələr var: CÜMƏ MƏSCİDİ və onun mədrəsəsi, ŞEYX İBRAHİM türbəsi, QIZIL HACILI, OZAN, BALA BAĞBANLI, ŞƏRƏFXANLI və ŞAHSEVƏN məscidləri, Gəncəçay çayı üzərindən salınmış Böyük Körpü və Kiçik Körpü (XII əsr), karvansara və tikililər kompleksi, göy kaşı gümbəzli İMAMZADƏ, son dərəcədə gözəl qədim Şəhər hamamları vardır (hamamlar indi işləyir). Buraya gələnlərə tövsiyə olunur ki, şəhərin girəcəyində yerləşən Nizami Gəncəvi məqbərəsini hökmən ziyarət etsinlər.
Gəncə – müxtəlif dövrlərdə ölkəmizin tarixində mühüm rol oynamış ən qədim şəhərlərdən biridir.
Ərəblər bu şəhəri Canza adlandırırdılar. Gəncədə aparılan qazıntılar zamanı arxeoloqlar bizim eradan əvvəl II əsrə aid edilən qədim insan məskənləri, Gəncənin ətrafında isə tunc dövrünə aid çoxlu arxeoloji obyektlər aşkar etmişlər.
Gəncənin tarixi – onun işğalçılar tərəfindən az qala yerlə yeksan edilməsi və sonradan tərəqqi etməsi tarixidir. Xəzər-ərəb müharibələrində yadelli döyüşçülər, alan tayfaları, monqollar, gürcü knyazları, osmanlılar Gəncəni viran etmişlər. XI əsrdə albanların xristian başçısının Bərdədəki iqamətgahı viran ediləndən sonra onun iqamətgahı Gəncəyə köçürülmüşdür. Xristian və islam dinlərinə etiqad bəsləyən insanlar Gəncədə dinc yanaşı yaşayır, Şərq ölkələrindən Qara dəniz sahillərinə aparılan mallar bu şəhərdən keçən karvan yolları ilə daşınırdı.
XII əsrdə Gəncə feodal hakimlərinin paytaxtı və iqamətgahı olmuşdur. Lakin elə həmin dövrdə şəhər iki dəfə çox güclü zəlzələyə məruz qalmışdır. 1139-cu ildə baş vermiş zəlzələ nəticəsində Gəncə viran olmuş, şəhərin sakinlərindən təqribən 250 min nəfəri həlak olmuşdur. Kəpəz dağının zirvələrindən biri uçaraq Ağsu çayının qabağını kəsmiş və beləliklə, Göygöl yaranmışdır.
XVII əsrdə şəhər əvvəlki yerindən 6 km şərqdə yenidən tikilmişdir. XVIII əsrin əvvəllərində Gəncə yenidən işğalçıların hücumuna məruz qalmış, həmin əsrin ortalarında isə Gəncə xanlığının mərkəzinə çevrilmişdir. Gəncə xanlığı Rusiya tərəfindən işğal edilənə qədər mövcud olmuşdur. 1804-cü ildə rus ordusunun sayca üstün qüvvələri Gəncəyə hücum edərkən Cavadxanın dəstəsi Gəncəni qəhrəmanlıqla müdafiə etmiş, Cavadxan özü isə igidliklə həlak olmuşdur. Bu hadisədən sonra 1804-cü ildə Rusiya imperatriçası Yelizavetanın şərəfinə Gəncənin adı dəyişdirilərək Yelizavetpol adlandırılmışdır.
1918-ci ildə – Rusiya imperiyası dağılan dövrdə Gəncə bir neçə ay müddətində müstəqil Azərbaycan Respublikasının paytaxtı olmuşdur.
Həmin dövrdə Gəncədə zabitlik məktəbi açılmışdır. 1935-ci ildə Gəncənin adı yenidən dəyişdirilərək Kirovabad adlandırılmışdır. Yalnız 1989-cu ildə – Azərbaycanın yenidən müstəqillik əldə etməsi və SSRİ-nin dağılması ərəfəsində Gəncənin tarixi adı ona qaytarıldı.
Hazırda Gəncənin yaxınlığında HACIKƏND kurort zonası yerləşir. Burada çoxlu turist marşrutları, pansionatlar, turist bazaları və istirahət evləri fəaliyyət göstərir.
“GÖYGÖL” Dövlət qoruğu Azərbaycanda ilk qoruqdur. Kiçik Qafqazın orta dağlıq, meşəlik və qismən subalp qurşaqlarının ekoloji sistemlərinin, eləcə də Göygöl, Maralgöl, Zəligöl və digər dağ göllərinin mühafizə edilməsi və öyrənilməsi məqsədilə 1925-ci ildə yaradılmış bu qoruğun ərazisi meşələrdən və dağ çəmənliklərindən ibarətdir.
Gəncədən bir qədər cənubda Murovdağın şimal ətəklərində, dəniz səviyyəsindən 1566 m yüksəklikdə yerləşən Göygöl haqlı olaraq, Azərbaycan göllərinin incisi hesab edilir. Qafqaz ərazisində ilk qoruq olan bu qoruq iki hissədən ibarətdir – əsas hissə və “ELDAR ŞAMI MEŞƏSİ” adlanan filial. Qoruğun iki hissəsi arasında kı məsafə 80-85 km-dir.
Gəncənin öz tarix-diyarşünaslıq muzeyi vardır. Muzeyin eksponatları arasında tunc dövrünə aid çox maraqlı tapıntılar var. Gəncədə Dram Teatrı və Uşaq Kukla Teatrı fəaliyyət göstərir.
Turistlər və şəhərin qonaqları şəhərin mərkəzində yerləşən «Ganja Hotel», «Ramada Plaza Gence», «Vego Hotel», «Deluxe Hotel» и «Karvansaray Hotel» mehmanxanalarda qala bilərlər.
GÖYGÖL
Rayonun mərkəzi – Göygöl şəhəri.
GÖYGÖL RAYONU Kiçik Qafqaz dağlarının ətəklərində, Gəncədən bir qədər cənubda yerləşir. Son dərəcədə mənzərəli olması ilə diqqəti cəlb edən bu rayonda kənd təsərrüfatı yaxşı inkişaf etmişdir. İqlimi mülayim istidir. Burada quşların yuva yerləri xüsusilə çoxdur. Gəncəçay və Quşqara çayları ov etmək və balıq tutmaq üçün əla yerlərdir. Rayonun ən uca nöqtəsi dəniz səviyyəsindən 3724 m yüksəklikdə yerləşən Murovdağ silsiləsidir. Bu rayon turistlər və ekoturistlər arasında çox populyardır. Onlar buraya gələndə yerli sakinlərin evlərində və ətraf kəndlərdə qalırlar.
Göygöl rayonunun inzibati mərkəzi Bakıdan 384 km məsafədə yerləşən GÖYGÖL ŞƏHƏRİDİR.
Göygöl şəhəri XIX əsrdə Xanıqlar adlı qədim kəndin yerində köçkün almanlar tərəfindən salınmışdır. Onlar bu şəhəri özlərinə xas olan səliqə ilə planlaşdırmış və 1819-cu ildə onu Yeleniyendorf adlandırmışlar. İndi də bu şəhərin hamar küçələrinə, ağacdan tikilmiş, üzərində oyma işləri görülmüş evlərin fasadlarına, kirxaya (lüteran kilsəsi) baxanda burada vaxtilə almanların yaşaması yada düşür. SSRİ dövründə Stalinin göstərişi ilə buradakı yerli almanlar Orta Asiyaya sürgün edilmişdir.
Göygöldə yerli tarix-diyarşünaslıq muzeyi, musiqi məktəbi, kinoteatr, çoxsaylı kafe və restoranlar vardır. Bu sakit, yaşıl şəhərə gələn turistlər oradan müxtəlif marşrutlarla turist səfərlərinə çıxırlar. Tunc və dəmir dövrünə aid edilən arxeoloji tapıntılar bu şəhərin qədim tarixə malik olmasını təsdiq edir. Göygölün özündə LÜTERAN KİLSƏSİ (1854-cü il), Gəncəçay üzərində iki körpü – “İKİGÖZLÜ KÖRPÜ” ( XVI əsr) və “ÜÇGÖZLÜ KÖRPÜ” (1896-cı il) kimi tarixi-memarlıq abidələri salamat qalmışdır. Göygölün yaxınlığında salamat qalmış abidələrə misal olaraq ZURNABAD kəndində XII əsrə aid qalanı, SARI QAYA kəndində XVI əsrə aid MƏQBƏRƏNİ, TOPALHƏSƏNLİ kəndində XII əsrə aid “AĞ KÖRPÜNÜ”, eləcə də ÇAYKƏND kəndindəki bir sıra tarixi abidələri göstərmək olar.
DAŞKƏSƏN
Rayonun mərkəzi – Daşkəsən şəhəri. DAŞKƏSƏN RAYONU Azərbaycanın filiz hasilatı mərkəzi olub Kiçik Qafqazın şimal-şərq ətəklərində yerləşir. Burada temperatur çox kəskin dəyişə bilər. Belə ki, qışda 20 dərəcəyə qədər şaxta (ümumiyyətlə desək, bu, Azərbaycan üçün heç də səciyyəvi olmayan haldır), yayda isə, yarımsəhra zonasında yerləşən Abşeronda olduğu kimi, 35 dərəcəyə qədər isti müşahidə edilir. Rayonun təmiz havası, alp çəmənlikləri ilə zəngin olan dağ otlaqları və bulaqlar həm turistləri, həm də sadəcə istirahət edənləri buraya cəlb edir.
Arxeoloqlar bu rayonun Xoşbulaq, Zağalı, Gürbulaq, Əmirvar, Bayan, Dardərya kəndlərinin ərazilərində daş dövrünə aid qədim insan məskənlərinin qalıqlarını aşkar etmişlər. QUŞQARA ÇAYININ üzərindən salınmış iki qədim daş körpü və Əhmədli kəndindəki məqbərə bizim zəmanəyə qədər salamat qalmış tarix-memarlıq abidələridir. Quşçu kəndində 487-ci ildə tikilmiş monastır salamat qalmışdır. Bayan kəndində isə XV əsrə aid edilən xristian məbədinin xarabalıqlarını görmək olar.
Rayonun inzibati mərkəzi DAŞKƏSƏN ŞƏHƏRİDİR. Bakıdan 397 km məsafədə yerləşən bu şəhərin adından da göründüyü kimi, bu region ta qədim dövrlərdən başlayaraq daş və ağac üzərində oyma sənətinin biliciləri sayılan daşyonan sənətkarları ilə məşhur olmuşdur. Hazırda burada xalq sənət növlərindən xalçaçılıq və corab toxuma sənətləri yaxşı inkişaf etmişdir.
Buradakı kiçik restoranlarda müştərilərə milli mətbəxin səciyyəvi xörəkləri təklif edilir, kababxanalarda isə həm təzə ətdən hazırlanan ləzzətli milli yeməkləri dadmaq, həm də aşıqların (improvizator xalq müğənnilərinin) ifasında xalq musiqisini dinləmək mümkündür. Daşkəsən balı respublikada balın ən yaxşı növlərindən biri sayılır. Yaxınlıqdakı Gəncə şəhərinin sakinləri istirahət etmək üçün Daşkəsən rayonunun Xoşbulaq kəndinə gəlməyi xoşlayırlar.
ŞƏMKİR
Rayonun mərkəzi – Şəmkir şəhəri.
ŞƏMKİR RAYONUNDA tunc dövrünə və erkən dəmir dövrünə aid çoxlu arxeoloji obyektlər vardır. Onlar əsasən ÇƏNLİBEL, SEYİDLƏR və QARACAƏMİRLİ kəndlərində aşkar edilmişdir. Orta əsrlərə aid bir sıra tarixi-memarlıq abidələri vardır: TATARLI və AŞAĞI SEYFƏLLİ kəndlərindəki qalalar, TƏHNƏLİ kəndində və ZƏYƏM çayının üzərindən salınmış körpülər, YUXARI ÇAYKƏND, GÜNƏŞLİ, DAĞ CƏYİRLİ kəndlərindəki xristian kilsələri buna misal ola bilər.
Burada balıq ovu həvəskarlarının xoşladığı yerlər də var – KÜR çayı üzərindəki YENİKƏND bəndi daha çox məşhurdur.
Rayonun inzibati mərkəzi ŞƏMKİR ŞƏHƏRİNƏ Gəncədən miniklə bir saata getmək olar. Şəmkirin Bakıdan məsafəsi 417 km-dir.
XIX əsrdə burada alman köçkünlərinin Annenfeld adlanan kiçik kolonyiası vardı. Xanlarda olduğu kimi bu koloniyanın sakinləri barədə də xatirə kimi, burada ideal hamar vəziyyətdə olan bir neçə küçə və lüteran kilsəsi qalmışdır.
Yazılı mənbələrə və arxeoloji məlumatlara görə bu şəhər V-VI əsrlərdə indiki MUXTARİYYAT kəndinin yaxınlığında BÖYÜK ŞƏMKİR çayının sahilində, müasir Şəmkirdən 20 km aralıda salınmışdır.
Otra əsrlərdə ŞAMKUR adlanan həmin şəhərdə 8-qülləli feodal qəsri olmuşdur. Şamkurun sərvətləri təkcə tacirləri deyil, işğalçıları da cəlb edirdi. Azərbaycanın qədim şəhərlərinin çoxu kimi, Şamkur da mövcud olduğu dövrdə dəfələrlə dağıdılmış, sonradan bərpa edilmiş və tərəqqi dövrü keçmişdir. Lakin növbəti hücumların birindən sonra şəhərin salamat qalmış əhalisi oradan köçüb getmiş və yeni şəhər salmışdır.
Müasir Şəmkirin ətrafında, XVII əsrə aid edilən iki qədim qala salamt qalmışdır – ŞAMXOR QALASI və KOROĞLU QALASI (bu qalanın adı zalımlara və qəddarlara qarşı qəhrəmanlıqla mübarizə aparmış igid Koroğlunun şərəfinə, milli rəmzimiz kimi seçilmişdir). Alimlərin çoxu bu fikirdədir ki, Koroğlu real tarixi şəxsiyyət olmuşdur. Lakin onun həqiqətən Çənlibel qalasında yaşaması inandırıcı şəkildə müəyyən edilməmişdir.
Şəmkirdə “Excelsior Hotel Shamkir” -də qalmaq və ya xüsusi bir ev icarəyə götürmək olar.
GƏDƏBƏY
Rayonun mərkəzi – Gədəbəy şəhəri.
GƏDƏBƏY RAYONU Kiçik Qafqaz dağlarında, o cümlədən yüksək dağlıq (Qoşabulaq zirvəsinin hündürlüyü 3549 metr, Qocadağ zirvəsinin hündürlüyü 3317 metrdir) və orta yüksəkliyə malik dağlarda yerləşir. Burada ərazinin dəniz səviyyəsindən yüuksəkliyinin müxtəlif olması iqlim şəraitinin də müxtəlif olmasını şərtləndirir. Dağlıq ərazidəki tundraya xas olan iqlim tədricən qızmar yay fəsli ilə müşahidə olunan quru iqlimə keçir. Rayon mərkəzinin Bakıdan məsəfəsi 462 km-dir.
Gədəbəyə ya Şəmkirdən, ya da Tovuzun Qovlar stansiyasından getmək olar. Tovuz yolu daha mənzərili olsa da, minik maşınlarının bu yolu keçməsi çətindir: burada “basarkeçər” avtombillər lazımdır.
Gədəbəy rayonunun ərazisində Şəmkir çayında balıq tutmaq üçün yaxşı şərait var. QALAKƏND kəndinin yaxınlığında isə məxsusi balıq ovu təsərrüfatı yerləşir. Gədəbəy rayonunun bitki və heyvanat aləmi zəngin və müxtəlifdir. “QIZILAĞAC” qoruğu bu rayonun ərazisində yerləşir. “Azərbaycanın təbiət abidələri” kimi dövlət tərəfindən mühafizə olunan obyektlərin siyahısına daxil edilmiş bir neçə təbii obyekt – ŞAMLIQ, QAMIŞ, GÖDƏKDƏRƏ, QOVDU meşələri də buradadır. KEÇİ-KEÇİ, CÜYÜR, AYI, CƏRGƏ bulaqları, eləcə də NARZAN, QIZILCA, MORMOR, ÇALDAŞ mineral su bulaqları bu qəbildəndir.
Burada Azərbaycan tarixinə XOCALI-GƏDƏBƏY MƏDƏNİYYƏTİ adı ilə daxil olmuş qədim mədəniyyət abidələri tunc dövrünə aid tsiklopik tikililər, eləcə də “GƏDƏBƏY XƏZİNƏLƏRİ” – ev müxəlləfatı və daşqaş saxlamaq üçün nəzərdə tutulan qədim küzələr, XVI əsrə – Şah Təhmasibin hakimiyyətdə olduğu dövrə aid gümüş pul silkələri tapılmışdır. Bu pullar Təbrizdən (indiki İran) başlamış Şirvana və Gəncəyə qədər geniş ərazidə tədavüldə olmuşdur.
Rayon ərzvaisində salamat qalmış tarixi-memarlıq tikililərinə nümunə olaraq TAĞLI KÖRPÜNÜ (XIX əsr), QALA kəndindəki QÜLLƏNİ (XVI əsr), SÖYÜDLÜ kəndindəki QIZ QALASINI (və ya Namərd qala – IX əsr), NOVOSARATOVKA, SÖYÜDLÜ, ÇANAXÇI və KİLƏVİ kəndlərində erkən orta əsrlər dövrünə aid xristian məbədlərini göstərmək olar.
SARATOVKA kəndində rusların “duxobor” deyilən köhnə təriqətçilər tayfasının nümayəndələri yaşayır. Onlar özlərinin maddi və mənəvi mədəniyyətini hələ də qoruyub saxlamışlar.
Bu regionda xalq sənəti növlərindən ağac üzərində oyma, xalçaçılıq, əlvan rəngli qaba yun sapdan corab və əlcək toxumaq, qoyun dərilərinin emal edilməsi kimi sənət növləri yaxşı inkişaf etmişdir.
Azərbaycanın ərazisi qərbdəki bəzi məşhur sahibkarların diqqət mərkəzində olmuşdur. Məsələn, NOBEL QARDAŞLARI Bakı nefti hesabına varlanmışlar. Almaniyanın “SİMENS” firması isə XIX əsrin axırlarında Gədəbəydə iki misəritmə zavodu tikmişdir. Çar Rusiyasında əridilən bütün misin dörddə bir hissəsi bu zavodlarda alınırdı. Simens qardaşları bu qeyri-adi diyarın tarixi ilə ciddi maraqlandılar və bu regionda arxeoloji qazıntılar aparılmasını təşkil etdilər. Həmin tədqiqatların nəticələrinə əsasən “QALAKƏND” adlı elmi əsər yazılmışdır.
Buraya gələnlər şəhərin mərkəzində yerləşən mehmanxanada qala bilərlər.
TOVUZ
Rayonun mərkəzi – Tovuz şəhəri.
Azərbaycanın TOVUZ RAYONU respublikanın qərbində yerləşmişdir, Gürcüstan və Ermənistanla həmsərhəddir. Kür, Axınca, Tovuz, Zəyəm və digər çaylar bu rayonun ərazisindən axır. Dağ yamaclarındda çoxlu meşələr, bulaqlar, zəngin bitki və heyvanat aləmi (canavar, tülkü, dovşan, turac, kəklik) var. İqlimi qurudur, burada əsasən dovşan və su quşları ovlamaq olar.
Tovuz rayonunda qədim abidələr qorunub saxlanılmışdır. Onlardan ən maraqlıları KİRZAN kəndindəki XII əsrə aid məbədin, YANIQLI kəndindəki XVII əsrə aid məsçidin, QAZQULU kəndindəki məqbərələrin, ƏLİBƏYLİ kəndindəki qalanın və başqalarının adlarını çəkmək olar. Burada həmçinin tunc, dəmir və erkən orta əsrlər dövrünə aid çoxsaylı arxeoloji obyektlər vardır.
Rayonun inzibati mərkəzi — TOVUZ ŞƏHƏRİ Bakıdan 457 km məsafədə yerləşir.
Azərbaycanın əksər şəhərləri kimi, Tovuz da daş dövrünə və tunc dövrünə aid qədim insan məskənlərinin yerində salınmışdır. Bu şəhər sanki minilliklər ərzində bir-birini əvəz etmiş əcdadlarımızın yaşadığı yerləri xatırlatmaq üçün xalqın genetik yaddaşında iz qoymuşdur. Qədim türk yazılı mənbələrinə görə bu şəhərin adı iki qohum türk qəbiləsinin – OĞUZLARIN və TOĞUZLARIN adından yaranmışdır. Bu ad məhz burada yarandığı üçün toponim kimi təsbit olunmuşdur.
Müasir yaşayış məntəqəsi kimi Tovuz şəhərinin təməli alman köçkünləri tərəfindən qoyulmuş, onlar bu şəhəri Traubenfeld adlandırmışdırlar.
Tovuzda məhşur aşıq Hüseyn Bozalqanlının (1860-1942) kiçik müzeyi var. Aşıq Hüseyn Bozalqanlı Koroğlu dastanını başdan-ayağa əzbər bilirmiş.
Turistlər yerli sakinlərin evlərində və ya Ayan Palace Oteldə də qala bilərlər.
AĞSTAFA
Rayonun mərkəzi – Ağstafa şəhəri.
AĞSTAFA RAYONU Böyük Qafqaz dağlarının ətəklərində, Azərbaycanın Gürcüstan və Ermənistanla sərhəddində yerləşir. Rayonun iqlimi mülayimdir. Yerli sakinlər əsasən heyvandarlıq və kənd təsərrüfatı ilə məşğul olurlar.
Rayon ərazisindən bir-neçə kiçik çay və Kür çayının qolu olan Ağstafaçay axır. CANDARGÖL gölü də burada yerləşir. Ağstafa şəhərindən 20 km məsafədə yerləşən TATLI kəndində GƏLAÇMA adlı bulaq həm yerli sakinlərin, həm də turistlərin sevimli istirahət yeridir. Burada bişirilən kabab müştərilərin çox xoşuna gəlir.
Kür çayının sahilində 4,9 min hektar sahədə yerləşən QARAYAZI dövlət qoruğu Kürətrafı zonalardakı tuqay meşələrini, Qarayazı ovalığını və Kür çayının orta axarını qorumaq və bərpa etmək üçün 1978-ci ildə yaradılmışdır. Qoruqda mühafizə edilən əsas obyekt – tuqay meşələri massividir.
1923-cü ildə 12,0 min hektar sahədə yaradılmış “QARAYAZI-AĞSTAFA” yasaqlığı da Ağstafa rayonunda yerləşir. Bu yasaqlığın yaradılmasından məqsəd – Qafqaz maralını, qırqovulu, türacı, digər nadir heyvan və quş növlərini qoruyub saxlamaqdan və onların baş sayını artırmaqdan ibarət idi. Yasaqlıq Kür çayının orta axarındakı tuqay meşələri zonasında, Gürcüstanla Azərbaycanın sərhəddində yerləşir. Bu yasaqlığın flora və faunası bilavasitə onunla həmhüdud olan “QARAYAZI” qoruğunun flora və faunasına identikdir.
Rayon ərazisində bir sıra tarixi abidələr aşkar edilmişdir: KÖÇƏSGƏR kəndinin yaxınlığında paleolit dövrünə aid MOLLA NAĞI TƏPƏSİ adlanan qədim insan məskəni; QIRAQ KƏSƏMƏN kəndində 17-ci əsrə aid QÜLLƏ və 19-cu əsrə aid MƏSÇİD; KOLXƏLVƏLİ, QARAHƏSƏNLİ, DAĞKƏSƏMƏN və DÜZ QIŞLAQ kəndlərindəki 19-cu əsrə aid məsçidlər və s. Bu ərazidə daş dövrünə, tunc dövrünə və dəmir dövrünə aid abidələrin sayı-hesabı yoxdur. Bu faktlar onu göstərir ki, qədim dövrlərdə bu regionun məskunlaşma səviyyəsi kifayət qədər yüksək olmuşdur. Bütün bu arxeoloji obyektlərin ətraflı tədqiq edilməsinə və yeni qazıntı işlərinin aparılmasına ehtiyac var.
Ağstafa şəhərinin yuxarısında, Keşikçidağ silsiləsində çoban yataqlarının (yay vaxtı qoyun sürülərinin otarıldığı yerlərin) yaxınlığında erkən xristianlıq dövründə Qafqaz Albaniyasında tikilmiş müdafiə təyinatlı qala və mağara tipli monastırlar vardır. SSRİ dövründə bu zona gediş-gəliş üçün bağlı idi, çünki Zaqafqaziya Hərbi Dairəsinin hərbi hissələri orada yerləşirdi. Bu səbəbdən həmin unikal kompleks lazımınca tədqiq edilməmişdir. Oraya gediş-gəliş yox idi, mağaralardakı qədim rəsmlərin çoxu artilleriya atəşləri ilə pozulmuşdur. Qədim Azərbaycanın dövlət qurumlarından biri olmuş Qafqaz Albaniyasına aid bu kompleks hazırda respublika Milli Elmlər Akademiyasının arxeoloqları tərəfindən öyrənilir.
AĞSTAFA Şəhəri Gürcüstan sərhəddinin yaxınlığında, Bakıdan 479 km məsafədə yerləşmişdir. Bu şəhər 1914-cü ildə dəmir yol qovşağı kimi salınmışdır. O vaxt ərazisi kiçik olan bu şəhər Yelizavetinka adlandırılmışdır.
Buradan qatara minib Gürcüstanın paytaxtı Tibilisiyə getmək olar. Ağstafada rayonun tarix-arxitektura abidələrinin və mədəni irsin – xalçaçılığın və aşıq yaradıcılığının qorunub saxlanılmasına xüsusi qayğı göstərilir. Arxeoloqların aşkar etdikləri tapıntılar – piyalə, vaza, məişət əşyaları və bəzək şeyləri yerli diyarşünaslıq muzeyində saxlanılır.
Turistlər”Medine Hotel”, “Nesiboglu Hotel”, “Qerb Hotel” də dayanacaq.
QAZAX
Rayonun mərkəzi – Qazax şəhəri.
QAZAX RAYONU Azərbaycanın qərb sərhədlərinin yaxınlığında yerləşir. Ümumiyyətlə Qazax və Ağstafa rayonları təkcə müasir Azərbaycanın deyil, həmdə qədim Qafqaz Albaniyası dövlətinin qərb sərhəddi sayılır. Bu regionun iki müstəqil inzibati rayona – Qazax və Ağstafa rayonlarına bölünməsi nisbətən yaxın vaxtlarda baş vermişdir.
Burada dövlət tərəfindən qorunan tarixi abidələr (memarlıq və arxeoloqiya abidələri) var: SINIQ KÖRPÜ (12-ci əsr); DAMCILI mağarası; YUXARI ƏSKİPARA kəndində 5-ci əsrə aid Məbəd; 15-ci əsrə aid ŞƏKƏR QALA məbədi; meqalit tipli DİDEVAN istehkamı; DAŞ SALAHLI kəndində Alban dövrünə aid (7-ci əsr) Məbədlər kompleksi; Qala divarları qalıqları ilə diqqəti cəlb edən (son orta əsrlər) GÖYƏZƏN dağı və onun yaxınlığında son vaxtlarda aşkar edilmiş şəhər tipli qədim insan məskənlərinin qalıqları.
Qazax rayonunun ərazisində qədim insanların məskunlaşdığı yerlər çoxdur: AVEY dağında, Daş Salahlı və Kəmərli kəndləri arasında, İncəsu çayının vadisində, Kiçik Qafqazın şimal-şərq yamaclarında neandertallıların (mustye) dövrü məskunlaşdığı mağaralar, Avey dağındakı DAMCILI mağarasının yaxınlığında kromanyon adamlarının məskənləri, çəhrayi-qızılı rəngə çalan qəşəng QIZIL QAYANIN yaxınlığında XAL-XAL şəhər yeri və qala divarlarının qalıqları aşkar edilmişdir. Belə bir ehtimal var ki, bu ərazi Albaniya hökmdarlarının yay iqamətgahlarından biri olmuşdur. Arxeoloqlar burada heç bir qazıntı aparmadan bir-başa yerin səthində tunc dövrünə aid keramik qabların çoxsaylı qalıqlarını aşkar etmişlər. Albanlar vaxtilə romalı Pompeyin qoşunlarını da burada darmadağın etmişdilər. Qədim yazılı mənbələrdə bu barədə deyilir: “Albanların 10 min süvarisi və 60 min piyadası Pompeyin qoşunlarına qarşı vuruşurdu”.
QIZIL QAYADAN bir qədər qərb tərəfdə yerləşən BƏRKİN AĞZI dərəsində tunc dövrünə aid kurqan qəbirləri aşkar edilmişdir. Bütün bu tarixi obyektlər (Sınıq körpüdən başqa) Qazax şəhərinin yaxınlığında yerləşir. Bu diyarın təşəbbüskar insanlarının səyi sayəsində çoxlu arxeoloji artefakt toplanmış və yerli Diyarşünaslıq müzeyində sərgiyə qoyulmuşdur. YUXARI SALAHLI kəndinə gələnlər tanınmış Azərbaycan şairi SƏMƏD VURĞUNUN buradakı evinə baş çəkə bilərlər.
Qazax rayonunun relyefi – dağlar, vadilər, çaylar (Kür, Ağstafaçay, Coqaz, Xramçay) mövsümi heyvandarlıq üçün həmişə əlverişli olmuşdur. Yerli çobanlar qoyun sürülərini yaylaqlardan (dağ otlaqlarından) qış mövsümündə buraya gətirib saxlayırlar. Xalq müsiqisinin və milli mətbəxin yerli xüsusiyyətli bu ərazinin təbii şəraitindən irəli gəlir. Burada aşıqlar çox olur, onları müxtəlif ailə şənliklərinə və bayramlara dəvət edirlər.
QAZAX ŞƏHƏRİNİN qədim adının “Kasal” və “Qazaka” olması ehtimal edilir. Bəzi yazılı mənbələrə görə 8-ci əsrdə sərkərdə Mərvan ibn Məhəmməd burada şəhər salmışdır.
Azərbaycanın qərb sərhəddində axırıncı iri şəhər olan Qazax istedadlı şairlərin və yazıçıların vətənidir. Xalq arasında qazaxlıları xüsusi poetik duyğuya malik olan adamlar kimi tanıyırlar. Bir sıra məşhur aşıq, alim və sərkərdə burada doğulmuşdur. Şairlərdən Səməd Vurğun, Molla Pənah Vaqif, yazıçılardan Mehdi Hüseyn, İsmayıl Şıxlı, Prot-Artur qalasının müdafiəsinin iştirakçısı olmuş, “Artileriyanın Allahı” adlandırılan general Əliağa Şixlinski və başqaları əslən qazaxlıdır. 1917-ci ildə Azərbaycanda ilk müəllimlər seminariyası da məhz burada – Qazaxda açılmışdır.
Şəhərdə əslən Qazaxdan olan məşhur şairlər VAQİF və VİDADİNİN həyatını əks etdirən müzeylər, qədim məsçid və digər maraqlı obyektlər var. Qazax ən qədim xalçaçılıq mərkəzlərindən və atçılıq zavodlarından biri kimi də məşhurdur. Burada yetişdirilən DİLİBOZ cinsli yerli atlar xüsusilə məşhurdur. Qazax xalça məktəbinin məhsulları olan “Dağ Kəsəmən”, “Qazaxça”, “Ağqoyunlu”, “Dörd Buynuz”, “Damğalı”, “Şıxlı”, “Çobankərə”, “Borçalı”, “Faxralı”, “Qaymaqlı” xalçalarına dünya bazarında böyük tələbat var. Qazax zonasının mətbəxi əsasən sadə, lakin çox dadlı ət və un xorəklərindən ibarətdir. Buraya gələn turistlərə məsləhət görülür ki, yerli sakinlərin evlərində qalsınlar.
NAXÇIVAN MUXTAR RESPUBLİKASI
Azərbaycanın cənub-qərbində Naxçıvan Muxtar Respublikası (NMR) yerləşir. Yarandığı ilk vaxtlarda onun ümumi ərazisi 5988 kv.km. idi. Kreml rejimi tərəfindən 1929-1930-cu illərdə muxtar respublikanın bir hissəsi qoparılaraq Ermənistana verildi. Hal-hazırda onun ərazisi 5365 kv.km. qalıb. Bütün tarixi dönəmlərdə Naxçıvanı Azərbaycanla qırılmaz bağlar birləşdirmişdir. Ermənistanın təcavüzü nəticəsində Naxçıvan Azərbaycandan uzaqlaşdırılaraq 90-cı illərdən başlayaraq blokada şəraitinin çətinlikləri ilə üzləşməli oldu. Amma çətin blokada şəraiti naxçıvanlıların əzmini qıra bilmədi. Onların inadlı müqaviməti nəticəsində işğalçı ermənilər öz mənfur niyyətlərinə çata bilmədilər. Müasir Naxçıvan qədim Azərbaycanın və bütün türk dünyasının çiçəklənən bir guşəsidir.
Bura dağlıq məkandır — muxtar respublika ərazisinin 30 faizindən çoxu dəniz səviyyəsindən 600-1000 metr yüksəkdə yerləşir. Bölgənin ən hündür dağları — QAPICIQ (3904 m) və İLANDAĞdır (2385 m).
Muxtar Respublika mərmər, daş duz, əhəng, gips yataqları, SİRAB, BADAMLI, VAYXIR, NƏHƏCİR, QIZILCİR kimi nadir mineral sularla zəngindir. Burada yeraltı sular, ümumiyyətlə, boldur, ona görə də tarixən bölgədə kəhrizlərin — öz icrasına görə nadir yeraltı su tunellərinin tikintisi yüksək səviyyəyə çatmışdır. Yerin üstündən kəhrizə pillələrlə enirlər, elələri də var ki, onunla suyu sadəcə yerin səthinə çıxarırlar (eynilə müasir su kəmərləri tərzində). Kəhriz ustaları (kankanlar) öz peşə məharətlərini zəmanəmizə qədər qoruyub saxlayıblar.
İRAN və TÜRKİYƏ ilə sərhədi boyunca ARAZ çayı axır, bundan başqa diyarda 40-a yaxın kiçik və orta uzunluqda çay axır (ORDUBADÇAY, ƏLİNCƏÇAY, GİLANÇAY, NAXÇIVANÇAY, ARPAÇAY və b.). Burada “üzən adaları” olan dünya gözəli Batabat gölü ilə yanaşı, Babək və Culfa rayonlarının torpaqlarını suvarmaq üçün süni göllər də var — onlar dəniz səviyyəsindən 1500 metr yüksəklikdə QAZANÇI kəndi yaxınlığında yerləşir.
Bütün bölgədə qədim şəhərlərin çoxlu sayda xarabalıqları, bürclər, qalalar, məqbərələr qalmışdır. Bu diyar öz təbii sərvətləri kimi, strateji əhəmiyyətinə görə də işğalçılar üçün həmişə cəlbedici olmuşdur.
Naxçıvan Muxtar Respublikası özünün sağlam iqlimi, müalicəvi mədən suları və zəngin dərman bitkiləri ilə seçilir.
NAXÇIVAN ŞƏHƏRİ — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının inzibati mərkəzidir. NAXÇIVANÇAYın sağ sahilində, dəniz səviyyəsindən 1000 m yüksəklikdə yerləşir. Bakıdan 560 kilometrlik məsafədədir.
Naxçıvan dünyanın azərbaycanlılara məxsus ən qədim şəhəridir. Azərbaycan xalqı bu torpaqlarda qədim və zəngin mədəniyyətini yaratmışdı. Eyni zamanda Naxçıvan dünyanın ən qədim mərkəzlərindən biri hesab edilir. Bu ərazilərdə Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsi təşəkkül tapmışdır.
Naxçıvan sözünün mənşəyini mütəxəssislər bir neçə cür yozmuşlar. Xalq etimalogiyasına görə Naxçıvan “Nəqşi-cahan” — dünyanın bəzəyi deməkdir. Xalq arasında ən çox yayılmış əfsanəyə görə, Naxçıvan Nuh peyğəmbər ilə əlaqəlidir. Xalqını dünya tufanından xilas edən Nuhun gəmisi burada sahilə çıxmış və ona görə bura Nuh çıxan ərazi hesab edilir.
Naxçıvan Azərbaycanın və Şərqin ən qədim və iri şəhərlərindən olmuşdur. Şəhərin tarixi minilliklərə gedib çıxır: arxeoloqlar burada eramızdan öncə II və I minilliklərə aid çoxlu maddi mədəniyyət əşyaları tapmışlar.
Yerli sakinlər Naxçıvanın yerində yaşayış məskəninin yaranmasını Böyük Daşqından sonra xilas olmuş Nuh peyğəmbər haqqında rəvayətlə bağlayırlar. Əfsanəyə görə, Nuhun gəmisi quruya yan almazdan öncə üç dəfə Kiçik Qafqazın dağ zirvələrinə toxunmuş və onlardan biri — Ağrıdağ iki yerə ayrılmışdır: Böyük Ağrıdağ və Kiçik Ağrıdağ.
Gəminin toxunduğu o biri sualtı dağ zirvələri isə Qapıcıq, İlandağ və Alagöz olub. Yerli sakinlər arasında dolaşan bu əfsanəyə görə, Nuh daşqın çəkildikdən sonra burada xeyli yaşamış və bu torpaqda vəfat etmişdir. Lap bu son zamanlaradək yaşayan uzunömürlü ağsaqqallar iddia edirdilər ki, Nuh peyğəmbərin dəfn olunduğu yeri tanıyırlar. Bu əfsanə xalq arasında o qədər geniş yayılmışdır ki, hətta məşhur rəssam Bəhruz Kəngərli “Nuhun qəbri” adlı rəsm əsəri də yaratmışdır.
Naxçıvanın adının çəkildiyi ən erkən yazılı qaynaq – Ptolomeyin (II yüzil) əsərləridir. O, Naxçıvanın adını “Naxsuana” kimi qeyd edir. Orta yüzillərin ərəb qaynaqlarında şəhərin adı “Nəşava” kimi yazılır, amma Məhəmməd Naxçıvani, Həmdullah Qəzvini, Katib Çələbi və Evliya Çələbi və b. kimi məşhur orta əsr müəlliflərinin əsərlərində şəhərin adı böyük hörmətlə “Nəqşi-Cahan” adlandırılır (“Dünyanın Bəzəyi”). Erkən orta yüzillərdə Naxçıvanın Kiçik Asiya, Yaxın Şərq və Güney Qafqaz ölkələri ilə sıx və intensiv əlaqələri olmuşdur.
Şəhərin gözəlliyi və onun geosiyasi mövqeyi həmsərhəd dövlətlərin tez-tez baş verən basqınlarına səbəb olurdu, nəticədə şəhər bir neçə dəfə dağıdılmışdır. Lakin hər dəfə Naxçıvan inadkarcasına yenidən ayağa qalxır, uçurulanları bərpa edir, əvvəlkindən də gözəl şəklə düşürdü. Məsələn, bizim eranın I yüzilinin ortalarında Bizans imperatoru II İrakli şəhəri soyub-talamış və dağıtmışdı, onu dəfələrlə monqol işğalçıları da dağıtmışlar, bu şəhər eləcə də Bizans və Ərəb Xilafəti arasında “nifaq alması”na çevrilmişdi. Lakin bütün zamanlarda Naxçıvan bu bölgədə yaranmış dövlət qurumlarının — Sacilər, Salarilər, eləcə də Eldənizlər sülaləsinin idarə etdiyi Azərbaycan Atabəylər Dövlətinin baş şəhərlərindən biri sayılmışdır.
XII yüzildə Naxçıvanda 200 min əhali yaşayırdı, ticarət inkişaf etmişdi, şəhər öz ustaları və sənətkarları: dulusçuları, zərgərləri, şüşəçiləri ilə şöhrət qazanmışdı. Lakin şəhər öz inşaatçıları ilə daha çox tanınırdı — məşhur NAXÇIVAN MEMARLIQ MƏKTƏBİ burada meydana çıxmışdır, inşaat işləri isə geniş miqyas almışdı. Şəhərin gözəlliyindən vəcdə gəlmiş səyyahların şahidliyinə görə, orta yüzillərdə burada Eldənizlərin məşhur saray kompleksi, cümə məscidi, müsəlman maarifinin mərkəzinə çevrilmiş mədrəsə, dövlət binaları, əsilzadələrin sarayları ucaldılmışdı. Yazılı qaynaqlar o zaman şəhərdə “20 min ev, 70 dini bina, 20 karvansara, 7 hamam, bir neçə bazar” olduğundan xəbər verir.
Fransız səyyahları Pyer Şarden və Dübua de Monper, ingilis səyyahı Porter qeyd edirlər ki, bura qədim memarlıq abidələrinin saxlanmış olduğu gözəl bir şəhərdir. Osmanlı səyyahı Evliya Çələbi hovuzuna hər gün bir səbət qızılgül ləçəyi atılan yerli hamamların ətirli suyundan söz açır.
Bu qədim şəhərə özünəməxsus mədəniyyət xasdır və onun ayrılmaz hissəsi bütün ölkədə məşhur olan yerli mətbəxdir. Misal üçün, xüsusi şəkildə qurudulan şaftalının içinə üyüdülmüş qoz-fındıq və şəkər tozu doldurmaqla hazırlanan “alana”; qayğanağa bal əlavə etməklə xüsusi “balqayqanaq” yalnız bu yerin mətbəxinə aiddir.
Naxçıvan torpağı — XII yüzilin böyük memarı ƏCƏMİ İBN ƏBUBƏKR NAXÇIVANİnin vətəndir. Onun əsərlərindən YUSİF İBN KUSEYİR (Atababa künbəzi), MÖMİNƏ-XATUN türbəsi, minarəli CÜMƏ MƏSCİDİnin portalı zəmanəmizə qədər salamat qalmışdır. Hesab edilir ki, Möminə-xatun məqbərəsini yaratmaqla Əcəmi dövrün obrazını yaratmışdır. O, əbəs yerə məqbərəyə bu yazılarla naxış vurmamışdı: “Biz gedirik dünya qalır, biz ölürük — xatirəmiz qalır”. Məqbərəni bəzəyən həndəsi və epiqrafik naxışlar zərgər dəqiqliyi ilə icra olunmuşdur: o, Şərqin sevimli qiymətli daşı – bərq vuran firuzəyə bənzəyir.
Məşhur alim, dövlət xadimi, yazıçı, filoloq, farsca-türkcə ilk lüğətin müəllifi HİNDUŞAH BİN SƏNCƏR BİN ABDULLA NAXÇIVANİ (XIII-XIV yüzillər) burada doğulmuşdur. Onun oğlu, vergilərin qoyuluşu haqqında kitab yazmış MƏHƏMMƏD NAXÇIVANİ maliyyə sahəsində zəmanəsinin tanınmış dövlət xadimi idi (XIII-XIV yüzillər). Naxçıvan eləcə də KƏLBƏLİ XAN NAXÇIVANSKİ, onun oğlu, general HÜSEYN XAN NAXÇIVANSKİ, hərb xadimi CƏMŞİD NAXÇIVANSKİ, klassik yazıçı CƏLİL MƏMMƏDQULUZADƏ, romantik şair və dramaturq, Stalin repressiyalarının qurbanı olmuş HÜSEYN CAVİD, rəssam BƏHRUZ KƏNGƏRLİ kimi tanınmış simaların da vətənidir.
Naxçıvan — Azərbaycanın ümummilli lider Heydər Əliyevin də vətənidir.
Müasir Naxçıvanda elm və maarifə böyük diqqət yetirilir. Burada universitet, Azərbaycan Milli Elmlər Akademiyasının filialı fəaliyyət göstərir, akadem-şəhərcik tikilmişdir. Məktəblərə xüsusi diqqət yetirilir – köhnələri təmir olunur, yeniləri tikilir, məsələn, H.Əliyev adına çox böyük, gözəl təchiz edilmiş məktəb istifadəyə verilmişdir. Burada Mədəniyyət Sarayı, Dram Teatrı, Kukla Teatrı fəaliyyət göstərir. Əla təchiz olunmuş idman Olimpiya kompleksi istifadəyə verilmişdir.
Şəhərdə Xalça Muzeyi, Ədəbiyyat Muzeyi, Tarix Muzeyi var. Burada eləcə də yazıçı-dramaturq Hüseyn Cavidin ev-muzeyi və məqbərəsi yerləşir. Şəhərdə xeyli tarixi abidələr — memarlıq kompleksi İMAMZADƏ, CÜMƏ MƏSCİDİ, ZAVİYƏ MƏSCİDİ, “PİRGƏMİŞ”, “XAN EVİ”, İSMAYIL XAN hamamı, YUSİF İBN KÜSEYİR məqbərəsi, MÖMİNƏ-XATIN məqbərəsi və s. mühafizə olunur.
Naxçıvanda bir neçə oteldə yerləşmək olar. Onların arasında “Qrand Naxçıvan”, “Təbriz”, “Toğrul”, “Azəri”, “Gənclik” ticarət mərkəzinin oteli və s. göstərmək olar. “Təbriz” otelinin qarşısında, Dədə Qorqud meydanında XVIII əsrin tarixi-memarlıq abidəsi – İsmail xan hamamı və Dədə Qorqudun abidəsi vardır.
Naxçıvanın təbii-müalicəvi obyektləri
Zəngin təbii ehtiyatlara malik Naxçıvan Muxtar Respublikası özünün təbii-müalicəvi obyektləri ilə məşhurdur. Minlərlə insan burada şəfa tapır.
Darıdağ Balneoloji xəstəxanası.
Culfa şəhərindən şimal-şərq istiqamətində 15 km məsafədə olan Darıdağ arsenli termal su bir çox dəri xəstəliklərinin müalicəsində mühüm rol oynayır. Onların arasında qaşınma, piyadermiyan və digər xəstəliklərin müalicəsi üçün Darıdağ suyu vannaları qəbul etmək lazımdır. Suyun tərkibində həm də yod, bor, brom, stronsium, litium vardır. Mədə-bağırsaq sisteminin və oynaq xəstəlikləri olanlara bu suyu içmək tövsiyə olunur. Bu vannaların sinir siteminin müalicəsində də əvəzolunmaz faydası var. Arsenli sular arasında ən yaxşısı qələvi-duz tərkibli olanlar sayılır, bu da Darıdağ suyunu nəinki Qafqazda, hətta bütün dünyada arsenlı sular arasında, məsələn, bütün dünyada tanınmış İtaliyadakı Rençenko və Leviko, Fransadakı Lya-Bur-Bulvo olan analojı sular arasında birinci yerlərə çıxardır. Rençenko suyunda arsenin miqdarı Darıdağ suyundan çoxdur, lakin onun tərkibində orqanizma xoş təsir edən qələvlər yoxdur. Burada tam tibbi şəraiti olan 2 korpuslu müalicəxana tikilib.
Badamlı fizioterapiya xəstəxanası 1980-ci ildə Şahbuz rayonunun Badamlı qəsəbəsində yaradılıb. Burada “Badamlı” mineral suyu ilə mədə-bağırsaq sisteminin xəstəlikləri müalicə olunur: xroniki qastrit, xroniki qepato-xolecistit, öd-daş xəstəlikləri, xroniki entoroklit, xroniki mədə xorası, xroniki pankreatit.
Duzdağ fizioterapiya mərkəzi. Məşhur “Duzdağ” sanatoriyası SSSR-inin ən unikal yerlərindən biri sayılırdı. Bu fizioterapiya mərkəzi atılmış duz mədənində, Naxçıvan şəhərindən 14 km məsafədə yaradılmışdır. Bu gün isə “Duzdağ” tək astmanın yox, həm də allergik xəstəliklərin ən yaxşı müalicə mərkəzi sayılır. “Duzdağ” dünyada bronxial astmanın müalicəsində ən yüksək effektivlik göstərmişdi. Sanatoriya uzun illər duz hasilatı məkanı olan Duzlu dağın dərinliyində yerləşir. Sanatoriyanın yaxınlığında 5-ulduzlu otel tikilib. Burada xəstələrin və onları müşayiət edənlərin bütün tələb və istəkləri nəzəra alınıb. Sanatoriya və otel – vahid müalicəvi-sağlamlıq mərkəzidir, həm sanatoriyada, həm oteldə pasiyentlərə fizioterapiyanın bütün növləri təqdim edilir, bu isə aparılan müalicənin effektivliyini dəfələrlə artırır. Sanatoriyanın yanında müasir otelin inşası tibb ilə turizm əməkdaşlığının parlaq nümunəsidir. Bu gün “Duzdağ” müalicə sahəsində çoxillik statistikaya malik və qarantiya olunmuş yüksək səviyyədə tibbi xidmət göstərən turistik obyektdir.
«Nahacir» — Nahacir Naxçıvanın şimal-şərgində yerləşən müalicəvi-kurort zonasıdır. Bu yer Nahacir dağının yamaclarında yerləşir. Kurortun əsas rezervi tərkibində karbonat (1,3 q/l sərbəst kabonat) və dəmir-qidrokarbonat-natrium, minerallığı-6 q/l olan su mənbəyi var. Qan azlığı və həzmetmə problemlərinin müalicəsində yaxşı nəticələr əldə etmək olur.
«Batabat» — Batabat Naxçıvan şəhərindən şimal-şərq istiqamətində 62 km məsafədə, Kiçik Qafqaz dağlarının yamacında, dəniz səviyyəsindən 1700 m hündürlükdə yerləşən müalicəvi iqlimə malik kurort zonasıdır. İqlimlə yanaşı burada karbonat, hidrokarbonat, kalsium, natrium, maqneziya tərkibli sular var, hansı ki, aerogelioterapiyanın müalicəsində istifadə olunur. Suyun minerallığı 0,5 q/l dir. Bu suyu mədə-bağırsaq yolunun müalicəsində istifadə edirlər. Mülayim iqlim, göllər, alp çəmənliklərinə məxsus zəngin bitki aləmi, gözəl mənzərələr insanın orqanizminə yaxşı təsir göstərir.
ORDUBAD
ORDUBAD RAYONU şimalda və şərqdə Ermənistanla, cənubda İran İslam Respublikası ilə həmsərhəddir. NMR-in şərq hissəsində yerləşir.
İqlimi təzadlıdır — soyuq qış, qızmar yay. Burada zəngin fauna və flora, heyrətamiz dərəcədə təmiz hava, çoxlu dərman bitkiləri və meyvələr yetişir. Bürünc dövrünün çoxlu tarixi abidələri: daş qoç heykəlləri, SABİR kəndində eramızdan öncə II-I minilliklərin yaşayış məskəninin qalıqları, AZA kəndi yaxınlığında qədim GİLAN şəhərinin xarabalıqları, KİLİT, VELAVER, ƏYLİS, AZA, KOTAM, BİLƏV, VƏNƏND kəndlərində orta əsr tikililəri, qədim ANABAD şəhərinin xarabalıqları, ANDEMİC kəndi yaxınlığında ŞAHTAXTI bürcü, XIX əsr məscidi, DƏR kəndi yaxınlığında XIV əsr məqbərəsi, AZA kəndi yaxınlığında 1826-cı ildə tikilmiş körpü, DƏR kəndi yaxınlığında XIV əsr hamamının xarabalıqları və bir çox tarixi abidələr qalır.
Ordubaddan 60 km cənubda GƏMİQAYAda eramızdan öncə III-II minilliklərə aid nadir petroqliflər qorunub-saxlanmışdır. Burada adamları, məişət, ov səhnələrini, real və fantastik heyvanları təsvir edən minlərcə şəkil var.
ORDUBAD ŞƏHƏRİ Ordubad rayonunun inzibati mərkəzidir. Bu, Naxçıvan Muxtar Respublikasının böyüklüyünə görə ikinci şəhəridir. Şəhər XII yüzildən məlumdur, dəniz səviyyəsindən 850 metr yüksəklikdə yerləşir. Onun qədimliyi, çox sayda tarixi abidələrin mövcudluğu, yeni tikililərin onun xarici simasını demək olar dəyişdirmədiyi, sakinlərin qoruyub-saxlanmış həyat tərzinə görə, Ordubad şəhəri dövlət tarix memarlıq qoruğu elan edilmişdir.
Tarixi abidələri: nadir arkalı ön görünüşü olan CÜMƏ MƏSCİDİ, DİLYAR MƏSCİDİ, ƏFQAN BÜRCÜ və XVIII əsr eyvanı, çoxlu sayda qədim sərçeşmələr, dairəvi qübbəli örtülü QEYSƏRİYYƏ ticarət kompleksi (XIX-XX yüzillər) XVIII yüzil buzxanası və məscidi ikimərtəbəli mədrəsə və bir çox digərləri.
Bu kiçik şəhərin nə kimi gözəlliyə malik olduğunu, qədim çağların təbii ətrini necə qoruyub-saxladığını başa düşməkdən ötrü Ordubadı görmək lazımdır. Ağlasığmaz dərəcədə nəhəng, gövdəsinin dairəsi 8 metr olan qocaman çinarların əmələ gətirdiyi kölgəliklərdə adamlar əyləşib tələsmədən söhbət edirlər, nadir məscidlər, ovdanlar, kəhrizlər — bütün bunların hamısının öz nadir özəllikləri var. Bu, qədim milli həyat tərzinin gözəlliyini qoruyub-saxlayan müasir insanların yaşadığı bir şəhərdir.
Burada zəngin ekspozisiyası olan tarix-diyarşünaslıq muzeyi, teatr, Azərbaycan ədəbiyyatında tarixi-romantik janrın əsasına qoyan yazıçı Məmməd Səid Ordubadinin ev-muzeyi fəaliyyət göstərir.
ORDUBADDA yerli sakinlərin evlərində qalmaq olar.
CULFA
CULFA RAYONU Naxçıvan şəhərindən şərqdə yerləşir. Yayda burada quru və isti, qışda çox soyuq olur. İldə 220-600 mm-ə yaxın yağıntı düşür. Burada ƏLİNCƏ, QARDƏRYA, eləcə də ARAZ (İranla sərhəd boyunca) çayları axır. Culfa yolu boyunca dağlar olduqca gözəl və özünəməxsusdur — geoloji faktor (süxurların tərkibi, onların yaşı və s.) xarici görünüşə təsirini göstərib — zahirən dağlar nəhəng, qübbəvari, fantastik tikililəri xatırladır.
CULFA dağlarında meşə massivlərinə rast gəlinir, meşələrdə fıstıq, vələs, palıd bitir; faunanı canavarlar, tülkülər və dovşanlar təmsil edirlər.
Araz çayının sahilində qədim tikililərin xarabalıqları qalmışdır. Onlara aiddir: Azərbaycan ərazisində ən qədimi sayılan XIII yüzil karvansarası, Naxçıvan xanı, hakim Ziyaəddinin əmri ilə XIV yüzilin əvvəlində salınmış körpünün qalıqları, CUQA kəndi yaxınlığında kiçik GÜLÜSTAN məqbərəsi (XIII yüzil), DƏR kəndi yaxınlığında daha üç qədim məqbərə — onlardan bürclü məqbərə daha yaxşı vəziyyətdədir (XV yüzil). O cümlədən, ƏLİNCƏ qalası (XII-XIII yüzillər) və bir çox digər abidələr və qədim tikililərin qalıqları göstərilə bilər.
Rayonun ərazisində çoxlu (40-a yaxın) su qaynaqları və bulaqlar mövcuddur. Onlardan biri, DARIDAĞın ətəklərindəki bulaq gündə 500 min litrə yaxın güclü minerallaşdırılmış su verir.
CULFA ŞƏHƏRİ Araz çayının sahilində, İranla sərhəddə yerləşir. Azərbaycan CULFAsına demək olar simmetrik şəkildə Arazın o biri sahilində, eyni ilə CULFA adlanın İran şəhəri yerləşir. Keçmişdə İrandan Şirvana, Gürcüstana, Dağıstana gedən qədim karvan yolu buradan keçirdi. İndi burada sərhəd nəzarət buraxılış məntəqəsi yerləşir. Burada dəmiryol vağzalı yaxınlığındakı “Araz” mehmanxanasında qalmaq olar. Elə orada restoran da var. “Gülüstan” restoranında və “Eldar” kafesində də nahar edə bilərsiniz.
BABƏK
BABƏK RAYONU Muxtar Respublikanın şimalında Ermənistanla, cənubda İranla həmsərhəddir. Bu ərazinin şimalı və cənub-şərqi dağ relyefinə malikdir, cənub-qərbi isə düzənlikdir. Ən yüksək dağ zirvələri — KEÇƏLTƏPƏ (2740 metr), QARAQUŞ (2617 metr), BUZQOV (2470 metr).
Rayonun ərazisində SİRAB, QAHAB, VAYXIR mineral su qaynaqları, daş duz yataqları mövcuddur. Buradan NAXÇIVANÇAY və onun qolu CƏHRİÇAY axır, ARAZ, NEHRƏM, UZUNOBA, SİRAB su anbarları yerləşir.
Rayon ərazisində meşəyə rast gəlinmir, üzümçülük, taxılçılıq, bostançılıq və heyvandarlıq inkişaf etmişdir. Burada məlum arxeoloji abidələr: GÜLTƏPƏ və GÜLTƏPƏ-2, ABBASABAD, VAYXIR, AZNABYURDun qədim xarabalıqları yerləşir.
BABƏK ŞƏHƏRİ rayonun inzibati mərkəzidir. 1978-ci ilə qədər TƏZƏKƏND adlanıb.
ŞAHBUZ
ŞAHBUZ RAYONU Naxçıvan Muxtar Respublikasının şimalında yerləşir. Bura dağlıq ərazidir. Ən yüksək nöqtəsi SALVARTI (3160 metr), KEÇƏLDAĞdır (3115 metr), BİÇƏNƏK dağ aşırımı da buradan keçir.
Muxtar Respublikanın bütün ərazisində olduğu kimi, burada da çoxlu yeraltı sular, o cümlədən BADAMLI, BATABAT, KARVANSARA, BİÇƏNƏK mineral sular axır. Burada kükürd, tikinti materialları, torf yataqları var. NAXÇIVANÇAY və onun qolları: KÜKÜ, ŞAHBUZ, SALVARTI axır. Göllərdən isə QANLIGÖL, BATABAT bu ərazidə yerləşir. Dağlarda meşə massivləri var.
ŞAHBUZ ŞƏHƏRİ rayonun inzibati mərkəzidir. Şəhərin həndəvərində qədim maraqlı bir abidə aşkar edilib. Xalq arasında bura Nizaminin “Fərhad və Şirin” poemasının qəhrəmanının adı ilə “Fərhadın evi” adlandırılır. Əslində bu qədim insanın yurd yeridir və o qədər də adi görünüşə malik deyil: dağın daş-divarında “verandası” olan 4 otaq yonulmuşdur. Arxeoloqlar tərəfindən qədim hakimin adını daşıyan “Şahpur” qalasının da xarabalıqları tapılmışdır. Hesab edilir ki, bu ad zaman keçdikcə “Şahbuz” şəklini almışdır.
QARABAĞLAR kəndində məşhur QARABAĞLAR məqbərəsi yerləşir. Bağlarla, qədim, lakin bu gün də işləyən kəhrizlərlə əhatəyə alınmış bu kənd ZƏNGƏZUR sıra dağlarının ətəyində yerləşir. Burada bürcləri olan istehkamların və su təchizatı sisteminin olması bu yaşayış məntəqəsinin qədim mənşəyindən xəbər verir. Belə bir ehtimal var ki, XVII yüzil əlyazmasında adı xatırlanan “10 min evi, 70 məscidi, onlardan 40-ı minarəli, QARABAĞLAR ŞƏHƏRİ” haqqında qeyd bu kəndə aiddir.
ŞƏRUR
ŞƏRUR RAYONU Muxtar Respublikanın qərbində yerləşir, cənubda İranla həmsərhəddir. Ərazisinin şimalı və şərqi dağ relyefinə malikdir. DƏRƏLƏYƏZ dağ sistemi buradan keçir. Ən yüksək dağı QALINQAYAdır (2775 metr). İqlimi yarımsəhra, quraqdır. Lakin kifayət qədər yumşaqdır — qışda temperatur nadir hallarda +3 dərəcədən aşağı düşür, yayda +26 dərəcədən yuxarı qalxmır.
Buradan ARAZ çayının qolu ARPAÇAY və digərləri axır. Arpaçay suyundan suvarmada istifadə edilir. Onun üstündə Arpaçay su anbarı tikilmişdir. Yerli faunası — muflonlar (dağ qoyunu), canavarlar, dağ keçiləri, tülkülər, qabanlar, dovşanlardır.
Burada az olan tarixi abidələr Araz və Arpaçay sahilləri boyunca bürünc dövrünə aid qədim yaşayış məskənləri ilə təmsil olunur. QAZMA mağarasında mustye dövrünə aid daş və obsidian əmək alətləri, ŞAHTAXTI yaşayış məskənində zövqlə işlənmiş bəzəkli saxsı qab nümunələri aşkar edilmişdir. Arbatan, Verməziyar, Qarahəsənli, Babəki, Kosacan kəndləri yaxınlığında aparılmış arxeoloji qazıntılar göstərmişdir ki, burada qədim yaşayış məskənləri yerləşirmiş. Onlar Kölüklər, Köhnə, Arbatan, Köhnəkənd, Kültəpə kimi toponimlərin yaddaşında yaşayır. Burada çoxlu ev əşyaları və bəzəkli saxsı qablar aşkar edilmişdir.
ŞƏRUR ŞƏHƏRİ Şərur rayonunun inzibati mərkəzidir. Yeni şəhərdir, dəmiryolun çəkilişi zamanı yaranmışdır. Burada iki park, muzey, stadion, məscid, şəhidlərin xatirə abidəsi, kinoteatr var. Burada — dəmir yolunun o biri tərəfində hamamları, bazarı, məscidləri ilə köhnə şəhər də qorunub saxlanmışdır.
Burada yerli sakinlərin evlərində qonaq qalmaq olar.
KƏNGƏRLİ
KƏNGƏRLİ RAYONU Babək və Şərur rayonlarının arasında yerləşir. Rayonun cənub hissəsi İranla, şimalı Ermənistanla həmsərhəddir. Rayon dağlıq relyefə malik olmaqla, DƏRƏLƏYƏZ dağlarında yerləşir.
Muxtar Respublikanın hər yerində olduğu kimi, iqlimi kəskin kontinentaldır — yayda çox isti, qışda soyuq olur. Rayonun ərazisindən, Azərbaycanla İranın dövlət sərhədi boyunca Araz çayı axır.
Dağlıq relyef, iqlimin xüsusiyyətləri və kiçik çayların olmaması yerli bitki örtüyünü şərtləndirir. Onlar, əsasən, yarımsəhra və dağ növləri ilə (kolluqlar, otlar, nadir ağaclar) təmsil olunur.
Bu kənd təsərrüfatı rayonunda tütün, üzüm, dənli bitkilər, tərəvəz və bostan məhsulları yetişdirilir.
Naxçıvan Muxtar Respublikasının hər yerində olduğu kimi burada da böyük sayda qədim abidələr qalır ki, bu da diyarın arxaik zamanlardan əhalinin məskunlaşmasından xəbər verir: ÇALXAN QALA kurqanları, QAZMA mağarası, eləcə də QALACIQ, GOVURQALA, DAMLAMA, QULAMLITƏPƏ, BALATƏPƏ yaşayış məskənləri.
Sonrakı dövrlərin salamat qalmış abidələri: XOK kəndində CAME MƏSCİDİ (XVIII əsr) və ŞAHTAXTI kəndində hamam (XIX əsr).
QIVRAQ qəsəbəsi 2004-cü ildə yaradılmış bu yeni rayonun inzibati mərkəzidir. Qıvraq Naxçıvan-Şərur şossesi üzərində, diyarın paytaxtı Naxçıvan şəhərindən 30 km aralıda yerləşir. Qəsəbədən Araz çayınadək 6 km-dir.
Rayonun inzibati mərkəzi statusunu təzəlikcə alması ilə bağlı olaraq Qıvraq qəsəbəsində hələlik turistlərin qəbulu üçün infrastruktur yoxdur. Lakin burada yerli sakinlərin evlərində qonaq qalmaq olar.
SƏDƏRƏK
Sədərək rayonu 28 avqust 1990-cı ildə formalaşıb. Cənub-qərbdə Türkiyə ilə, şimal-qərbdə Ermənistanla sərhəddə yerləşir. Mərkəzi Heydərabaddır, 3 kəndin ərazisində yerləşir. Rayonun ərazisi dağlardan və ovalardan ibarətdir. Dəhnə və Velinq dağ hündürlüyü mövcuddur. Araz, Qaraçay və Çapan çayları ərazidən axır. Sədərək qəsəbəsinin şimalında Ağoğlan türbəsi yerləşir. Bundan əlavə, rayon ərazisində orta əsrlərə məxsus tarixi memarlıq abidələri də mövcuddur. Sədərək qalası tunc dövrünün sonuna və dəmir dövrünün əvvəllərinə aiddir.
VI-VII əsrlərə məxsus çapacaq aşkar edilib. Eneolit dövrünə məxsus insan mərkəzləri isə Sədərəyin şərqində yerləşir.
QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR TURİZM BÖLGƏSİ
Qarabağ Azərbaycanın ən gözəl regionlarından biridir. Füsunkar mənzərəli təbiəti, zəngin mənəvi və mədəni ənənələri olan Qarabağ bir çox görkəmli azərbaycanlı alimlərin, şairlərin, yazıçıların, sənətkarların, musiqiçilərin və xanəndələrin doğulduğu yerdir. Qarabağ Azərbaycan musiqisinin beşiyidir. Azərbaycan xalq folklorunun ən qədim, ən nadir nümunələrindən olan yüzlərlə musiqi əsərləri Qarabağda yaradılmışdır.
Qarabağ Azərbaycanın ən qədim tarixi bölgələrindən biridir. 1968-ci ildə Qarabağ ərazisində yerləşən Azıx mağarasında qədim insanın qalıqları tapılmışdır. Güman ki, bu ərazidə insanlar hələ 250-300 min il əvvəl yaşamışlar. Bu qədim torpaqların zəngin təbiəti və təbii sərvətləri həmişə diqqət mərkəzində olmuşdu.
Təəssüf ki, 30 ilə yaxın işğal nəticəsində bu ərazilərdə bütün sərvətlərimiz istismar olunub, talanıb. Düşmən hər şeyi özününküləşdirərək iyrənc əməllərindən geri qalmamışdır. Burada olan mədəniyyət ocaqları, muzeylər, tarixi abidələr də məhv edilmiş, dağıdılmış və qədim tarixə malik olan qiymətli əşyalar ölkəmizdən çıxarılmışdır. İşğalçı rejim İkinci Qarabağ müharibəsinin son günlərinədək Qarabağın müxtəlif bölgələrində qanunsuz arxeoloji qazıntılar aparmış və tapılmış artefaktlar Ermənistana daşınmışdır. Tarixi-mədəni abidələrimiz talan edilmiş, bütün infrastruktur məhv edilmiş, qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri vəhşicəsinə uçurulmuş, ziyarətgahlar darmadağın edilmişdir.
Bütün bu dağıntılara, maddi və mənəvi ziyana rəğmən dövlətimiz bir tərəfdən də barbarlığa məruz qalan dini, tarixi, mədəni abidələrimizin bərpası ilə məşğuldur. Qarabağın mədəniyyət beşiyi hesab edilən Şuşada başlayan mədəni quruculuq işləri digər bölgələrimizdə də davam etdiriləcək. Qısa bir müddət ərzində Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu, Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpasına başlanıldı, Bülbülün ev muzeyinin açılışı baş tutdu, Natəvan bulağı bərpa edildi. Prezident İlham Əliyevin göstərişi ilə ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin — Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri gətirildi və mərkəzi meydanda qoyuldu. Üç məsciddə təmir-bərpa işləri başlandı, Vaqif Poeziya günləri və “Xarıbülbül” festivalı da bərpa olundu. Bütün bu mədəni fəaliyyətin bərpasında Heydər Əliyev Fondunun rolu danılmazdır. Qısa bir müddət ərzində Şuşada “Qarabağ” və “Xarıbülbül” otelləri istifadəyə verildi. Qarabağda 3 hava limanının tikilməsi də təsadüfi deyildir. Füzuli Hava Limanı artıq fəaliyyətə başlamışdır, Zəngilan və Laçın Hava Limanlarının da yaxın vaxtlarda fəaliyyətə başlaması istisna olunmur. Bu isə Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən, Kəlbəcərin füsunkar təbiəti, ekoturizm imkanları, İstisu kurortuna üz tutan istər yerli, istərsə də xarici turistlərin bu hava limanlarından istifadə etməklə səyahətlərini daha rahat və asan gerçəkləşdirmələrinə imkan yaradacaqdır.
Qarabağın turizm potensialı olduqca zəngindir, burada turizmin çox növləri – ekoturizm, dağ turizmi, qış turizmi, ov turizmi, sağlamlıq turizminin inkişafı üçün bütün imkanlar vardır. Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərin turizm inkişaf strategiyası və konsepsiyası hazırlanmışdır. Kəlbəcərdə ənənəvi turizmdən əlavə, qış və sağlamlıq turizminin inkişafı mümkündür. Mədəniyyət beşiyi hesab olunan Şuşada əsasən festivalların keçirilməsi, Ağdamda “dark” — yəni işğalın nəticələrinin çılpaq şəkildə göstərilməsi və işgüzar turizm nəzərdə tutulub. Xocavənd rayonu da xüsusi turizm potensialına malikdir. Tuğ və Hadrutun şərab marşrutuna salınması daha uyğundur. Məşhur Azıx mağarası, Tağlar mağarası da bu ərazidə yerləşir. Suqovuşanla bağlı da müəyyən planlar mövcuddur.
Azərbaycanın bu qədim tarixə malik olan bölgəsi özünün flora və faunası, mətbəxi, tarixi mədəni-dini abidələri, qədim qalaları, körpüləri, meşələri, bulaqları və s. görməli məkanları ilə turistləri cəlb edəcək. Təbii ehtiyatlarla zəngin olan Qarabağda həm də müxtəlif növ ekstremal turizm, aqroturizm, yaşıl turizm təşkil etmək olar. Bütün bunlar turizmin inkişafı üçün geniş perspektivlər yaradır. Kəlbəcər rayonu qış turizmi üçün ideal məkandır. İşğaldan azad olunmuş ərazilərimizdə turizm infrastrukturunun qarşılıqlı əlaqə şəklində qurulması vacibdir. Şuşa Azərbaycan turizminin simvol şəhərlərindən biri olacaq. Azərbaycan mədəniyyətinin incisi olan Şuşanın tarixi abidələri, özünəməxsus arxitekturası yeni turizm marşrutlarının yaradılmasına imkan verəcək.
Kifayət qədər geniş rekreasiya imkanlarına malik olan Laçındakı İlıqsu müalicəvi əhəmiyyətli mineral bulağı, zəngin flora və faunaya sahib, sahəsi 21 min hektardan çox olan Laçın yasaqlığı bu ərazilərin turizm imkanlarını genişləndirəcək. Hələ işğaldan əvvəl Kəlbəcərin İstisu qəsəbəsində Ümumittifaq əhəmiyyətli 2 böyük sanatoriya fəaliyyət göstərirdi. Hər il orada 50 min nəfər müalicə olunur və istirahət edirdi. Buradakı “İstisu” mineral suları ilə insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkün idi. Hətta orada kurort və mineral sudoldurma zavodu da tikilmişdi. Mütəxəssislərin fikrincə, Kəlbəcərin relyefi dünyanın ən heyrətamiz kanatlarının inşasına, ən maraqlı turizm xidmətlərinin qurulmasına imkan verir. Burada gələcəkdə Qafqazın ən böyük turizm mərkəzini yaratmaq mümkündür.
Eyni zamanda “Qafqaz Albaniyası turizm marşrutu” da Qarabağın tarixini saxtalaşdıran erməni yalanlarının ifşası baxımından mühüm rol oynayacaq. Marşrut Qafqaz Albaniyasını araşdıran alimlərin məsləhət və tövsiyələri əsasında hazırlanır. Alban mədəniyyəti marşrutu Azərbaycanın 3 əsas dəhlizini — Bakı-Şəki-Zaqatala, Gəncə-Qazax və Qarabağı əhatə edir. Alban mədəniyyətinin izləri Qarabağda və Şərqi Zəngəzurda daha çoxdur. Burada Qafqaz Albaniyası ilə bağlı zəngin irs var. Bura məbədlər, kilsələr, həmçinin adət-ənənələr və s. daxildir. Qeyd edək ki, qədim Alban mədəniyyətinin izi ilə yaranacaq turizm marşrutu ölkəmizin, həmçinin Qarabağın zəngin və tarixi turizm potensialının tanıdılması istiqamətində xüsusi əhəmiyyət kəsb edəcək.
Qarabağın mövcud turizm potensialının tanıdılması üçün zəruri turizm infrastrukturunun yaradılması istiqamətində gərgin işlər davam edir. Xüsusi vurğulamaq lazımdır ki, turizmin iqtisadi tərəfi ilə yanaşı, tanıtım tərəfi də vardır. Turistlər həm Qarabağımızda dincələcək, təbiətin gözəlliyindən, mədəni-tarixi abidələrimizdən, yaradılmış əlverişli mühitdən zövq alacaq, həm də Ağdam, Cəbrayıl, Füzuli kimi ərazilərimizdə işğalın nəticələrini göstərmək üçün eksponat kimi nümayiş olunacaq bəzi tikililərlə də tanış olmaqla Qarabağın erməni barbarları tərəfindən hansı vəziyyətə salındığının, indi isə əsl sahibləri tərəfindən necə abadlaşdırıldığının əyani şahidi olacaqlar.
Ümumilikdə, Qarabağ və Şərqi Zəngəzurda turizmin inkişafı ilə bağlı planlar genişdir. Yaxın 4 ildə daxili və xarici turistləri nəzərə alaraq, Qarabağın 1 milyon insanı qəbul edəcəyi gözlənilir.
ÜMUMİ MƏLUMAT
“Diaspor” qədim yunan sözü olub, hərfi mənada “səpələnmə” deməkdir. Bu sözün yaranma tarixi yunanların eramızdan xeyli əvvəl başladıqları işğal və köçürülmə dövrünə təsadüf edir. Müxtəlif ölkələrə hərbi yürüşlər zamanı yunan ordusu əsgərlərinin bir hissəsi işğal edilmiş ərazilərdə məskunlaşmış və buranın daimi sakinlərinə çevrilmişdilər. “Diaspor” kəlməsi də məhz onların dilindən yaranmışdır.
Fəaliyyət dairəsindən, məşğuliyyətindən və dini etiqadından asılı olmayaraq hər hansı bir etnosa aid adamların müəyyən zaman kəsiyində öz tarixi vətənlərindən kənarda məskunlaşmaları və ictimai fəaliyyəti bilavasitə diasporun formalaşması ilə nəticələnir.
Azərbaycanda “diaspor” anlayışı haqqında ilkin təsəvvürlər indi yaranmağa başlasa da, qeyd etmək lazımdır ki, həmvətənlərimizin dünyanın müxtəlif ölkələrində məskunlaşması prosesi hələ bir neçə əsr əvvəl başlanmışdı. Digər xalqlarla müqayisədə azərbaycanlıların doğma torpağa daha çox bağlılığı üzündən Vətəni tərk edib qürbətdə yaşamaları onlar üçün mənəvi baxımdan ağır olmuşdur. Təsadüfi deyil ki, Azərbaycan şifahi xalq ədəbiyyatında “Vətən-qürbət” mövzusu mühüm yer tutmuşdur. Bu mənəvi amilin özü də Azərbaycan diasporunun yaranmasının kifayət qədər qədim tarixə malik olduğunu təsdiqləyir.
Bu gün “Azərbaycan diasporu” dedikdə xarici ölkələrdə məskunlaşmış azərbaycanlılar nəzərdə tutulur. “Xaricdə yaşayan azərbaycanlılar” anlayışının təfsiri “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır. Bu qanuna əsasən, “xaricdə yaşayan azərbaycanlılar” anlayışı Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına və onların övladlarına, əvvəllər Azərbaycan SSR-in və ya Azərbaycan Respublikasının vətəndaşları olmuş və hazırda Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslərə və onların övladlarına, bu kateqoriyaya aid olmayan, lakin etnik, dil, mədəniyyət və ya tarixi əlaqələr baxımından özünü Azərbaycana bağlı və ya azərbaycanlı hesab edən şəxslərə aid edilir.
XX əsrin əvvəllərində azərbaycanlıların xaricə axını daha geniş vüsət almağa başlamışdı. Qafqazda çar Rusiyasının antimüsəlman və antitürk siyasəti məqsədli şəkildə regionda azərbaycanlı əhalinin üstün mövqeyinin zəiflədilməsinə yönəlmiş və 1905-1906, 1918-ci illərdə ermənilər tərəfindən həyata keçirilən soyqırım, etnik təmizləmə siyasəti də belə məkirli strateji niyyətlərdən törənmişdir
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından sonra respublikadan xaricə axının miqyası xeyli azalsa da, demokratik respublikanın süqutu tamamilə yeni bir situasiya formalaşdırdı. Xalq Cümhuriyyətinin qurucularının və tərəfdarlarının bolşeviklər tərəfindən ciddi təzyiqlərə və təqiblərə məruz qalması onları ölkəni tərk etmək məcburiyyətində qoyurdu. Təsadüfi deyil ki, bu dövr azərbaycanlıların xaricə axınının ən kütləvi miqyasda təzahür etdiyi mərhələlərdən birini təşkil edirdi.
1949-cu il fevralın 1-də Türkiyənin Ankara şəhərində “Azərbaycan Kültür Dərnəyi”nin təsis edilməsi dünyada Azərbaycan diasporunun təşkilatlanması sahəsində ilk addım oldu. 1956-cı ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli təhlükəsizlik naziri işləmiş Nağı bəy Şeyxzamanlının oğlu Saleh bəy Şeyxzamanlı ABŞ-da “Amerikanın Azərbaycan cəmiyyəti”ni təsis etmişdir. Hazırda bu cəmiyyətə Saleh bəy Şeyxzamanlının nəvəsi Tomris Azəri rəhbərlik edir. Bu hadisələr Azərbaycan diasporunun tarixində təşkilatlanma mərhələsinin məhz ötən əsrin ortalarından başladığını söyləməyə əsas verir. Həmin dövrə qədər soydaşlarımızı birləşdirən icma və birliklərin yaradılması ilə bağlı hər hansı fakta təsadüf olunmamışdır.
II Dünya müharibəsindən sonrakı dövr Azərbaycan diasporunun tarixində yeni bir mərhələ ilə əlamətdar oldu. Müharibə dövründə və sülhün bərqərar olunmasından sonra xaricdə yaşayan həmvətənlərimizin sayı əhəmiyyətli dərəcədə artmışdı. Bunlar hərbi əməliyyatlar zamanı əsir düşənlər və müharibədən sonra müxtəlif səbəblər üzündən Avropa ölkələrində məskunlaşan azərbaycanlılar olmuşdu. Sovet rejiminin amansız və qəddar cəza mexanizmləri, qanlı represiyaları onların bir çoxunu geri qayıtmaqdan çəkindirmiş, beləliklə xaricdə yaşayan azərbaycanlıların sayca artmasına səbəb olmuşdu.
Qeyd etmək lazımdır ki, təxminən 30 milyon azərbaycanlının tarixən yaşadıqları İran ərazisindən də son onilliklər ərzində mühacirət edənlərin sayı Azərbaycan Respublikasından gedənlərin sayından qat-qat çox olmuşdur.
Ümumiyyətlə, II Dünya müharibəsindən bir neçə il sonra Sovetlər hökumətinin tətbiq etdiyi sərt sərhəd rejimi bütövlükdə SSRİ-dən xaricə axının qarşısını alsa da, dissident hərəkatı əvvəlkilərlə müqayisədə daha kütləvi xarakter almışdı. Təbii ki, Sovet Respublikası olan Azərbaycan üçün də belə bir təhlükə var idi. Lakin SSRİ-də dissident hərəkatının, azad fikrin genişləndiyi bir dövrdə — 1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladı. O, respublikanın həyatında, ictimai şüurun, milli özünüdərkin təşəkkülündə yeni bir mərhələnin özülünü qoydu.
XX əsrin 70-ci illərinin əvvəllərindən başlayan milli dirçəliş, iqtisadiyyat, mədəniyyət, elm, təhsilin inkişafı, mənəvi mühitin sağlamlaşdırılması bütövlükdə milli özünüdərkə təkan verdi. 70-80-ci illərdə Heydər Əliyev böyük qətiyyət, əzm və cəsarətlə xalqın tarixi yaddaşının qorunmasına, mədəniyyətimizin tərəqqisinə, Azərbaycanın bütün dünyada tanınmasına çalışırdı.
Həmin dövrün mövcud siyasi reallıqları diaspor problemi ilə milli ideoloji zəmində açıq və sistemli şəkildə məşğul olmağa imkan verməsə də, mədəniyyət, incəsənət, elm sahəsində ciddi iş aparılır, respublikamızın nailiyyətləri təbliğ edilir, dünya azərbaycanlılarının Vətənlə əlaqəsinə xidmət edəcək hər bir imkandan istifadə edilirdi. Xarici ölkələrlə mədəni əlaqələrin güclənməsi, tərcümə işinin vüsətlənməsi, xaricdə yaşayan həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr cəmiyyətinin (“Vətən” cəmiyyəti) yaradılması həmvətənlərimizin birliyinə və Vətənlə əlaqəsinə xidmət edən belə mühüm addımlardan idi. İlk növbədə isə respublikamızın hərtərəfli inkişafı həmvətənlərimizdə milli qürur hissi oyadaraq onlarda ana yurda maraq və bağlılığı artırırdı.
Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının elmi-intellektual potensialının gücləndirilməsi məsələlərinə həmişə böyük diqqətlə yanaşırdı. Məhz elə bu diqqətin sayəsində onun rəhbərliyi dövründə yüzlərlə həmvətənimiz SSRİ-nin ən nüfuzlu təhsil ocaqlarında təhsil almaq imkanı əldə etmişdilər. Belə ki, keçmiş SSRİ məkanının 50-dən çox böyük şəhərinin 170-dən artıq ali təhsil ocağında elm, iqtisadiyyat, mədəniyyət, istehsalat və digər sahələrini əhatə edən və ən zəruri ehtiyac duyulan 250-dən artıq ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc təhsil almış və yüksək ixtisaslara yiyələnmişdir. Əlbəttə, bu kadrların bir çoxu yenidən Azərbaycana qayıtmış və respublikanın ümumi inkişafına öz töhfələrini vermişdilər. Lakin onların bir qismi təhsil aldıqları şəhərlərdə məskunlaşmışdı. Bir sözlə, 70-80-ci illərdə sovet dövlətində gedən inteqrasiya prosesləri, gənclərimizin digər respublikalarda təhsil almaları onların miqrasiyasına təkan vermişdir. Respublikamızdan kənarda əmək fəaliyyətinə başlayan həmin mütəxəssislər bir tərəfdən həmvətənlərimizin mütəşəkilliyinin güclənməsinə, digər tərəfdən elm və mədəniyyətimizin inkişafına yardım göstərmişlər. Dünya azərbaycanlılarında milli şüurun güclənməsində Heydər Əliyevin Moskvada Sovet dövlətinin rəhbərlərindən biri kimi fəaliyyətinin də xüsusi rolu olmuşdur. Həmvətənlərimiz milli liderimizin dünya miqyaslı siyasi fəaliyyətini milli idrak və xarakterin parlaq təzahürü kimi qəbul edir, xalqımızın özünə inamı, özünüdərki və mütəşəkkilliyi güclənirdi.
Azərbaycan xalqının tarixi təkamülü sayəsində XX əsrin sonlarında dövlət müstəqilliyimiz yenidən bərqərar olmuş və dönməz xarakter almışdır. Lakin tarix boyu ictimai-siyasi proseslər elə gətirmişdir ki, azərbaycanlıların bir hissəsi əzəli ərazilərimizi tərk edərək planetin müxtəlif ölkələrində məskunlaşmış, yurd-yuva salmışlar.
Ötən əsrin 80-ci illərinin sonlarında SSRİ məkanında cərəyan edən hadisələr imperiyanın sərhədləri çərçivəsində demokratik düşüncə tərzinin genişlənməsinə və milli azadlıq hərəkatlarının alovlanmasına stimul yaratmış oldu. Azərbaycanda bu proses daha sürətlə getməyə başlamışdı. Təsadüfi deyil ki, 1989-cu ildə azərbaycanlılar “dünyanın ən mübariz xalqı” adına layiq görülmüşdülər. Erməni seperatçılarının ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ ərazisində həyata keçirməyə başladığı təxribatlar xalqımızın milli oyanışında, milli özünüdərk hissinin güclənməsində mühüm rol oynadı.
1990-cı il 20 Yanvar hadisələri Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk edilmişdir. Bu faciə xalqı yumruq kimi birləşdirdi və bütün dünya azərbaycanlılarının gücünü ifadə edirdi. Belə bir mürəkkəb və çətin vəziyyətdə 20 Yanvar qırğını ilə bağlı Moskvada vətəndaş qeyrəti və həqiqi vətənpərvərlikdən doğan cəsarətli bəyanatı ilə Heydər Əliyev dünya azərbaycanlılarını ayağa qaldırdı, xalqın siyasi iradəsini ifadə və bəyan etdi. Dünya azərbaycanlılarının bir millət kimi mütəşəkilliyinə təkan verən bu bəyanat həmvətənlərimizi xalqın taleyi üçün tarixi məsuliyyəti daşımaq qüdrətində olan yeganə siyasi xadim və milli lider ətrafında birləşdirdi.
Bu gün xaricdə yaşayan soydaşlarımızın milli diaspor halında formalaşması, respublikamızla əlaqələrinin yaradılmasında ortaya çıxan çətinliklərin və problemlərin daha səmərəli həlli yollarının araşdırılmasına böyük ehtiyac duyulur. Hazırda dünyanın əksər ölkəsində 300-ə yaxın Azərbaycan icma və birlikləri fəaliyyət göstərir və diasporumuzun təşkilatlanma prosesi bu gün də davam edir.
Ayrı-ayrılıqda fəaliyyət göstərən çoxsaylı cəmiyyət və birliklər iş birliyi naminə bir araya gələrək Azərbaycan federal birlikləri yaratmağa başladılar. Bunların sırasında Ukrayna Azərbaycanlıları Konqresini, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətini, Almaniya Azərbaycan cəmiyyətləri Federasiyasını, İsveç-Azərbaycan Federasiyasını, Qazaxıstan, Qırğızıstan və Özbəkistan azərbaycanlılarının “Turan” Konqresini və Qırğızıstanda “Azəri” İctimai Birliyini nümunə göstərmək olar. Bu cəmiyyət və birliklər fəaliyyət göstərdikləri ölkələrlə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, həmvətənlərimizin təşkilatlanması, onların tarixi Vətənləri ilə əlaqələrinin möhkəmləndirilməsi sahəsində əhəmiyyətli işlər görə bilmişdilər. Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan diasporunun daha mütəşəkkil qüvvəyə çevrilməsinə nail olmaq məqsədilə yeni cəmiyyət və birliklərin yaradılmasına ardıcıl olaraq diqqət yetirməkdədir. Nəticədə yeni icma və birliklərin yaradılması tendensiyası digər ölkələri də əhatə etmiş və Belarus Azərbaycan İcmaları Konqresi, Moldova Azərbaycanlıları Konqresi, Özbəkistan Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası, Azərbaycan-Norveç Assosiasiyası öz qüvvələrini bir mərkəzdə birləşdirmək əzmində olaraq bu sıraya qatılmışlar. Bu Federal birliklər Azərbaycan diasporunun təşkilatlanması və fəallığının artırılması üçün zəruri və mümkün tədbirləri görür və üzərinə götürdüyü vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışır.
Aparılmış məqsədyönlü işlər nəticəsində bu gün Avropada, Şimali və Cənubi Amerikada, MDB məkanında və bir çox ölkələrdə, o cümlədən Özbəkistan, Qırğızıstan, Norveç, Niderland, Almaniya, İspaniya, İtaliya, Belçika, Bolqarıstan, Çexiya, Finlandiya, Estoniya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Misir Ərəb Respublikası, Türkiyə və ABŞ-da 460-dan çox Azərbaycan icmaları yaradılmışdır. Yeni Azərbaycan icma və birliklərinin təsis edilməsi Azərbaycanın çağdaş diaspor quruculuğu işinin uğurları kimi qiymətləndirilməyə layiqdir.
DİASPOR QURUCULUĞU SİYASƏTİ
Azərbaycanın hüdudlarından kənarda məskunlaşmış milyonlarla soydaşlarımızın vahid bir amal ətrafında birləşdirilməsi istiqamətində indiyədək əldə olunmuş bütün nailiyyətlər ümummilli liderimiz Heydər Əliyevin adı və məqsədyönlü fəaliyyəti ilə bağlıdır. Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, onun müəyyənləşdirdiyi ümummilli inkişaf strategiyasını müvəffəqqiyyətlə həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev diasporumuzun formalaşdırılması sahəsində nailiyyətləri yeni inkişaf mərhələsinə qaldıraraq daim diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyevin iş rejiminin gərginliyinə baxmayaraq Azərbaycan diasporu ilə bilavasitə bağlılığı olan xarici ölkə nümayəndələrini mütəmadi qəbul etməsi artıq ənənəyə çevrilmiş və Diasporla İş üzrə Dövlət Komitəsinin bu sahədəki fəaliyyətinə böyük təkan verir. Cənab İlham Əliyev hələ Prezident seçilməzdən əvvəl də diaspor işinə xüsusi diqqət yetirmiş, diaspor təşkilatlarımız, ümumən xaricdə yaşayan soydaşlarımız həmişə onun qayğısını hiss etmişlər.
2003-cü ilin prezident seçkilərində xalqın böyük etimadını qazanaraq dövlət başçısı seçilmiş cənab İlham Əliyev diaspor məsələlərinə diqqətini artırmış, xaricdə yaşayan həmvətənlərimizin təşkilatlanması, onların vahid ideya ətrafında birləşdirilməsi siyasətini müvəffəqiyyətlə davam etdirmişdir. Prezident İlham Əliyev 2003-cü ilin dekabrında Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə müraciətində həmvətənlərimizi ümumi maraqlarımız ətrafında sıx birləşməsinin tarixi zərurət olduğunu vurğulamış və ümummilli lider Heydər Əliyevin bu sahədə əldə etdiyi nailiyyətlərə əsaslanaraq, daha da irəliyə getmək üçün mühüm addımlar atılacağını bəyan etmişdir.
Müraciətdə Prezident İlham Əliyev həmvətənlərimizlə əlaqələrin möhkəmləndirilməsini dövlətin prioritet vəzifələrindən biri olduğunu vurğulamış və hökumətin bu sahədə bütün zəruri tədbirləri görməyə hazır olduğunu bildirmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əksər xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onları narahat edən problemlərlə maraqlanır, dəyərli tövsiyələrini verir.
2004-cü ilin yanvarında Fransaya rəsmi səfəri zamanı Azərbaycan Prezidentinin keçirdiyi görüşlərdə burada məskunlaşmış soydaşlarımız da iştirak etmiş, dövlət başçımızın daxili və xarici siyasətini birmənalı olaraq dəstəklədiklərini bildirmişlər.
2004-cü ilin fevralında Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri zamanı bu ölkədə yaşayan həmvətənlərimizlə görüşü keçirilmişdir. Görüşdə Prezident İlham Əliyev həmyerlilərimiz qarşısında çıxış edərək, azərbaycanlıların Rusiyanın ictimai-siyasi həyatında, iqtisadiyyatın inkişafında fəal iştirakından məmnun olduğunu söyləmiş, onlara uğurlar diləmişdi.
Azərbaycan Prezidenti 2004-cü ilin martında Qazaxıstana rəsmi səfəri zamanı da dövlət rəhbərləri ilə keçirdiyi bütün görüşlərdə bu ölkədə yaşayan azərbaycanlıların vəziyyəti ilə, onların problemlərinin və qayğılarının həll olunması üçün görülən işlərlə yaxından maraqlanmışdır.
Azərbaycan Prezidenti 2004-cü ilin martında Özbəkistana səfəri zamanı dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Daşkənd Pedaqoji Universitetinin qarşısında böyük mütəfəkkirin abidəsinin açılış mərasimində iştirak etmiş, tədbir zamanı diasporumuzun nümayəndələri ilə görüşmüşdür. Özbəkistanda Azərbaycan səfirliyinin açılışı zamanı həmvətənlərimizlə görüşüb söhbət etmiş, onların yaşayış şəraiti, doğma Vətənlə əlaqələri ilə maraqlanmışdır.
Prezident İlham Əliyev Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzinin təntənəli açılış mərasimində də iştirak edərək, burada geniş və dərin məzmunlu nitq söyləmiş, soydaşlarımızın Azərbaycanla iqtisadi-mədəni əlaqələrinin möhkəmləndirilməsi üçün bundan sonra da lazımı addımlar atılacağını vurğulamışdır. Dövlət başçısı Azərbaycan Mədəniyyət Mərkəzinin binası ilə tanış olmuş, burada yaradılmış şəraitdən razı qaldığını bildirmişdir.
Dövlət başçısı dünyada gedən mürəkkəb proseslərin və ziddiyyətlərin fonunda respublikanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi üçün diaspora ilə əlaqələrin böyük əhəmiyyət daşıdığını dəfələrlə vurğulamışdır. Prezident İlham Əliyevin Fransa, Rusiya, Slovakiya, Qazaxıstan, Özbəkistan, Türkiyə, Polşa, Belçika, Ukrayna, Gürcüstan, Moldova, Almaniya, ABŞ, Rumıniya, İngiltərə və digər səfərləri zamanı bu məsələ prioritet mövzulardan biri olmuşdur.
Diasporun fəaliyyətini gücləndirmək üçün keçirilən tədbirlər:
- “ABŞ-Azərbaycan strateji müttəfiqlik əlaqələrinin inkişafında enerji təhlükəsizliyi və diasporun rolu” mövzusunda konfrans;
- Avropa Azərbaycanlıları Konqresinin altı Qurultayı;
- Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təsis qurultayı;
- “Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu” mövzusunda yeddi elmi konfrans;
- Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının illik iclası;
- Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan-Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısı;
- Benilüks Azərbaycanlıları Konqresinin üç Qurultayı;
- Dünya Azərbaycanlılarının dörd Qurultayı;
- Dünya Azərbaycanlıları ziyalılarının forumu;
- Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin forumu;
- Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının İclası;
- Dünya Azərbaycanlı Gənclərin Konqresi;
- Dünya Azərbaycanlı Qadınlarının Qurultayı;
- Gürcüstan Azərbaycanlı Gənclərinin Qurultayı;
- İsveç Azərbaycanlıları Konqresinin təsis Qurultayı;
- Kanada Azərbaycan Təşkilatları Federasiyasının təsis konfransı;
- Kanada Azərbaycan Təşkilatlar Assambleyasının Qurultayı;
- Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının Qurultayı;
- Latın Amerikası Azərbaycanlıları Assosiasiyası (LAAA) təsis konfransı;
- Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təsis konfransı;
- Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) altı forumu;
- Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının təsis konfransı;
- Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı;
- Ukrayna Azərbaycan Gənclər Birliyinin üç Forumu.
AZƏRBAYCANDAN KƏNARDA YAŞAYAN AZƏRBAYCANLILARIN SAYI
Təqribi sayı 50 milyon nəfər olan dünya azərbaycanlılarının 10 milyondan çoxu hazırda mühacirətdə yaşayır. Dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir. Azərbaycan diasporu mövzusunun aktuallığı azərbaycanlıların yayılma coğrafiyasının araşdırılmasını və soydaşlarımızın sayının dəqiqləşdirilməsini zərurətə çevirmişdir.
Hələlik bu istiqamətdə konkret statistik göstəricilərin olmaması obyektiv reallıqdan irəli gəlir. XX əsrin əvvəllərinə qədər respublikadan xaricə mühacirət edən soydaşlarımızın şəxsiyyət vəsiqələrində «rus təbəəsi» yazılması onların milliyyətinin də «rus» kimi təqdim edilməsi ilə nəticələnmişdir.
O dövrlərdə qonşu Rusiyaya köçən azərbaycanlılar «tatar», Türkiyədə məskunlaşanlar isə «Azərbaycan türkü» kimi tanınır və qeydə alınırdı. Müasir İran ərazisində yaşayan soydaşlarımızın isə «İran təbəəsi» kimi təqdimatı prosesi gedirdi.
Belə arzuolunmaz vəziyyət xarici ölkələrdə yaşayan azərbaycanlıların rus, türk və fars diasporlarının tərkib hissəsi kimi qəbul edilməsinə səbəb olmuş, nəticədə soydaşlarımız başqa xalqların diasporları içərisində assimilyasiya olunmaq təhlükəsi ilə üzləşmişlər.
Lakin problemlərə və çətiniklərə baxmayaraq, azərbaycanlılar hər zaman öz milli mənsubiyyətini, adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qayğı ilə qoruyub saxlamış, tarixi Vətənlə əlaqələrini itirməmişlər. Bu gün dünyanın müxtəlif ölkələrində diasporumuzun mövcudluğu da məhz bu amillə bağlıdır. Azərbaycanlılar Amerika qitəsinin Şimal, Mərkəzi və Cənub hissəsində daha çox məskunlaşmışlar. Onların sayı Birləşmiş Ştatlarda 1 milyona, Argentinada 12 minə, Braziliyada 75 minə, Kanadada 170 minə, Meksikada isə 27 minə çatır. Amerika qitəsi ölkələrində Honduras, Qvatemala, Peru və digərlərində də soydaşlarımız məskunlaşmışlar. Hazırda onların sayı dəqiqləşdirilir.
Amerika qitəsində məskunlaşan azərbaycanlıların əksəriyyəti İrandan miqrasiya etmiş soydaşlarımızdır. 1970-ci ildən etibarən Türkiyədən, 1991-ci ildən isə Azərbaycandan bir qisim soydaşlarımızın bu qitəyə axını diasporumuzun tərkibinə və sosial-iqtisadi fəaliyyətinə öz təsirini göstərdi.
Azərbaycan diasporunun yayılma coğrafiyası və say tərkibinə görə geniş olduğu ikinci qitə Avropadır. Son zamanların statistik göstəricilərinə əsaslanan, Avropa azərbaycanlıların sayı Türkiyədə və Rusiyada, milyonlarla, Ukraynada və Belarusda, Almaniyada, Böyük Britaniyada yüzminlərlə, Norveçdə, Danimarkada, İsveçdə, Macarıstanda, Fransada, İtaliyada on minlərlə, Polşada, İspaniyada, Avstriyada, Albaniyada, Finlandiyada, Portuqaliyada on mindən çox göstərilir. Digər Qərb ölkələrində məskunlaşmış azərbaycanlıların sayı müvafiq olaraq hər bir ölkədə 2-10 min nəfər arasındadır.
Hollandiya, Belçika, Danimarka, İsveçrə və Almaniyada yaşayan soydaşlarımızın əksəriyyəti Türkiyədən köçmüş azərbaycanlılardır. Böyük Britaniya, Çexiya, Slovakiya, Polşa, Avstriya, Estoniya, Belarus, Rusiya, Ukrayna, Moldova və Fransadakı soydaşlarımız isə İrandan və Azərbaycan Respublikasından köçənlərdir.
Azərbaycan diasporunun üçüncü böyük hissəsi Asiya qitəsində məskunlaşmışlar. Onların sayı Banqladeşdə, Hindistan, Əfqanıstan, Pakistan, İordaniya və Orta Asiya respublikalarında yüz minlərlə, İndoneziya, Çin, Birləşmiş Ərəb Əmirliklərində, Oman, Səudiyyə Ərəbistanı və Suriyada on minlərlə, İraqda isə təqribən bir milyona çatır.
Afrika qitəsində məskunlaşmış azərbaycanlıların sayı Misir və Əlcəzairdə yüzminlərlə, Sudanda 17 min nəfərdir. Ümumilikdə, son zamanlar aparılan araşdırmalar nəticəsində Cənubi Afrika Respublikası və Zairdə də soydaşlarımızın məskunlaşdıqları müəyyən edilmişdir. Avstraliya qitəsində isə təxminən 10 minə yaxın azərbaycanlının yaşadığı barədə məlumatlar var.
Dünyanın müxtəlif ölkələrində azərbaycanlıların sayı aşağıda göstərilən cədvəldə əks etdirilir (təxmini hesablamalara görə):
Sıra № | Ölkənin adı | Azərbaycanlıların sayı (nəfərlə) |
1. | ABŞ | 1.000.000 |
2. | Albaniya Respublikası | 12.000 |
3. | Almaniya Federativ Respublikası | 300.000 |
4. | Avstraliya İttifaqı | 8.000 |
5. | Avstriya Respublikası | 19.000 |
6. | Argentina Respublikası | 12.000 |
7. | Banqladeş Xalq Respublikası | 170.000 |
8. | Belçika Krallığı | 3.000 |
9. | Belarus Respublikası | 7.000 |
10. | Birləşmiş Ərəb Əmirlikləri | 55.000 |
11. | Birma | 7.600 |
12. | Bolqarıstan Respublikası | 64.400 |
13. | Böyük Britaniya | 20.000 |
14. | Braziliya Federativ Respublikası | 74.000 |
15. | Butan Krallığı | 1.500 |
16. | Çexiya Respublikası | 2.000 |
17. | Çin Xalq Respublikası | 30.000 |
18. | Danimarka Krallığı | 6.000 |
19. | Estoniya Respublikası | 1.800 |
20. | Əfqanıstan | 430.000 |
21. | Əlcəzair Xalq Demokratik Respublikası | 260.000 |
22. | Finlandiya Respublikası | 11.600 |
23. | Fransa Respublikası | 70.000 |
24. | Gürcüstan Respublikası | 600.000 |
25. | Hindistan Respublikası | 300.000 |
26. | İndoneziya Respublikası | 44.600 |
27. | İordaniya Haşimi Krallığı | 410.000 |
28. | İraq Respublikası | 800.000 |
29. | İran İslam Respublikası | 30.000.000 |
30. | İrlandiya Respublikası | 4.000 |
31. | İspaniya Dövləti | 5.000 |
32. | İsveç Federasiyası | 30.000 |
33. | İsveçrə Konfederasiyası | 4.000 |
34. | İtaliya Respublikası | 30.000 |
35. | Kanada Respublikası | 174.000 |
36. | Küveyt Dövləti | 18.000 |
37. | Qazaxıstan Respublikası | 90.000 |
38. | Qırğızıstan Respublikası | 16.000 |
39. | Latviya Respublikası | 1.700 |
40. | Litva Respublikası | 1.500 |
41. | Macarıstan Respublikası | 26.000 |
42. | Malta Respublikası | 2.500 |
43. | Meksika Birləşmiş Ştatları | 26.000 |
44. | Misir Ərəb Respublikası | 850.000 |
45. | Moldova Respublikası | 6.000 |
46. | Monqolustan Respublikası | 4.800 |
47. | Niderland Krallığı | 20.000 |
48. | Norveç Krallığı | 3.000 |
49. | Oman Sultanlığı | 19.000 |
50. | Özbəkistan Respublikası | 60.000 |
51. | Pakistan İslam Respublikası | 350.000 |
52. | Polşa Respublikası | 10.000 |
53. | Portuqaliya Respublikası | 8.000 |
54. | Rumıniya Respublikası | 44.000 |
55. | Rusiya Federasiyası | 2.500.000 |
56. | Səudiyyə Ərəbistanı | 40.000 |
57. | Slovakiya | 2.000 |
58. | Sudan Demokratik Respublikası | 17.000 |
59. | Suriya Ərəb Respublikası | 92.500 |
60. | Tacikistan Respublikası | 13.400 |
61. | Türkiyə Cümhuriyyəti | 3.000.000 |
62. | Türkmənistan Respublikası | 33.300 |
63. | Ukrayna Respublikası | 500.000 |
64. | Yaponiya | 10.000 |
65. | Yeni Zelandiya | 2.000 |
66. | Yəmən Demokratik Respublikası | 26.000 |
67. | Yəmən Ərəb Respublikası | 32.000 |
68. | Yuqoslaviya | 5.900 |
69. | Yunanıstan Respublikası | 12.400 |
AZƏRBAYCAN DİASPORUNUN GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏRİ
Sıra | Adı və soyadı | Şəxsiyyətlər haqqında qısa məlumat |
1. | Baba Kuhi Bakuvi | X-XI əsrin səyyahı, tədqiqatçı-alim, mühəndis |
2. | İsmayıl ibn Yəsar | Ərəb Xilafətinin şairlərindən biri olmuş və Xilafətin elitasında böyük nüfuz sahibi kimi tanınmışdı |
3. | Xətib Təbrizi | XI əsr Azərbaycan alimi, ədəbiyyatşünas, dilçi, şair və ərəb dili, ədəbiyyatı, qrammatika və leksikologiya elminin banilərindən biri |
4. | Xacə Nəsrəddin Tusi | XIII yüzillikdə Şərqin bir sıra ölkələrini gəzib-dolaşmış və ümumşərq elm və mədəniyyətinə misilsiz incilər bəxş etmişdir |
5. | Səfiəddin Urməvi | Şərq aləmində istedadlı musiqiçi və mahir xəttat kimi böyük şöhrət qazanmışdır |
6. | Əbdürrəşid Bakuvi | XIV əsrin səyyahı, coğrafiyaşünası |
7. | Oruc bəy Bayat | Azərbaycan tarixçisi, hərbi sərkərdə və siyasi xadim |
8. | Hacı Zeynalabdin Şirvani | 37 illik səyahəti dövründə islamı, atəşpərəstliyi, yəhudiliyi, bütpərəstliyi, xristianlığı tədqiq etmiş, bir çox xalqların adət və ənənələrini öyrənmiş, bəşəriyyətə misilsiz dörd elmi əsər, divan, risalə bəxş etmişdir |
9. | Mirzə Cəfər Topçubaşov | Görkəmli şərqşünas alim, tərcüməçi, poliqlot, diplomat, şair |
10. | Mirzə Kazımbəy | Azərbaycan şərqşünası və maarifçisi, rus şərqşünaslıq elminin banilərindən biri |
11. | Cəmaləddin Əfqani | XIX əsrdə Əfqanıstanın Baş naziri vəzifəsində işləmişdir, məşhur “Ərabi-paşa” üsyanlarının rəhbərlərindən biri, Misir Universitetinin professoru, Şərq və Qərb mədəniyyətlərinin fəlsəfi sistemini müəyyənləşdirmiş görkəmli alim |
12. | Mehralı Bəy (Məmmədəli oğlu) | Osmanlı ordusunun paşası, Qarapapaq Hamidiyyə alaylarının Baş komandanı təyin edilmişdir. Türkiyənin Milli Qəhrəmanı adına layiq görülmüşdür |
13. | Əlimərdan bəy Topçubaşov | Görkəmli hüquqşünas, jurnalist, yüksək dərəcəli diplomat, siyasətçi, maarifçi və dövlət xadimi |
14. | Əlibəy Hüseynzadə | Yazçı-jurnalist, tərcüməçi, ictimai xadim |
15. | Əhməd bəy Ağayev (Ağaoğlu) | Görkəmli jurnalist, alim və ictimai xadim |
16. | Məhəmməd Əmin Rəsulzadə | Azərbaycan Demokratik Cümhuriyyətinin rəhbəri, ziyalı, ictimai və siyasi xadim |
17. | Cahangir Kazımbəyli | Rusiya Hərbi Hava Akademiyasını bitirmiş, I dünya müharibəsində iştirak etmiş, Gəncə alayında briqada komandiri olmuş, sonralar Polşaya mühacirət etmişdir, polkovnik rütbəsinədək yüksəlmişdir |
18. | Sadıqbəy Ağabəyzadə | Çar Rus ordusunun general-mayoru, şərqşünas alim, ADP-də daxili işlər nazirinin müavini vəzifəsində çalışmışdır |
19. | Səid Əlizadə | Özbək və tacik dillərində yazılmış ilk əlifbanın və bu dillərdə ilk qrammatika və oxu kitablarının müəllifidir. Böyük maarifçi, pedaqoq, yazıçı və publisist |
20. | Ceyhun Hacıbəyli | Ədəbiyyatçı, publisist, jurnalist və tərcüməçi |
21. | Səməd bəy Rəfibəyli | Görkəmli sərkərdə, istedadlı və peşəkar hərbçi, 1948-ci ildə Türkiyə Ali Hərbi Şurası xidmətlərinə görə türk ordusunun paşası (tam general) rütbəsi ilə təltif edilmişdir |
22. | Fərəcbəy Ağayev | Hərbçi, çar ordusunun general-leytenantı (1844-cü ildə imperator I Nikolay və onun xanımı Mariya Aleksandrova xaç suyuna çəkib oğulluğa götürmüşlər) |
23. | Şəfi Bəy Rüstəmbəyli | Dövlət və ictimai xadim, tanınmış jurnalist və hüquqşünas, tərcüməçi |
24. | Əziz Şərif | Azərbaycan ədəbiyyatşünaslığında çoxşaxəli yaradıcılığı ilə ədəbiyyatımızın inkişafına böyük təkan verən görkəmli alim, tənqidçi, pedaqoq və tərcüməçi |
25. | Mirzəbala Məmmədzadə | İctimai-siyasi xadim, jurnalist |
26. | Əhməd Cəfəroğlu | Türk dünyasının görkəmli şəxsiyyətlərindən biri, məşhur türkoloq, şərqşünas və dilçi professor, filologiya elmləri doktoru |
27. | Ümmülbanu | Görkəmli yazıçı və tərcüməçi, Mizə Əsədullayevin qızı, 20-30-cu illərin Paris ədəbi mühitində özünəməxsus yeri olmuşdur |
28. | Məmmədsəlim (Səlim Turan) | Rəssam, Parisdəki Qoete Akademik sənət məktəbində müəllim işləmişdir, Əlibəy Hüseynzadənin oğlu |
29. | Hüseyn Kazımzadə | 120 cild kitabın müəllifi, böyük alim, ədib və pedaqoq |
30. | Sabit Orucov | Görkəmli dövlət xadimi, neft və qaz sənayesi üzrə mahir mütəxəssis, SSRİ Qaz Sənayesi naziri olmuşdur |
31. | Maqsud Şeyxzadə | Özbək yazıçısı, alim və pedaqoqu kimi şöhrət qazanmışdır, Özbəkistan Respublikasının əməkdar incəsənət xadimi |
32. | İren Məlikov | Azərbaycanşünas, türkoloq alim, professor |
33. | Şirin Məlikov | Tədqiqatçı alim, Fransada “Azərbaycan mədəniyyətini araşdırma mərkəzi”nin baş katibi |
34. | Züleyxa Əsədullayeva | İctimai xadim, türk, ingilis, fransız, alman, rus və portuqal dillərinin gözəl bilicisi, müəllimlik və tərcüməçiliklə yanaşı, ABŞ-ın müxtəlif neft şirkətlərində də çalışmışdır. |
35. | Lütfi Ələsgərzadə (Lütfi Zadə) | İxtiraçı alim, fizik, Kaliforniya Berkli Universitetinin professoru, NASA və NATO-nun aparıcı mütəxəssisi |
36. | Kərim Kərimov | Pilotlu və pilotsuz kosmik gəmilərin və stansiyaların uçuş sınaqları üzrə Dövlət Komissiyasının sabiq sədri, Sosialist Əməyi Qəhrəmanı, mühəndis-konstruktor, general-leytenant |
37. | Cahangir Kərimov | Hüquqşünas alim, hüquq elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının müxbir üzvü |
38. | Əhməd İsgəndərov | Tarixçi-şərqşünas, Rusiya Elmlər Akademiyasının müxbir üzvü. “Voprosı istorii” jurnalının baş redaktoru |
39. | Fərman Salmanov | Geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Sosialist Əməyi Qəhrəmanı |
40. | Tahir Salahov | SSRİ xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyası Boyakarlıq bölməsinin akademik katibi, YUNESKO yanında Beynəlxalq Plastik Sənətlər Assosiasiyasının fəxri prezidenti, Sosialist Əməyi Qəhrəmanı |
41. | Toğrul Nərimanbəyov | Azərbaycanın xalq rəssamı |
42. | Müslüm Maqomayev | Müğənni-bəstəkar |
43. | Almas İldırım | Azərbaycanın mühacir şairi |
44. | Hüseyn Baykara | Yazıçı, publisist |
45. | Xəlilbəy Xasməmmədov | Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli siyasi və dövlət xadimi. 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının ədliyyə və daxili işlər naziri |
47. | Məmməd Əli Rəsulzadə | ictimai xadim, jurnalist, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri |
48. | Mstislav Leopoldoviç Rostropoviç | Dünya şöhrətli violenç ifaçısı və dirijor. Musiqiçi olmaqla bərabər, ictimai xadim, insan hüquq və azadlıqlarının fəal müdafiəçisi |
49. | Nağı Bəy Şeyxzamanlı | Azərbaycan Demokratik Respublikasının xüsusi xidmət orqanı olan Əksinqilab ilə mübarizə təşkilatının rəisi |
50. | Rüstəmxan Xoyski | Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri |
51. | Teymur Mustafayev | Azərbaycanın ikinci təyyarəçisi |
(Maddə 105, Azərbaycan Respublikasının əmək məcəlləsi)
- Azərbaycan Respublikasının bayramları aşağıdakılardır:
- Yeni İl Bayramı (yanvarın 1 və 2-si)
- Beynəlxalq Qadınlar Günü (martın 8-i)
- Faşizm üzərində Qələbə Günü (mayın 9-u)
- Respublika Günü (mayın 28-i)
- Azərbaycan xalqının Milli Qurtuluş Günü (iyunun 15-i)
- Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü (iyunun 26-sı)
- Dövlət Müstəqilliyi Günü (oktyabr 18-i)
- Azərbaycanın Dövlət Bayrağı Günü (noyabrın 9-u)
- Zəfər Günü (noyabrın 8-i)
- Konstitusiya Günü (noyabrın 12-si)
- Milli Dirçəliş Günü (noyabr 17-si)
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü (dekabrın 31-i)
- Novruz Bayramı – beş gün
- Qurban Bayramı – iki gün
- Ramazan Bayramı – iki gün
- Yeni İl Bayramı, Beynəlxalq Qadınlar Günü, Faşizm üzərində Qələbə Günü, Respublika Günü, Azərbaycan xalqının Milli Qurtuluş Günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü, Zəfər Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Novruz Bayramı, Qurban Bayramı və Ramazan Bayramı günləri iş günü hesab edilmir.
- İş günü hesab edilməyən bayram günlərində işçilərin işə cəlb olunmasına yalnız bu Məcəllədə nəzərdə tutulmuş müstəsna hallarda yol verilə bilər.
- Novruz Bayramı, Qurban Bayramı və Ramazan Bayramının keçiriləcəyi günlər növbəti il üçün dekabr ayının sonunadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilib əhaliyə elan olunur.
- Həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.
- Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir.
- Bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər.
Yanvar (latınca “Yanvarus”) qədim Roma ilahisi Yanusun şərəfinə adlandırılmışdır. Qriqori təqvimində ilin 1-ci ayıdır. Qriqori təqvimi 1582-ci ildə qəbul edilmişdir. Rusiyada I Pyotrun fərmanı ilə indiki Yuli təqviminə keçilmişdir. Bu fərmana uyğun olaraq yanvarın 1-i İsanın doğum günü, ilin başlanğıcı kimi qəbul edildi və XVIII əsr 1701-ci ilin yanvar ayının 1-dən başlandı.
Keçmiş Sovetlər İttifaqında bu təqvim 1918-ci ildə V.İ.Leninin fərmanı ilə rəsmiləşdirildi. Beləliklə, o vaxta qədər Yeni il hər ayın 13-dən başlanırdısa, indi o fərq aradan götürüldü və Yeni il 1 Yanvardan hesablanmağa başlandı. O vaxtdan Yeni il yanvarın 1-dən başlanır. 1 Yanvar həm də istirahət günü sayılır.
Azərbaycan müstəqil Respublika olduqdan sonra da ölkəmizdə həmin təqvim fəaliyyət göstərir və 1 Yanvar istirahət günü kimi qeyd olunur.
2006-cı ildən 1-2 yanvar bayram günləri sayılır və istirahət günü kimi qeyd edilir.
8 Mart – iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. Beynəlxalq Qadınlar Gününün bayram edilməsi K.Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq konfransında (Kopenhagen) qərara alınmışdır. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada keçirilmişdir. Rusiyada 1913-cü ildə, Azərbaycanda isə 1917-ci ildə qeyd edilmişdir. 1914-cü ilədək Beynəlxalq Qadınlar Günü müxtəlif günlərdə keçirilirdi. Beynəlxalq Qadınlar Gününün 8 Martda keçirilməsi Avstriya, Macarıstan, Rusiya, ABŞ və s. ölkə qadınları öz həmrəylik gününü məhs bu tarixdə qeyd edəndən sonra ənənənə halını aldı.
O vaxtdan bütün ölkələrdə qadınlar 8 Mart gününü, həmçinin sülh uğrunda mübarizədə həmrəylik günü kimi də qeyd edirlər. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunmuşdur.
Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart Beynəlxalq Qadınlar Günü istirahət günü kimi qeyd olunur.
Qeyd: 2006-cı ildən bayram günü istirahət gününə düşdükdə, növbəti iş günü istirahət günü sayılır.
Novruz bir bayram kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunur və sevincli bir hala — qışın qurtarmasına və baharın gəlişinə həsr olunur.
Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təqvimdə baharın ilk günü isə günəşin bir illik fırlanması ilə əsaslanır.
Alimlərin fikrincə bu bayramın tarixi çox qədimdir. Elmi araşdırmalar Novruz bayramının ibtidasını çox əski çağlarla — Zərdüşt peyğəmbərimizin yaşadığı dövrlə bağlayır, onun yaşını ən azı 3700, ən çoxu 5000 ilə bərabər edirlər.
Qədim Vavilonada bu bayram Nisanın (mart, aprel) 21 günü qeyd olunurdu və 12 gün davam edirdi. Bununla belə bu 12 günün hər birisinin öz ritualları (mərasim, ayin), öz əyləncələri mövcüd idi. İlk yazılı mənbədə qeyd olunur ki, Novruz bayramı bizim eradan əvvəl 505-ci ildə yaranmışdır.
İslam xadimləri bu bayrama həmişə dini rəng verməyə çalışırlar. Ancaq Novruzun islamdan da əvvəl yaranmasını görkəmli maarifçilərdən Firdovsi, Rudaki, Avisenna, Nizami, Sədi, Hafiz və başqaları da təsdiq edirlər. Novruz bayramının yaranması tarixinə həsr olunmuş yazılardan Nizaminin “Siyasətnamə”sini, Ömər Xəyyamın “Novruznamə”sini və başqalarını qeyd etmək olar.
Sovet dövründə Novruz qeyri-rəsmi qeyd olunurdu, çünki hökumət orqanları buna icazə vermirdilər və insanları təqib edirdilər. Ancaq bütün bunlara baxmayaraq, əsrlərdən qalmış ənənələrə sadiq olaraq, hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edirdi.
Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Azərbaycan xalqı bunu çox təntənəli və həm də Yeni ilin, yeni günün – Novruzun gəlişinə ən azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi qeyd olunur. Xalq mövhumatına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbədə od, üçüncü çərşənbədə yel və nəhayət dördüncü Torpaq çərşənbəsində təbiət oyanır və bu baharın gəlməsindən xəbər verir.
Novruz bayramı qədim ənənələrlə, oyunlarla zəngindir. Qədim ənənələrdən “Xıdır İlyas” (məhsuldarlıq, çiçəklənmə rəmzi), “Kos-kosa” — meydan məzəli oyunu (baharın gəlməsi rəmzi) və falabaxmanı qeyd etmək olar.
Su və odla bağlı maraqlı ənənələr var. Azərbaycan bir odlar ölkəsi kimi odla bağlı zəngin ənənələrə malikdir və bu saflaşma, təmizlənmə əlamətidir. Tonqallar qalanır və Novruzdan əvvəl Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, özü də yeddi dəfə, ya bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə. Tullanarkən bu sözlər deyilir: “Sarılığım sənə, qırmızılığın mənə”. Tonqal heç vaxt su ilə söndürülmür. Tonqal özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.
Su ilə saflaşma isə suyun real əlamətilə əlaqədardır. Su ilə əlaqədar olan ənənələr Azərbaycanda təzə illə bağlıdır. Təzə ildə axar suyun üstündən tullanmaqla keçən ilin günahlarını yumuş olursan. Bundan başqa bütün ailə üzvləri ötən ilin axırıncı gecəsi, yatmazdan əvvəl biri-birinin üstünə su çiləyirlər. Deyilənə görə axırıncı çərşənbə gecəsi bütün axar sular dayanır və hamı ona səcdə edir, hətda ağaclar da yerə əyilir. Əgər təzə il axşamı hər kəs bu sudan içərdisə, onlar Təzə ildə bütün xəstəliklərdən uzaqlaşardılar.
Novruzun ən yüksək zirvəsi köhnə il öz səlahiyyətlərini təzə ilə verəndə olur. Bu anda köhnə ənənəyə görə Novruzun şərəfinə top və tüfənglərdən yaylım atəşləri açılır. Hələ XIX əsrdə N.Dubrovin bu haqda belə yazmışdır: “Azərbaycanda Baharın gəlməsini şəhər və kəndlərdə açılan yaylım atəşləri bildirirdi”. Azərbaycanda Novruz bayramı təntənəsinin iştirakçısı olan Adam Oleari hələ 1637-ci ildə yazırdı: “Münəccim (astroloq) tez-tez arxasından qalxaraq, astronomik cihaz və günəş saatı vasitəsilə günəşin hündürlüyünü təyin edərək, gündüzlə gecənin bərabərləşdiyi anda elan etdi: “Təzə il gəldi” və elə bu anda yaylım atəşləri başlandı, şəhərin qüllələrindən və divarlardan musiqi sədaları ucaldı. Beləliklə Bahar bayramı başlandı”.
Azərbaycanlılar bayram süfrəsinə ciddi diqqət yetirirlər. Süfrədə adları da “S” hərfindən başlayan yeddi növ xörək olmalıdır. Süfrədə həmçinin sumax, sirkə, süd, səməni, səbzi və s. olmalıdır. Bunlardan başqa masanın üstünə güzgü və şamlar qoyulur, güzgünün üstünə boyanmış yumurtalar qoyulur. Bunların da öz rəmzi mənası var: şam – od, işıq deməkdir (hansı ki, insanı bədnəzərdən qoruyur), güzgü aydınlıq rəmzidir.
Ənənəyə görə bayramın ilk günü hamı evdə olmalıdır. Xalq arasında deyirlər: “Əgər bayram günü evdə olmasan, yeddi il evdə olmayacaqsan”. Keçmişdə bir qayda olaraq, çöl qapıları bağlanmırdı. Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, sönmüş od, işıq bədbəxtçilik əlamətidir.
Novruzu qeyd edərkən kəndlilər təzə ilin necə keçməyini: quru və yaxud yağıntılı, məhsuldarlığın dərəcəsini təyin edirdilər. Ənənəyə görə Novruzun birinci gününü – yaz, ikincini – yay, üçüncünü – payız, dördüncü gününü isə – qış sayırlar. Əgər birinci gün küləksiz və yağmursuz olarsa, deməli bu yaz kənd təsərrüfatı işləri üçün əlverişli olacaq. Əksinə yağmurlu, külək olsa, deməli bütün yaz belə olacaq. Qalan üç günlərdə də yayın, payızın və qışın necə olacağı təyin olunurdu.
Novruz şən və sevimli bayramdır. Novruz xalqımızın bütün varlıqlarını özündə cəmləşdirən bayramdır.
Qeyd: 2006-cı ildən bayram günü istirahət gününə düşdükdə, növbəti iş günü istirahət günü sayılır.
XX əsrdə İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olmuşdur. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü və hətta bütün bəşəriyyəti təhlükə altına aldı.
İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölmələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərmişlər. Qısa bir müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olundu. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qızlar cəbhəyə yollanmışdılar. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçdilər. 130-a yaxın həmyerlilərimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldülər, 30 nəfəri Şərəf ordeni ilə təltif olundular. 170 min Azərbaycan əsgər və zabitləri SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilmişdir. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Ruslan Vəzirov, Adil Quliyev, Ziya Bünyatov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə bizim xalqın şərəfli tarixinə yeni sətirlər yazdılar.
Respublika iqtisadiyyatının cəbhə yoluna keçirilməsi məqsədilə böyük işlər görüldü. Yüngül və yeyinti sənayeləri cəbhə üçün işləməyə başladı. Kiçik bir vaxtda Bakı döyüşən ordunun ən mühüm cəbhəxanasına (arsenal) çevrildi. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin edirdilər.
Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə hava flotu (aviasiya) benzini almaq üçün yeni texnologiya yaradıldı. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox, 23,5 millyon ton neft istehsal olundu ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Ümumiyyətlə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milliyon ton neft, 22 milliyon ton benzin və başqa neft məhsulları vermişlər. Qətiyyətlə demək olar ki, Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amiliərdən biri oldu. Bunu demək kifayətdir ki, hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsərətli olmasını bir daha sübut etdi.
Uzun bir dövr Azərbaycan Rusiyanın müstəmləkəsi olmuşdur. Ancaq Azərbaycan xalqı həmişə azadlığa, müstəqilliyə qovuşmaq üçün mübarizələr aparmışdır.
XX əsr tarixə yalnız elm, texnika əsri kimi yox, həm də milli oyanış, xalqların müstəmləkəçilikdən azad olmaları və milli dövlətlərin yaranması əsri kimi də daxil olmuşdur.
1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində Romanovlar sülaləsinə son qoyuldu. Nəticədə Rus İmperiyası dağıldı. Xalqlar öz müqəddəratlarını özləri həll etməli oldular. Bu imkandan istifadə edərək 1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Azərbaycan Demokratik Cümhuriyyətini elan etdilər.
ADC təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Bu Respublika parlamentli dövlət idi. Onun dövlət atributları — bayrağı, himni, gerbi qəbul edildi. Üç rəngli bayrağında türkçülük, islamçılıq və avropalaşmaq bir vəhdətdə idi. Ancaq ADC cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdilər və Respublika süqut etdi.
Respublika Günü dövlət müstəqilliyinin bərpası günü — 1990-cı ildən dövlət bayramı kimi qeyd olunur.
1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Ancaq müstəqilliyin ilk illərində ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda da vəziyyət ağırlaşır, fərarilik artırdı. Erməni təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdır. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. 1992-ci ilin mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərirdi. 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı.
Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Baakıya gəldi.
Heydər Əliyev çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.
1918-ci il mayın 28-də yaranmış Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşamasına baxmayaraq ölkədə çox böyük işlər görmüşdür. Bu işlərdən biri də ordu quruculuğu sahəsində görülən tədbirlərdir. Ordu quruculuğu məsələsi çox çətin və mürəkkəb bir prosesdir. ADR yarananda Azərbaycanda milli ordu deyilən heç bir şey yox idi. Ordusuz dövlət yaşaya bilməz. O, vaxt isə vəziyyət olduqca gərgin idi. Gənc Azərbaycan Demokratik Respublikasını parçalamaq, onun ərazisini öz torpaqlarına qatmaq üçün qonşu dövlətlər açıqdan-açığa öz məkrli fikirlərini bildirirdilər.
Milli dövlətin meydana gəldiyi ilk gündən Ermənistan öz ərazisini Azərbaycan ərazisi hesabına genişləndirmək üçün silahlı cəhdlər göstərməyə başladı.
Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə — əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət — orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu. Azərbaycan Milli Ordusu Ermənistan ordusunun təcavüzkar hücumlarının qarşısını dəfələrlə uğurla ala bilmişdir.
1991-ci il oktyabrın 9-da Ordunun yaradılması haqqındca Azərbaycan Respublikasının Ali soveti qanun qəbul etdi.
Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən 26 iyun Silahlı qüvvələr günü elan edilmişdir.
Qeyd: 2006-cı ildən bayram günü istirahət gününə düşdükdə, növbəti iş günü istirahət günü sayılır.
XX yüzilliyin sonlarında Sovetlər Birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.
Rusiyada demokratik qüvvələrin fəaliyyəti nəticəsində respublikalarda da mərkəzdən qaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi.
Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edildi.
Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Referendum bülleteninə bir sual yazılmışdı: “Siz “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?”
Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.
1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edildi.
1991-ci il oktyabrın 18-dən Azərbaycan istiqlal, suveren bir ölkədir və xalq bunu bir bayram kimi qeyd edir.
Qeyd: 2006-cı ildən bayram günü istirahət gününə düşdükdə, növbəti iş günü istirahət günü sayılır.
Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir.
Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.
1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.
Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng – Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng – müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng – islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
17 noyabr 2009-cu ildə Prezident İlham Əliyev hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd olunacağı haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq indiki dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib. Sərəncama görə həmin fakt nəzərə alınaraq hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunur. Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur.Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir.2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir.
Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir.
Azərbaycan Respublikasının Dövlət bayrağının ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilməsini nəzərə alaraq, Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədi ilə qərara alıram:
1. Hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 17 noyabr 2009-cu il.
Dövlət bayrağı günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilmişdir.
Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olnmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi. Məlum olduğu kimi, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.
Azərbaycanın birinci Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmişdir. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSR Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər qurultayında qəbul olunmuşdur. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki Konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi.
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur.
Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.
Ölkəmizdə həmin gündən 12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunur.
Qeyd: 2006-cı ildən bayram günü istirahət gününə düşdükdə, növbəti iş günü istirahət günü sayılır.
1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri M.Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Ermənilər azərbaycanlıları təkcə öz ev-eşiklərindən qovmayırdılar, həm də onları cismən öldürür, diri-diri yandırırdılar. Ermənilərin tarixdə görünməmiş bu vandalizminə M.Qorbaçov və onun ətrafı heç bir reaksiya vermədilər. Ermənilər bununla da kifayətlənmədilər. 1988-ci ilin fevralın əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ixtişaşlar törətdilər. Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirməsi haqqında məsələ qaldırdılar.
Belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxdı. Xalq öz etirazını sakit şəkildə rəhbərliyə bildirdi. İlk zamanlar Azərbaycan vətəndaşları Moskvaya, yerli hakimiyyət başçılarına inanırdılar. Onların şüarları, gəzdirdikləri portret və bayraqlar bunu sübut edirdi.
Ancaq, xalq gördü və başa düşdü ki, nə Moskva, nə də Azərbaycanın o vaxtki rəhbərliyi heç bir qəti tədbir görmək istəmirlər. Belə olduqda, respublikanın hər yerindən insanlar axın-axın Bakıya gəlir, Azadlıq meydanına (o vaxt V.İ.Lenin adını daşıyırdı) toplaşır, ermənilərin və Sovet hökumətinin belə münasibətinə qarşı mitinqlər keçirir, öz etirazlarını bildirirdilər.
1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. O, vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənizmin istiqlaliyyət qazanmasında əsas amil sayılır.
1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.
Qeyd: 2006-cı ildən bayram günü istirahət gününə düşdükdə, növbəti iş günü istirahət günü sayılır.
Bu gün dünyada 50 milyondan çox azərbaycanlı yaşayır.
Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq bəşər sivilizasiyasına böyük töhfələr vermişlər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, iş tapmaq, təhsil almaq məqsədi ilə doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşmışlar. Hazırda dünyanın hər yerində azərbaycanlılar yaşayırlar.
Uzun bir dövr Vətəndə yaşayan azərbaycanlılar başqa ölkələrdə məskunlaşmış həmvətənliləri ilə görüşmək, əlaqələr yaratmaq imkanından məhrum olmuşlar. Sovet dövlətinin qadağaları qardaşın qardaşla görüşməyinə imkan vermirdilər. Sovet rejiminin zəifləməyə başladığı 1980-ci illərin sonlarında Azərbaycan xalqı öz həmvətənləri ilə əlaqələr yaratmaq üçün səylərini artırdı.
Dünya azərbaycanlılarının həmrəylik gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstambulda türk dilli xalqların Konfransı keçirilirdi. Konfrans da Dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi.
1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram edilir.
Qeyd: 2006-cı ildən bayram günü istirahət gününə düşdükdə, növbəti iş günü istirahət günü sayılır.
Qurban bayramı islam aləmində ən möhtəşəm bayramlardan biridir. İslamda cəmi iki bayram — eydül-əzha (Qurban bayramı kimi tanınan bayram) və eydül-fitrə (Orucluq bayramı — kiçik bayram) bayramlar qanuniləşdirilmişdir. Qurban bayramı islam dininin ən vacib sayılan fərzlərindən biri kimi Quranın tələb etdiyi dini tələbdir.
Bu bayram müsəlmanların həcc ziyarəti mərasiminin bir hissəsidir. Qurban bayramı müsəlman təqviminin (Hicri-qəməri təqvimi) 12-ci ayı olan Zilhiccə ayının 10-cu günü, Məkkəyə həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur.
Demək lazımdır ki Qurban bayramı yalnız İslam dininin törəməsi deyildir. Qurban vermək, qurban kəsmək adəti islamdan çox-çox əvvəl dünyanın bir çox xalqlarında olmuşdur. Məsələn, karfagenlilər allah saydıqları Moloxa qarşısında borclarını ödəmək üçün uşaqlarını qurban verirdilər. Şərq xalqlarında da öz qızlarını qurban vermək adəti olmuşdur.
Həzrəti Məhəmmədin yaratdığı İslam dini böyük İnama, ulu Allaha qurban verməkdə də əvəzsiz inqilab yaratdı. Bəşəriyyəti insanı qurban verməkdən çəkindirdi, bu cür qurbanı hətta qadağan etdi. Ona görə də islam dini Allahın adınan buyurdu ki, insan yerinə qurbanlıq heyvan kəsilməlidir. Qurban mərasiminin vaxtı da müəyyənləşdirildi. Əvvəllər kim nə vaxt istəsəydi kəsə bilərdi. Bayramı daha da şərəfləndirmək üçün onu ildə bir dəfə Zilhiccə ayının 10-da keçirməyi qanuniləşdirdilər. Quranda deyilir: “Allah Beytülhəram (müqəddəs ev) olan Kəbəni, bərəm ayı (Zilhiccəni), Kəbəyə gətirilən boyunları bağsız və bağlı (boyunlarına nişan taxılmış və taxılmamış) qurbanları insanların (dini və dünyəvi işlərinin) düzəlib səhmana düşməsi üçün bir yol müəyyən etdi” (Quran 5-ci surə, ayə 97).
Bu mərasim yerlərdə də keçirilir. Hər hansı niyyət üçün qurbankəsmə hər hansı gündə ola bilər.
Sovet hakimiyyəti dövründə din və dini ayinlər, bayramlar da tənqid hədəfi olmuşdur.
Azərbaycan müstəqilliyə qovuşduqdan sonra xalqın dininə, milli ənənələrinə, milli və dini bayramlarına hörmət və diqqət yetirilməyə başlandı.
Qurban bayramı 2 gün qeyd olunur.
Qeyd: 2006-cı ildən bayram günü istirahət gününə düşdükdə, növbəti iş günü istirahət günü sayılır.
Müqəddəs Ramazan ayı müsəlmanlara hicrinin ikinci (622-ci il) ili təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur.
Orucluq hicrinin ikinci ilində Məhəmməd Peyğəmbər tərəfindən Mədinədə bu məqsəd üçün Ramazan ayı təyin olandan öz tarixini başlayır. Məhz Ramazan ayının axırıncı on gecələrinin birində Quran hədiyyə edilmişdir. Deyilənə görə, bu hadisə ayın 23-dən 24-nə keçən gecə, ya da 26-dan 27-nə keçən gecə baş vermişdir. Bu gecə “laylat alkadr” — qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqda belə yazılır: “Biz bu gecə həqiqətən qüdrət, əzəmət hədiyyə etmişik, bu gecə min aylardan da qüdrətlidir, mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəqin doğmasına qədər aləmdir, sülhdür” (97:1-5).
Orucluq vaxtı günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, ər-arvad borcunu yerinə yetirmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, boylu qadınlar, cəbhədə vuruşanlar, yolçular (səyyahlar) azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 sutka davam edir. Quranda yazılır: “Yeyin, için ta qara sapın ağ sapdan seçilənəcən, sonra qaranlıq düşənəcən oruc tutun” (2:187).
Orucluq hələ islamdan da əvvəl mövcüd idi. Hələ qədim ərəblər öz allahları naminə oruc tuturdular. Bu haqda Quranda deyilir: “Sizlərə oruc tutmaq göstərişi verildiyi kimi, bizdən əvvəlkilərə də həmin göstəriş verilmişdir”.
Orucluq pəhrizi qurtarmaq — id əl-fitr bayramı ilə başa çatır. Həmin gün bütün imkanlı müsəlmanlar kasıblara yardım etməlidirlər. Fitrə edərkən bütün ailə üzvləri nəzərə alınır. 1993-cü ildən Orucluq bayramı dövlət səviyyəsində qeyd olunur.
Ramazan bayramı 2 gün qeyd olunur.
Qeyd: 2006-cı ildən bayram günü istirahət gününə düşdükdə, növbəti iş günü istirahət günü sayılır.
8 NOYABR — ZƏFƏR GÜNÜ
27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saat, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.
Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.
2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir.
Azərbaycanda Zəfər Gününün təsis edilməsi haqda Prezidentin ilk fərmanı dekabrın 2-də verilmişdi. Bu sərəncama əsasən, Zəfər Günü hər il noyabrın 10-da keçirilməli idi. Lakin dekabrın 3-də noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etmişdir. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq qələbənin – Zəfər Gününün hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
Qeyd: 2006-cı ildən bayram günü istirahət gününə düşdükdə, növbəti iş günü istirahət günü sayılır.
Azərbaycan qədim tarixi, zəngin mədəniyyəti, özünəməxsus dövlətçilik ənənələri olan nadir bir ölkədir. Mühüm coğrafi-strateji mövqeyinə görə Azərbaycan həmişə sivilizasiyaların qovuşuğunda olmuşdur. Qədim dövrdə və orta əsrlərdə Azərbaycan Yaxın və Orta Şərqin siyasi, ticarət və mədəni mərkəzlərindən biri idi. Bu səbəbdən də tarixin müxtəlif dövrlərində Azərbaycanda Şərqin siyasi və ideya-mədəni proseslərinə böyük təsir göstərən güclü dövlətlər yaranmışdır.
Dünya mədəniyyətində öz dəst-xətti ilə seçilən Azərbaycan xalqı əsrlər boyu bəşər sivilizasiyasına qüdrətli dühalar, şəxsiyyətlər bəxş etmişdir. Onların böyük bir hissəsi XIX əsrdə və XX əsrin əvvəllərində yaşayıb-yaratmış, bir çoxu bizim müasirlərimiz olmuşdur.
Xalqımıza, Vətənimizə əbədi şöhrət gətirmiş bu insanların bir qismi Bakının dağlıq hissəsində yerləşən Fəxri xiyabanda doğma torpağa tapşırılmışdır. Bunlar, əsasən, elm, ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri, İkinci dünya müharibəsi (1939-1945) illərində alman faşistlərinə qarşı döyüşlərdə göstərdikləri şəxsi igidlik və şücaətə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş insanlar, Sovet hakimiyyəti dövründə yüksək dövlət vəzifələri tutmuş şəxslər, iqtisadiyyatın, kənd təsərrüfatının müxtəlif sahələrində çalışaraq fərqlənmiş, fəxri adlar almış əmək adamlarıdır.
Təbii ki, Sovet hakimiyyətinin qurulmasına və möhkəmlənməsinə kömək etmiş köhnə bolşeviklərin, partiya, sovet işçilərinin də bir qismi Fəxri xiyabanda dəfn olunmuşdur. Lakin bu da bizim tariximizdir və onu olduğu kimi qəbul etməliyik.
Bundan əlavə, Fəxri xiyabanda dəfn olunanlar arasında Azərbaycandan kənarda doğulmuş, lakin həyatının çox və ya müəyyən hissəsini ölkəmizdə yaşamış, onu özlərinə ikinci Vətən seçmiş insanlar da vardır.
Fəxri xiyaban Azərbaycan SSR Nazirlər Sovetinin 27 avqust 1948-ci il 680 nömrəli sərəncamı ilə yaradılmışdır. Elə həmin ildən Fəxri xiyabanın tikintisinə başlanılmışdır. Sərəncama əlavə olunmuş siyahıya görə, görkəmli ədəbiyyat və mədəniyyət xadimləri Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Hüseyn Ərəblinski, Süleyman Sani Axundov, Əli Nəzmi, Cabbar Qaryağdı oğlu, Rüstəm Mustafayev, Əzim Əzimzadə və Hüseynqulu Sarabskinin məzarları Fəxri xiyabana köçürülməli və onların qəbirüstü abidələri qoyulmalı idi.
Həmin sərəncama əsasən, Qazaxda Molla Vəli Vidadinin, Şamaxıda Seyid Əzim Şirvani və Mirzə Ələkbər Sabirin də qəbirüstü abidələri qoyulmalı idi.
Fəxri xiyaban yaradıldıqdan sonra vəfat etmiş görkəmli şəxsiyyətlər, bir qayda olaraq, burada dəfn edilmişdir. Beləliklə, Fəxri xiyaban vaxtaşırı ziyarət yerinə çevrilmişdir.
2003-cü il dekabrın 15-də dünya azərbaycanlılarının ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycanın əbədiyaşar övladı Heydər Əliyev Fəxri xiyabanda canı qədər sevdiyi Vətən torpağına tapşırılmışdır. O vaxtdan bəri milyonlarla insan, o cümlədən Azərbaycana rəsmi səfər edən dövlət və hökumət başçıları, nüfuzlu nümayəndə heyətləri, həmçinin Vətənə gələn xaricdəki soydaşlarımız Ulu Öndərin xatirəsini anmaq üçün Fəxri xiyabanı ziyarət etmişlər.
Xalqımız özünün böyük övladlarının əziz xatirəsini həmişə uca tutacaqdır.
FƏXRİ XİYABANDA DƏFN EDİLƏNLƏR
Soyadı, adı, atasının adı | Tarixlər |
Əliyev Heydər Əlirza oğlu | 1923-2003 |
Abbasəliyev Sabit Qasım oğlu | 1932-1982 |
Abbasov Akim Əli oğlu | 1911-1992 |
Abbasov Qurban Abbasqulu oğlu | 1926-1994 |
Abdulla Şaiq (Talıbzadə Abdulla Mustafa oğlu) | 1881-1959 |
Abdullayev Həsən Məmmədbağır oğlu | 1918-1993 |
Abdullayev Mikayıl Hüseyn oğlu | 1921-2002 |
Abramoviç Mixail Vladimiroviç | 1884-1965 |
Adıgözəlov Vasif Zülfüqar oğlu | 1935-2006 |
Ağa Nemətulla | 1896-1958 |
Ağamalıoğlu Səməd ağa Həsən oğlu | 1867-1930 |
Ağayev Bəhram Cəfər oğlu | 1884-1956 |
Ağayev Böyük Məmməd oğlu | 1907-1965 |
Ağayev Musa İsgəndər oğlu | 1914-1965 |
Aleksandrov İosif Aleksandroviç | 1893-1968 |
Almaszadə Qəmər Hacağa qızı | 1915-2006 |
Aydınbəyov Salam Müqtədir oğlu | 1912-1967 |
Babazadə Baba Qurbanqulu oğlu | 1911-1962 |
Bağırova Bəsti Məsim qızı | 1905-1962 |
Bayramov Əli Bayram oğlu | 1889-1920 |
Bayramova Ceyran Şirin qızı | 1896-1987 |
Bayramzadə Əlirza Baxşəli oğlu | 1911-1963 |
Behbudov Rəşid Məcid oğlu | 1915-1989 |
Belov Sergey Andreyeviç | 1911-1967 |
Bədirbəyli Leyla Ağalar qızı | 1920-1999 |
Bəşir Səfəroğlu | 1925-1969 |
Bokov İvan Vasilyeviç | 1879-1952 |
Bülbül (Məmmədov Murtuza Məşədi Rza oğlu) | 1897-1961 |
Bünyadov Bəşir Nurəli oğlu | 1895-1967 |
Bünyadov Ziya Musa oğlu | 1923-1997 |
Cabbarlı Cəfər Qafar oğlu | 1899-1934 |
Cabir Novruz (Novruzov Cabir Mirzəbəy oğlu) | 1933-2002 |
Cahangirov Cahangir Şirgəşt oğlu | 1921-1991 |
Cəfərov Cəfər Haşım oğlu | 1914-1973 |
Cəfərov Cəfər Hüseynqulu oğlu | 1915-1957 |
Cəfərov Səftər Məmməd oğlu | 1900-1961 |
Cəfərov Vaqif Cəfər oğlu | 1949-1991 |
Cəlilov Afiyəddin Cəlil oğlu | 1946-1994 |
Çikaryov İvan Nikiforoviç | 1881-1928 |
Dadaşov Müseyib Mirzə oğlu | 1896-1981 |
Dadaşov Sadıq Ələkbər oğlu | 1905-1946 |
Daşkov Aleksey Semyonoviç | 1915-1965 |
Davudova Mərziyə Yusif qızı | 1901-1962 |
Əbdürrəhmanov Fuad Həsən oğlu | 1915-1971 |
Əbilov İbrahim Məhərrəm oğlu | 1881-1923 |
Əbilov Mahmud Əbdülrza oğlu | 1898-1972 |
Əbülfəz Elçibəy (Əliyev Əbülfəz Qədirqulu oğlu) | 1938-2000 |
Əfəndiyev Fuad Ələddin oğlu | 1909-1963 |
Əfəndiyev Heydər Xəlil oğlu | 1907-1967 |
Əfəndiyev İlyas Məhəmməd oğlu | 1914-1996 |
Əhmədov Ağamirzə Mirzəli oğlu | 1905-1964 |
Ələkbərov Ələsgər Hacağa oğlu | 1910-1963 |
Ələkbərova Şövkət Feyzulla qızı | 1922-1993 |
Ələsgərov Süleyman Əyyub oğlu | 1924-2000 |
Ələsgərova Şamama Məmmədkərim qızı | 1904-1977 |
Əli Nəzmi (Əli Məmmədzadə) | 1878-1946 |
Əlibəyli Ənvər Əliverdi oğlu | 1916-1968 |
Əliyev Aqil Əlirza oğlu | 1926-2006 |
Əliyev Əziz Məmmədkərim oğlu | 1897-1962 |
Əliyev Firudin Əli oğlu | 1936-1983 |
Əliyev Gülbala Ağabala oğlu | 1879-1971 |
Əliyev Haşım Bədəl oğlu | 1892-1919 |
Əliyev Həsən Əlirza oğlu | 1907-1993 |
Əliyev Kamil Müseyib oğlu | 1921-2005 |
Əliyev Mahmud İsmayıl oğlu | 1908-1958 |
Əliyev Məmmədəli Dostəli oğlu | 1912-1965 |
Əliyev Mirzağa Əli oğlu | 1883-1954 |
Əliyev Tamerlan Əziz oğlu | 1921-1997 |
Əliyev Tofiq Məmməd oğlu | 1928-1993 |
Əliyeva Zərifə Əziz qızı | 1923-1985 |
Əlizadə Məsud Ağamehdi oğlu | 1932-1968 |
Əminbəyli Əmin Hidayət oğlu | 1909-1949 |
Əmirov Əli Cabbar oğlu | 1915-1979 |
Əmirov Fikrət Məşədi Cəmil oğlu | 1922-1984 |
Ərəblinski Hüseyn (Xələfov Hüseynbala Məmməd oğlu) | 1881-1919 |
Əsədov Məhəmməd Nəbi oğlu | 1941-1991 |
Əvəz Sadıq (Sadıqov Əbülfəz Əli oğlu) | 1898-1956 |
Əzimzadə Əzim Aslan oğlu | 1880-1943 |
Əzizbəyov Əzizağa Məşədi oğlu | 1903-1966 |
Əzizbəyov Şamil Əbdürrəhim oğlu | 1906-1976 |
Əzizbəyova Püstə Əzizağa qızı | 1929-1998 |
Əzizov Tofiq Müseyib oğlu | 1932-1998 |
Fedorenko Stepan Alekseyeviç | 1908-1972 |
Hacıbəyov Soltan İsmayıl oğlu | 1919-1974 |
Hacıbəyov Üzeyir Əbdülhüseyn oğlu | 1885-1948 |
Hacıbəyov Zülfüqar Əbdülhüseyn oğlu | 1884-1950 |
Hacıbəyova Məleykə Həsən qızı | 1893-1966 |
Hacıyev Əhməd Cövdət İsmayıl oğlu | 1917-2002 |
Hacıyev Hüsü Hüseynəli oğlu | 1897-1931 |
Hacıyev Nazim Məmmədiyyə oğlu | 1924-1962 |
Hacıyev Rauf Soltan oğlu | 1922-1995 |
Hacıyev Zülfü Saleh oğlu | 1935-1991 |
Haqverdiyev Əbdürrəhim bəy Əsəd bəy oğlu | 1870-1933 |
Heydərov Arif Nəzər oğlu | 1926-1978 |
Heydərov Nəzər Heydər oğlu | 1896-1968 |
Həmidov Məmmədşərif Həbibulla oğlu | 1917-1969 |
Hüseynov Ələsgər Nurəli oğlu | 1928-1976 |
Hüseynov Hacıbaba Hüseynəli oğlu | 1919-1993 |
Hüseynov Heydər Nəcəf oğlu | 1908-1950 |
Hüseynov İsmayıl Abbas oğlu | 1910-1969 |
Hüseynov Kamran Əsəd oğlu | 1913-2006 |
Hüseynov Mikayıl Ələsgər oğlu | 1905-1992 |
Hüseynzadə Arif İsmayıl oğlu | 1970-1991 |
Xələfov Rafiq Rəsul oğlu | 1939-1998 |
Xəlil Rza Ulutürk (Xəlilov Xəlil Rza oğlu) | 1932-1994 |
Xəlilov Qurban Əli oğlu | 1906-2000 |
Xəlilov Məmməd Rza oğlu | 1917-1976 |
Xəlilov Zahid İsmayıl oğlu | 1911-1974 |
İbrahimov Əjdər Mütəllim oğlu | 1919-1993 |
İbrahimov Əli İsmayıl oğlu | 1913-1990 |
İbrahimov Hacağa Xəlil oğlu | 1923-1992 |
İbrahimov İbrahim İbiş oğlu | 1912-1994 |
İbrahimov Mirzə Əjdər oğlu | 1911-1993 |
İbrahimov Zülfəli İmaməli oğlu | 1910-1972 |
İsgəndərov Məmməd Salman oğlu | 1909-1965 |
İsmayılov (Sultanov) Qasım İsmayıl oğlu | 1885-1922 |
İsmayılov Rüstəm Hacı Əli oğlu | 1909-1972 |
İsmayılov Tofiq Kazım oğlu | 1933-1991 |
Kazım Ziya (Kazımzadə Kazım Cəfər oğlu) | 1896-1956 |
Kazımov Səlahəddin İsa oğlu | 1920-1978 |
Kərimov Lətif Hüseyn oğlu | 1906-1991 |
Kiselyev Aleksandr Arsenyeviç | 1907-1956 |
Kuleşov İvan Zaxaroviç | 1922-1964 |
Qafarova Elmira Mikayıl qızı | 1934-1993 |
Qandyurin İvan Yeqoroviç | 1885-1982 |
Qarayev Abdulla İsmayıl oğlu | 1910-1968 |
Qarayev Qara Əbülfəz oğlu | 1918-1982 |
Qaryağdı Cəlal Məhərrəm oğlu | 1914-2001 |
Qasımov İmran Haşım oğlu | 1918-1981 |
Qasımov Mirbəşir Fəttah oğlu | 1879-1949 |
Qasımov Səlim Qasım oğlu | 1907-1957 |
Qasımov Yusif İbad oğlu | 1896-1957 |
Qasımova Emilya Kondraytevna | -1949 |
Qasımzadə Ənvər Əli oğlu | 1912-1969 |
Qaşqay Mirəli Seyidəli oğlu | 1907-1977 |
Qayıbov İsmət İsmayıl oğlu | 1942-1991 |
Qədimova Sara Bəbiş qızı | 1922-2005 |
Qədirov Abdulla Murad oğlu | 1916-1979 |
Qədri Fatma Qədir qızı | 1906-1968 |
Qulam Yəhya | 1906-1986 |
Quliyev Əlövsət Nəcəfqulu oğlu | 1922-1969 |
Quliyev Piri Dostməmməd oğlu (Usta Piri) | 1869-1951 |
Quliyev Tofiq Ələkbər oğlu | 1917-2000 |
Quluzadə Məmmədpaşa Piri oğlu | 1914-1994 |
Qurbanov Ağadadaş Gülməmməd oğlu | 1911-1965 |
Qurbanov Şıxəli Qurban oğlu | 1925-1967 |
Qurbanova Hökümə Abbasəli qızı | 1913-1988 |
Levin Semyon Samuiloviç | 1904-1972 |
Ləmbəranski Əliş Cəmil oğlu | 1914-1999 |
Makovelski Aleksandr Osipoviç | 1884-1969 |
Maqomayev Cəmaləddin Müslüm | 1910-1977 |
Maqomayev Müslüm (Əbdülmüslüm) Məhəmməd oğlu | 1885-1937 |
Maqsudov Fəraməz Qəzənfər oğlu | 1930-2000 |
Mehdi Hüseyn (Hüseynov Mehdi Əli oğlu) | 1909-1965 |
Mehdiyev Şəfayət Fərhad oğlu | 1910-1993 |
Melnikov Mixail Pimenoviç | 1871-1924 |
Məcidov Rəşid Əsəd oğlu | 1908-1970 |
Məhərrəmov Məlik Məlik oğlu | 1920-2004 |
Məlikov Firuz Əli oğlu | 1902-1965 |
Məmməd Araz (İbrahimov Məmməd İnfil oğlu) | 1933-2004 |
Məmməd Arif (Dadaşzadə Məmməd Arif Məhərrəm oğlu) | 1904-1975 |
Məmməd Cəfər (Cəfərov Məmməd Cəfər Zeynalabdin oğlu) | 1909-1992 |
Məmməd Rahim (Hüseynov Məmməd Rahim Abbas oğlu) | 1907-1977 |
Məmmədəliyev Yusif Heydər oğlu | 1905-1961 |
Məmmədquluzadə Cəlil Məmmədqulu oğlu | 1866-1932 |
Məmmədquluzadə – Cavanşir Həmidə xanım Əhməd bəy qızı | 1873-1955 |
Məmmədli Qulam Məmməd oğlu | 1897-1994 |
Məmmədov Cəlil Fərzəli oğlu | 1910-1953 |
Məmmədov Əbülfət Heydər oğlu | 1898-1957 |
Məmmədov Mehdi Əsədulla oğlu | 1918-1985 |
Məmmədov Məmməd Hüseyn oğlu | 1939- |
Məmmədov Məmmədağa Əhməd oğlu | 1926-1971 |
Məmmədov Rafiq Məmməd oğlu | 1933-1991 |
Məmmədov Vəli Hüseyn oğlu | 1931-1991 |
Məmmədova Şövkət Həsən qızı | 1897-1981 |
Məmmədyarov Məmməd Məmmədqulu oğlu | 1875-1933 |
Mərdanov Mustafa Haşım oğlu | 1894-1968 |
Mirqasımov Mirəsədulla Mirələsgər oğlu | 1883-1958 |
Mirzəcanzadə Azad Xəlil oğlu | 1928-2006 |
Mirzəyev Osman Mirzə Hüseyn oğlu | 1937-1991 |
Musayev Səfiyar Bəylər oğlu | 1935-1999 |
Musəvi Mirfəttah Əli oğlu | 1891-1919 |
Mustafayev Xıdır Həsən oğlu | 1905-1975 |
Mustafayev İmam Daşdəmir oğlu | 1910-1997 |
Mustafayev Rüstəm Mamməd oğlu | 1910-1940 |
Nağıyev Murtuza Fətulla oğlu | 1908-1975 |
Namazəliyev Qurban Hüseyn oğlu | 1947-1991 |
Neqreyev Vsevolod Fyodoroviç | 1900-1967 |
Nəbi Xəzri (Babayev Nəbi Ələkbər oğlu) | 1924-2007 |
Nəcəfov Hüseyn Hümmət oğlu | 1907-1967 |
Nəcəfov Niyazi Nəcəfqulu oğlu | 1922-1991 |
Nəsrullayev Nəsrulla Hidayət oğlu | 1920-1978 |
Nikolski Vasili Alekseyeviç | 1882-1967 |
Niyazi (Tağızadə-Hacıbəyov Niyazi Zülfüqar oğlu) | 1912-1984 |
Ordubadi Məmməd Səid (Ordubadi Məmməd Səid Hacağa oğlu) | 1872-1950 |
Pirimov Qurban Baxşəli oğlu | 1880-1965 |
Pişəvəri Seyidcəfər Seyidcavad oğlu Cavadzadə (Xalxali) | 1892-1947 |
Plavski İqor Aleksandroviç | 1939-1991 |
Poladov Möhsün Musa oğlu | 1905-1966 |
Protokovets Yevgeni Georgiyeviç | 1931-1989 |
Rasskazov Vladimir Qriqoryeviç | 1927-1969 |
Rəfiyev Nəcəfqulu Rəcəbəli oğlu | 1912-1970 |
Rəhimov Sadıq Hacı Yarəli oğlu | 1914-1975 |
Rəhimov Süleyman Hüseyn oğlu | 1900-1983 |
Rəhimov Şəmsi Nuru oğlu | 1924-1994 |
Rəsul Rza (Rzayev Rəsul İbrahim oğlu) | 1910-1981 |
Rəsulbəyov Hüseyn Cümşüd oğlu | 1917-1984 |
Rəsulov Məcid Lətif oğlu | 1916-1993 |
Rüstəmov Nəbi Rüstəm oğlu | 1911-1964 |
Rüstəmov Səid Əli oğlu | 1907-1983 |
Rzayeva Həqiqət Əli qızı | 1907-1969 |
Sabit Rəhman (Mahmudov Sabit Kərim oğlu) | 1910-1970 |
Sabsay Pinxos (Pyotr) Vladimiroviç | 1893-1980 |
Sadıqzadə Natiq Sahib oğlu | 1942-1988 |
Safonov İlya Moiseyeviç | 1909-1967 |
Sarabski (Rzayev) Hüseynqulu Məlik oğlu | 1879-1945 |
Seyidzadə Bağır Qasım oğlu | 1912-1968 |
Səfərov Fariz Məcid oğlu | 1920-1964 |
Səməd Vurğun (Vəkilov Səməd Yusif oğlu) | 1906-1956 |
Sərdarova Ruba Salman qızı | 1897-1965 |
Sidqi Ruhulla (Axundov Ruhulla Fətulla oğlu) | 1886-1959 |
Sultanov Şəmsəddin Qurban oğlu | 1917-1976 |
Süleyman Nuri | 1895-1966 |
Süleyman Rüstəm (Rüstəmzadə Süleyman Əliabbas oğlu) | 1906-1989 |
Süleyman Sani Axundov (Axundov Süleyman Rzaqulu bəy oğlu) | 1875-1939 |
Şıxlı İsmayıl Qəhrəman oğlu | 1919-1995 |
Şuşinski Seyid Mir Möhsün Ağa Seyid İbrahim oğlu | 1889-1965 |
Tağızadə Əli | 1883-1966 |
Tkaçenko Konstantin Vladimiroviç | 1906-1969 |
Topçubaşov Mustafa Ağabəy oğlu | 1895-1981 |
Vahid (İsgəndərov Əlağa Məmmədqulu oğlu) | 1894-1965 |
Veysov Məmməd Kərim oğlu | 1900-1974 |
Vəkilova Leyla Məhəd qızı | 1927-1999 |
Vəliyev Əli Qara oğlu | 1901-1983 |
Vəzirov Süleyman Azad oğlu | 1910-1973 |
Yaqubov Əhəd Ələkbər oğlu | 1908-1979 |
Yusif Səmədoğlu (Vəkilov Yusif Səməd oğlu) | 1935-1998 |
Zaytsev Qriqori Alekseyeviç | 1915-1966 |
Zeynalov Hacıbaba Məmməd oğlu | 1909-1969 |
Zeynalova Nəsibə Cahangir qızı | 1916-2004 |
Zərdabi (Məlikov) Həsən bəy Səlim bəy oğlu | 1837-1907 |
Züvanov Vladimir Pavloviç (Heybətov Heybət Heybət oğlu) | 1898-1959 |
Qədim və mürəkkəb, keşməkeşli tarixə malik Azərbaycan xalqı əsrlər, minilliklər boyu öz azadlığı və dövlətçiliyi uğrunda mübarizə aparıb. Zəngin təbii sərvətlərə, əlverişli və strateji coğrafi-siyasi mövqeyinə görə vətənimiz daima güclü dövlətlərin təzyiqlərinə, hərbi təcavüzünə məruz qalıb. Bununla belə xalqımız öz mövcudluğunu qoruyub saxlaya bilib, ən qüdrətli düşmən ordularına qarşı mübarizədə hünər, qəhrəmanlıq nümunələri göstərib. Cavanşir, Babək, Şah İsmayıl Xətai kimi sərkərdə və dövlət xadimləri Azərbaycanın qəhrəmanlıq tarixinin bütöv bir salnaməsini yaradıblar. Bu kimi mərd sərkərdə və dövlət başçılarının şanlı ömür və fəaliyyət yolu xalqın vətən sevgisini, azadlıq və dövlətçilik hissini daha da gücləndirib, onu həyatımızın ən vacib, ən ümdə məqsədinə çevirib. Onların yaratdığı dəyərli ənənələr yüzilliklər boyu, o cümlədən ötən əsr ərzində uğurla davam etdirilib.
1918-ci ildə Çar Rusiyasının süqutundan sonra Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Cəmi 23 ay ömür sürməsinə baxmayaraq, Cümhuriyyət dövründə müstəqil dövlətin bütün atributları, o cümlədən milli ordumuz formalaşdırıldı. Həm ermənilərin, həm də bolşeviklərin işğalçılıq siyasətinə qarşı mübarizə aparmalı olan ADR hökuməti 1918-ci il iyunun 19-da gərgin vəziyyəti nəzərə alaraq bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi. İyunun 26-da diviziya statusunda hərbi korpusun yaradılması barədə qərar qəbul olundu və Azərbaycanda milli ordunun təməli qoyuldu. 1918-1920-ci illərdə görkəmli generallarımız Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və digər peşəkar hərbçilərimizin rəhbərliyi ilə Azərbaycanda yüksək döyüş qabiliyyətli, hərbi hazırlığa və intizama malik milli ordu hissələri formalaşdırıldı. Qeyd olunduğu kimi, 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı. Avqustun 1-də isə AXC-nin Hərbi Nazirliyi təsis edildi. İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski isə nazir müavini təyin edildilər. Qısa müddət ərzində Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştəlilik göstərdi, Qazaxda Azərbaycan sərhəddini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. O zaman Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov kimi istedadlı generalları var idi.
Azərbaycan parlamentinin 1919-cu il avqustun 18-də keçirilmiş iclasında “Gömrüyə münasibətdə Azərbaycan Respublikasının Sərhəd Mühafizəsinin təsis edilməsi haqqında Qanun” qəbul edildi. 8 maddədən ibarət olan Qanunun 1-ci maddəsində göstərilirdi: “Azərbaycan Respublikasının sərhədlərini qeyri-leqal ticarətdən qorumaq və qaçaqmalçılıqla mubarizə aparmaq məqsədilə Azərbaycanın sərhədləri boyu, əlavə edilən dislokasiya məntəqələrinə uyğun olaraq, sayı doxsan doqquza (99) çatan, doqquz yüz doxsan iki (992) mühafizəçidən ibarət tərkibdə sərhəd postları təsis edilsin…”
Təəssüf ki, Azərbaycanın bolşevik rus ordusu tərəfindən işğalından sonra müstəqilliyimizin ən mühüm atributu olan milli ordu hissələri ləğv edildi. Azərbaycan keçmiş İttifaqın tərkibində olduğu illərdə milli zabit korpusunun formalaşmasına, azərbaycanlıların yüksək hərbi vəzifələrə irəli çəkilməsinə Sovet rəhbərliyi tərəfindən daim süni maneə yaradılırdı ki, bu da məqsədli xarakter daşıyırdı.
Lakin bütün bu maneələr Azərbaycan xalqının hərbi ənənələrini, döyüş ruhunu sarsıtmadı. 1939-1945-ci illərdə İkinci Dünya müharibəsinin gedişi, nəticələri bu həqiqəti bir daha təsdiqlədi. Azərbaycan xalqı öz zəngin hərbi-tarixi ənənələrinə sadiq qalaraq bu müharibədə də əsl şücaət, əzmkarlıq göstərdi. Həmin dövrdə Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdi. İkinci Dünya müharibəsi cəbhələrində general Həzi Aslanov, Mehdi Hüseynzadə, Ziya Bünyadov, İsrafil Məmmədov, Gəray Əsədov, Məlik Məhərrəmov və başqa qəhrəman övladları əsl mərdik və şücaət nümunəsi göstərdilər. Onların qəhrəmanlığı sayəsində Azərbaycanın şanlı hərb tarixi ənənələri XX əsrdə də uğurla davam etdirildi.
Müharibədən sonrakı dövrdən 1969-cu ilədək Azərbaycanda hərbi kadr hazırlığına İttifaq rəhbərliyi yenə də qısqanc münasibət bəsləyirdi. Yalnız ümummilli liderimiz Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrlərdə ordu quruculuğu, milli zabit kadrlarının hazırlığı məsələləri daim önə çəkildi. Heydər Əliyev 1971-ci ildə böyük səylər nəticəsində Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin — görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. O dövrdə Azərbaycan hər il təxminən 60 min gənci ordu sıralarına göndərirdi. Lakin onların böyük əksəriyyəti inşaat batalyonlarına düşürdü. Hərbi hissələrdə azərbaycanlı zabitləri barmaqla saymaq olardı. Odur ki, Bakıda belə bir hərbi məktəbin açılmasının böyük əhəmiyyət var idi.
Heydər Əliyev azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına da nail olmuşdu. Beləliklə, ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqillik əldə etməsindən 20 il öncə milli hərbi kadr hazırlığı üçün zəruri bazanın ən yüksək səviyyədə təşkilini həyata keçirdi. Həqiqətən də bu hərbi məktəb müstəqilliyimizi əldə etdikdən sonra milli ordu quruculuğunun əsas dayağına çevrildi.
Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması baradə qərar və həmin il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Silahlı Qüvvələrin yaradılması haqqında qanun qəbul edilməsinə baxmayaraq, respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi. Torpaqların müdafiəsi yalnız pərakəndə fəaliyyət göstərən könüllü dəstələrin ümidinə qalmışdı. Həmçinin şəxsi mənafelərə qulluq edən ayrı-ayrı başıpozuq silahlı dəstələr vardı. Bütün bunlara yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra son qoyuldu. Heydər Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi hərbi sahədə də dirçəlişə nail ola bildi. O, yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv edərək, vahid komandanlıq sistemində təşkil olunan nizami ordu yaratdı. Ali Baş Komandanın ön xəttə səfər edərək döyüşçülərimizlə səngərdə görüşməsi və onları döyüşə ruhlandırması öz real bəhrəsini verdi. Çox keçmədi ki, 1994-cü ilin əvvəllərində Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətində düşmənə qarşı uğurlu hərbi əməliyyat həyata keçirildi. 1994-cü il mayın 12-də elan olunan atəşkəsdən sonra Azərbaycanda nizamlı, müasir səviyyəli ordunun qurulması prosesinə böyük inamla start verildi. Ölkədə nizami ordu quruculuğu formalaşdırılmağa başlandı.
Varislik prinsipi əsas tutularaq ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli sərəncamı ilə 26 iyun Silahlı Qüvvələr Günü kimi qeyd olunur.
Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer alır. (2021)
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradılıb. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur.
Azərbaycan Ordusunun hərbi qüdrəti 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevin iştirakı ilə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə keçirilən hərbi paradda əyani nümayiş etdirildi.
Rəşadətli Ordumuz öz gücünü 2016-cı ilin aprel ayında bir daha sübut etdi. Aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı.
Azərbaycan Ordusunun daha bir uğuru Aprel döyüşlərindən iki il sonra — 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazanıldı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Beləliklə də, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələndi, qarşıya qoyulan məqsədə nail olundu.
2020-ci ilin iyulunda düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatların qarşısını rəşadətlə alan cəsur Azərbaycan Ordusu çox keçmədən xalqımıza öz tarixinin ən şanlı qələbəsinin sevincini yaşatdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazandığı Şanlı Qələbə təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoydu. Torpaqlarımızın azad olunması əmrinə daim hazır olan Azərbaycan Ordusu düşmənin təxribatlarının qarşısını alınması ilə bağlı Prezident, Müzəffər Ali Baş Komandanın əmri ilə genişmiqyaslı əks-hücum əməliyyatına — Vətən müharibəsinə başladı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində — noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Düşmənin tam məğlubiyyəti ilə nəticələnən bu müharibə noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalamaları ilə başa çatdı. Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları Azərbaycana təhvil verildi.
Şanlı Qələbənin şərəfinə dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda möhtəşəm Zəfər Paradı keçirildi. Paradda Azərbaycan Silahlı Qüvvələrinin malik olduğu müasir silah və texnikalarla yanaşı düşmənin döyüş meydanında məhv edilən və ya qənimət kimi ələ keçirilən silah-sursat və hərbi texnikaları da nümayiş olundu.
Şanlı Vətən müharibəsində qazanılan Böyük Qələbənin təbliği məqsədilə Bakı şəhərində yaradılan Hərbi Qənimətlər Parkında Azərbaycan Ordusunun düşmən üzərində sarsıdıcı uğurunu əks etdirən — düşməndən qənimət götürülən silah-sursat, hərbi texnika və döyüş bayraqları nümayiş olunur.
Hazırda Azərbaycan dövləti yerləşdiyi regionda yaratdığı yeni geostrateji və geosiyasi üstünlüklərdən faydalı şəkildə bəhrələnərək milli və dövlət maraqlarına cavab verən beynəlxalq hərbi əməkdaşlığı uğurla davam etdirir. Dünyanın hərbi analitik mərkəzləri Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük müharibədə qazandığı qələbəni təhlil edir, bir çox dövlətlərin müdafiə qurumları ordumuzun müharibədə qazandığı döyüş təcrübəsini öyrənir, hərbi taktikasından bəhrələnir.
Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi regionda və müxtəlif dövlətlərin maraqlarının kəsişmə məkanında yerləşən Azərbaycan beynəlxalq hərbi əlaqələrini xarici dövlətlərin hərbi qurumları və beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlar çərçivəsində reallaşdırır. Beynəlxalq hərbi əməkdaşlıq fəaliyyəti Xarici İşlər Nazirliyi və digər aidiyyəti dövlət orqanları, idarə, təşkilat və müəssisələrlə əlaqəli şəkildə, Müdafiə Nazirliyi tərəfindən Hərbi Doktrina və “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq konsepsiyası” əsasında həyata keçirilir.
Beynəlxalq hərbi əməkdaşlığın məqsəd və istiqamətləri Azərbaycan Respublikasının milli maraqlarına uyğun olaraq müəyyən olunur.
Xarici ölkələrlə, Avroatlantik strukturlarla, beynəlxalq təşkilatlarla və aparıcı dövlətlərin müdafiə sənayesi kompleksləri ilə birtərəfli, ikitərəfli və çoxtərəfli əməkdaşlıq beynəlxalq hərbi strategiyanın əsas istiqamətlərindəndir. Azərbaycan qonşu Türkiyə, Gürcüstan, Rusiya ilə yanaşı, Ukrayna, Belarus, ABŞ, Böyük Britaniya, Pakistan, İsrail və s. ölkələrlə hərbi, hərbi-texniki və hərbi-siyasi əməkdaşlıq edir.
Ölkəmizin beynəlxalq hərbi əlaqələrində Türkiyə, Rusiya, Pakistan, İsrail dövlətləri, NATO bloku ilə əməkdaşlıq xüsusi çəkiyə malikdir.
Azərbaycanın hərbi sahədə ən mühüm tərəfdaşı qardaş Türkiyə Respublikasıdır. Azərbaycan və Türkiyə arasında hərbi sahədə əməkdaşlıq, yalnız Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi baxımından deyil, ümumən bölgədə sülh və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyət kəsb edir. 44 günlük müharibədə Azərbaycan Ordusunun əldə etdiyi Qarabağ zəfəriylə Cənubi Qafqazda yaranan yeni geopolitik mənzərəsinin təhlili iki qardaş və dost dövlətin hərbi əməkdaşlığının rolunu və əhəmiyyətini bir daha ortaya qoyur.
2010-cu il sentyabrın 15-də imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə” Azərbaycan-Türkiyə hərbi əlaqələrinin inkişafında yeni mərhələnin əsasını qoydu. Bu müqavilə ilə Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası yaradıldı. Müqavilənin 2-ci maddəsinə görə, tərəflərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldıqda, tərəflər BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və ya kollektiv özünü müdafiə hüququnun həyata keçirilməsi üçün hərbi imkan və qüdrətlərindən istifadə etmək də daxil olmaqla, mövcud imkanları çərçivəsində bütün zəruri tədbirlərin görülməsi məqsədi ilə bir-birinə qarşılıqlı yardım göstərəcəklər. Bu sənəd faktiki olaraq iki qardaş ölkənin hərbi ittifaq müqaviləsi olaraq da dəyərləndirilə bilər.
2021-ci il İyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərinə tarixi səfərləri və burada imzaladıqları Şuşa Bəyannaməsi Azərbaycanın hərbi qüdrətinin daha da artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Şuşa Bəyannaməsi Cənubi Qafqazda strateji güc balansı və təhlükəsizliyin təminatı üçün Türkiyənin hərbi iştirakının vacib olduğunu ortaya qoyur. Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə arasındakı hərbi münasibətlərin əməkdaşlıqdan müttəfiqlik səviyyəsinə qaldırılması, müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərinin müəyyən edilməsi, Azərbaycan və Türkiyənin təhlükəsizlik şuralarının birgə toplantılarının keçirilməsi hərbi əməkdaşlığın yeni prioritetləridir. Rəsmi görüşlərdə, çıxışlarında Azərbaycan prezidenti İlham Əliyevin bölgədə təhlükəsizlik və sabitlik üçün iki qardaş ölkənin silahlı qüvvələrinin inteqrasiyasının daha da dərinləşdirilməsinin vacibliyi vurğulaması Azərbaycan və Türkiyə hərbi əməkdaşlığının perspektivini ifadə edir.
İki ölkənin silahlı qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və həyata keçirilən çoxsaylı birgə təlimlər də birlik və əməkdaşlığın önəmli istiqamətlərindəndir.
Müdafiə sənayesi sahəsində mühüm əhəmiyyət kəsb edən əlaqələr də Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın əsas istiqamətlərindəndir. Müdafiə sənayesi sahəsində əməkdaşlıqdan danışarkən II Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunun qələbəsində Türkiyə hərbi sənayesinin istehsalı olan “Bayraktar” pilotsuz uçuş aparatlarının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Azərbaycanın Türkiyə ilə müdafiə sənayesi sahəsində müştərək istehsal kimi əməkdaşlıq üsullarının tətbiqi hərbi əməkdaşlığın perspektiv layihələridir.
Azərbaycan NATO ilə əməkdaşlığı çərçivəsində beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunmasına da töhfə verir. Bu istiqamətdə, sülhməramlı əməliyyatlarda azərbaycanlı hərbçilərin peşəkarlığı xüsusilə qeyd edilməlidir. Azərbaycan Ordusunun sülhməramlı kontingenti 1999-cu ildən etibarən sülhməramlı əməliyyatlarda iştirak edir.
Azərbaycanın NATO ilə ən vacib əməkdaşlıq sahəsi “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsindədir. Hər il sözügedən proqram çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin zabitləri 500-ə qədər təlim və seminarda iştirak edirlər. Hazırda Azərbaycan Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzinin nəzdində “Sülh Naminə Tərəfdaşlıq” mərkəzi fəaliyyət göstərir. Onu da qeyd edək ki, 2003-cü ildən etibarən NATO Bakıdakı yay məktəbinin maliyyələşdirilməsində iştirak edir. İldən-ilə proqramların əhatə dairəsi genişlənmiş və nəticədə 2005-ci ildə Azərbaycanda NATO-nun Beynəlxalq məktəbi yaradılmışdır.
NATO ilə fərdi tərəfdaşlıq üzrə əməliyyat planı, Planlaşdırma və Analiz Prosesi çərçivəsində nəzərdə tutulan tədbirləri reallaşdıran Azərbaycan Rusiya ilə də hərbi sahədə ciddi əlaqələrə malikdir. Azərbaycan Ordusunun hərbi texnika və silahla təchizatı baxımından genişmiqyaslı əməkdaşlıq etdiyi ölkələr sırasında Rusiyanın xüsusi yeri var. II Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsindən sonra Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin yaradılması məqsədilə Rusiya sülhməramlılarının Qarabağda iştirakı iki ölkə arasında hərbi- siyasi münasibətlərdə yeni mərhələni təşkil edir.
Azərbaycanın hərbi sahədə və xarici siyasətdə mühüm tərəfdaşlarından biri də Pakistan İslam Respublikasıdır. Pakistan daim beynəlxalq arenada ölkəmizi dəstəkləyir və açıq şəkildə bəyan edir ki, hər zaman Azərbaycanın yanındadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında imzalanmış “İkitərəfli Hərbi Əməkdaşlıq Planı” da iki ölkə arasında hərbi müttəfiqlik effektini yaradır.
İsrail dövləti ilə hərbi əməkdaşlıq Azərbaycanın beynəlxalq hərbi strategiyasında mühüm yer tutur. Son illər bu ölkə ilə hərbi sahədə əməkdaşlıq dinamik inkişaf edir. Azərbaycan İsrailin müdafiə sənayesi şirkətlərindən müasir pilotsuz uçuş aparatları, radarlar, raket sistemləri və sahil mühafizə vasitələri alır.
Hazırda Azərbaycan Respublikası daha güclü hərbi potensiala malik olmaq üçün hərbi infrastrukturun beynəlxalq standartlara uyğun inkişaf etdirilməsini zəruri şərt kimi ortaya qoyur, dünyanın aparıcı dövlətləri və beynəlxalq hərbi təşkilatları ilə ikitərəfli, üçtərəfli və çoxtərəfli hərbi əməkdaşlığı diqqətdə saxlayır.